57
–
m
ətn daxil edərkən, mətnin hansı dildə yazılması
vacibdir. Halbuki, şəkillərin daxil edilməsində dil
faktoru o q
ədər də önəm daşımır.
Bu cəhətlər informasiya təsirində, təbliğat və reklam
işlərində multimedia vasitələrindən geniş istifadə etməyə sövq
edir. İnformasiya təsirində, təbliğat və dizayn işlərində
multimedia fayllarından istifadə viki-mühitdə geniş tətbiq edilən
vasitələrdəndir [83].
Viki-
mühitdə
həyata
keçirilən
informasiya
əməliyyatlarında multimedia resurslarından effektiv istifadə üçün
təklif olunan metod və alqoritmlər informasiya təsirində istifadə
olunan kontenti aşkarlamaqla viki-səhifələrin etibarlılığının və
keyfiyyətinin artırılmasına xidmət edə bilər [83].
Vikimetrik tədqiqatların analizi aparılarkən məlum oldu ki,
viki-
mühitdə problemlərin həlli üçün tədqiqatlar əsasən beş
istiqamətdə aparılır [79, 84]:
−
Vikipediya v
ə onun digər layihələrinin həcminin və
artım dinamikasının analizi;
−
viki-istifad
əçilərin töhvələrinin analizi;
−
viki-mühitd
ə sosial şəbəkələrin və istifadəçilərin
nüfuzunun analizi;
−
viki-kontentin keyfiyy
ətinin analizi və vandalizmin
t
əyini metodları;
−
i
nformasiya qarşıdurmalarının və konfliktlərin analizi.
Vikimetrik tədqiqatların aparılmasında müxtəlif proqram
məhsullarından istifadə olunur. Proqramlardan bəzilərini
58
İnternetdən yükləyərək istifadə etmək mümkün olsa da təqdim
olunan imkanlar məhduddur. Sistemlər əsasən WMF-in dəstəyi
ilə yaradılır və MediaWiki sisteminin bilikləri idarə edən güclü
və çevik sistemə çevrilməsinə yardım edir:
WikiTracer
ilk dəfə WikiSym–2008 konfransında
Tara
borelli və Rot tərəfindən təqdim edilmişdir [54]. WikiTracer
viki-
cəmiyyətin müqayisəli statistik analizini aparmaqla
administratorların işini yüngülləşdirmək üçün nəzərdə
tutulmuşdur. Sistem Vikipediya ensiklopediyasında sosial
münasibətləri, məqalələrin məzmun dərinliyini, həcmini,
istifadəçilərin məhsuldarlığını təyin edir. Sistemdə ensiklopedik
məqalələrin keyfiyyətini simvolların və hərflərin, məqalənin
yaradılmasında iştirak edən istifadəçilərin, məqalədəki daxili və
xarici keçidlərin sayı ilə təyin edilməsi nəzərdə tutulur. Viki-
səhifədən digər səhifələrə daxili keçid yoxdursa, alqoritm bu
səhifələri keyfiyyətsiz məqalələr çoxluğuna daxil edir. Lakin
qeyd etmək lazımdır ki, sistem bu günə kimi tam gücü ilə
işləmir.
Semantic MediaWiki (SMW) azad proqra
m təminatıdır,
sorğuları və müxtəlif tip verilənləri viki-səhifələrdə saxlamaq və
viki-
səhifələr arasında semantikanı təmin etmək üçün nəzərdə
tutulmuşdur. SMW-də toplanan verilənlərin semantik vebin
köməyi ilə digər sistemlər tərəfindən istifadə edilməsinə icazə
verilir [85].
Wikimedia Analytics
layihəsi viki-mühitdə toplanmış
böyük həcmli verilənlərin analitik emalını həyata keçirir, yeni
istifadəçilərin fəaliyyəti, məqalələrin keyfiyyəti və s. haqqında
59
məlumatların əldə edilməsində istifadə edilir. Tədqiqat alətlərinə
və verilənlər xəzinəsinə malikdir. WMF-in “Analytics”
komandası tərəfindən işlənmişdir [86].
StatMediaWiki
xüsusi layihə olub viki-mühitə daxil edilən
verilənlərin toplanaraq strukturlaşdırılması və üzərlərində
statistik analiz aparmaq üçün
istifadə olunur. StatMediaWiki bir
neçə menyudan ibarət interaktiv əlavədir. Sistem HTML
səhifələrinə daxil edilən kontent üzərində aparılan analizin
nəticəsinin cədvəl və qrafik şəklində verilməsini təmin edir ki,
tədqiqat nəticəsində viki-mühitin inkişaf dinamikasını və
istifadəçilərin fəallığını öyrənmək mümkündür [87].
WikiApiary
sistemi əsasən botlardan təşkil olunmuşdur.
Botlar viki-
mühitdə toplanan kontent, əsasən qrafik fayllar,
səhifələrdə edilən dəyişikliklər haqqında məlumatları toplayır.
WikiApiary
aləti SMW ilə əlaqəli işləyir və SMW-in verilənlər
xəzinəsində saxlanılan verilənlərə çıxışa malikdir [88].
Wikimetrics
layihəsi 2014-cü ilin iyul ayında WMF-in
əməkdaşları tərəfindən işlənilmişdir və viki-istifadəçilərin
fəaliyyəti haqqında informasiya əldə etmək üçün nəzərdə
tutulmuşdur. Sistemdə istifadə olunan göstəricilər aşağıda
göstərilmişdir [89]:
–
yeni istifa
dəçilərin sayı;
–
a
ktiv və çox aktiv istifadəçilərin sayı;
–
y
eni yaradılan ensiklopedik məqalələrin sayı;
–
i
stifadəçilərin daxil etdikləri simvolların sayı;
–
viki-
layihələrə yüklənən faylların tipi, sayı və s.
60
Wikimetrics viki-
mühitdə verilənlərin analizinin daha
effektli aparılmasını, strukturlaşdırılmış verilənlərin əldə
olunmasını və analiz zamanı iş prosesinin keyfiyyətini təmin
edir. Sistem viki-
istifadəçilərin siyahısını bazaya yükləməklə
işləyir. Göstəricilər istifadəçi tərəfindən seçilir, fayllar
generas
iya olunaraq yüklənir.
Vikipediyann tədqiqat obyekti
kimi müxtəlif sahə mütəxəssislərini özünə cəlb etməsinə,
dinamik inkişafına və son dövrlər layihənin analizi üçün müxtəlif
təyinatlı sistemlərin yaradılmasına baxmayaraq bu layihədə həll
edilməsi vacib olan bir sıra problemlər hələ də mövcuddur və
bunlar aşağıdakılardır:
–
Vikipediyanın keyfiyyət göstəricisinə xələl gətirmədən
ensiklopedik m
əqalələrin sayının artırılması;
–
Vikipediyada ensiklopedik m
əqalələr
arasında
hiper
istinadların dəqiqləşdirilməsi;
–
kat
eqoriyaların sistemləşdirilməsi;
–
informasiya müharib
ələrində
v
ə
redakt
ələr
müharib
əsində istifadə olunan məqalələrin aşkarlanması
v
ə yenidən işlənməsi;
–
qrafik kontentin keyfiyy
ətinin yaxşılaşdırılması və
mövzuya uyğun yerləşdirilməsi;
–
istifad
əçilər arasında əməkdaşlığın təşkili;
–
informasiya qarşıdurmalarında iştirak edən gizli sosial
qrupların aşkarlanması məsələləri.
Dostları ilə paylaş: |