Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   ...   13   14   15   16   17   18   19   20   21

57 

 



 

m

ətn daxil edərkən, mətnin  hansı  dildə  yazılması 



vacibdir.  Halbuki,  şəkillərin daxil edilməsində  dil 

faktoru o q

ədər də önəm daşımır. 

Bu  cəhətlər  informasiya  təsirində,  təbliğat  və  reklam 

işlərində  multimedia  vasitələrindən  geniş  istifadə  etməyə  sövq 

edir.  İnformasiya  təsirində,  təbliğat  və  dizayn  işlərində 

multimedia fayllarından istifadə viki-mühitdə geniş tətbiq edilən 

vasitələrdəndir [83]. 

Viki-

mühitdə 


həyata 

keçirilən 

informasiya 

əməliyyatlarında multimedia resurslarından effektiv istifadə üçün 

təklif olunan metod və alqoritmlər informasiya təsirində istifadə 

olunan  kontenti  aşkarlamaqla  viki-səhifələrin  etibarlılığının  və 

keyfiyyətinin artırılmasına xidmət edə bilər [83]. 

Vikimetrik tədqiqatların analizi aparılarkən məlum oldu ki, 

viki-

mühitdə  problemlərin  həlli  üçün  tədqiqatlar  əsasən  beş 



istiqamətdə aparılır [79, 84]: 

 



Vikipediya v

ə  onun digər layihələrinin həcminin və 

artım dinamikasının analizi; 

 



viki-istifad

əçilərin töhvələrinin analizi; 

 

viki-mühitd



ə  sosial  şəbəkələrin və  istifadəçilərin 

nüfuzunun analizi;  

 

viki-kontentin keyfiyy



ətinin analizi və  vandalizmin 

t

əyini metodları; 



 

i



nformasiya qarşıdurmalarının və konfliktlərin analizi. 

Vikimetrik  tədqiqatların  aparılmasında  müxtəlif  proqram 

məhsullarından  istifadə  olunur.  Proqramlardan  bəzilərini 



58 

 

İnternetdən  yükləyərək  istifadə  etmək  mümkün  olsa  da  təqdim 



olunan  imkanlar  məhduddur.  Sistemlər  əsasən  WMF-in  dəstəyi 

ilə yaradılır və MediaWiki sisteminin bilikləri idarə edən güclü 

və çevik sistemə çevrilməsinə yardım edir: 

WikiTracer 

ilk  dəfə  WikiSym–2008  konfransında 

Tara

borelli və Rot tərəfindən təqdim edilmişdir [54]. WikiTracer 



viki-

cəmiyyətin  müqayisəli  statistik  analizini  aparmaqla 

administratorların  işini  yüngülləşdirmək  üçün  nəzərdə 

tutulmuşdur.  Sistem  Vikipediya  ensiklopediyasında  sosial 

münasibətləri,  məqalələrin  məzmun  dərinliyini,  həcmini, 

istifadəçilərin məhsuldarlığını təyin edir. Sistemdə ensiklopedik 

məqalələrin  keyfiyyətini  simvolların  və  hərflərin,  məqalənin 

yaradılmasında iştirak edən istifadəçilərin, məqalədəki daxili və 

xarici  keçidlərin  sayı  ilə  təyin  edilməsi  nəzərdə  tutulur.  Viki-

səhifədən  digər  səhifələrə  daxili  keçid  yoxdursa,  alqoritm  bu 

səhifələri  keyfiyyətsiz  məqalələr  çoxluğuna  daxil  edir.  Lakin 

qeyd  etmək  lazımdır  ki,  sistem  bu  günə  kimi  tam  gücü  ilə 

işləmir. 

Semantic MediaWiki (SMW)  azad proqra

m  təminatıdır, 

sorğuları və müxtəlif tip verilənləri viki-səhifələrdə saxlamaq və 

viki-


səhifələr  arasında  semantikanı  təmin  etmək  üçün  nəzərdə 

tutulmuşdur.  SMW-də  toplanan  verilənlərin  semantik  vebin 

köməyi  ilə  digər  sistemlər  tərəfindən  istifadə  edilməsinə  icazə 

verilir [85]. 



Wikimedia Analytics 

layihəsi  viki-mühitdə  toplanmış 

böyük  həcmli  verilənlərin  analitik  emalını  həyata  keçirir,  yeni 

istifadəçilərin  fəaliyyəti,  məqalələrin  keyfiyyəti  və  s.  haqqında 




59 

 

məlumatların əldə edilməsində istifadə edilir. Tədqiqat alətlərinə 



və  verilənlər  xəzinəsinə  malikdir.  WMF-in “Analytics” 

komandası tərəfindən işlənmişdir [86]. 



StatMediaWiki 

xüsusi layihə olub viki-mühitə daxil edilən 

verilənlərin  toplanaraq  strukturlaşdırılması  və  üzərlərində 

statistik analiz aparmaq üçün 

istifadə olunur. StatMediaWiki bir 

neçə  menyudan  ibarət  interaktiv  əlavədir.  Sistem  HTML 

səhifələrinə  daxil  edilən  kontent  üzərində  aparılan  analizin 

nəticəsinin  cədvəl  və  qrafik  şəklində  verilməsini  təmin  edir  ki, 

tədqiqat  nəticəsində  viki-mühitin  inkişaf  dinamikasını  və 

istifadəçilərin fəallığını öyrənmək mümkündür [87]. 



WikiApiary 

sistemi  əsasən  botlardan  təşkil  olunmuşdur. 

Botlar viki-

mühitdə  toplanan  kontent,  əsasən  qrafik  fayllar, 

səhifələrdə  edilən  dəyişikliklər  haqqında  məlumatları  toplayır. 

WikiApiary 

aləti SMW ilə əlaqəli işləyir və SMW-in verilənlər 

xəzinəsində saxlanılan verilənlərə çıxışa malikdir [88]. 



Wikimetrics 

layihəsi  2014-cü  ilin  iyul  ayında  WMF-in 

əməkdaşları  tərəfindən  işlənilmişdir  və  viki-istifadəçilərin 

fəaliyyəti  haqqında  informasiya  əldə  etmək  üçün  nəzərdə 

tutulmuşdur.  Sistemdə  istifadə  olunan  göstəricilər  aşağıda 

göstərilmişdir [89]: 

 

yeni istifa



dəçilərin sayı; 

 



a

ktiv və çox aktiv istifadəçilərin sayı; 

 

y



eni yaradılan ensiklopedik məqalələrin sayı; 

 



i

stifadəçilərin daxil etdikləri simvolların sayı; 

 

viki-



layihələrə yüklənən faylların tipi, sayı və s. 


60 

 

Wikimetrics viki-



mühitdə  verilənlərin  analizinin  daha 

effektli  aparılmasını,  strukturlaşdırılmış  verilənlərin  əldə 

olunmasını  və  analiz  zamanı  iş  prosesinin  keyfiyyətini  təmin 

edir. Sistem viki-

istifadəçilərin  siyahısını  bazaya  yükləməklə 

işləyir.  Göstəricilər  istifadəçi  tərəfindən  seçilir,  fayllar 

generas

iya  olunaraq  yüklənir. 



Vikipediyann  tədqiqat  obyekti 

kimi  müxtəlif  sahə  mütəxəssislərini  özünə  cəlb  etməsinə, 

dinamik inkişafına və son dövrlər layihənin analizi üçün müxtəlif 

təyinatlı  sistemlərin yaradılmasına baxmayaraq bu layihədə həll 

edilməsi  vacib  olan  bir  sıra  problemlər  hələ  də  mövcuddur  və 

bunlar aşağıdakılardır: 

 

Vikipediyanın  keyfiyyət göstəricisinə  xələl gətirmədən 



ensiklopedik m

əqalələrin sayının artırılması; 

 

Vikipediyada ensiklopedik m



əqalələr 

arasında 

hiper

istinadların dəqiqləşdirilməsi; 



 

kat



eqoriyaların sistemləşdirilməsi; 

 



informasiya müharib

ələrində 

v

ə 

redakt



ələr 

müharib


əsində istifadə olunan məqalələrin aşkarlanması 

v

ə yenidən işlənməsi; 



 

qrafik kontentin keyfiyy



ətinin  yaxşılaşdırılması  və 

mövzuya uyğun yerləşdirilməsi; 

 

istifad



əçilər arasında əməkdaşlığın təşkili; 

 



informasiya qarşıdurmalarında  iştirak edən gizli sosial 

qrupların aşkarlanması məsələləri.    




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə