13
–
İnformasiyanın
idarə
olunması:
axtarışı,
qiymətləndirilməsi, saxlanması və s.;
–
Vətəndaşın özünü idarəetməsi: cari vəziyyətdə İnternetdə
davranış;
–
Münasibətlərin idarə olunması: İnternet vasitəsi ilə
münasibətlərin qurulması və dəstəklənməsi.
Lakin viki konsepsiyası Web 2.0 texnologiyaları ilə işləyən
ənənəvi saytlardan: forumlar, sosial şəbəkələr, bloqlar və s. kimi
layihələrdən daha şəffaf, çoxşaxəli və əlyetərli olması ilə
fərqlənir. Nəzərə almaq lazımdır ki, adı çəkilən layihələrdə
müəllif nə zamansa daxil etdiyi kontenti və ya səhifəni silməklə
müəyyən problemləri oxuculardan gizlədə bilər, viki-layihələrdə
isə silinən və ya gizlədilən kontent asanlıqla aşkarlanıb, bərpa
oluna bili
r. Bütün müzakirələr açıq şəkildə keçirilir və hər kəs bu
müzakirələrdə iştirak etməklə viki-texnologiyaların təqdim etdiyi
imkanlardan geniş şəkildə istifadə edə bilir.
U.
Kenninqem və həmmüəllifi Bo Leyf "The Wiki Way:
Quick Collaboration on the Web” kitabında viki konsepsiyasının
mahiyyətini izah edərkən yazırlar
[5]:
–
viki bütün istifad
əçilərə yalnız brauzerdən istifadə
etm
əklə virtual biliyin yaradılması işində iştirak etməyi
t
əklif edir;
–
viki müxt
əlif mövzuları əhatə edən veb-səhifələr arasında
əlaqəni təmin edir və bu səhifələrin mövcud olub-
olmaması mühüm rol oynamır;
14
–
viki ensiklopedik m
əqalənin yazıldığı veb-səhifələrin
yaradılması və dəyişdirilməsində kollektiv biliyə
üstünlük verir.
Digər ənənəvi sosial şəbəkələrdən fərqli olaraq bu gün
viki-texnologiya
ları ilə idarə olunan layihələr kollektiv bilik
bazasının təşkilində mühüm rol oynayır [2, 6].
Viki-texnologiya
larını
bəzən
“canlı
sənədlər
texnologiya
ları” da adlandırırlar. Viki-texnologiyaların verdiyi
imkanlar
bunlardır [3, 7]:
–
veb-s
əhifələrdəki məlumatların
veb-brauzerdən
d
əyişdirilmə imkanının olması və bütün versiyaların
serverd
ə yadda saxlanılması;
–
səhifələrdə edilən bütün dəyişikliklərin həmin anda
brauzerdə görünməsi;
–
hiperistinadların generasiyasının avtomatlaşdırılması və
veb-s
əhifələr
arasında
onların
aktuallığının
d
əstəklənməsi;
–
veb-s
əhifələrin yaradılmasında HTML dili əvəzinə ona
oxşar, lakin daha sadə dilin istifadə edilməsi;
–
düz
əlişlər tarixçəsinin olması – viki-səhifələrin yarandığı
andan başlayaraq istənilən dəyişikliyə baxmaq və bərpa
etm
ək imkanının olması;
–
viki-
səhifələrin fərdi istifadəçi tərəfindən və ya kollektiv
şəkildə yaradıla və redaktə edilə bilməsi;
–
viki-
istifadəçilər arasında müzakirələrin mümkünlüyü;
–
viki-
səhifələr arasında semantik əlaqələrin mövcudluğu.
15
Bu imkanlar viki-texnologiya
ların mənasını təyin edir: hər
hansı biliyə malik olan istifadəçi həmin informasiyanı veb-saytda
çap etməklə bu biliyi başqaları ilə bölüşür və layihənin
inkişafında müəyyən rol oynamış olur.
15 mart 2007-
ci ildə
“wiki”
sözü Oksford İngiliscə Lüğətinə (Oxford English
Dictionary
) daxil edilmişdir [8].
