21
−
şəkil və video-, audio-fayllar yükləmək və onları viki-
səhifələrə əlavə etmək;
−
viki-
istifadəçilərlə müzakirələr aparmaq, kollektiv
fəaliyyət;
−
viki-
səhifələrin digər dillərdə yazılmış variantları ilə
tanış olmaq mümkündür.
Vikipediya praktiki olaraq bütün
elmi sahələr və dünyada
baş vermiş sosial-iqtisadi proseslər haqqında müəyyən dərəcədə
informasiyaya malikdir. İnformasiyanın virtual ensiklopediyaya
daxil edilməsinin operativliyi İnternet şəbəkəsində çox sürətlə
yenilənən informasiya resursu yaratmağa imkan verdi. Burada
digər ənənəvi ensiklopediyalardan fərqli olaraq terminlərin və
hadisələrin yaranma səbəblərinə də cavab tapmaq mümkündür.
Müxtəlif sahələr üzrə elmi məqalələrin çap olunduğu
“Nature” beynəlxalq elmi jurnalı [18] Vikipediyada yerləşdirilən
elmi məqalələrin keyfiyyətini qiymətləndirmək məqsədi ilə viki-
səhifələrdəki kontentlə dünyada ən düzgün məlumat mənbəyi
sayılan “Britannika” ensiklopediyasındakı məqalələri müqayisə
etmişdir. Müqayisənin nəticəsinə görə Vikipediya virtual
ensiklopediyasındakı səhvlər müəllifləri yalnız alimlər və
tanınmış mütəxəssislər olan “Britannika” ensiklopediyasındakı
səhvlərdən nəinki çox deyil, əksinə, əksər sahələr üzrə
Vikipediya daha dolğun və obyektiv məlumatlara malikdir [19].
Əksər veb-layihələrdən fərqli olaraq Vikipediya
ensiklopediyasından müxtəlif mövzulu publisistik və elmi
məqalələrin hazırlanmasında istifadə edilməsi artıq adi hal
22
almışdır. Vikipediya onlayn ensiklopediyası istifadəçilərə yeni
texnologiyalarla, son tədqiqat nəticələri ilə, elmi dairələrdə
istifadə olunan yeni mənbələrlə tanış etməklə yanaşı, istənilən
mövzuda daha düzgün və əsaslandırılmış rəy əldə etmək üçün
müzakirələrdə iştirak etməyə, müqayisəli və tənqidi analiz
aparmağa imkan yaradır.
1.2. MediaWiki
Viki-texnologiya
ları ilə idarə olunan veb-layihələr
yaratmaq üçün müxtəlif proqram təminatlarından istifadə edilir.
Bu viki-
proqramlar şəbəkə istifadəçilərinin birbaşa brauzerdən
veb-
səhifələr yaratmalarını və VB ilə əlaqəli işini təmin edir.
Müxtəlif viki-proqramlar mövcuddur və onların fərqləndirici
cəhəti informasiyanın yaradılmasında və redaktəsində istifadə
olunan texnologiyaların müxtəlifliyidir. Əsasən CGI-skriptlər,
Perl, PHP, JSP, ASP,
Python, Tcl, Small Talk proqramlarından
istifadə olunur. Müasir viki-proqramlar yalnız mətnlərlə deyil,
həmçinin, audio və video-fayllar, elektron cədvəllər və şəkil
qalereyaları ilə işləmək imkanı yaradır. Viki-proqramlara misal
olaraq DidiWiki, DokuWiki, FlexWiki, MediaWiki, PmWiki
proqram təminatlarını göstərmək olar [20]. Viki-proqramları
təyin edən əsas şərtlər aşağıdakılardır:
–
veb-
səhifələrdəki informasiyanın veb-brauzerdə birbaşa
dəyişdirilməsi və bütün versiyaların serverdə yadda
saxlanılması;
23
–
hiper
istinadların generasiyasının avtomatlaşdırılması və
veb-
səhifələr
arasında
onların
aktuallığının
dəstəklənməsi;
–
veb-
səhifələrin yaradılması və redaktəsində HTML dili
və ya ona oxşar, lakin daha sadə dilin istifadə edilməsi;
–
hər bir viki-səhifənin “history” adlanan, mahiyyətcə
loq-fayl olan
köməkçi səhifələri vasitəsilə viki-
məqalələrin yaradıldığı andan istənilən dəyişikliklərə
bax
ılması və hər hansı versiyasının bərpa edilməsi
mümkündür.
Vikipediya virtual ensiklopediyası və onun törəmə
layihələrinin yaradılması və idarə olunması üçün proqram
mexanizmi kimi MediaWiki (http://www.mediawiki.org) açıq
proqramdan istifadə olunur. MediaWiki istifadəçi ilə veb-sayt
arasında qarşılıqlı əlaqə texnologiyalarıdır və informasiyanın
kollektiv şəkildə təşkilini və strukturlaşdırılmasını nəzərdə tutur.
"MediaWiki” sözü “media” və “wiki” sözlərindən yaranmışdır.
Proqram
alman tələbə Maqnus Manske (Magnus Manske)
tərəfindən tərtib edilmişdir və bu gün müxtəlif viki-layihələrin
yaradılmasında istifadə edilir. Qeyd etmək lazımdır ki, 2002-ci il
25 yanvar tarixindən başlayaraq vikipediyaçılar hər il “Maqnus
Manske Gününü” qeyd edirlər [21].
MediaWiki proqram mexanizmi ilə yaradılan populyar
layihələr sırasında Sitizendium, Wikiinfo, Letopisi, Wikiznanie,
Wikitravel və s. ensiklopediyalar üstünlük təşkil edir. Lakin
MediaWiki proqram təminatı ilə yaradılmış ən nəhəng layihə
24
Vikipediyadır. MediaWiki azad proqram təminatı olduğundan,
hər kəs bu proqramı İnternetdən öz kompüterinə pulsuz
yükləyərək ondan istifadə edə bilər. MediaWiki proqramı böyük
serverlər qrupu üçün nəzərdə tutulmuşdur.
1.3. Vikipediya sisteminin arxitekturu
Viki-
layihələrin proqram təminatı PHP dilində yazılmışdır
və relyasiya strukturlu VB-nı (MySQL, Postgre SQL),
“memcached” və “Squid” proqramlarını dəstəkləyir. Vikipediya
sisteminin işində Apache 2 veb-serveri istifadə olunur.
Vikipediyanın idarə edilməsində istifadə olunan MediaWiki
sistemi üçün nəzərdə tutulan proqram təminatları bunlardır [21]:
–
veb-
serverlər: Apache və ya IIS;
–
PHP-
nin 5.0 və onun yuxarı versiyaları;
–
VB serveri –
MySQL 4.0 verilənlər bazasının idarəetmə
sistemi (VBİS) və onun yuxarı versiyaları;
–
Postgru SQL 8.1 və yuxarı versiyaları.
2004-
cü ilə kimi Vikipediya yalnız bir serverdə işləyirdi,
2005-ci
ildə server paylanmış çoxsəviyyəli arxitektura üzrə
genişləndirilir və layihənin işini 39 server təmin etməyə başlayır.
Vikipediya və onun layihələri genişləndikcə serverlərin sayı da
durmadan artır. İlk zamanlar serverlər Florida ştatında WMF-in
binasında yerləşirdilər. Burada MySQL VBİS tərəfindən idarə
olunan bir əsas server fəaliyyət göstərir və metaverilənlər də
daxil olmaqla əsas informasiyanı özündə saxlayırdı.
Metaverilənlər (Metadata) – VB-də saxlanılan verilənlər
Dostları ilə paylaş: |