Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

 
59 
laqeyd ötüb keçir, adamın üzünə də baxmırdılar. Elə bil hamını 
don vurmuşdu. Heç kəsin başqasının dərdiylə, kədəriylə işi yox 
idi.  Maşınlar  da  adamlar  kimi  biganə-biganə  ötüşürdülər. 
Şəfəqnura  elə  gəlirdi  ki,  bu  adamlar  bu  planetin  sakinləri 
deyillər,  tamam  başqa,  yad  kainatlardan  gəlmişdilər.  Belə 
olmasaydı  bu  adamlardan  heç  olmasa  birini  tanıyardı  axı; 
üzündən,  gözündən,  baxışından,  duruşundan.  Ancaq  heç  kəsi 
tanımırdı.  Buna  görə  qorxurdu,  darıxırdı,  Məmmədbəyin 
sinəsinə qısılıb asta səslə ona yalvarırdı. 
- Nə olar, Məmmədbəy, gedək. 
- Hara gedək, əzizim? 
- Qayıdaq Sarıqayaya. Burada ürəyim sıxılır. 
- Yəqin sarıqayalıların dava-şavası üçün darıxmısan? 
-  Hə,  Məmmədbəy,  hə,  o  kəndin  hər  şeyi  üçün 
darıxmışam. Adamları, ağacları, daşları… O yerlərdə daşlar da 
dil  açıb  adamlar  kimi  danışır.  Burada  isə…  adamlar  da  daşa 
dönüblər. 
Məmmədbəy  bilirdi  ki,  ilk  günlər  Şəfəqnur  buralarda 
darıxacaq, öyrəşə bilməyəcək. 
-  Bir  azca  səbr  elə,  Şəfəqnur,  sonra  heç  yana  getmək 
istəməyəcəksən.  Bu  şəhər  elə  vəhşi  əjdahadır  ki,  tutduğunu 
buraxmır. Elə udur, udur, heç doydum da demir. 
-  Yox,  mən  öyrənə  bilmərəm  bu  yerlərə.  Havası  da 
başqadı, qoxusu da. 
-  Yaxşı,  canım,  bir  az  səbrini  bas,  dözə  bilməsən 
qayıdarıq Sarıqayaya. 
Əslinə  qalanda  Məmmədbəyə  də  bu  şəhər  yad,  ögey  bir 
yer kimi görünürdü. Beş il ali təhsil aldığı müddətdə də burada 
o qədər istəklə, könül bağlılığı ilə qala bilmirdi.  Ən çox da bu 
şəhərin  adamları  uzaqdan  gəlmişlər  kimi  görünürdü.  Ancaq 
dənizi,  bir  də  bu  şəhərin  küləyini  çox  sevirdi.  Bəlkə  elə  onu 
buralarda saxlayan əsas qüvvə də dəniz, bir də aramsız küləklər 
idi?  Xəzri  küləyi  sıx  saçlarını  şümal  əlləriylə  darayanda  elə 


 
60 
xoşbəxt anlar keçirirdi ki. Bu küləyin qanadından tutub göylərə 
ucalmaq,  asimana  çatmaq,  al  şəfəqlərin  qoynunda  yuyunub-
yuyunub bəxtəvərlik məqamına qovuşmaq istəyirdi. 
Şəfəqnuru  narahat  edən  təkcə  yad  şəhərin  yad  adamları 
deyildi.  Düzdü,  o,  Sarıqaya  üçün  darıxırdı.  Az  müddətdə  o 
yerlərə  çox  öyrənmişdi.  Dəlisov  kəndin  bir  az  sakit,  bir  az 
fırtınalı  təbiəti  də,  dəlisov  adamların  hərdən  çılğın,  hərdən 
həlim  xasiyyətlərinə  də  öyrənmişdi  və  ona  elə  gəlirdi  ki,  bu 
kənddə  qısa  zaman  kəsiyində  yox,  uzun,  çox  uzun  illər 
yaşamışdı. 
Onu narahat edən başqa səbəb sağlamlığı ilə bağlı idi. Nə 
özü,  nə  həkimlər  səbəbini  tapa  bilmirdilər.  Ancaq  artıq  ikinci 
uşaq idi ki, bətnində üç aylığa çatmamış tələf olurdu. Həkimlər 
cürbəcür  dərmanlar  yazırdılar,  iynələr  vururdular,  yenə  xeyri 
olmurdu.  Və  yaxşı  bilən  həkimlərdən  biri  həyəcan  təbili  də 
çalmışdı.  Deyirdi,  səbəbini  tapa  bilməsək  və  ölüm  mənbəyini 
məhv  etməsək,  uşaqlarının  heç  biri  qalmayacaq.  Həkimin  bu 
sözlərindən  sonra  onun  narahatlığı  daha  da  artmışdı. 
Məmmədbəyə  deməsə  də,  Məmmədbəy  bilirdi,  bilirdi  ki, 
Şəfəqnur evdə tək olanda ağlayır, üzüntülü anlar keçirir. Bunu 
Şəfəqnurun  gözlərindən  oxuyurdu.  Gecələr  onu  qoynuna  alır, 
sakitləşdirir, əzizləyir, oxşayırdı. 
-  Şəfəq,  mən  işdə  rahat  ola  bilmirəm.  Elə  bilirəm,  evdə 
tək  qalanda  çox  sıxılırsan.  Uşağa  görə  özünü  çox  üzmə.  Hər 
kəsin öz qismət payı var və o paydan artığını yeyə bilməz… Bir 
azdan  ali  məktəbə  daxil  olacaqsan,  oxuyacaqsan,  yeni-yeni 
insanlarla  tanış  olacaqsan.  Özün  üçün  gözəl,  əsrarəngiz  bir 
həyat  quracaqsan.  Əlbəttə  ki,  mənimlə  bir  yerdə.  Nə  sənin 
mənsiz, nə mənim sənsiz bir dəqiqəmiz, bir anımız olmayacaq, 
Şəfəqnur. 
Belə  anlarda  Şəfəqnur  bir  uşaq  şıltaqlığı  ilə  yataqda 
Məmmədbəyi qucaqlayır, sinəsinə qısılır, onun qolları arasında 


