Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   ...   13   14   15   16   17   18   19   20   21

64 

 

Bu  analiz  vətəndaşların  İnternet  məkanında ümumi 



aktivliyinin təyin olunmasında da istifadə oluna bilər.  

Sevindirici  haldır  ki,  Vikipediyanın  Azərbaycan 

bölməsində  istifadəçilərin  aktivliyi  dinamik  olaraq  artmaqdadır. 

Viki-


istifadəçilərin  aktivliyi  Azərbaycan  vətəndaşlarının  müasir 

İKT  vasitələrindən  səmərəli  istifadəsinin  və  ölkədə  İC-nin 

inkişafının əsas göstəricisidir. 

Əgər hər hansı bir xalq virtual məkanda aktivdirsə, deməli 

yaşadığı  ölkələrdə  müasir  İKT  vasitələri  ilə  işləmək,  bilik  və 

təcrübə  əldə  etmək  üçün  İnternet  və  digər  vasitələrlə  təmin 

olunmuşdur. 

Viki-


mühitdə  istifadəçilərin  aktivliyinin  təyini  və 

müqayisəsi  xalqların  İKT-nin  nailiyyətlərindən  nə  dərəcədə 

yararlandıqları  ilə  yanaşı,  ölkə  səviyyəsində  İC-nin  inkişafının 

əsas göstəricilərindən biri ola bilər. 



3.2.

 

Vikipediya ilə bağlı Azərbaycanda görülən işlər 

Azərbaycanda  İnternetin  inkişaf  tempi  getdikcə  artır. 

Azərbaycanla  bağlı  müxtəlif  virtual  layihələr:  elektron  mağaza, 

elektron  əmək  birjaları,  virtual  kitabxanalar  və  müxtəlif 

mövzuları əhatə edən saytlar yaradılaraq istismara verilməkdədir.  

Azərbaycan 

tarixini 

saxtalaşdıran, 

Azərbaycan 

mədəniyyətini  özününküləşdirməyə  çalışan  qüvvələrə  qarşı 

mübarizə aparmaq üçün Azərbaycan xalqının mədəniyyəti, tarixi, 

bu  günü  və  gələcəyi  haqqında  məlumatlar  Vikipediya  virtual 

ensiklopediyasında  Azərbaycan  dili  ilə  yanaşı  rus,  ingilis, 



65 

 

fransız, alman və s. populyar dillərdə dərc edilməli, artıq mövcud 



olan əhəmiyyətli kontent isə qorunmalı və zənginləşdirilməlidir. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  İnformasiya 

Texnologiyaları  İnstitutunda  Vikipediyada  Azərbaycanla  bağlı 

düzg


ün  məlumatların    artırılması  məqsədi  ilə  treyninqlər  təşkil 

olunur,  doktorantlara  və  dissertantlara  “Wikipedia  və  onun 

problemləri”  mövzusunda  mühazirələr  oxunur,  viki-

texnologiya

ları  dərindən  öyrənmək  istəyən  vətəndaşlara  praktik 

iş  qaydaları  tədris  olunur.  İnstitut  tərəfindən  Vikipediya 

layihələrinin KİV-də təbliğatı aparılır, müvafiq elmi konfranslar  

və  seminarlar  keçirilir.  

2008-

ci  ildən  başlayaraq  İnformasiya  Texnologiyaları 



İnstitutunda  vikimetrik  araşdırmalar  aparılır  və  hal-hazırda 

aşağıda göstərilən nəticələr əldə olunmuşdur: 

 

viki-



mühitdə  fəaliyyət  göstərən  istifadəçilərin  sosial-

demoqrafik portretinin analizi üçün metodlar 

işlənmişdir [57]; 

 



viki-

mühitdə 


reallaşdırılan 

informasiya 

qarşıdurmalarının  aşkarlanması  metodları  təklif 

olunmuşdur [82]; 

 

viki-



mühitdə  toplanan  multimedia  vasitələrindən 

informasiya  təsirində  effektli  istifadəsi  üçün  metod  və 

alqoritmlər işlənmişdir [83]. 

 



viki-

mühitdə  fəaliyyət  göstərən  gizli  sosial  şəbəkələrin 

aşkarlanması  və  analizi  üçün  metod  və  alqoritmlər 

işlənmişdir [92]; 




66 

 

Son  illər  Vikipediya  ensiklopediyasının  Azərbaycan  dili 



bölməsində    radikal  dəyişikliklər  baş  verməkdədir.  Azərbaycan 

Milli  Elmlər  Akademiyası  Rəyasət  Heyətinin  qərarı  ilə 

Vikipediyada  ensiklopedik 

məqalələrin  yaradılma  qaydalarının 

öyrədilməsi,  alim  və  mütəxəssislərin  virtual ensiklopediyada 

fəaliyyətlərinin  gücləndirilməsi  Vikipediyaya  daxil  edilən 

məlumatların  keyfiyyətinin  yüksəlməsinə,  elmi  mənbələrə 

söykənən  ensiklopedik  məqalələrin  çoxaldılmasına,  Vikipediya 

virtual  ensiklopediyası  haqqında  cəmiyyətdə  müəyyən 

təsəvvürün yaradılmasına səbəb olmuşdur.  



3.3. Viki-

mühitdə Azərbaycana qarşı informasiya müharibəsi  

V

ikipediyanın  Azərbaycan  bölməsinin  dinamik  inkişafı 



cəmiyyətimizdə  bu  layihəyə  marağın  durmadan  artmasından 

xəbər  verir    (şəkil  7).  Buna  səbəb  Vikipediyanın  dünyanın  ən 

nəhəng  informasiya  mənbəyinə  çevrilməsi  və  Azərbaycanda 

İnternet istifadəçilərinin sayının çox sürətlə artmasıdır.  

Bu  gün  cəmiyyətdə  milli  informasiya  resurslarının 

mühafizəsi  məsələsi  aktualdır  və  bu  baxımdan  hər  bir  ölkənin 

milli-

mənəvi dəyərlərini əks etdirən viki-məqalələrin yaradılması 



və qorunması çox əhəmiyyətlidir.  

İnternet  mühitində  reallaşdırılan  informasiya  müharibəsi 

iştirakçıları  viki-texnologiyaların informasiya müharibəsində

təbliğat  və  dezinformasiyanın  yayılmasında  əhəmiyyətini  artıq 

çoxdan  anlamışlar.  Müxtəlif  siyasi  partiyalar,  müəyyən  qrup 

insanlar 

öz  siyasi  və  ideoloji  baxışlarını  təbliğ  etmək  üçün 



67 

 

fəaliyyətlərində  Vikipediya  layihələrindən  aktiv  və  hərtərəfli 



istifadə etməkdədirlər.

 

 

Şəkil 7. 10 il ərzində az.wikipedia.org saytında olan 

məqalələrin sayının artım dinamikası 

 

Aktiv  istifadəçilərin  bilik  səviyyəsi,  ensiklopedik 



məqalələrin  yaradılmasında  iş  təcrübəsi,  digər  istifadəçilərlə 

münasibətdə  etik  qaydalara  nə  dərəcədə  əməl  etmələri,  maraq 

sahələri, ən əsası isə fəaliyyətlərindəki məqsəd onların qruplara 

ayrılmasına  səbəb  olur.  Viki-mühitdə    Azərbaycana  qarşı 

informasiya  müharibəsi  texnologiyalarının əsas aspektləri aşağı 

göstərilmişdir: 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə