69
istifadə edirdilər. Yandırıcı alətləri barıtla doldururdular. Sonralar ondan tüfəng və
toplarda istifadə etməyə başladılar.
barter
- birbaşa mal mübadiləsi.
baş nazir
- bir qayda olaraq dövlət başçısı tərəfindən təyin edilən hökumət
başçısı.
Baş Ştatlar
- XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı.
Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına
qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu,
ruhanilərin, zadəganların və varlı şəhərlilərin
nümayəndələrinin yığıncağı idi. Hər bir silkin
nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir
silkin bir səsi var idi. Ruhanilərin və zadəganların
bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə
güzəştə getmək məcburiyyətində idilər. Silklər
arasındakı fikir ayrılığı Baş Ştatların dövlət
işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən
krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral
hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar.
Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik
tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis
adlandırmışlar.
başçı
- nəsli icmanın və tayfanın hərbi başçısı; nəsli icmanın və ya tayfanın
bütün yaşlı kişilərinin yığıncağında (xalq yığıncağında) hərbi işlərə rəhbərlik üçün
seçilirdi. İbtidai icma cəmiyyətinin dağılmağa başlaması ilə öz hakimiyyətlərini
irsən ötürməyə başladılar. Hərbi demokratiya dövründə hərbi drujinaya arxalanan
hərbi başçılar hakimiyyəti tamamilə ələ keçirmişdilər.
bayatı
- Azərbaycan xalq yaradıcılığında lirik şer janrı. Mənşəcə türkdilli
bayatların adı ilə bağlı olduğu ehtimal edilir.
bayraq
- təsviri qanunla (bir qayda olaraq konstitusiya ilə) müəyyən edilən
rəsmi fərqləndirici dövlət nişanı. Dövlət bayrağı dövlətin suverenliyinin rəmzidir
və üzərində gerb, yaxud başqa emblem olan bir və ya çoxrəngli parçadan ibarətdir.
1991-ci il fevralın 5-də təsdiq olunmuş Azərbaycan Respublikasının dövlət
bayrağı ADR-in 2-ci bayrağına uyğundur. Azərbaycan Respublikasının bayrağı
eni bərabər olan üç üfqi zolaqdan ibarətdir. Üst zolaq mavi, ona zolaq qırmızı,
aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ aypara, ondan sağda
isə ağ rongli səkkizguşəli ulduz təsviri vardır. Mavi rəng - türkçülüyü, qırmızı -
demokratiyanı, yaşıl isə islam və ideologiyasını ifadə edir.
bayrat
- Şərq ölkələrində istiladə olunmayan, becərilməyən torpaqlar.
Qazan xanın islahatlarının şərtlərinə görə, dövlət bayrat torpaqlarını satın alır və
onu becərməyi öhdəsinə götürən şəxslərə verirdi. Bayrat torpaqlarından alınan
vergi dövlət xəzinəsinə daxil olurdu.
70
Behzad Kəmaləddin
(1455 - 1535) - Azərbaycan rəssamı, Təbriz miniatür
məktəbinin nümayəndəsi. Nizaminin və başqa şairlərin əsərlərinə rəsmlər
çəkmişdir. Behzad çoxfiqurlu dinamik kompozisiyalar. zərif rəng düzümü, ifadəli
rəsmlər ustası idi. Behzad Səfəvi şahı I İsmayılın himayəsində idi. O, rəssamı çox
sevir və ona ehtiram göstərirdi. I Şah İsmayıl saray kitabxanasını Behzadın
ixtiyarına vermişdi.
Bekon Rocer
(1214 - 92) - ingilis filosofu və təbiətşünası. Riyaziyyatın
böyük əhəmiyyətini göstərmiş, maqnit oxu və böyüdücü şüşə ilə sınaqlar
keçirmişdir. Mikroskop, teleskop, telefon, özügedən araba, uçan aparatlar kimı bir
sıra ixtiralar haqqında əvvəlcədən məlumat vermişdir. Bekon hakimiyyət
mənbəyinin xalq olacağı dövlətin layihəsini işləyib hazırlamışdır. Ruhanilər
tərəfindən təqib olunmuşdur: Bekonun əsərləri lənətlənmiş, özü isə uzun illər
həbsdə qalmışdır.
"beşinci dəstə"
- bu və ya digər rəqibin arxa cəbhəsini dağıtmaq məqsədi
ilə istifadə də olunan düşmən agenturasının nominal , “Beşinci dəstə” termini
İspaniyada vətəndaş müharibəsi illərində (1936 - 39) meydana gəlmişdir. 1939-cu
ildə Madrid üzərinə dörd dəstə ilə hücum edən ispan faşistləri şəhərdə çaxnaşma
salan, sabotajla məşğul olan və diversiya törədən gizli agenturanı "beşinci dəstə"
adlandırmışlar.
Beşinci respublika
- Fransada 1958-ci ildə
prezident de Qollun hökuməti tərəfindən hazırlanmış
konstitusiyanın qəbul edilməsindən sonrakı respublika.
beton
– sement, qum, çınqıl və su qarışığından
hazırlanmış qatı məhlul. Quruduqdan sonra bərkiyir və
uzun müddətə daşlaşır. Betonu qədim romalılar ixtira
ediblər. Betonun, tağbəndin və günbəzin ixtira
olunması Roma memarlarına möhtəşəm və çox möhkəm tikililər inşa etməyə
imkan vennişdir.
Beynəlxalq Valyuta Fondu
(BVF) – BMT-nin ixtisaslaşdırılmış idarəsi
statusu beynəlxalq valyuta təşkilatı. Beynəlxalq Valyuta Fondu 1944-cü ildə
yaradılmışdır. BVF valyutaların məzənnəsinintənzimlənməsi, valyuta böhranının
qarşısının alınması məqsədi ilə üzv – ölkələrə kredit verir.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) – BMT-nin
ixtisaslaşdırılmış idarəsi, Beynəlxalq Valyuta Fondu ilə eyni zamanda – 1944-cü
ildə yaradılmışdır. Onun yaradılmasında məqsəd müharibədən sonra dünyada
maliyyə stabilliyinə nail olmaq və “valyuta müharibələri”nin qarşısını almaq idi.
BYİB - üzvləri yalnız Beynəlxalq Valyuta Fonduna daxil olan dövlətlərdən ibarət
səhmdar cəmiyyəti formasındadır.
Bəhmənyar Əbülhəsən ibn Mərzban
(? - 1066) - Azərbaycan filosofu, İbn
Sinanın şagirdi və davamçısı. İslam dininin fəlsəfi əsaslarını araşdırmışdır. Əsas
əsərləri: "Məratib ül-mövcudat" ("Mövcudatın mərtəbələri"), "Məbəd ət-təbiət"