Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

 
36 
Nazənin  qəşəng-qəşəng  gülüb  başını  Ziyadın  sinəsinə 
qoydu… 
Bu  yayı  da  beləcə  yola  saldılar.  Nə  atası  dindi,  nə  anası. 
Anası  hərdən  söz  atdı,  «sənə  xalamın  nəvəsini  alacağam»  - 
dedi, sonra sınayıcı nəzərlərlə Ziyada baxdı, vəssalam. 
Hətta  bir-iki  dəfə  xalasının  nəvəsini  evə  də  çağırdı, 
Ziyada  göstərmək  istədi.  Ancaq  Ziyadın  ürəyində  təkcə  bir 
qızın adı vardı. Dünyada olan bütün qızlar onun üçün elə-belə 
qızlar idi. Nə gözəllikləri sevdiyi qıza çatardı, nə danışıqları, nə 
baxışları… 
Növbəti  tətil  üçün  kəndə  gələndə  uzaq  bir  kəndə  nişanlı 
olan bacısı Səmayə ilə ciddi danışdı. Dedi, atama da de, anama 
da,  mən  Nazənini  alacağam.  Bacısı  da  etiraz  etməyə  çalışdı. 
Amma  qardaşının  qırımını  görüb  daha  dinmədi.  Qardaşının 
sözlərini  ata-anasına  çatdırdı.  Atası  çox  qayğılandı,  bir 
arvadına,  bir  Səmayəyə  baxdı.  Və  o  biri  otağa  keçib  qapını 
örtdü, telefonda kiminləsə uzun-uzadı danışdı. Arvadını yanına 
çağırdı. 
- Axşam qohumlar gələcək, bir az hazırlıq görün. 
Nadirənin  əli  iş  tutmasa  da,  qızı  ilə  köməkləşib  axşama 
tədarük gördü. 
Qohumlar  bu  izdivaca  nə  deyəsiydilər  ki;  oğlan  razı,  qız 
razı.  Onların  danışmaqları  işi  dəyişməyəcəkdi.  Olsa-olsa,  bir 
söz  deyənlər  Ziyadın  könlünü  bulandıracaqdılar,  Ziyadın 
nəzərində dünyanın ən pis adamı olacaqdılar. 
Aparıb qızın barmağına bir üzük taxdılar… 
Ali  təhsilini  bitirəndən  bir  il  sonra  mağar  qurub,  toy 
çaldırdılar.  Nazənini  Ziyada  gəlin  gətirdilər.  Atası  xeyir-dua 
verdi,  anası  oğul-qız  dilədi,  Səmayə  qardaşını  bağrına  basıb 
təbrik elədi. 
Bir  müddət  keçdi.  Teleqram  vurub,  Ziyadı  Bakıya 
çağırdılar.  Hələ  kirayə  ev  tutmadığı  üçün  bu  dəfə  Nazənini 
evdə  qoyub  getdi.  Onun  bir  də  kəndə  qayıtmağı  yeddi-səkkiz 


 
37 
ay  çəkdi.  Bakıda  kirayə  ev  tutmuşdu.  Nazənini  götürüb 
gedəcəkdi.  Ancaq  bir  aylığa  öz  hesabından  məzuniyyət 
götürmüşdü. Axı bir-iki həftəyə bacısını aparacaqdılar. Həm o 
xeyir  işi  yola  verməliydi,  həm  də  kəndi  doyunca  gəzib-
dolanmalıydı. 
Çınqıllı  məhəlləsinə  ağsaqqallar  məhəlləsi  də  deyirdilər. 
Nəyə görəydisə həmişə bu məhəllədə ağsaqqallar çoxluq təşkil 
edərdi.  Kənd  üçün  bir  vacib  məsələ  olanda  bu  məhəlləyə  üz 
tutardılar.  Bir-iki  ağsaqqal  götürüb  kənd  meydanına  gətirər, 
məsələdən  onları  hali  edər,  işi  yoluna  qoymaq  üçün  onlardan 
imdad  diləyərdilər.  Ən  çox  da  tayfalar  arasında  söz-söhbət 
olanda  ağsaqqallara  ehtiyac  duyulardı.  Ağsaqqallar  bığlarına 
tumar çəkib düşünərdilər. Sonra bir qərara gəlib narazı tərəfləri 
yanlarına çağırardılar. Çalışardılar ki, səs-küy olmasın, tərəflər 
bir-birini  təhqir  eləməsinlər.  Məsələ  həllini  tapandan  sonra 
ağsaqqallar  yenə  ocaqlarına  çəkilərdilər.  Hərdən  kənd 
meydanına  çıxıb  görsənər,  varlıqlarını  adamların  yadlarına 
salardılar.  Keçmişdə  də  belə  olmuşdu,  indi  də  beləydi. 
Qəribəydi ki, o ağır oturub, batman gələn ağsaqqalların kimliyi 
yada  düşməzdi,  hansı  tayfadan  olduqları  bilinməzdi.  Ancaq 
Ziyada  elə  gəlirdi  ki,  nə  kənd  əvvəlki  kənddir,  nə  ağsaqqallar 
əvvəlki ağsaqqallardı. Heç Çınqıllıda o qədər ağsaqqal da gözə 
dəymirdi. Bu məhəllə gözə gəlmişdi, nəydi, məhəllənin kişiləri 
niyə  ağsaqqal  ola  bilmirdilər,  niyə  sözləri  əvvəlki  kimi 
keçmirdi,  niyə  meydanı  ağbirçəklərə  vermişdilər?  Bu  suallara 
Ziyad  cavab  tapa  bilmirdi.  Düşündüklərini  bir  kimsəyə  də 
deyəmmirdi.  Elə  bilirdi  desə  onu  başa  düşməzlər,  qəbul 
eləməzlər, məsxərəyə qoyub gülərlər. 
Kəndin  bu  tərəfinə  əvvəllərdən  «erməni  məhəlləsi» 
deyərdilər.  Bunun  səbəbini  çoxlarından  soruşmuşdu.  Bir 
qaneedici cavab almayınca üz tutmuşdu atasına. 
- Ata, bu məhəlləyə niyə «erməni məhəlləsi» deyirlər? 


 
38 
- Bala, bizim millətin kişiləri hər zaman başqa millətlərin 
qadınlarına maraq göstəriblər. Başımıza da nə gəlib, elə bundan 
gəlib…  İyirminci  illərdə  kənddə  Səfa  adında  bir  kişi  olub.  O 
vaxtkı erməni davasında erməni kəndindən sandıqda bir erməni 
qızı  götürüb  qaçırıb.  Sonra  onunla  ailə  qurub.  Uşaqları  olub. 
Bax,  bu  Silva,  Rita,  Nora,  hətta,  xallı  Züleyxa,  gözəl  Qəmər, 
Məhər, zurnaçı İslam onların törəmələridir. Allah lənət eləsin… 
şeytana. Görürsən, kənddə nə oyunlardan çıxırlar?! 
Mürşüd  day  bir  söz  deməmişdi,  başını  yerə  dikib, 
siqaretini odlamışdı. 
Onlar  nə  oyunlardan  çıxırdılar  görəsən?  Ziyad  bilirdi, 
bilirdi  ki,  Silva  bir  qarış  torpağını  dava-şavayla  artıra-artıra 
böyük  mülkə  döndərmişdi.  Bilirdi  ki,  İrəvandan  onların  yağ 
payları gəlir, konyakları gəlir. Bilirdi ki… 
Hələ  onda  uşaq  idi.  Him-cimdən  öyrənib  bilmişdi  ki, 
Silva  xalanın  evinə  gecələr  kişilər  gedir.  Sonra  onun  evinin 
yanında olan qızı Noranın evinə də kişilər getməyə başladılar. 
Niyə  getdiklərini,  orada  nələr  etdiklərini  hələ  Ziyad  başa 
düşmürdü.  Ancaq  uşaq  fəhmi  ilə  anlayırdı  ki,  bunu  ucadan 
demək  olmaz,  bunu  demək  ayıbdı.  Bir  istəmişdi  bunun  da 
səbəbini atasından soruşsun, amma ürək eləməmişdi. Demişdi, 
birdən atam mənə qışqırar, deyər uşaqsan, otur uşaq yerində. 
Böyüdükcə  anladı  hər  şeyi.  Bildi  Silva  xalanın,  Noranın 
evinə  niyə  gedirlər.  Onun  yaşıdlarından  da  bəziləri  qaranlıq 
düşəndə  Noranın  qonağı  olmuşdular.  Ziyad  isə  elə-belə  xəyal 
qurub, xəyalında Noranın şirinliyini dadmışdı. 
Eşitdiyinə görə, Silvanın qonaqları olmurdu. Olanda da az 
olurdu.  Üç  manatı  olan,  beş  manatı  ələ  keçirən  qoca-qucalar 
məqam  tapıb  özlərini  Silvanın  yanına  salırdılar.  Cavanlar  isə 
Nora  üçün  əldən-ayaqdan  gedir,  artıq  pul  tapan  kimi  sevinə-
sevinə aparıb bu gözəlin darbalağının içinə qoyub qayıdırdılar. 
Bura  Öküz  yatağı  idi.  Ziyadın  və  yaşıdlarının  uşaqlıqları 
buralarda  keçmişdi.  Bu  yerlərdə  o  qədər  kənd  oyunları 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə