Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   ...   13   14   15   16   17   18   19   20   21

68 

 



 

vandalizm: 

mətnin  silinməsi  və  ya  bütünlüklə  başqa 

mətnlə əvəz edilməsi;  

 

Azərbaycan tarixinə aid ensiklopedik məqalələrdə yalan 



və  saxtalaşdırma:  dezinformasiyanın  daxil  edilməsi, 

saxta mənbələrə istinad; 

 

viki-s



əhifələrdə  formatın  dəyişdirilməsi,  yersiz  şərhlər, 

təhqir xarakterli müraciətlərin yerləşdirilməsi; 

 

ziya



nverici  botların  (xüsusi  hazırlanmış  proqramlar) 

tətbiqi  vasitəsilə  viki-mühitdə  anomal  vəziyyətin 

yaradılması; 

 



m

ultimedia  vasitələrindən  istifadə  etməklə  informasiya 

hücumlarının təşkili; 

 



s

pam xarakterli məlumatların daxil edilməsi; 

 

viki-



istifadəçilərə psixoloji təsir. 

Viki-


mühitdə  Azərbaycan  dövlətinə  və  xalqına  qarşı  real 

və  potensial  təhlükə  mənbəyi  olan  istifadəçilərin  gizli  sosial 

şəbəkələri  fəaliyyət  göstərir  ki,  onlar  tərəfindən  ölkəmizə  qarşı 

geniş  miqyaslı  informasiya  müharibəsi  aparılır:  Azərbaycan 

həqiqətləri təhrif olunur, Azərbaycan haqqında düzgün və dolğun 

məlumatlar  silinir.  Azərbaycanla  bağlı  kontentin  viki-mühitdə 

çoxalmasına çalışan, Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli 

şəxsləri  haqqında  məlumatları  viki-mühitdə  yerləşdirən 

istifadəçilərin  Vikipedia  layihələrindən  uzaqlaşdırılması  üçün 

müxtəlif tədbirlər görülür [61, 90]. 




69 

 

3.4. P



roblemlər 

Azərbaycanın  informasiya  resurslarının  Vikipediyada 

yayılması ilə bağlı aşağıdakı problemlər mövcuddur: 

• 

Vikipediy



a və onun ayrı-ayrı layihələrinin imkanları hələ 

ki, 


lazımi səviyyədə tədqiq edilmir; 

• 

Viki-



mühitdə Azərbaycan haqqında məlumatlar yetərincə 

deyil,  bəzi  hallarda  həqiqətləri  əks  etdirmir,  qərəzli 

xarakter daşıyır; 

• 

Digər dillərdə də Azərbaycan reallıqları və milli-mənəvi 



dəyər  daşıyıcıları  olan  informasiya  resursları  çox  azdır 

ki,  bu  boşluqdan  istifadə  edərək  xalqımıza  qarşı 

dezinformasiyalar  yayılır,  informasiya  müharibəsi 

aparılır; 

• 

Ölkədə  nəşriyyatlar  tərəfindən  müntəzəm  olaraq  dərc 



olunan  kitabların,  jurnalların,  həmçinin  kitabxanalarda, 

el

m,  təhsil  və  digər  müəssisələrdə  saxlanılan  və  milli-



mənəvi  dəyər  daşıyıcıları  olan  audio,  video  və 

fotomaterialların 

viki-

mühitə 


daxil 

edilməsi 

istiqamətində aparılan işlər qənaətbəxş deyil; 

• 

Vikipediya 



ensiklopediyasında  Azərbaycanla  bağlı 

resursların artırılmasında pərakəndəlik müşahidə olunur; 

• 

Viki-


mühitdə  Azərbaycan  xalqına  qarşı  gizli  və  aşkar 

fəaliyyətin  aşkarlanması,  onlara  qarşı  əks  tədbirlərin 

görülməsi işləri yetərli deyil; 



70 

 

• 



Vikipediya 

ensiklopediyasının Azərbaycan bölməsi üzrə 

istifadəçilərin, xüsusən də aktiv istifadəçilərin – kontent 

yaradanların sayı çox azdır; 

• 

Vikipediya 



ensiklopediyasında  Azərbaycanla  bağlı 

məlumatların digər dillərdə təqdim olunması, xalqımıza 

qarşı  aparılan  informasiya  müharibəsində  xarici 

ölkələrdə yaşayan soydaşlarımızın imkanlarından lazımi 

səviyyədə istifadə olunmur; 

• 

KİV-lərdə  Vikipediya  ensiklopediyası  haqqında  verilən 



məlumatlar epizodik xarakter daşıyır; 

• 

Azərbaycan  elminin  nailiyyətləri,  alimlərin  əsərlərinin 



dünya  ictimaiyyətinə  çatdırılmasında  viki-layihələrin 

imkanl


arından lazımi səviyyədə istifadə olunmur; 

• 

Vikipediya 



ensiklopediyasında  Azərbaycanla  bağlı 

məlumatların,  həqiqətlərin  düzgün  təqdim  olunması 

istiqamətində,  dezinformasiyalara  qarşı  mübarizədə 

alimlərin, elmi kollektivlərin fəaliyyəti qənaətbəxş deyil; 

• 

Bir  çox a



limlər,  mütəxəssislər,  müxtəlif  informasiya 

resurslarına  malik  peşə  sahibləri    viki-layihələrdə 

çalışmaq, lazımi məlumatları bu mühitə daxil etmək üçün 

lazımi biliklərə və vərdişlərə sahib deyillər

• 

Viki-


layihələrin geniş miqyasda həyata keçirilməsi üçün 

inzibati,  təşkilati-texniki  və  maliyyə  dəstəyinə  ehtiyac 

duyulur. 

Vikipediya 

layihələrində  Azərbaycan  xalqının  milli-

mədəni  dəyərləri,  tarixi  həqiqətləri,  görkəmli  şəxsiyyətləri 




71 

 

haqqında düzgün  məlumatların yetərincə olmaması və yuxarıda 



sadalanan dig

ər  problemlər  alimlərimizin,  mütəxəssislərimizin 

bu  layihəyə  cəlb  olunmasına,  Azərbaycan  haqqında  obyektiv, 

operativ,  dolğun  informasiyanın,  audio-video  materialların 

Vikipediya 

ensiklopediyasına  daxil  edilməsinə  ehtiyac 

yaratmışdır.  

3.5. T

əkliflər 

Qeyd e


tmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının 

Prezidenti  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  ölkəmizdə 

informasiya cəmiyyəti quruculuğu uğurla həyata keçirilir.  

Hazırda Azərbaycan İKT sektorunun inkişaf tempinə görə 

dünya  ölkələri  arasında  ön  sıralardan  birini  tutur.  Müxtəlif 

nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu 

nailiyyətlərini  təsdiq  edir.  Bunun  nəticəsidir  ki,  Azərbaycanda 

İnternet  istifadəçilərinin  sayı  durmadan  artır.  Bu  da  ölkəmizdə 

dinamik sosial-

iqtisadi tərəqqinin və bunun nəticəsində əhalinin 

həyat  səviyyəsinin  yüksəlməsinin,  gəlirlərinin  artmasının, 

İnternet  infrastrukturun  inkişafının,  İnternet  azadlığının  yüksək 

səviyyədə təmin olunmasının göstəricisidir.  

Göstərilən  nailiyyətlər  imkan  verir  ki,  Azərbaycan  virtual 

məkanda, o cümlədən Vikipediya kimi nəhəng layihələrdə daha 

layiqli  təmsil  olunsun,  milli  maraqlarını  yüksək  səviyyədə 

qoruya bilsin. 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyevin  2007-ci  ildə  imzaladığı  “Milli  təhlükəsizlik 

konsepsiyası”nda informasiya təhlükəsizliyi əsas istiqamətlərdən 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə