Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

 
55 
Məmmədbəy  də  o  şöləyə  əlavə  nur  çiləyirdi.  Deyirdi,  oxu, 
öyrən,  savadını  artır,  imkan  düşən  kimi  sənin  ali  təhsil 
almağına şərait yaradacağam. 
Elə həvəslə bilmədiklərini öyrənirdi ki. Sanki balığı sudan 
ayırmış, yarıcan edəndən sonra yenə suya buraxmışdılar. 
Axşamın  gəlməyini  intizarla  gözləyirdi.  Kitablarını, 
dəftərlərini qoltuğuna vurub yoldaşlarını yığa-yığa məktəbə üz 
tuturdu. 
Yoldaşları deyəndə ki, onların arasında hər yaşda qadınlar 
vardı;  iyirmi  beş  yaşında,  qırx  yaşında,  əlli  yaşında…  Ən 
cavanı  Şəfəqnurun  özü  olsa  da,  bu  qadınlara  başçılığı  da  özü 
edirdi.  Ona  görə  yox  ki,  direktorun  arvadıydı,  ona  görə  ki, 
bunların arasında ən savadlısı elə Şəfəqnur idi. 
Axşam saat onda, on birdə evə qayıdırdılar. 
Gecənin  gəlib  çatmasını  da  bir  gənc  qadın  həsrətiylə 
gözləyirdi.  Son  günlər  özündə  bəzi  dəyişikliklər  hiss  edirdi. 
Ürəyi  tez-tez  bulanır,  yeməyin  qoxusundan  qaçırdı.  Ürəyinə 
dammışdı ki… 
Əri saçlarına sığal çəkir, arabir xırda-xırda öpürdü. 
- Şəfəq, qadınlar mənim arxamca çox danışırlar? 
- Nəyə görə? 
-  Axı  axşam  vaxtı  onları  evlərindən,  eşiklərindən,  iş-
güclərindən aralı salıram. 
-  Yox,  dalınca  danışmırlar,  əksinə,  onlar  səni  çox 
istəyirlər… Ancaq mən səndən küsmüşəm. 
- Niyə ki? 
-  Camaatın  içində  mənə  elə  sual  verirsən  ki,  çaş-baş 
qalıram.  O  verdiyin  sualın  cavabı  mən  oxuduğum  kitablarda 
var ki? 
- Axtarsan taparsan, əzizim. Təəssüf ki, biz az oxuyuruq, 
az  öyrənirik.  Bir  də  baxıb  görürük  ki,  karvan  gedib,  sarvan 
qalıb başına döyə-döyə. 


 
56 
- Nə demək istəyirsən? – Şəfəqnur Məmmədbəyin qolları 
arasından çıxıb yanı üstə çevrildi, - yəni mən savadsızam? 
- Yox, Şəfəq, sən bunların hamısından savadlısan. Amma 
yenə də oxumalısan, zəhmət çəkməlisən, savadını artırmalısan. 
Biz  belə  etməsək,  tarix  qarşısında  günahkar  olarıq.  Bir  alman 
filosofu deyirdi ki… 
- Danışma. 
Məmmədbəy  anlayırdı  ki,  Şəfəqnur  əzizlənmək  istəyir. 
Buna 
öyrənmişdi. 
Evləndikləri 
vaxtdan 
hər 
gecə 
Məmmədbəyin  xoş  sözləri,  isti  təması  ilə  sığallanmış,  elə 
nazlana-nazlana da yuxuya getmişdi. 
Məmmədbəy onu özünə tərəf çevirdi. Öpdü. Asta-asta əl-
qoluna sığal çəkib, əlini onun sinəsində gəzdirdi. Sonra  yavaş-
yavaş  əlini  sürüşdürüb  sinəsindən  aşağıya  apardı.  Göbəyinin 
üstünə  çatanda  Şəfəqnur  onun  əlini  öz  əliylə  saxladı.  Əlinə 
tumar çəkdi, zorla eşidiləcək səslə pıçıldadı: 
- Bilirsən orada nə var? 
Məmmədbəy  diksinən  kimi  oldu.  Alaqaranlıqda 
Şəfəqnurun gözlərini görməyə çalışdı. 
- Uşağımız olacaq, Məmmədbəy. 
Məmmədbəy  Şəfəqnurun  qarnını  başdan-ayağa  sığalladı. 
Onu  ehtiraslı  öpüşlərə  qərq  elədi.  Sonra  yenə  başını  balıncına 
qoyub xəyallara daldı. 
- Şəfəq, oğlumuz olsa, bilirsən adını nə qoyacağam? 
- Nə? 
- Duruqan. 
- Nə, Duruqan?.. Yox bir Atilla. 
Şəfəqnur  yenə  nazlandı.  Başını  Məmmədbəyin  sinəsinə 
qoydu. 
- Adların da böyük sehri var, Şəfəq. Uşağın adını Kolxoz 
qoyanda,  böyüyüb  yəqin  ki,  kolxozçu  olacaq.  Və  yaxud, 
Kommunal, Vladlen, Ərəfə... Bu adlarla böyüyən uşaqlar sabah 


 
57 
adam arasına necə çıxacaqlar? Belə ad sahiblərinin əsl vətəndaş 
olmalarına da mənim şübhəm var. 
- Onda Allah sənin Duruqanını xoşqədəm eləsin… 
Bu  addan  Məmmədbəyin  çoxdan  xoşu  gəlirdi.  Ona  elə 
gəlirdi ki, bu adı daşıyan insan sabah korlana bilməz, qanı hər 
zaman  duru  qalar.  Qanın  korlanmağından,  başqa  qanlarla 
qarışmasından  yaman  qorxurdu.  Bir  də  gələcək  övladının 
yüksək  təhsilə  sahib  olmasını  istəyirdi.  Təhsil  almayan 
insanlara  elə  yazığı  gəlirdi  ki.  Elə  bilirdi  ki,  belə  adamlar 
gözləri  bağlanmış,  ancaq  hey  irəli  qovulan  və  dürüst  yolunu 
tapa  bilməyən  zavalı  məxluqlardır.  Belə  məxluq  olmağı  heç 
kəsə  arzulamırdı.  Çox  vaxt  bu  yöndə  dostları,  tanışları  ilə 
mübahisəsi  də  düşürdü.  Savadsız  tanışları  savadsızlığın  da  bir 
elm  olduğunu  ciddi-cəhdlə  ona  inandırmağa  çalışırdılar.  Hələ 
İslam  dininin  banisi  Məhəmməd  peyğəmbəri  də  sitat 
gətirirdilər.  Deyirdilər,  həzrəti  Məhəmmədin  elmi  olmuşdu,  o 
ali  təhsil  almışdı,  hansısa  universitet  bitirmişdi?  Dağda  qoyun 
otara-otara, ticarətlə məşğul ola-ola peyğəmbər dünyanın altını 
da bilirdi, üstünü də. 
Məmmədbəy  onlarla  razılaşa  bilmir,  təkidlə  öz 
dediklərinin müdafiəsinə qalxır, misallar gətirərək elmin insana 
çox  lazım  olduğunu  deməkdən  usanmırdı.  Peyğəmbər 
söhbətinə gəlincə isə, o, bu varlığın fövqəlbəşər, Allahın elçisi 
olduğunu  deyirdi.  Onun  göstərdiyi  möcüzələrin  də  Tanrı 
tərəfindən gəldiyini adamlara başa salmağa çalışırdı. 
Axşam  kursuna  gələn  adamların  arasında  başdan-ayağa 
kəmsavad  olanları  görəndə  Məmmədbəyin  ürəyi  ağrıyırdı. 
Onlara  həm  yazığı  gəlirdi,  həm  də  qəlbinin  pünhan  yerində 
onlara  qarşı  mərhəmət  hissi  yaranırdı.  İstəyirdi  onların 
könlünün  kor  qalmış  gözləri  açılsın,  dünyanı  görə  bilsinlər, 
həyata baxmağı bacarsınlar. 
Beləcə, həm də gözəl xəyallar qururdu. Bu xəyallar şirin 
nağıllara  da  bənzəyirdi.  Göydən  üç  alma  düşməyən  nağıllarda 


 
58 
onun öyrətdikləri,  elə başqalarının  da  təhsil verdikləri  adamlar 
əl-ələ verərək dünyanı dolaşır, hamını dostluğa, əmin-amanlığa, 
qardaşlığa səsləyir, bərbad dünyanı abad edirdilər. 
Məmmədbəyin  hələ  kənddə  çox  işləri  vardı.  Adamlara 
təhsil  vermək,  maarifləndirmək  bir  yana,  kəndin  iki  tayı 
arasında  körpü  qurmaq  keçirdi  xəyalından.  Bu  körpü  daşdan, 
dəmirdən  olmaqla  yanaşı,  həm  də  mənəvi  körpü  olmalıydı. 
Adamlar başa düşməliydilər. 
Ancaq… 
İşin  isti  çağında  Bakıdan  teleqram  gəldi.  Onu  Bakıya 
çağırırdılar. 
Ər-arvad yol üçün tədarükə başlayanda içəriyə təngənəfəs 
bir qız uşağı daxil oldu. Pırtlaşıq saçlarını əlləri ilə yana çəkən 
qız heyrətlə Şəfəqnurun üzünə baxdı. 
- Şəfəqnur bacı, bilirsən nə olub? 
- Bir özünü ələ al, de görüm, nə baş verib? 
- Yeddibaşlı əjdaha bir nəfəri yeyib. 
Şəfəqnurun  rəngi  bir  anda  qaçdı.  Qızın  çiyinlərindən 
tutub, gözlərinə baxdı. 
- Kim idi o elə? 
- Qızıldiş Səməndərin oğlu. 
- Ağlı yerindəydi biçarənin? 
- Yox, dəlilik kağızı vermişdilər ona. 
Şəfəqnur bir söz demədi. Qızı qucaqlayıb sinəsinə sıxdı. 
 
 
               *** 
 
Bu  şəhəri  birinci  dəfəydi  görürdü.  Ancaq  ona  elə  gəlirdi 
ki,  yuxularında  bu  şəhəri  çox  görüb.  Yuxularında  gördüyü 
şəhər  bu  şəhərə  oxşayırdı  görəsən?  Yox,  Şəfəqnurun 
yuxularının  şəhəri  başqa,  bambaşqaydı.  Orada  adamlar  daha 
istiqanlı,  daha  mehriban  idilər.  Burada  isə…  Hamı  laqeyd-


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə