61
FƏSİL 3. VİKİPEDİYANIN AZƏRBAYCAN DİLİ
BÖLMƏSİNDƏ VƏZİYYƏTİN ARAŞDIRILMASI
Vikipediya layihələrinə dövlət dəstəyinin göstərilməsi
Vikipe
diyanın ümumi prinsiplərinə və fəlsəfəsinə ziddir. Lakin
bir çox dövlət orqanları Vikipediyanın və viki-cəmiyyətin sosial-
siyasi və iqtisadi münasibətlərə təsir gücünü anlayır,
ensiklopedik məlumatların məzmunu çoxlarını düşündürür və
narahat edir.
ABŞ, Böyük Britaniya, Almaniya və informasiya
texnologiyaları sahəsində inkişaf etmiş bir sıra ölkələrdə dövlət
xadimləri, parlament üzvləri, siyasi partiyalar, böyük şirkətlər
Vikipediya ensiklopediyasında yerləşdirilən informasiyanın öz
maraqlarına uyğunluğuna çox əhəmiyyət verirlər. Bu səbəbdən
Vikipediya layihələri dövlət təhlükəsizlik orqanları tərəfindən
araşdırılır və nəzarətdə saxlanılır [90].
3
.1. Vikipediyanın Azərbaycan bölməsində istifadəçilərin
aktivliyinin analizi
Vikipediya ensiklopediyasının Azərbaycan bölməsində
ensiklopedik məqalələr latın və ərəb əlifbası ilə yaradılır. Layihə
2004-
cü ildə az.wikipedia.org domen adı altında fəaliyyətə
başlamışdır. Latın əlifbası ilə yanaşı ərəb əlifbasında yazılan
məqalələrin də Vikipediyaya daxil edilməsinə səbəb İranda
yaşayan azərbaycanlıların bu ensiklopediyada məqalə yaratmaq
istəyindən irəli gəlir. Lakin buna baxmayaraq araşdırmalar
62
göstərir ki, Vikipediyanın Azərbaycan bölməsindəki məqalələrin
çoxu latın əlifbası ilə yazılmışdır [90, 91].
Vikipediyanın
Azərbaycan
bölməsində
(az-viki)
məqalələrin sayı 2014-cü ilin dekabr ayına olan məlumata görə
100 mindən artıqdır. Az-vikidə 80 minə yaxın qeydiyyatdan
keçmiş istifadəçi, 500-ə yaxın aktiv istifadəçi və 14 administrator
fəaliyyət göstərir, ensiklopedik məqalələr bir çox viki-
layihələrdə olduğu kimi könüllülər tərəfindən yaradılır.
Vikipediyanın Azərbaycan bölməsində ensiklopedik məqalələrin
keyfiyyəti, sayı, həcmi istifadəçilərin aktivliyindən asılıdır. Bunu
nəzərə alaraq Vikipediyanın Azərbaycan, eyni zamanda bir sıra
dillərdə fəaliyyət göstərən layihələrində istifadəçilərin
aktivliyinin müqayisəli analizini aparaq.
Nəzərə almaq lazımdır ki, Vikipediyanın hər bir dil
bölməsi, eyni zamanda həmin xalqın virtual məkanda fəaliyyətini
xarakterizə edir. Məsələn, hər hansı dildə fəaliyyət göstərən
istifadəçilərin aktivliyini təyin etmək üçün vikidə qeydiyyatdan
keçmiş istifadəçilərin sayının dünyada həmin dildə danışanların
ümumi sayının nisbəti həmin xalqın virtual məkanda aktivliyini
xarakterizə edir.
Cədvəl 1-də 2009, 2012 və 2014-cü illərdə 24 dil üzrə viki-
istifadəçilərin aktivlik indekslərinin müqayisəsi verilmişdir.
Cədvəldən göründüyü kimi eston, isveç, fin və alman dilində
danışanlar Vikipediyada daha aktivdirlər. Belə ki, bu dildə
danışan insanlar ingilis, çin, hindi dillərində danışanlardan sayca
az olsalar da Vikipediya istifadəçilərinə görə daha aktivdirlər.
63
Cədvəl 1.
Dünya xalqlarının Vikipediyada aktivlik
indeksi
№
Dünya
dilləri
2009
2012
2014
1.
Eston
1,91
4,27
5,94
2.
Fin
2,13
3,26
3,81
3.
İsveç
1,75
2,04
2,83
4.
Alman
0,71
1,21
1,65
5.
İtalyan
0,86
1,33
1,64
6.
Polyak
0,78
1,30
1,45
7.
Gürcü
0,40
0,99
1,38
8.
Norveç
0,35
0,82
1,18
9.
İngilis
0,46
0,74
0,97
10. Türk
0,41
0,57
0,84
11. Rus
0,21
0,50
0,82
12.
İspan
0,39
0,55
0,79
13. Yapon
0,29
0,50
0,72
14. Portuqal
0,36
0,41
0,67
15. Fars
0,24
0,45
0,66
16.
Azərbaycan
0,06
0,23
0,51
17.
Fransız
0,18
0,34
0,49
18. Ukrayna
0,11
0,30
0,49
19.
Erməni
0,07
0,26
0,46
20.
Ərəb
0,06
0,14
0,35
21.
İndoneziya
0,07
0,16
0,24
22. Çin
0,05
0,09
0,15
24. Hindi
0,01
0,00
0,02