54
yanaşmalarla müqayisədə vandalizmin aşkarlanmasında daha
effektli vasitə sayıla bilər. Lakin bu yanaşma vandalizmə məruz
qalan bütün məqalələri aşkar etmək imkanına malik deyildir.
Belə ki, sistem yalnız anonimlərin və yeni istifadəçilərin
təsnifatlandırmağa qadirdir. Tədqiqatçılar belə bir fikir irəli
sürürlər ki, müəyyən staja malik olan istifadəçilərin vandalizmlə
məşğul ola biləcəyi ehtimalı azdır.
2.5.
İnformasiya qarşıdurmaları və konfliktlərinin analizi
İctimai rəyin formalaşması və ya dəyişdirilməsində,
dezinformasiyanın yayılması planında Vikipediya geniş
imkanlara malikdir v
ə informasiya müharibəsi texnologiyalarının
universallığı, gizliliyi, çoxvariantlılığı, zaman və məkan seçimi
il
ə əlaqədar əlverişli olması, onları həddən artıq təhlükəli edir, o
zaman
əminliklə deyə bilərik ki, bu xüsusiyyətlər viki-mühitdə
informasiya
qarşıdurmalarına, az vəsait sərf etməklə yüksək
n
əticə əldə edilməsinə şərait yaratmış olur [78].
Vikipediya ensiklopediyasında viki-səhifələrin silinməsi,
birl
əşdirilməsi, bölünməsi və ya adının dəyişdirilməsi zamanı
konfliktl
ər baş verə bilər. Konfliktlərdə iştirak edən
istifad
əçilərin davranışı onların məqsədlərini büruzə verir. Belə
ki, viki-istifad
əçilərin hansı marağa və ideoloji baxışa malik
olmaları məqalələrin məzmununa təsir edir [79].
Konfliktl
ər, “redaktələr müharibəsi” viki-mühitdə realizə
olunan informasiya müharib
əsi texnologiyalarından istifadə
edilm
əklə məqalədə dezinformasiya, qərəzli məlumatın
yerl
əşdirilməsi və ya hər hansı vacib mətnin silinməsi, fəal,
55
t
əcrübəli istifadəçilərin viki-layihələrdən uzaqlaşdırılması ilə
n
əticələnə bilər. Redaktələr müharibəsi zamanı qərəzli mövqe
göst
ərən, yalan informasiya daxil etməyə çalışan istifadəçilərin
redakt
ələri son variant kimi saxlanılırsa bu əksər istifadəçilərdə
Vikipediyanın düzgün məlumat bazası olması haqqında
t
əsəvvürləri şübhə altına almaqla, onların virtual ensiklopediyaya
inamını azaldır, viki-istifadəçilər arasında gərginlik yaratmaqla
viki-c
əmiyyətdə narazılığa səbəb olur.
Viki-
mühitdə informasiya təsirini müxtəlif əlamətlərə görə
təsnifatlandırmaq olar: istifadəçilərə və məqalələrə təsir
xarakterinə, təsir subyektinin yerinə, informasiya təsirlərinin
həcminə görə və s. Bu halda belə bir sual yaranır: informasiya
qarşıdurmasına, “redaktələr müharibəsinə” və konfliktlərə səbəb
olan viki-
məqalələri necə təyin etməli? Ofi Arazi və həmkarları
konfliktlərin təyini və idarəsi məsələlərinin həllində əvvəlcə
bütün konfliktli situasiyaların analizi və təsnifatlandırılmasını
təklif edirlər. Onlar viki-mühitdə 3 tip konfliktli situasiya
göstərirlər: konkret mövzu və ya məsələ ilə əlaqədar konfliktlər,
affekt konfliktlər və məqalənin yaradılması prosesində baş verən
konfliktlər. Tədqiqatçıların təklif etdikləri yanaşma viki-
mühitdəki qruplaşmaların tərkibinin konfliktlərlə əlaqəli
olmasını sübut edir [80].
Viki-
mühitdə informasiya qarşıdurmalarını aşkarlayan
digər metod Oksford Universitetinin professorları Taha Yasseri
(Taha Yasseri
) tərəfindən təklif edilmiş “cross-cultural analysis”
metodudur [56]. Viki-
mühitdə baş verən “redaktələr müharibəsi”
və konfliktlərin analizi ilə məşğul olan Taha Yasseri və
56
həmkarları
konfliktli
məqalələrin
və
vandalizmin
aşkarlanmasında “avtomatik təyinetmə alqoritmi” ( auto-
detection algorithm
)
təklif
etmişlər. Alqoritm
“mədəniyyətlərarası müqayisə” (inter-cultural comparisons)
əsasında işləyir, yəni əsas göstəricilər kimi istifadəçilərin sosial-
demoqrafik portretini
(şəxsi səhifələrdə və müzakirələr aparılan
veb-
səhifələr nəzərə alınmaqla), dillərin yaxınlığını ( cross-
language checks)
nəzərə alır. Metod məqalədəki redaktələrin
statistik göstəricilərinə əsaslandığına görə məqalənin yazıldığı
dilin xüsusiyyəti nəzərə alınmır [81].
Lakin nəzərə alınmalıdır ki, Vikipediyada informasiya
müharibəsi aparan gizli sosial şəbəkələr mövcuddur. İnformasiya
qarşıdurmasına səbəb olan viki-səhifələrin, viki-mühitdə
fəaliyyət göstərən gizli sosial şəbəkələrin aşkarlanması üçün
metod
lar işlənmişdir [82].
Digər tərəfdən informasiya təsirində mühüm əhəmiyyət
kəsb edən multimedia resurslarının rolunu da unutmaq olmaz.
İnternet məkanında informasiya müharibəsi fonunda şəkillərlə
hücum texnologiya
larından istifadənin aşağıdakı üstün cəhətləri
mövcuddur:
–
çox zaman böyük h
əcmli mətn əvəzinə hər hansı hadisəni
v
ə ya problemi bir foto və ya video faylla anlatmaq
mümkündür;
–
virtual mühitd
ə həddən artıq informasiya bolluğunun
olması istifadəçiləri vaxta qənaət etməyə məcbur edir.
N
əticədə istifadəçi səhifəyə daxil olarkən çox zaman
m
ətni oxumur, şəkillərə baxmaqla kifayətlənir;
Dostları ilə paylaş: |