Rasim Əliquliyev


FƏSİL  3.  VİKİPEDİYANIN  AZƏRBAYCAN  DİLİ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   ...   13   14   15   16   17   18   19   20   21

61 

 

FƏSİL  3.  VİKİPEDİYANIN  AZƏRBAYCAN  DİLİ 



BÖLMƏSİNDƏ VƏZİYYƏTİN ARAŞDIRILMASI 

Vikipediya  layihələrinə  dövlət  dəstəyinin  göstərilməsi 

Vikipe

diyanın  ümumi  prinsiplərinə  və  fəlsəfəsinə  ziddir. Lakin 



bir çox dövlət orqanları Vikipediyanın və viki-cəmiyyətin sosial-

siyasi  və  iqtisadi  münasibətlərə  təsir  gücünü  anlayır,  

ensiklopedik  məlumatların  məzmunu  çoxlarını  düşündürür  və 

narahat edir.  

ABŞ,  Böyük  Britaniya,  Almaniya  və  informasiya 

texnologiyaları sahəsində inkişaf etmiş bir sıra ölkələrdə dövlət 

xadimləri,  parlament  üzvləri,  siyasi  partiyalar,  böyük  şirkətlər 

Vikipediya  ensiklopediyasında  yerləşdirilən  informasiyanın  öz 

maraqlarına  uyğunluğuna  çox  əhəmiyyət  verirlər.  Bu  səbəbdən 

Vikipediya  layihələri  dövlət  təhlükəsizlik  orqanları  tərəfindən 

araşdırılır və nəzarətdə saxlanılır [90]. 

3

.1.  Vikipediyanın  Azərbaycan  bölməsində  istifadəçilərin 

aktivliyinin analizi 

Vikipediya  ensiklopediyasının  Azərbaycan  bölməsində 

ensiklopedik məqalələr latın və ərəb əlifbası ilə yaradılır. Layihə 

2004-


cü  ildə  az.wikipedia.org  domen  adı  altında  fəaliyyətə 

başlamışdır.  Latın  əlifbası  ilə  yanaşı  ərəb  əlifbasında  yazılan 

məqalələrin  də  Vikipediyaya  daxil  edilməsinə  səbəb  İranda 

yaşayan  azərbaycanlıların  bu  ensiklopediyada  məqalə  yaratmaq 

istəyindən  irəli  gəlir.  Lakin  buna  baxmayaraq  araşdırmalar 



62 

 

göstərir ki, Vikipediyanın Azərbaycan bölməsindəki məqalələrin 



çoxu latın əlifbası ilə yazılmışdır [90, 91]. 

Vikipediyanın 

Azərbaycan 

bölməsində 

(az-viki) 

məqalələrin sayı 2014-cü ilin dekabr ayına olan məlumata görə 

100  mindən  artıqdır.  Az-vikidə  80  minə  yaxın  qeydiyyatdan 

keçmiş istifadəçi, 500-ə yaxın aktiv istifadəçi və 14 administrator 

fəaliyyət  göstərir,  ensiklopedik  məqalələr  bir  çox  viki-

layihələrdə  olduğu  kimi  könüllülər  tərəfindən  yaradılır. 

Vikipediyanın Azərbaycan bölməsində ensiklopedik məqalələrin 

keyfiyyəti, sayı, həcmi istifadəçilərin aktivliyindən asılıdır. Bunu 

nəzərə alaraq Vikipediyanın Azərbaycan, eyni zamanda bir sıra 

dillərdə  fəaliyyət  göstərən  layihələrində  istifadəçilərin 

aktivliyinin müqayisəli analizini aparaq.  

Nəzərə  almaq  lazımdır  ki,  Vikipediyanın  hər  bir  dil 

bölməsi, eyni zamanda həmin xalqın virtual məkanda fəaliyyətini 

xarakterizə  edir.  Məsələn,  hər  hansı  dildə  fəaliyyət  göstərən 

istifadəçilərin  aktivliyini  təyin  etmək  üçün  vikidə  qeydiyyatdan 

keçmiş istifadəçilərin sayının dünyada həmin dildə danışanların 

ümumi sayının nisbəti həmin xalqın virtual məkanda aktivliyini 

xarakterizə edir. 

 

Cədvəl 1-də 2009, 2012 və 2014-cü illərdə 24 dil üzrə viki-



istifadəçilərin  aktivlik  indekslərinin  müqayisəsi  verilmişdir. 

Cədvəldən  göründüyü  kimi  eston,  isveç,  fin  və  alman  dilində 

danışanlar  Vikipediyada  daha  aktivdirlər.  Belə  ki,  bu  dildə 

danışan insanlar ingilis, çin, hindi dillərində danışanlardan sayca 

az olsalar da Vikipediya istifadəçilərinə görə daha aktivdirlər.  

 



63 

 

Cədvəl 1. 



Dünya xalqlarının Vikipediyada aktivlik indeksi 

№ 

Dünya 

dilləri 

2009 

2012 

2014 

1. 


Eston

 

1,91 



4,27 

5,94 


2. 

Fin


 

2,13 


3,26 

3,81 


3. 

İsveç


 

1,75 


2,04 

2,83 


4. 

Alman


 

0,71 


1,21 

1,65 


5. 

İtalyan


 

0,86 


1,33 

1,64 


6. 

Polyak


 

0,78 


1,30 

1,45 


7. 

Gürcü


 

0,40 


0,99 

1,38 


8. 

Norveç


 

0,35 


0,82 

1,18 


9. 

İngilis


 

0,46 


0,74 

0,97 


10.  Türk

 

0,41 



0,57 

0,84 


11.  Rus 

0,21 


0,50 

0,82 


12. 

İspan


 

0,39 


0,55 

0,79 


13.  Yapon

 

0,29 



0,50 

0,72 


14.  Portuqal

 

0,36 



0,41 

0,67 


15.  Fars

 

0,24 



0,45 

0,66 


16. 

Azərbaycan

 

0,06 


0,23 

0,51 


17. 

Fransız


 

0,18 


0,34 

0,49 


18.  Ukrayna

 

0,11 



0,30 

0,49 


19. 

Erməni


 

0,07 


0,26 

0,46 


20. 

Ərəb


 

0,06 


0,14 

0,35 


21. 

İndoneziya

 

0,07 


0,16 

0,24 


22.  Çin

 

0,05 



0,09 

0,15 


24.  Hindi

 

0,01 



0,00 

0,02 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə