68
–
vandalizm:
mətnin silinməsi və ya bütünlüklə başqa
mətnlə əvəz edilməsi;
–
Azərbaycan tarixinə aid ensiklopedik məqalələrdə yalan
və saxtalaşdırma: dezinformasiyanın daxil edilməsi,
saxta mənbələrə istinad;
–
viki-s
əhifələrdə formatın dəyişdirilməsi, yersiz şərhlər,
təhqir xarakterli müraciətlərin yerləşdirilməsi;
–
ziya
nverici botların (xüsusi hazırlanmış proqramlar)
tətbiqi vasitəsilə viki-mühitdə anomal vəziyyətin
yaradılması;
–
m
ultimedia vasitələrindən istifadə etməklə informasiya
hücumlarının təşkili;
–
s
pam xarakterli məlumatların daxil edilməsi;
–
viki-
istifadəçilərə psixoloji təsir.
Viki-
mühitdə Azərbaycan dövlətinə və xalqına qarşı real
və potensial təhlükə mənbəyi olan istifadəçilərin gizli sosial
şəbəkələri fəaliyyət göstərir ki, onlar tərəfindən ölkəmizə qarşı
geniş miqyaslı informasiya müharibəsi aparılır: Azərbaycan
həqiqətləri təhrif olunur, Azərbaycan haqqında düzgün və dolğun
məlumatlar silinir. Azərbaycanla bağlı kontentin viki-mühitdə
çoxalmasına çalışan, Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli
şəxsləri haqqında məlumatları viki-mühitdə yerləşdirən
istifadəçilərin Vikipedia layihələrindən uzaqlaşdırılması üçün
müxtəlif tədbirlər görülür [61, 90].
69
3.4. P
roblemlər
Azərbaycanın informasiya resurslarının Vikipediyada
yayılması ilə bağlı aşağıdakı problemlər mövcuddur:
•
Vikipediy
a və onun ayrı-ayrı layihələrinin imkanları hələ
ki,
lazımi səviyyədə tədqiq edilmir;
•
Viki-
mühitdə Azərbaycan haqqında məlumatlar yetərincə
deyil, bəzi hallarda həqiqətləri əks etdirmir, qərəzli
xarakter daşıyır;
•
Digər dillərdə də Azərbaycan reallıqları və milli-mənəvi
dəyər daşıyıcıları olan informasiya resursları çox azdır
ki, bu boşluqdan istifadə edərək xalqımıza qarşı
dezinformasiyalar yayılır, informasiya müharibəsi
aparılır;
•
Ölkədə nəşriyyatlar tərəfindən müntəzəm olaraq dərc
olunan kitabların, jurnalların, həmçinin kitabxanalarda,
el
m, təhsil və digər müəssisələrdə saxlanılan və milli-
mənəvi dəyər daşıyıcıları olan audio, video və
fotomaterialların
viki-
mühitə
daxil
edilməsi
istiqamətində aparılan işlər qənaətbəxş deyil;
•
Vikipediya
ensiklopediyasında Azərbaycanla bağlı
resursların artırılmasında pərakəndəlik müşahidə olunur;
•
Viki-
mühitdə Azərbaycan xalqına qarşı gizli və aşkar
fəaliyyətin aşkarlanması, onlara qarşı əks tədbirlərin
görülməsi işləri yetərli deyil;
70
•
Vikipediya
ensiklopediyasının Azərbaycan bölməsi üzrə
istifadəçilərin, xüsusən də aktiv istifadəçilərin – kontent
yaradanların sayı çox azdır;
•
Vikipediya
ensiklopediyasında Azərbaycanla bağlı
məlumatların digər dillərdə təqdim olunması, xalqımıza
qarşı aparılan informasiya müharibəsində xarici
ölkələrdə yaşayan soydaşlarımızın imkanlarından lazımi
səviyyədə istifadə olunmur;
•
KİV-lərdə Vikipediya ensiklopediyası haqqında verilən
məlumatlar epizodik xarakter daşıyır;
•
Azərbaycan elminin nailiyyətləri, alimlərin əsərlərinin
dünya ictimaiyyətinə çatdırılmasında viki-layihələrin
imkanl
arından lazımi səviyyədə istifadə olunmur;
•
Vikipediya
ensiklopediyasında Azərbaycanla bağlı
məlumatların, həqiqətlərin düzgün təqdim olunması
istiqamətində, dezinformasiyalara qarşı mübarizədə
alimlərin, elmi kollektivlərin fəaliyyəti qənaətbəxş deyil;
•
Bir çox a
limlər, mütəxəssislər, müxtəlif informasiya
resurslarına malik peşə sahibləri viki-layihələrdə
çalışmaq, lazımi məlumatları bu mühitə daxil etmək üçün
lazımi biliklərə və vərdişlərə sahib deyillər;
•
Viki-
layihələrin geniş miqyasda həyata keçirilməsi üçün
inzibati, təşkilati-texniki və maliyyə dəstəyinə ehtiyac
duyulur.
Vikipediya
layihələrində Azərbaycan xalqının milli-
mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri
71
haqqında düzgün məlumatların yetərincə olmaması və yuxarıda
sadalanan dig
ər problemlər alimlərimizin, mütəxəssislərimizin
bu layihəyə cəlb olunmasına, Azərbaycan haqqında obyektiv,
operativ, dolğun informasiyanın, audio-video materialların
Vikipediya
ensiklopediyasına daxil edilməsinə ehtiyac
yaratmışdır.
3.5. T
əkliflər
Qeyd e
tmək lazımdır ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
informasiya cəmiyyəti quruculuğu uğurla həyata keçirilir.
Hazırda Azərbaycan İKT sektorunun inkişaf tempinə görə
dünya ölkələri arasında ön sıralardan birini tutur. Müxtəlif
nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu
nailiyyətlərini təsdiq edir. Bunun nəticəsidir ki, Azərbaycanda
İnternet istifadəçilərinin sayı durmadan artır. Bu da ölkəmizdə
dinamik sosial-
iqtisadi tərəqqinin və bunun nəticəsində əhalinin
həyat səviyyəsinin yüksəlməsinin, gəlirlərinin artmasının,
İnternet infrastrukturun inkişafının, İnternet azadlığının yüksək
səviyyədə təmin olunmasının göstəricisidir.
Göstərilən nailiyyətlər imkan verir ki, Azərbaycan virtual
məkanda, o cümlədən Vikipediya kimi nəhəng layihələrdə daha
layiqli təmsil olunsun, milli maraqlarını yüksək səviyyədə
qoruya bilsin.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 2007-ci ildə imzaladığı “Milli təhlükəsizlik
konsepsiyası”nda informasiya təhlükəsizliyi əsas istiqamətlərdən
Dostları ilə paylaş: |