42
istifadəçi tərəfindən yaradılan və geniş mövzunu əhatə edən
məqalələr. Vikimetrik tədqiqatlar məqalələrin keyfiyyətinin ilk
növbədə insan faktorundan: viki-istifadəçilərin sayından və
sosial-demoqrafik
göstəricilərdən asılılığını sübut edir. Həmçinin
göstərilir ki, viki-cəmiyyətin dayanıqlığı istifadəçilərin siyasi
baxışlarından, bilik və təcrübəsindən asılıdır [53, 54].
Tədqiqatçılar viki-mühitin inkişaf dinamikasını ölçmək
üçün əsas verilənlər kimi aşağıda verilmiş göstəricilərdən istifadə
etməyi təklif edirlər [55, 56]:
−
Ranq ( rank) – viki-
mühitin gündəlik inkişaf dinamikası;
−
ID (identifier) – vikinin daxili identifikatoru;
−
ad (name) – viki-
səhifələrin adı;
−
ümumi ( total) – viki-
səhifələrin ümumi sayı;
−
r
edaktələrin sayı ( edits) – hər bir viki-səhifədə
redaktələrin sayı;
−
m
üraciətlər ( views) – hər bir viki-səhifəyə ay ərzində
müraciətlərin sayı;
−
administratorlar (admins) –
Vikipediyanın hər bir dil
bölməsində administratorların sayı: viki-səhifələrin sayı
/ admini
stratorların sayı;
−
viki-
istifadəçilər ( users) – Vikipediyanın hər bir dil
bölməsində istifadəçilərin sayı: viki-səhifələrin sayı /
istifadəçilərin sayı;
−
şəkillər ( images) – Vikipediya və onun digər layihələrinə
yüklənən şəkillərin sayı;
43
−
y
axşı məqalələr (good pages) – Vikipediyanın hər bir dil
bölməsində səsvermə yolu ilə “yaxşı məqalə” statusu
almış viki-səhifələrin sayı: viki-səhifələrin ümumi sayı /
“y
axşı məqalələr”-in sayı.
2.2. Viki-
istifadəçilərin töhfələrinin analizi
Viki-mühitin h
əll olunmayan problemlərindən biri də
mü
əllif hüquqları və istifadəçilərin töhvələrinin təyini
m
əsələlərinə aiddir. Viki-istifadəçilərin töhvələrinin analizi
probleminin aktuallığına bir çox səbəblər vardır [57]:
–
Vikipediya onlayn ensiklopediyasının hər bir istifadəçisi
bu layih
əyə öz töhvəsini verə bilər: viki-məqalələrin
redakt
əsi, informasiyanın əlavə edilməsi və ya silinməsi,
müzakir
ələrdə iştirakı;
–
viki-s
əhifələrin “tarixçə səhifəsi” adlanan loq-faylına
daxil olmaqla kimin n
ə zaman, hansı informasiyanı
d
əyişdirdiyini görə bilər;
–
h
ər bir viki-məqalə tematik istiqaməti təyin edən bir və
ya bir-neç
ə kateqoriyaya aiddir. Kateqoriyalar viki-
istifad
əçilər tərəfindən təyin edilir və ya yenidən
yaradılır.
Vikimetrik tədqiqatlarda qarşıya çıxan digər məsələ viki-
məqalələrin keyfiyyəti ilə istifadəçilərin davranışları, həmçinin,
töhvələri arasındakı asılılığın təyin olunmasıdır.
Məsələn,
İndiana Universitetinin professoru Tod Hollovey (Todd
Holloway) viki-
mühitin semantik strukturunu təqdim etmiş, eyni
44
zamanda
Vikipediyanın ingilis dili bölməsində statistik verilənlər
üzərində analiz aparmaqla yüksək keyfiyyətli ensiklopedik
məqalələrin yaradılmasında daha çox töhvəsi olan müəlliflərin
təyin olunması üçün alqoritm təklif etmişdir [58].
Nəzərə alsaq ki, viki-səhifələr İnternet istifadəçiləri
tərəfindən yaradılır və dəyişdirilir, o zaman sual yaranır: müəllifi
necə təyin etməli? Bu problem istifadəçinin davranışı ilə töhvəsi
arasındakı asılılığın təyini vikimetrik tədqiqatlarda xüsusi yer
tutur [59, 60].
Kanadanın Alberta Universitetinin professoru Ofi Arazi
(Ofer Arazy
) isə viki-mühitdə istifadəçilərin töhvələrini
qiymətləndirmək üçün “vikinin təyini alqoritmi” (wiki
attribution algorithm
) təklif etmişlər. Bu alqoritmdə hər bir viki-
səhifənin yaradılmasında iştirak edən müəlliflərin əməyi ölçülür,
istifadəçi tərəfindən daxil edilən cümlələr, söz birləşmələri və
sözlər hesablanır, həmçinin silinmiş cümlələr və sözlər də
hesablanaraq viki-
səhifənin bütün mövcud versiyaları müqayisə
olunur. Alqoritm ilk növb
ədə hər bir müəllifə aid olan cümlələri
toplayır. Bu metodla ensiklopedik məqalənin cari vəziyyətində
daha çox əməyi olan istifadəçilər, daxili və xarici keçidlərin sayı,
silinmiş və əvəz olunmuş mətnlərin həcmi təyin edilir [34, 60].
2.3. Viki-
mühitdə sosial şəbəkələrin və istifadəçilərin
nüfuzunun analizi
İxtisasından, yaşından, sosial durumundan, yaşadığı
məkandan asılı olmayaraq viki-mühitdə hər kəs aktiv fəaliyyət
45
göstərə bilər. Viki-cəmiyyət fəaliyyətindən asılı olaraq aşağıdakı
kateqoriyalara bölünür [57]:
1.
Öz biliyini könüllü olaraq dünya ictimaiyyətinə
çatdırmaq istəyən mütəxəssislər və elm adamları;
2.
Əlavə bilik əldə etmək və bu biliyin daşıyıcıları ilə
bilavasitə ünsiyyət qurmaq istəyənlər;
3.
Viki-
mühitin verdiyi geniş imkanlardan faydalanaraq
yeni s
osial münasibətlər və viki-layihələr yaratmaq
istəyində olanlar;
4.
Viki-texnologiya
larından hər hansı siyasi-ideoloji
baxışın yayılmasında istifadə etməyə çalışanın
cəmiyyəti.
Viki-
cəmiyyətin siyasi proseslərdə rolunu nəzərə alaraq
demək olar ki, viki-texnologiyaları ilə idarə olunan virtual
layihələr ictimai şüurun formalaşdırılmasında ən əlverişli
vasitələrdən birinə çevrilmişdir. Viki-mühit:
−
vətəndaşların, dövlət qulluqçularının tez bir zamanda
informasiya əldə etmək üçün müraciət etdikləri yerdir;
−
insanl
arın şəxsi arxivlərindəki materialların kütləvi şəkildə
daxil edildiyi nəhəng bazadır;
−
Gənc nəslin: tələbə və şagirdlərin bilik əldə etmək və
ünsiyyət qurmaq üçün müraciət etdikləri virtual
universitetdir (Wikiversity, Wikibooks, Wikisource).
Nəzərə almaq lazımdır ki, Vikipedia layihəsinin müxtəlif
dil bölmələri bir-birlərindən asılı olmayaraq inkişaf edir. Yəni
həm həcminə və həm də viki-səhifələrdə ideyaların
Dostları ilə paylaş: |