 
61 
nazlanmaqdan  həzz  alır,  gecə  yarıya  qədər,  yorulub  əldən 
düşənə kimi onunla əylənməkdən yorulmurdu. 
Sabah  Məmmədbəy  onun  gözlərində  yenə  kədər  haləsi 
görürdü.  Şəfəqnura  xoş,  məhrəm,  isti  sözlər  deməklə  əslində 
özünü də şəhərə bağlamaq istəyirdi. 
Amma  deyəsən,  bu  şəhərə  bağlanmaq  arzusu  yenə 
ürəyində  qalacaqdı.  Şöbə  müdiri  bu  gün  onu  yanına  çağırmış, 
onu  Moskvaya,  altı  aylıq  kursa  göndərmək  istədiklərini 
bildirmişdi.  Onda  bəs  Şəfəqnurun  ali  təhsil  alması  necə 
olacaqdı? Bu barədə Şəfəqnura deyəndə o əvvəl duruxdu, sonra 
nədənsə xoşbəxt-xoşbəxt gülümsəyib, ərinin boynuna sarıldı. 
-  Eybi  yox,  Məmmədbəy,  təki  sən  zirvələrə  yüksəl,  mən 
qiyabi yolla da təhsil ala bilərəm. 
Məmmədbəy  sevindi.  Nədənsə  bu  onun  ağlına 
gəlməmişdi. 
- Səhərdən sənədlərini hazırla. 
Şəfəqnur  sənədlərini  hazırladı.  Ali  təhsil  almaq  üçün  ali 
məktəbin qiyabi şöbəsinə imtahan verdi. Yüksək qiymətlər alıb 
ali məktəbin tələbəsi oldu. 
Bu  müddət  ərzində  Məmmədbəyi  çox  get-gələ  saldılar. 
Məsələnin  müsbət  həlli  yuxarıda  oturan  Robert  Əyriyanın 
sərəncamından  asılı  idi.  Əyriyan  onu  ora-bura  göndərir,  bir 
bəhanə tapmayanda işin ondan yox, başqasından asılı olduğunu 
deyirdi.  O  başqası  kim  idi?  Orasını  demirdi  və  bu  qeyri-
müəyyənlik Məmmədbəyin əsəblərini tarıma çəkirdi. Bu zorun 
içində  bəzən  başını  itirir,  hərdən  heç  nəyə  baxmadan 
Sarıqayaya qayıtmaq istəyirdi. Ancaq son anda özünü ələ alır, 
düşünür,  alçaq  Əyriyanın  qarşısından  çəkilməyi  öz  qüruruna 
sığışdıra bilmirdi. Yaxşı ki, bu işdə Şəfəqnur da onun arxasında 
dayanmışdı. Yoxsa bəlkə də dözə bilməz, çəkilib bir qaranlıqda 
dayanardı. 
-  Sən  nə  danışırsan  Məmmədbəy,  geri  çəkilmək  nədi?  O 
murdarın  da  qabağından  adam  geri  çəkilər?  İndi  sən  bir  aslan 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə