Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

 
39 
oynamışdılar ki. Buraların hamısı bir əziz xatirə idi Ziyad üçün. 
Bir  dəfə  daşla  vurub  çoban  Şahmarın  oğlu  Qədirin  başını 
yarmışdı.  Yazıq  oğlanın  qanı  axıb  torpağı  qırmızı  rəngə 
boyamışdı.  Bu  işin  üstündə  axşam  çoban  Şahmar  onlara 
gəlmişdi.  İşdən  hali  olan  atası  nə  edəcəyini  bilmirdi.  Çoban 
Şahmar  gedəndən  sonra  atası  onu  yanına  çağırdı.  Dodaqları 
əsə-əsə  Ziyadı  yamanladı,  sonra  da  hirsini  cilovlaya  bilməyib 
enli  əsgər  kəməri  ilə  onu  kötəklədi.  Ziyad  üç  gün  atasının 
üzünə çıxmadı... O kötəyin dadı hələ də damağındaydı. 
Bu  ərazidə  əsgərlər  məskən  salmışdılar.  Sovet  əsgəri 
deyilən  bu  əsgərlərin  çoxusu  ruslar  idi.  Rus  dilində  onlara 
salam  verib,  cavab  alanda  çox  sevinərdilər.  Böyüklərindən 
gizlincə  bu  əsgərlərə  peçenyelər,  şokoladlar,  meyvələr 
verərdilər.  Əvəzində  cürbəcür  nişanlar  alanda  sevinclərinin 
həddi-hüdudu  olmazdı.  Əsgərlərin    içində  bir  qarayanız  oğlan 
da  var  idi.  Deyəsən  Özbəkistandan  gəlmişdi.  Adına  Bəxtiyar 
deyirdilər.  Ziyad  onunla  dostlaşmışdı.  Gedəndə  ünvanını 
Ziyada  verdi,  onu  Səmərqəndə  dəvət  elədi.  Ziyad  rus  dili 
müəlliminin köməyi ilə ona bir neçə dəfə rus dilində məktublar 
yazdı.  Cavablar  da  aldı.  Bir-iki  ildən  sonra  məktubların  arası 
kəsildi.  Elə  bil  nə  hərbi  hissə  var  idi,  nə  də  əsgər  Bəxtiyar. 
Ancaq  hər  dəfə  televizorda  Səmərqəndi  göstərəndə  adamların 
arasından Bəxtiyarı axtarırdı. 
O  hündür  dağın  başında  gümüşü  rəngə  çalan  yekə 
gümbəz  də  həmin  hərbi  hissəyə  məxsus  idi.  Buradakı 
radiolokasiya  stansiyasının  köməyi  ilə  hava  hücumundan 
müdafiə sistemini təmin edirdilər. Adamlar o stansiya haqqında 
astadan,  ancaq  çox  şeylər  danışırdılar.  Deyirdilər,  bu  stansiya 
ətraf  əraziləri  şüalandırır.  Bu  şüalanma  nəticəsində  də  torpaq 
zəhərlənir,  məhsuldarlıq  azalır,  insan  orqanizmini  məhv  edir. 
Bu stansiya qurulandan sonra, deyirdilər ki, ağır xəstəliklər bir 
neçə dəfə  çoxalmışdı. Hələ kişilərin döl artırma  qabiliyyətinin 
azaldığından  da  danışırdılar.  Ancaq  heç  kəs  bunları  ucadan 


 
40 
demirdi,  deyə  bilmirdi.  Necə  deyəydi  axı,  belə  sözləri  dilinə 
gətirəni gecəynən aparırdılar. Ya bir daha geri qaytarmır, ya da 
öz  qurduqları  sistemin  dairəsinə  salıb  evlərinə  buraxırdılar. 
Həmin  adam  əl  quzusuna  dönürdü.  O  adamın  yanında  bir  söz 
danışmaq təhlükəli olurdu. 
Ziyadın atası o qurğu barəsində danışmırdı. Və bu barədə 
danışmağı  evdəkilərə  də  qadağan  eləmişdi.  Söz  düşəndə  tez 
qabağını  alırdı,  deyirdi,  dövlətlə  dövlətlik  eləmək  olmaz  ki. 
Görmədiniz, otuz yeddinci ildə danışanları nə günə saldılar?! 
Otuz  yeddinci  ildə  nələr  olmuşdu,  nələr  baş  vermişdi, 
bunları  hələ  bilmirdi.  Birisindən  bu  barədə  soruşmağa  da 
qorxurdu. Deyirdi, birdən atam bilər, acığı gələr… 
Əsəd  əminin  bostanının  yanında  ayaq  saxladı.  Bu 
bostandan o qədər oğurluq eləmişdilər ki; qovun, qarpız, xiyar, 
pomidor... Uşaqların bir-ikisi bir az kənarda səs-küy salardılar. 
Bostançı Əsəd əmi səsin haradan gəldiyini öyrənmək üçün göz 
bəbəyi kimi qoruduğu bostanından  aralanardı. Bundan istifadə 
edən  o  biri  uşaqlar  bostana  soxulardılar.  Bostançı  Əsəd  əmi 
qayıdıb gələndə görərdi ki... 
Ucadan  söyüb,  yamanlayardı.  Sonra  sakitləşib  dağılmış 
bostanının yanında oturardı. 
Evinin  damına  ot  yığan  Müseyib  əmiydi.  Kəndin  ən 
baməzə,  həm  də  yaxşı  kişilərindən  biriydi.  Əvvəllər  çox 
kasıbçılığın  əzabını  görmüşdü.  Uşaqlarını  əzab-əziyyətlə 
böyüdüb  ərsəyə  çatdırmışdı.  İndi  uşaqları  dadına  yetirdilər. 
Daha paltarına yamaq vurmurdu. Filtirli siqaret çəkirdi. Ancaq 
bu  yaxşı  günlərində  heç  pis  günlərini  yadından  çıxarmırdı. 
Şükürlü və səbirli adam olmağına heç kəs şübhə eləmirdi. 
Ziyad  bir  istədi  kəndin  ara  məhəllələrinə  də  baş  vursun. 
Uşaqlığını  xatırlasın,  oynadığı  yerləri,  ölüb-gedən  adamları 
yada  salsın.  Nə  düşündüsə  fikrindən  daşındı.  Adam  olmayan, 
sakit  yerlər  axtardı.  Son  günlər  tək  qalmaq  istəyirdi.  Özünün-
özüylə  danışmağına  ehtiyacı  vardı.  Bir  tərəfdən  Nazəninin 


 
41 
danışıqları,  atasının  soyuq  münasibəti,  anasının  qeyri-səmimi 
gülüşü  Bakıdan  gələn  gündən  onun  rahatçılığını  əlindən 
almışdı.  Nə  olmuşdu  axı,  niyə  elə  əzəl  gündən  ata-anasının 
gözü  bu  qızı  götürmürdü?  Onların  daha  ayrı  gəlinləri 
olmayacaqdı  ki,  desinlər  bu  pisdir,  o  birisi  yaxşı  olar.  Hiss 
olunurdu  ki,  bu  aylar  ərzində  evdə  ab-hava  heç  də  yaxşı 
olmayıb. Nazənin də müəmmalı danışırdı, hərdən hiss olunacaq 
tərzdə onların münasibətinə kinayə də edirdi. 
Ziyad  istədi  əvvəl 
bütün  bunları  qayda-qanunla 
əsaslandırsın. Yəni, əksər evlərdə olduğu kimi, bunların evində 
də  xırda  narazılıqlar,  bir-birinin  xoşuna  gəlməyən  xarakter 
fərqləri  ola  bilərdi.  Və  bunda  başqa  məqamlar  axtarmağa  yer 
qalmırdı.  Axı  Nazənin  başqa  evin  qızıydı,  başqa  mühitdən 
gəlmişdi.  Onun  yemək,  içmək,  istirahət,  iş  görmək  tərzi  də 
başqaydı  və  bu  tərz  uyğunsuzluğu  ola  bilsin  ki,  Ziyadın  ata-
anasına  xoş  gəlmirdi.  Heç  bundan  faciə  düzəltmək  də  lazım 
deyildi.  Ziyadı  narahat  edən  başqa  məsələydi.  Bəlkə  bu 
narazılığın,  soyuq  münasibətin  kökündə  başqa  məsələlər 
dayanırdı? Nə ola bilərdi axı? Bu suallar Bakıdan gəldiyi andan 
Ziyadı  üzürdü.  Nə  anasından  bir  şey  soruşa  bilirdi,  nə  də 
arvadından.  Münasibətlərin  açılacağından  və  daha  da 
kəskinləşəcəyindən  ehtiyat  edirdi.  Ancaq  elə-belə  məsələni 
qapalı saxlayıb, arvadını Bakıya aparmaq da istəmirdi… 
- Ziyad, nə yaman fikrə getmisən? 
Ziyad  səsdən  diksindi.  Başını  yana  çevirib  uşaqlıq  dostu 
Muradı gördü. 
-  Hə,  Murad  sənsən…  Nə  təhərsən?..  Yox,  elə-belə, 
uşaqlıq  vaxtlarımız  yadıma  düşmüşdü.  Deyirəm,  o  çağları  bir 
də qaytarmaq mümkün olarmı? 
- Yox, Ziyad, mümkün deyil. İnanırsan, məni bu həyatda 
yaşadan  uşaqlıq  vaxtlarının  xatirəsidir.  O  vaxtların  bir  ilinə 
bütün ömrümü verərəm. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə