Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

54 

 

yanaşmalarla  müqayisədə  vandalizmin  aşkarlanmasında daha 



effektli vasitə sayıla bilər. Lakin bu yanaşma vandalizmə məruz 

qalan  bütün  məqalələri  aşkar  etmək  imkanına  malik  deyildir. 

Belə  ki,  sistem  yalnız  anonimlərin  və  yeni  istifadəçilərin 

təsnifatlandırmağa  qadirdir.  Tədqiqatçılar  belə  bir  fikir  irəli 

sürürlər ki, müəyyən staja malik olan istifadəçilərin vandalizmlə 

məşğul ola biləcəyi ehtimalı azdır.   



2.5. 

İnformasiya qarşıdurmaları və konfliktlərinin analizi 

İctimai rəyin  formalaşması  və  ya dəyişdirilməsində, 

dezinformasiyanın  yayılması  planında  Vikipediya  geniş 

imkanlara malikdir v

ə informasiya müharibəsi texnologiyalarının 

universallığı,  gizliliyi,  çoxvariantlılığı,  zaman  və  məkan seçimi 

il

ə əlaqədar əlverişli olması, onları həddən artıq təhlükəli edir, o 



zaman 

əminliklə  deyə  bilərik ki, bu xüsusiyyətlər  viki-mühitdə 

informasiya 

qarşıdurmalarına, az vəsait sərf etməklə  yüksək 

n

əticə əldə edilməsinə şərait yaratmış olur [78].  



Vikipediya  ensiklopediyasında  viki-səhifələrin silinməsi, 

birl


əşdirilməsi, bölünməsi və  ya  adının  dəyişdirilməsi  zamanı 

konfliktl

ər  baş  verə  bilər.  Konfliktlərdə  iştirak  edən 

istifad


əçilərin  davranışı  onların  məqsədlərini büruzə  verir. Belə 

ki, viki-istifad

əçilərin  hansı  marağa  və  ideoloji  baxışa  malik 

olmaları məqalələrin məzmununa təsir edir [79]. 

Konfliktl

ər, “redaktələr müharibəsi”  viki-mühitdə  realizə 

olunan informasiya müharib

əsi  texnologiyalarından  istifadə 

edilm

əklə  məqalədə  dezinformasiya, qərəzli məlumatın 



yerl

əşdirilməsi və  ya hər  hansı  vacib mətnin silinməsi, fəal, 




55 

 

t



əcrübəli istifadəçilərin  viki-layihələrdən  uzaqlaşdırılması  ilə 

n

əticələnə  bilər. Redaktələr müharibəsi  zamanı  qərəzli mövqe 



göst

ərən, yalan informasiya daxil etməyə  çalışan  istifadəçilərin 

redakt

ələri son variant kimi saxlanılırsa bu əksər istifadəçilərdə 



Vikipediyanın  düzgün məlumat  bazası  olması  haqqında 

t

əsəvvürləri şübhə altına almaqla, onların virtual ensiklopediyaya 



inamını  azaldır,  viki-istifadəçilər  arasında  gərginlik yaratmaqla 

viki-c


əmiyyətdə narazılığa səbəb olur.  

Viki-


mühitdə informasiya təsirini müxtəlif əlamətlərə görə 

təsnifatlandırmaq  olar:  istifadəçilərə  və  məqalələrə  təsir 

xarakterinə,  təsir  subyektinin  yerinə,  informasiya  təsirlərinin 

həcminə  görə  və  s.  Bu  halda  belə  bir  sual  yaranır:  informasiya 

qarşıdurmasına, “redaktələr müharibəsinə” və konfliktlərə səbəb 

olan viki-

məqalələri necə təyin etməli? Ofi Arazi və həmkarları 

konfliktlərin  təyini  və  idarəsi  məsələlərinin  həllində  əvvəlcə 

bütün  konfliktli  situasiyaların  analizi  və  təsnifatlandırılmasını 

təklif  edirlər.  Onlar  viki-mühitdə  3  tip  konfliktli situasiya 

göstərirlər: konkret mövzu və ya məsələ ilə əlaqədar konfliktlər, 

affekt konfliktlər və məqalənin yaradılması prosesində baş verən 

konfliktlər.  Tədqiqatçıların  təklif  etdikləri  yanaşma  viki-

mühitdəki  qruplaşmaların  tərkibinin  konfliktlərlə  əlaqəli 

olmasını sübut edir  [80]. 

Viki-


mühitdə  informasiya  qarşıdurmalarını  aşkarlayan 

digər  metod  Oksford  Universitetinin  professorları  Taha  Yasseri 

(Taha Yasseri

) tərəfindən təklif edilmiş “cross-cultural analysis” 

metodudur [56]. Viki-

mühitdə baş verən “redaktələr müharibəsi” 

və  konfliktlərin  analizi  ilə  məşğul  olan  Taha  Yasseri  və 



56 

 

həmkarları 



konfliktli 

məqalələrin 

və 

vandalizmin 



aşkarlanmasında    “avtomatik  təyinetmə  alqoritmi”  (auto-

detection algorithm

təklif 



etmişlər. Alqoritm 

“mədəniyyətlərarası  müqayisə”  (inter-cultural comparisons

əsasında işləyir, yəni əsas göstəricilər kimi istifadəçilərin sosial-

demoqrafik portretini 

(şəxsi səhifələrdə və müzakirələr aparılan 

veb-


səhifələr  nəzərə  alınmaqla),  dillərin  yaxınlığını  (cross-

language checks

nəzərə  alır.  Metod  məqalədəki  redaktələrin 

statistik  göstəricilərinə  əsaslandığına  görə  məqalənin  yazıldığı 

dilin xüsusiyyəti nəzərə alınmır [81].  

Lakin  nəzərə  alınmalıdır  ki,  Vikipediyada  informasiya 

müharibəsi aparan gizli sosial şəbəkələr mövcuddur. İnformasiya 

qarşıdurmasına  səbəb  olan  viki-səhifələrin, viki-mühitdə 

fəaliyyət  göstərən  gizli  sosial  şəbəkələrin  aşkarlanması  üçün 

metod

lar işlənmişdir [82]. 



Digər  tərəfdən  informasiya  təsirində  mühüm  əhəmiyyət 

kəsb  edən  multimedia  resurslarının  rolunu  da  unutmaq  olmaz. 

İnternet  məkanında  informasiya  müharibəsi  fonunda  şəkillərlə 

hücum texnologiya

larından istifadənin aşağıdakı üstün cəhətləri 

mövcuddur: 

 

çox zaman böyük h



əcmli mətn əvəzinə hər hansı hadisəni 

v

ə  ya problemi bir foto və  ya video faylla anlatmaq 



mümkündür; 

 



virtual mühitd

ə  həddən  artıq  informasiya  bolluğunun 

olması  istifadəçiləri vaxta qənaət etməyə  məcbur edir. 

N

əticədə  istifadəçi səhifəyə  daxil olarkən çox zaman 



m

ətni oxumur, şəkillərə baxmaqla kifayətlənir; 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə