Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

 
42 
Onlar  susuzluqdan  codlaşmış  otların  üstündə  oturdular. 
Kəndin keçmişindən, dünənindən söhbət açdılar. 
- Bəs bu gün necədir, Murad? 
-  Çox  pisdir.  Mənəviyyatımızı  itirə-itirə  gedirik.  Hardan 
gəlib, hara  getdiyimizi bilmirik. Bu paxıllıq, bu qisas  hissi ki, 
bizdə var, qorxuram yaratdıqlarımız bərbad ola. 
-  Sən  elə  uşaqlıq  vaxtlarından  beləydin.  Elə  bədbin 
danışırdın  ki,  sabahın  açılacağına  da  adamın  ümidi  qalmazdı. 
Nə olub bizə, axı? Dünyanın nəbzini tutub yavaş-yavaş qabağa 
gedirik. 
-  Yox,  Ziyad,  şəhərin  səs-küyü  sənin  şüurunu  korşaldıb. 
Bu qədər geriliyi, zəkamızın inkişafdan qaldığını, sabaha əmin 
addımlarla gedə bilmədiyimizi görmürsənmi? 
Ziyad görürdü. Bəlkə Muradın gördüyündən daha artığını 
görür  və  gördüklərinin  əzabını  çəkirdi.  Ziyada  ən  çox  əzab 
verən  isə  mənfiliklər  məkanının  genişliyi  idi.  Murad  kəndi 
görürdü,  Qaradaşlını  görürdü,  olsa-olsa  o  kəndin  yan-
yörəsindəki kəndlərin adamları ilə ünsiyyət bağlayırdı. Ziyadın 
isə gördüyü çox  yerlər vardı. Və  gördüyü  çox  yerlərin çox da 
ağrısını duyurdu.  Bu ağrılar  yekəlib qəlbindən asılır, onu içəri 
çəkir, rahat yaşamağa qoymurdu. 
- O boyda müqəddəs dinimizi əllərində alətə döndəriblər. 
Hara  istəyirlər  fırladırlar.  Təki  onlara  qazanc  gətirsin,  var-
dövlətlərin artırsın. 
Muradın  sözlərindəki  böyük  həqiqət  Ziyadın  yarasının 
qaysağını  qoparırdı  elə  bil.  Bu  mövzu  lap  yeniyetməlik 
çağlarından  onu  duyğulandırırdı.  Axı,  İslam  dini  elə-belə  din 
deyildi.  Onun  tarixi,  fəlsəfəsi,  mənəvi-əxlaqi  qüdrəti  vardı  və 
bunları  insanlara  çatdırmaq,  şüurlarında  inqilablar  eləmək 
lazım  idi.  Bunu  edirdilərmi?  Dünənin  yalançısı,  oğrusu, 
əxlaqsızı,  bu  günün  mollasıydı.  Və  İslamın  dəyərlərindən 
insanlara  dərs  keçirdi.  Onlar  bilirdilərmi  görəsən,  İslam 
dəyərləri nə deməkdir? Onlar Tanrının varlığına, dünyanın elə-


 
43 
belə öz oxunda fırlanmadığına candan, könüldən inanırdılarmı? 
Namaz qılmaqla özünü göstərib, başqasını aşağılamağın günah 
olduğunu  bilirdilərmi?  Varlı,  imkanlı  adamların  qəbri  üstündə 
yaxasını cıran, kasıbın yasında işi çıxan və aradan sivişib gedən 
dindarların 
mənəvi 
kamilliyə 
utanclıq 
gətirdiklərinin 
fərqindəydilərmi? Yox, bütün bunlardan xəbərləri olsaydı… 
- Murad, o günləri bilirsən kənddə nə olub? 
- Nə olub ki? 
- Molla Sübhanın Noranın evindən çıxdığını görüblər. 
- Burda qəribə nə var ki? Molla Sübhan da adamdır, onun 
da canının təbii ehtiyacı var. 
- Nə təbii ehtiyac,  ay kişi? Başqasının on altı  yaşlı  yetim 
qızına küçədə sataşmaq da təbii ehtiyacdan doğur? 
- Enerjisi çoxdur da yəqin, onu xərcləməyə yer axtarır. 
Hər ikisi gülsə də, hiss olunurdu ki, söhbətin qayəsi onları 
tutub.  Danışmaq,  yenə  də  danışmaq,  gileylənmək,  ürəklərində 
olan  ağırlığı  götürmək  üçün  sanki  yaxşı  məqam  düşmüşdü 
əllərinə. 
-  Quş  quşluğu  ilə  o  tikanlı  məftillərdən  o  yana  səkə 
bilmir.  Bu  qırmızı  mollalar  isə  günün  günorta  çağı  İrana 
şpionluq edirlər. 
- Onu hardan bilirsən, Murad? 
-  Niyə  bilmirəm,  hər  kəs,  hər  şeyi  bilir.  Ancaq,  hamı 
abrına qısılıb danışmır. 
-  Düzünü  deyim,  daha  adam  kəndə  gəlmək  istəmir.  Elə 
şeylər  eşidirsən  ki,  papağın  başından  düşür.  Deyir,  o  günləri 
alverçi  Şadman  heç  nəyin  üstündə  vurub  fağır,  zavalı  Zahidin 
başını yarıb. 
Toran  qovuşana  qədər  söhbət  elədilər.  Ziyad  çox 
bilmədiklərini  Muraddan  öyrəndi.  Öyrəndi  ki,  camaatın  son 
zamanlar  üzü  dönüb.  Zahirdə  bir-birinin  üzünə  gülürlər,  dalda 
isə ayaqlarının altını qazıyırlar. Öyrəndi ki, bir-birinin bəhsinə 
qohumlar,  qonşular  olduqca  iyrənc  əməllərə  baş  vururlar. 


 
44 
Ancaq  onu  öyrənə  bilmədi  ki…  Yox,  bunu  Muraddan  öyrənə 
bilməzdi.  Bu  ailə  söhbəti  idi  və  bu  söhbəti  açıb  başqası  ilə 
danışmaq olmazdı. 
Axşamdan  xeyli  keçmiş  evə  qayıtdı.  Artıq  yeməklərini 
yemişdilər.  Nazənin  onu  yan  otağa  çağırdı.  Yeməyini  yanına 
qoydu. İştahı çəkmirdi. Bir azca yeyib, yana çəkildi. Fikri vardı 
ki,  gecə  də  kəndə  çıxsın.  Bir  hündürdə  dayanıb  ay  işığında 
kəndi seyr eləsin. Uşaqlıqdan kəndin gecə mənzərələri qəlbində 
özünə  yer  eləmişdi.  O  anlarda  kənd  elə  sirli-sehrli  görünürdü 
ki. İnsan bütün gecəni oyaq qalıb, bu mənzərəyə tamaşa eləmək 
istəyirdi.  Amma  ay  da  insaflı  deyildi.  Tez  gecə  ömrünü  başa 
vurub, uca dağların arxasına çəkilirdi… 
Ancaq  bu  gecə  evdən  çıxmağa  həvəsi  olmadı.  Yatağına 
girdi. Bir azdan Nazənin də gəldi. Soyunub yatağına uzandı. 
Yan-yana uzanmışdılar. Ancaq heç biri danışmırdı. Hərəsi 
öz aləmindəydi. Birdən Ziyad çevrilib Nazənini qolları arasına 
aldı.  Sinəsinə  sıxıb,  dodaqlarından  ehtirasla  öpdü…  Sakit 
olandan sonra yenə əvvəlki kimi uzandılar. 
- Nazənin, evdə nə isə bir narahatçılıq var? 
- Var. 
- Nə olub ki? 
-  O  narahatçılıq  sizin  evdə  mən  gəlməmişdən  qabaq 
başlayıb.  
- Anamla söhbətin olub? 
-  Heç  kimlə  söhbətim  olmayıb.  Danışırlar  ki,  görüm 
dərdləri  nədir?..  Gələn  gündən  onlardan  bir  dəfə  xoş  sifət 
görməmişəm.  Sifətlərin  elə  turşudurlar  ki,  elə  bil  istiot 
yeyiblər… Bilsəydim belə olacaq… Nazənin yanı üstə çevrilib 
xısın-xısın  ağlamağa  başladı.  Ziyad  arxadan  onu  qucaqladı. 
Çiynindən, boynundan öpdü. 
-  Ağlama,  əzizim,  biz  çıxıb  gedirik.  Genişliklərə 
çıxacağıq.  Dünya  boyda  asiman  bizim  olacaq.  O  geniş 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə