Rasim Əliquliyev



Yüklə 0,55 Mb.

səhifə1/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21


Azərbaycan Milli Elmlər Akademiyası 

İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU 



 

 

 

Rasim 

Əliquliyev 

 

İradə Ələkbərova

 

 

 

 

 

VİKİMETRİK TƏDQİQATLAR: 

MÜASİR VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ 

PERSPEKTİVLƏRİ 

 

 

 

 

EXPRESS – 

İNFORMASİYA 

 

 



İNFORMASİYA CƏMİYYƏTİ  

SERİYASI 

 

 

Bakı–2015 




 

Əliquliyev  R.M.,  Ələkbərova  İ.Y.  Vikimetrik  tədqiqatlar: 

müasir  vəziyyəti,  problemləri  və  perspektivləri.  Ekspress-

informasiya.  İnformasiya  cəmiyyəti  seriyası.  Bakı: 

“İnformasiya texnologiyaları” nəşriyyatı, 2015, 88 səh. 

 

Ekspress-informasiyada viki-

texnologiyaların  imkanları, 

Vikipediyanın 

məqsəd 

və 


vəzifələri 

araşdırılmışdır. 

Vikimetriyanın  bəzi  elmi-nəzəri  problemləri  analiz  olunmuş, 

mövcud aktual problemlərin həlli ilə əlaqədar müəyyən təkliflər 

irəli  sürülmüşdür.  Vikipediyanın  Azərbaycan  bölməsində 

vəziyyət araşdırılmış, Azərbaycanla bağlı kontentin viki-mühitdə 

artırılması məqsədi ilə təkliflər paketi işlənmişdir. 

 

 



 

 

Elmi redaktor:     

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş 

elmi işçisi, tex.f.d., dosent Zərifə Cəbrayılova 



 

 

 

 

ISBN: 


 

 

 



 

 

 



 

 

© 



”İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015 


MÜNDƏRİCAT 

 

G

İRİŞ ............................................................................................ 4 

 

FƏSİL 1. VİKİPEDİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ . 12 

1.1. Viki-

texnologiyaların mahiyyəti ....................................... 12 

1.2. MediaWiki......................................................................... 22 

1.3. Vikipediya sisteminin arxitekturu ..................................... 24 

1.4. Vikipediya layih

ələri ......................................................... 27 

 

FƏSİL 2. VİKİMETRİYANIN BƏZİ ELMİ-NƏZƏRİ 

PROBLEMLƏRİNİN ANALİZİ .............................................. 31 

2.1. Viki-

mühitin inkişaf dinamikasının analizi ...................... 40 

2.2. Viki-istifad

əçilərin töhfələrinin analizi ............................ 43 

2.3. Viki-mühitd

ə sosial şəbəkələrin və istifadəçilərin 

nüfuzunun analizi .................................................................... 44 

2.4. Viki-kontentin keyfiyy

ətinin analizi və vandalizmin 

t

əyini metodları ........................................................................ 51 



2.5

. İnformasiya qarşıdurmaları və konfliktlərinin analizi ...... 54 



 

FƏSİL 3. VİKİPEDİYANIN AZƏRBAYCAN DİLİ 

BÖLMƏSİNDƏ VƏZİYYƏTİN ARAŞDIRILMASI ............. 61 

3.1. Vikipediyanın Azərbaycan dili bölməsində vəziyyət ....... 61 

3.2. Vikipediya il

ə bağlı Azərbaycanda görülən işlər .............. 64 

3.3. Viki-mühitd

ə Azərbaycana qarşı informasiya 

müharib

əsi. ............................................................................... 66 



3.4. Probleml

ər ......................................................................... 69 

3.5. T

əkliflər ............................................................................. 71 



 

ƏDƏBİYYAT ............................................................................. 74 


 

G



İRİŞ 

Müasir  dövrdə  İnternet  məkanı  dünya  əhalisinin  siyasi, 

iqtisadi  və  sosial  həyatında  vacib  faktordur.  Bu  qlobal  şəbəkə 

elmi-


texniki  və  iqtisadi  cəhətdən  genişlənərək  insanların  həyat 

fəaliyyətlərinin bütün sahələrinə birbaşa və ya dolayı yolla təsir 

etməkdədir.  İnternet  hər  kəsə  bir  sıra  məsələlərin  həllində  öz 

sözünü  demək  imkanını  verir  və  bilik  mənbəyi  olmaqla  yanaşı 

insanlara  müxtəlif  istiqamətlərdə  fəaliyyət  göstərməyə  şərait 

yaradır: informasiya daxil etmək, müzakirələr aparmaq, e-biznes 

və İnternet jurnalistika ilə məşğul olmaq, dünyanın hansı yerində 

yaşamasından 

asılı 

olmayaraq 



müxtəlif 

alimlərlə, 

mütəxəssislərlə,  maraqlı  insanlarla  tanış  olaraq  bilikləri 

bölüşdürmək  və  s.  İnternetin  imkanları  ictimai  baxışın 

formalaşmasında,  siyasi,  iqtisadi  və  hərbi  sahədə  qərarların 

qəbulunda, 

xüsusi 

hazırlanmış 



informasiya 

və 


dezinformasiyaların yayılmasında geniş istifadə edilməkdədir.  

İnformasiya cəmiyyətinin (İC) inkişaf etdiyi müasir dövrdə 

İnternet texnologiyalarından müxtəlif sahələrdə: təhsildə, elmdə, 

istehsalatda, dövlət strukturlarında və s. sahələrdə geniş istifadə 

edilməkdədir. Əsasən də vətəndaşlarla dövlət qurumları arasında 

informasiya  mübadiləsinin  həyata  keçirilməsində  İnternet 

texnologiyaları  mühüm    rol  oynamaqla  dövlət  strukturlarının 

fəaliyyətinin  xarakterini  dəyişməkdədir.  Belə  ki,  yeni 

informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi icra 

orqanlarının  fəaliyyətinin  daha  dinamik,  qıvraq  və  interaktiv 

olmasına  şərait  yaradır.  Dövlət  strukturlarının  xidməti  daha 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə