Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   2   3   4   5   6   7   8   9   ...   21

17 

 

Lakin bütün bu problemlər Vikipediyanın inkişafına mane olmur. 



İnternet  məkanı  genişləndikcə  viki-texnologiyaları  ilə  idarə 

olunan layih

ələr də, ilk növbədə isə Vikipediya da inkişaf edir.  

Vikipediya 

layihələrində  istifadəçilərin  sayının  sürətlə 

artması,  ən  müxtəlif  mövzulara  aid,  hər  an  yenilənən  və  artan 

milyonlarla  səhifələrin  yaradılması  bu  virtual  ensiklopediyanı 

dünyada  baş  verən  siyasi,  mədəni,  sosial-iqtisadi  və  digər 

prosesləri özündə əks etdirən informasiya müharibəsi meydanına 

çevirmişdir.  

2014-

cü  ilin  mart  ayına  olan  məlumata  görə  Vikipediya 



ensiklopediyasında 31 mln. məqalə, 20 mln. fotoşəkil, audio və 

video-materiallar  topla

nmışdır.  Ay  ərzində  Vikipediyaya  orta 

hesabla 4 mlrd. müraciət olunur. Vikipediya istifadəçilərinin sayı 

44 mln.-dan çoxdur  [12]. 

Vikipediya  və  onun  layihələri 

“Vikimedia Foundation Inc.” (WMF

)  şirkəti  tərəfindən  idarə 

olunur.  WMF  qeyri-kommersiya, qeyri-h

ökumət  təşkilatıdır  və 

bir  sıra  viki-texnologiyaları  ilə  idarə  olunan  azad  məzmunlu 

layihələri  idarə  edir.  Fondun  əsası  20 iyun 2003-cü  ildə 

qoyulmuşdur [13]. Fondun verilənlər bazasında (VB) saxlanılan 

məlumatlar hər bir İnternet istifadəçisi üçün açıqdır və istənilən 

informasiyanı bərpa etmək, digər versiyalarla müqayisə etmək və 

dəyişdirmək mümkündür. 

 

İnternetin genişlənməsi və Vikipediyanın açıq olması viki-



istifad

əçilərin  sayının  durmadan artmasına  səbəb olur. 

Vikipediya  ensiklopediyasını  idarə  edən  viki-texnologiyaları 

istifadəçilərə  informasiyanı  dəyişmək  imkanını  verməklə,  bu 

dəyişikliyi həmin anda bütün İnternet istifadəçilərinin görməsini 



18 

 

təmin  edir.  Bu  imkanlar  Vikipediyanın  keyfiyyətinə  və  artım 



dinamikasına  öz  təsirini göstərir. Müqayisə  üçün qeyd edək ki

dünyanın ən böyük nəşr olunan ensiklopediyası sayılan, 1770-ci 

ild

ə  yaradılan  və  bu günə  kimi zənginləşən “Britannika” 



ensiklopediyasında  məqalələrin  sayı  120  min,  Böyük  Sovet 

Ensiklopediyasında isə təqribən 95 mindir.  

Virtual  ensiklopediyanın  fərqləndirici  xüsusiyyətlərindən 

biri  onun  müxtəlif  dillərdə  mövcud  olmasıdır.  Layihənin  əsas 

səhifəsində  müxtəlif  dillərə  keçidlər  verilmişdir.  Eyni  zamanda 

layihənin ünvanlaşdırılması da rahat şəkildə yaradılmışdır. Belə 

ki, “wikipedia.org” domen ünvan

ının  qarşısında  hər  hansı 

ölkənin  domenini  əlavə  etməklə  lazım  olan  dildəki 

ensiklopediyanın  “Ana  səhifəsi”nə  daxil  olmaq  olar.  Məsələn, 

ru.wikipedia.org – 

rus dilində, en.wikipedia.org – ingilis dilində, 

de.wikipedia.org 

– 

alman  dilində  fəaliyyət  göstərən 



ensiklopediyaların  domen  ünvanıdır.  Bütün  layihələr  avtonom 

olaraq  bu  dildə  danışan  istifadəçilərin  könüllü  töhvələri 

nəticəsində inkişaf edir [14]. 

M

əqalələrin  sayına  görə  Vikipediya  ensiklopediyasının 



ingilis dilind

əki layihəsi 4,5 mln. məqalə  ilə  birinci yerdədir. 

Vikipediya  dünya  xalqlarının  286  dilində  fəaliyyət  göstərir  və 

müxtəlif  dillərdə  viki-layihələrin  yaranması  prosesi  bu  gün  də 

davam edir. 

Araşdırmalar  göstərir  ki,  2006-cı  ildən  başlayaraq 

Vikipediyanın  bütün  dil  bölmələrində  ensiklopedik  məqalələrin 

sayı hər il təqribən 3 mln. artmağa başlamışdır. Viki-məqalələrin 

sayının  artım  dinamikası  şəkil  1-də  göstərilir.  Nəzərə  almaq 



19 

 

lazımdır ki, Vikipediyada ensiklopedik məqalələrin sayının artım 



dinamikası  əsasən  ingilis,  alman  və  bir  sıra  Avropa  dillərinin 

payına düşür [12].  

 

 

Şəkil 1. Vikipediyada ensiklopedik məqalələrin sayının illər üzrə 



artım dinamikası 

 

2006-



cı  ilin  noyabr  ayında  viki-texnologiyaları  ilə  idarə 

olunan


,  strukturuna  və  fəlsəfəsinə  görə  Vikipediya  layihəsinə 

bənzəyən  daha  bir  virtual  ensiklopediya  İnternetdə  istismara 

verildi. Sitizendium (Citizendium) adlanan bu ensiklopediya da 

viki-texnologiya

ları ilə idarə olunur və Vikipediya kimi könüllü 

istifadəçilərin  birgə  əməyi  ilə  zənginləşdirilir.  Lakin 

Vikipediyadan  fərqli  olaraq  layihə  qapalıdır:  məqalələr  xüsusi 

ekspertlərin nəzarətindədir və yalnız onların razılığı ilə hər hansı 

mln. 



20 

 

kontent veb-



saytda saxlanıla bilərlər. Vikipediyada hazırlanan və 

viki-


cəmiyyət  tərəfindən  ən  yaxşı  məqalə  statusuna  malik 

ensiklopedik 

məqalələr  mütəxəssislər  tərəfindən  yoxlanıldıqdan 

sonra  Sitizendiuma daxil edilir. E

kspertlərin  nəzarəti  altında 

oldu


ğuna görə layihə ləng inkişaf edir. Hal-hazırda Sitizendium 

viki-


layihəsində  900  müəllif  və  200  redaktor  fəaliyyət  göstərir, 

məqalələrin sayı 7 minə yaxındır [15].  

Viki-texnologiya

ları  informasiyanın  kollektiv  toplanması 

və  analizi  sahəsinə  daxil  olduğundan bu  texnologiyanı  bir  sıra 

elmi  mənbələrdə  “Açıq  intellekt  mənbələri”  (Open Source 



Intelligence, OSINT) adlan

dırırlar  [16].  OSINT  müstəqil  və 

ixtisaslaşmış mütəxəssislər tərəfindən könüllü idarə olunur ki, bu 

da viki-texnologiya

ların əsas ideyasını təşkil edir. 

Bu  gün  bir  çox  ölkələrdə  Vikipediya  virtual 

ensiklopediyası  mütəxəssislərin  və  alimlərin  stolüstü  məlumat 

kitabçasına  çevrilmişdir.  Lakin  Vikipediyaya  yalnız 

ensiklopedik məlumat bazası kimi baxmaq doğru olmazdı. İKT 

mütəxəssisləri  və  İnternet  mühitinin  analizi  ilə  məşğul  olan 

ekspertlərin  fikrinə  görə  Vikipediya  virtual  ensiklopediyası 

kütləvi  şəbəkə  əməkdaşlığında  mühüm  rol  oynayan  Web  2.0 

layihələrindən ən uğurlusudur [17]. 

Vikipediya 

ensiklopediyası aşağıdakı imkanlara malikdir: 

 



istənilən mövzuda yeni məqalələr yaratmaq; 

 



mövcud olan məqalələrə kontent daxil etmək və onları 

dəyişdirmək; 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə