17
Lakin bütün bu problemlər Vikipediyanın inkişafına mane olmur.
İnternet məkanı genişləndikcə viki-texnologiyaları ilə idarə
olunan layih
ələr də, ilk növbədə isə Vikipediya da inkişaf edir.
Vikipediya
layihələrində istifadəçilərin sayının sürətlə
artması, ən müxtəlif mövzulara aid, hər an yenilənən və artan
milyonlarla səhifələrin yaradılması bu virtual ensiklopediyanı
dünyada baş verən siyasi, mədəni, sosial-iqtisadi və digər
prosesləri özündə əks etdirən informasiya müharibəsi meydanına
çevirmişdir.
2014-
cü ilin mart ayına olan məlumata görə Vikipediya
ensiklopediyasında 31 mln. məqalə, 20 mln. fotoşəkil, audio və
video-materiallar topla
nmışdır. Ay ərzində Vikipediyaya orta
hesabla 4 mlrd. müraciət olunur. Vikipediya istifadəçilərinin sayı
44 mln.-dan çoxdur [12].
Vikipediya və onun layihələri
“Vikimedia Foundation Inc.” (WMF
) şirkəti tərəfindən idarə
olunur. WMF qeyri-kommersiya, qeyri-h
ökumət təşkilatıdır və
bir sıra viki-texnologiyaları ilə idarə olunan azad məzmunlu
layihələri idarə edir. Fondun əsası 20 iyun 2003-cü ildə
qoyulmuşdur [13]. Fondun verilənlər bazasında (VB) saxlanılan
məlumatlar hər bir İnternet istifadəçisi üçün açıqdır və istənilən
informasiyanı bərpa etmək, digər versiyalarla müqayisə etmək və
dəyişdirmək mümkündür.
İnternetin genişlənməsi və Vikipediyanın açıq olması viki-
istifad
əçilərin sayının durmadan artmasına səbəb olur.
Vikipediya ensiklopediyasını idarə edən viki-texnologiyaları
istifadəçilərə informasiyanı dəyişmək imkanını verməklə, bu
dəyişikliyi həmin anda bütün İnternet istifadəçilərinin görməsini
18
təmin edir. Bu imkanlar Vikipediyanın keyfiyyətinə və artım
dinamikasına öz təsirini göstərir. Müqayisə üçün qeyd edək ki,
dünyanın ən böyük nəşr olunan ensiklopediyası sayılan, 1770-ci
ild
ə yaradılan və bu günə kimi zənginləşən “Britannika”
ensiklopediyasında məqalələrin sayı 120 min, Böyük Sovet
Ensiklopediyasında isə təqribən 95 mindir.
Virtual ensiklopediyanın fərqləndirici xüsusiyyətlərindən
biri onun müxtəlif dillərdə mövcud olmasıdır. Layihənin əsas
səhifəsində müxtəlif dillərə keçidlər verilmişdir. Eyni zamanda
layihənin ünvanlaşdırılması da rahat şəkildə yaradılmışdır. Belə
ki, “wikipedia.org” domen ünvan
ının qarşısında hər hansı
ölkənin domenini əlavə etməklə lazım olan dildəki
ensiklopediyanın “Ana səhifəsi”nə daxil olmaq olar. Məsələn,
ru.wikipedia.org –
rus dilində, en.wikipedia.org – ingilis dilində,
de.wikipedia.org
–
alman dilində fəaliyyət göstərən
ensiklopediyaların domen ünvanıdır. Bütün layihələr avtonom
olaraq bu dildə danışan istifadəçilərin könüllü töhvələri
nəticəsində inkişaf edir [14].
M
əqalələrin sayına görə Vikipediya ensiklopediyasının
ingilis dilind
əki layihəsi 4,5 mln. məqalə ilə birinci yerdədir.
Vikipediya dünya xalqlarının 286 dilində fəaliyyət göstərir və
müxtəlif dillərdə viki-layihələrin yaranması prosesi bu gün də
davam edir.
Araşdırmalar göstərir ki, 2006-cı ildən başlayaraq
Vikipediyanın bütün dil bölmələrində ensiklopedik məqalələrin
sayı hər il təqribən 3 mln. artmağa başlamışdır. Viki-məqalələrin
sayının artım dinamikası şəkil 1-də göstərilir. Nəzərə almaq
19
lazımdır ki, Vikipediyada ensiklopedik məqalələrin sayının artım
dinamikası əsasən ingilis, alman və bir sıra Avropa dillərinin
payına düşür [12].
Şəkil 1. Vikipediyada ensiklopedik məqalələrin sayının illər üzrə
artım dinamikası
2006-
cı ilin noyabr ayında viki-texnologiyaları ilə idarə
olunan
, strukturuna və fəlsəfəsinə görə Vikipediya layihəsinə
bənzəyən daha bir virtual ensiklopediya İnternetdə istismara
verildi. Sitizendium (Citizendium) adlanan bu ensiklopediya da
viki-texnologiya
ları ilə idarə olunur və Vikipediya kimi könüllü
istifadəçilərin birgə əməyi ilə zənginləşdirilir. Lakin
Vikipediyadan fərqli olaraq layihə qapalıdır: məqalələr xüsusi
ekspertlərin nəzarətindədir və yalnız onların razılığı ilə hər hansı
mln.
20
kontent veb-
saytda saxlanıla bilərlər. Vikipediyada hazırlanan və
viki-
cəmiyyət tərəfindən ən yaxşı məqalə statusuna malik
ensiklopedik
məqalələr mütəxəssislər tərəfindən yoxlanıldıqdan
sonra Sitizendiuma daxil edilir. E
kspertlərin nəzarəti altında
oldu
ğuna görə layihə ləng inkişaf edir. Hal-hazırda Sitizendium
viki-
layihəsində 900 müəllif və 200 redaktor fəaliyyət göstərir,
məqalələrin sayı 7 minə yaxındır [15].
Viki-texnologiya
ları informasiyanın kollektiv toplanması
və analizi sahəsinə daxil olduğundan bu texnologiyanı bir sıra
elmi mənbələrdə “Açıq intellekt mənbələri” (Open Source
Intelligence, OSINT) adlan
dırırlar [16]. OSINT müstəqil və
ixtisaslaşmış mütəxəssislər tərəfindən könüllü idarə olunur ki, bu
da viki-texnologiya
ların əsas ideyasını təşkil edir.
Bu gün bir çox ölkələrdə Vikipediya virtual
ensiklopediyası mütəxəssislərin və alimlərin stolüstü məlumat
kitabçasına çevrilmişdir. Lakin Vikipediyaya yalnız
ensiklopedik məlumat bazası kimi baxmaq doğru olmazdı. İKT
mütəxəssisləri və İnternet mühitinin analizi ilə məşğul olan
ekspertlərin fikrinə görə Vikipediya virtual ensiklopediyası
kütləvi şəbəkə əməkdaşlığında mühüm rol oynayan Web 2.0
layihələrindən ən uğurlusudur [17].
Vikipediya
ensiklopediyası aşağıdakı imkanlara malikdir:
−
istənilən mövzuda yeni məqalələr yaratmaq;
−
mövcud olan məqalələrə kontent daxil etmək və onları
dəyişdirmək;
Dostları ilə paylaş: |