9
Respub
likası Prezidentinin ölkəmizdə İKT sektorunun
inkişafı sahəsində imzaladığı “İnformasiya əldə etmək
haqqında”, “Elektron imza və elektron sənəd haqqında”,
“Biometrik informasiya haqqında”, “Elektron ticarət haqqında”,
“Azərbaycan 2020: gələcəyə baxış” və s. qərar və sərəncamlar
nəticəsində bu gün Azərbaycan əhalisinin 70%-nin İnternetə
çıxışı vardır.
Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-
kommunikasiya
texnologiyaları ili" elan edilməsi ilə bağlı
tədbirlər planı çərçivəsində Prezident İlham Əliyev tərəfindən
imzalanan 2013-cü il 28 mart tarixl
i sərəncamında Vikipediyanın
inkişaf etdirilməsi ilə əlaqədar xüsusi bənd vardır: “22.
Azərbaycana dair kontentin və Wikipedia kimi qlobal
informasiy
a resurslarında Azərbaycan Respublikası ilə əlaqədar
məlumatların
inkişaf
etdirilməsi
üzrə
tədbirlərin
görülməsi (Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil
Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
qeyri-
hökumət təşkilatlarını cəlb etməklə)”.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel
tarixli
Sərəncamı
ilə
təsdiq
edilmiş
“Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-
2020-
ci illər üçün Milli Strategiya” ölkədə İC inkişafı ilə yanaşı
Azərbaycan xalqının tarixi, ədəbi və mədəni irsinin qorunub
saxlanması, artırılması, təbliği və bu işdə İKT-dən səmərəli və
təhlükəsiz istifadə mədəniyyətinin inkişafı, Azərbaycan
Respublikasının milli maraqlarının qorunması, informasiya
təhlükəsizliyi sisteminin inkişaf etdirilməsidir. Milli Strategiyada
10
göstərilir ki, İC-nin inkişafı şəraitində milli kontentin virtual
məkanda artırılmasında, xalqın milli-mədəni irsinin qorunması
və inkişafında, əhalinin İKT-dən istifadə etməklə bilik
səviyyəsinin artırılmasında, həmçinin, dövlətin təhlükəsizliyinin
və müdafiə qabiliyyətinin möhkəmləndirilməsində, ictimai
asayişin qorunmasında İnternetin, o cümlədən viki-
texnologiya
ların imkanlarından istifadə edilməsinə diqqət
yetirilməsi vacibdir.
Bu gün dünyanın milyonlarla kompüterini birləşdirən
qlobal İnternet şəbəkəsinin ən nəhəng layihəsi olan Vikipediya
virtual ensiklopediyası özünün forma və tərkibi baxımından
müxtəlif xüsusiyyətli, sərhəd tanımayan şəbəkə resursları ilə
cəmiyyətin sosial təşkilinin ayrılmaz hissəsinə çevrilmişdir. On
milyonlarla İnternet istifadəçisini bir yerə toplayaraq yeni bir
cəmiyyətin – viki-cəmiyyətin yaranmasına səbəb olan viki-
texnologiyaları
vətəndaşlara dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək imkanı verə bilən texnologiyadır.
Ölkədə sağlam və aktiv viki-cəmiyyətin formalaşması
dövlətin informasiya resurslarının İnternetdə çoxalması, İC-nin
inkişafı, cəmiyyətimizin demokratiyalaşması, sosial-iqtisadi
əlaqələrin genişlənməsi və nəhayət dünyada siyasi və iqtisadi
nüfuzunun yüksəlməsinə yardım edə bilər. İnformasiya
təhlükəsizliyinin təşkili sahəsində də
viki-
cəmiyyətdən səmərəli
istifadə edilməsi
dövlət orqanları ilə vətəndaşlar arasında
münasibətlərdə maddi resurslara və vaxta qənaət etməklə,
inzibati xidmətlərin keyfiyyətinin yüksəlməsinə təsir edə bilər,
eyni zamanda ö
lkədə sağlam və aktiv viki-cəmiyyətin
11
formalaşması dövlətin informasiya resurslarının İnternetdə
çoxalması, informasiya cəmiyyətinin inkişafı, sosial-iqtisadi
əlaqələrin genişlənməsi və nəhayət dünyada siyasi və iqtisadi
nüfuzunun yüksəlməsinə yardım edə bilər.
Yuxarıda deyilənləri nəzərə almaqla ekspress-informasiya
vebometrik
tədqiqatlarla məşğul olan alimlər, virtual mühitdə baş
verən hadisələri öyrənən ekspertlər, İnternet məkanında
kontentin və informasiya resurslarının artırılmasında fəal iştirak
edən gənclər, həmçinin, informasiya təhlükəsizliyi üzrə
mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
12
FƏSİL 1. VİKİPEDİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2001-
ci ildə viki-texnologiyaları əsasında yaradılan və bu
gün dünyada ən populyar beş sayt sırasına daxil olan Vikipediya
virtual
ensiklopediyası
biliyin
təqdim
olunmasında,
demokratiyanın genişlənməsində, vətəndaşla dövlət strukturları
arasında şəffaflığın və etibarlılığın təmin olunmasında yeni bir
modelin təzahürüdür [1, 2].
Dün
yada ən nəhəng informasiya mənbəyi olan Vikipediya
virtual ensiklopediyası və onun layihələrinin bu günkü
müvəffəqiyyəti sübut etdi ki, müasir dövrdə İnternet istifadəçiləri
virtual mühitin passiv istifadəçiləri olmaq istəmirlər, onlar bilik
və bacarıqlarını dünya ictimaiyyətinə göstərmək, virtual mühitin
bir hissəsi olmaqla dünyada gedən sosial-siyasi proseslərdə fəal
iştirak etmək arzusundadırlar [3, 4].
1.1. Viki-texnologiya
ların mahiyyəti
Amerikalı
proqramçı
Uord Kenninqem (
Ward
Cunningham
)
tərəfindən 1995-ci ildə yaradılmış viki
konsepsiyası virtual məkanda toplanan kontentə yeni baxışın
formalaşmasına təkan verməklə sosial münasibətlərdə və biliyin
paylanmasında inqilab etmişdir [5]. Viki konsepsiyası Web 2.0
texnologiya
larının bir istiqamətidir və bu texnologiya
istifadəçilərin əməkdaşlığını, şəbəkə vasitəsi ilə koordinasiyasını
və real həyatın sosial aspektlərini özündə əks etdirən
infrastrukturu xarakterizə edir. Web 2.0 texnologiyaları
aşağıdakıları nəzərdə tutur [6]:
Dostları ilə paylaş: |