Bu gün v
iki konsepsiyası cəmiyyətin müxtəlif sahələrini
əhatə edən
viki-iqtisadiyyat (
Wikinomica
), viki-demokratiya,
viki-
parlament və s.
kimi yeni baxışların inkişafına da təkan
vermişdir. Vikinomica menecmentlikdə, iqtisadi yanaşmalarda,
idarəetmədə kütləvi əməkdaşlığı və qarşılıqlı münasibəti
dəstəkləyən yeni bir baxışdır. İnformasiya texnologiyaları üzrə
ekspert, tanınmış alim Donald Topskott özünün “Vikinomica:
kütləvi əməkdaşlıq olmaqla hər şeyi dəyişir” kitabında bildirir ki,
gələcəyin biznesi iki cəhətlə xarakterizə olacaqdır: qapalılıq öz
yerini şəffaf münasibətlərə verəcəkdir və şirkətlər istehsalatla
bağlı mürəkkəb məsələlərin həlli üçün xarici mütəxəssisləri cəlb
etməyə çalışacaqlar [9].
Viki-texnologiya
ları ilə idarə olunan Vikipediya virtual
ensiklopediyasının təsisçiləri Oqayo Universitetinin fəlsəfə
doktoru Larri Sanqer (Larry Sanger) və amerikalı sahibkar
Cimmi Uelsdir (Jimmy Wales). Onlar
ilk dəfə viki-
texnologiya
larından istifadə etməklə “Nupedia” İnternet
ensiklopediyasını yaratmışdılar [10].
U
ğurlu struktura və semantikaya malik olmasına
baxmayaraq Nupedia
qapalı virtual ensiklopediya olub müəyyən
qrup mütəxəssislər tərəfindən yoxlanılan məlumatlar hesabına
16
zənginləşirdi. Bu isə ensiklopedik məqalələrin yaradılması və
yoxlanılmasında müəyyən vaxt tələb edirdi və məqalələrin
sa
yının artım dinamikası gözləniləndən fərqli olaraq ləng inkişaf
edirdi
. Problemi nəzərə alan Sanqer və Uels ikinci layihəni –
Vikipediya ensiklopediyasını İnternetə buraxmaq qərarına
gəldilər. Onlar fəlsəfəsi tamamilə fərqli olan, biliklərini paylaşan
insa
nlar sayəsində zənginləşəcək, dünyanın ən dolğun onlayn
ensiklopediyasını yaratmaq istəyirdilər. Bu təşəbbüs özünü
doğrultdu və bu gün Vikipediya İnternet məkanında fəaliyyət
göstərən yüz milyonlarla sayt arasında ən yüksək reytinqə
malikdir.
Vikipediya l
ayihəsinin əsasını qoyanlardan biri Cimmi
Uels viki-
cəmiyyətdəki əməkdaşlığı belə izah edir: “Viki-
istifadəçi axşam üç cümlədən ibarət məqalə yaradır. Daha sonra
sehirli bir proses baş verir – məqaləni yaradan istifadəçi səhər
yaratdığı məqalənin mükəmməl, ətraflı və maraqlı bir bilik
mənbəyinə
çevrildiyini
müşahidə
edir.
Vikipediya
ensiklopediyasında məqalələrin kollektiv əməkdaşlıq nəticəsində
inkişafı istifadəçilərdə yeni-yeni məqalələr yaratmaq həvəsi
yaradır” [11].
Sosial şəbəkənin imkanlarına malik olan viki-cəmiyyətin
müxtəlif siyasi baxışlara və ideologiyalara malik insanlardan
təşkil olunması viki-mühitdə mübahisələrin, konfliktlərin və
informasiya qarşıdurmalarının genişlənməsinə səbəb olmuşdur.
Baş verən informasiya qarşıdurmaları isə öz növbəsində viki-
cəmiyyətdəki əməkdaşlığa zərbə vurmaqla müəyyən
qruplaşmaların, gizli sosial şəbəklərin yaranmasına səbəb olur.
Dostları ilə paylaş: |