81
Teatr.Kino.Estrada.Sirk
100
illiyi
ƏNVƏR BEHBUDOV
1912-1992
MART
Ənvər Məcid oğlu Behbudov 1912-
ci il mart ayının 20-də Şuşa şəhərində
anadan olmuşdur. Hələ uşaqkən anası-
nın yaratdığı dram dərnəyi onda kiçik
yaşlarından teatra maraq yaratmış-
dı. Teatra vurğunluğu onu Moskvaya
gətirmişdi. 17 yaşlı gənc çətinliklərə
baxmayaraq burada Dövlət Teatr Sənəti
İnstitutunun rejissorluq fakültəsinə
daxil olmuşdur. 1942-ci ildə Ümumit-
tifaq Dövlət Teatr Sənəti İnstitutunun
rejissorluq fakültəsini bitirmişdir.
O, 1944-1946-cı illərdə Ulyanovsk,
1946-1948-ci illərdə Xabarovsk,
1948-1954-cü illərdə Novosibirsk
teatrlarında rejissor və bədii rəһbər
olmuşdur. 1954-1959-cu illərdə Ka-
zanda, Kaçalov adına Böyük Dram
Teatrında və 1959-1964-cü illərdə
Rostovda M.Qorki adına Dram Teat-
rında baş rejissor işləmişdir. Bu illərdə
N.Poqodinin “Tüfəngli adam”, M.
Şoloxovun “Oyanmış torpaq”, N. Qo-
qolun “Ölü canlar”, E. Radzinskinin
“Məһəbbət һaqqında 104 səһifə” və
s. tamaşaların quruluşunu vermişdir.
Görkəmli rejissor 1965-ci ildə RSFSR
Xalq artisti fəxri adına layiq görül-
müşdür.
Ənvər Behbudov 1966-cı ildən
Azərbaycan Opera və Balet Teatrın-
da baş rejissor işləmiş, dahi bəstəkar
Üzeyir Hacıbəylinin “Koroğlu” opera-
sını tamaşaya qoymuşdur.
Ə.Behbudov
1969-cu
ildən
Azərbaycan Rus Dram Teatrının baş
rejissoru olmuşdur. O, burada M. Şat-
rovun “Altı iyul”, M. Dvoretskinin
“Kənar adam”, R. İbrahimbəyovun
“Öz yolunla”, N.Xəzrinin “Sən yan-
masan”, A. Vampilovun “Ötən yay
Çulimskdə”, A.Gelmanın “Bir iflasın
protokolu” və s. əsərləri tamaşaya
qoymuşdur.
Yaradıcılığına qiymət verilmədi-
yində rejissor Ənvər Behbudov ikinci
dəfə Rusiyaya gedir. Lakin çox keçmir
ki, o yenidən Bakıya, qardaşı Rəşid
Behbudovun yaratdığı mədəniyyət
ocağına - Mahnı Teatrına qayıdır. Bu
teatrda olduqca maraqlı tamaşalar ha-
zırlayan baş rejissor burada özünü çox
xoşbəxt sanır. Lakin bu çox uzun sür-
mür. Rəşid Behbudovun vəfatından
sonra Ənvər müəllim birdəfəlik Mosk-
vaya köçür.
Tanınmış rejissor 1965-ci ildə
Azərbaycanın Xalq artisti adına layiq
görülmüş, Qırmızı Əmək Bayrağı və
“Şərəf nişanı” ordenləri, һəmçinin, bir
sıra medallarla təltif edilmişdir.
Ə. Behbudov 1992-ci il martın 28-
də 80 yaşında Moskvada vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Ənvər Behbudov//Azər-
baycan Sovet Ensiklope-
diyası [Mətn]: 10 cilddə.-
Bakı.- 1978.- II cild.- S. 129.
Ənvər Behbudov [Mətn].-
Bakı: İşıq , 1974.- 8 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
20
Rejissor
82
Teatr. Kino.Estrada.Sirk
95
illiyi
YUSİF VƏLİYEV
1917-1980
MART
Yusif Abdulla oğlu Vəliyev 1917-ci il
mart ayının 22-də Dərbənddə doğulmuş-
dur. O, qeyri-adi səhnə danışığına malik,
dramatik-psixoloji rolların misilsiz ifaçı-
sı, zəngin yaradıcılığı ilə Gənc Tamaşaçı-
lar Teatrında aktyor məktəbi yaratmış bir
sənətkardır.
Y. Vəliyev 1933-1936-cı illərdə Bakı
Teatr Texnikumunda təhsil almışdır.
Tələbəlik illərində Milli Dram Teatrının
tamaşalarında kütləvi səhnələrə, sözsüz
rollara çıxmaqla, eyni zamanda Yəhudi
Dövlət Dram Teatrında işləyən aktyor
yəhudi dilində də bir neçə rol ifa etmiş-
dir.
Texnikumu bitirəndə yenicə açılan
Mirzə Ələkbər Sabir adına Nuxa (indi-
ki Şəki) Dövlət Dram Teatrına işləməyə
göndərilən aktyor teatr bağlananadək,
yəni 1949-cu ilədək orada işləyib, teat-
rın ən öncül sənətkarlarından biri olmuş-
dur. Aktyor Nəcəf bəy Vəzirovun “Hacı
Qəmbər” əsərində Əşrəf bəy, Mirzə Fətəli
Axundzadənin “Hacı Qara” əsərində Hacı
Qara, “Molla İbrahimxəlil kimyagər”də
İbrahimxəlil, Sabit Rəhmanın “Toy”
komediyasında Surxay, “Xoşbəxtlər”
komediyasında Sadıq, Cəfər Cabbarlı-
nın “Almaz” əsərində Şərif, “1905-ci
ildə” general-qubernator, “Aydın” da
Aydın, “Oqtay Eloğlu”da Oqtay, “Od
gəlini”ndə Elxan, “Sevil” də Balaş, “Sol-
ğun çiçəklər”də Bəhram, Səməd Vurğu-
nun “Vaqif” əsərində Vaqif, Mirzə İbra-
himovun “Həyat” əsərində Süleyman və
b. tamaşalarda xaraktercə fərqli rollar
yaratmışdır.
Yusif Vəliyev 1949-cu ilin yazında
Şəkidən Bakıya gələrək Rus Dram Te-
atrında aktyorluq edib. Yusif Vəliyevin
əsas yaradıcılığı 1949-cu ilin axırlarından
ömrünün sonunadək Gənc Tamaşaçılar
Teatrı ilə bağlı olmuşdur. Aktyor onlarca
bir-birindən fərqli, yaddaqalan rollar ya-
ratmışdır.
Y.Vəliyev Gənc Tamaşaçılar Teatrının
rus bölməsində hazırlanan Mixail Şatro-
vun “İnqilab naminə” pyesinin tamaşasın-
da Lenin rolunu ifa etmişdir. Onun ifası
sənətkarlıq baxımından rus həmkarlarının
oyunlarından daha canlı və real alınmış-
dır.
Aktyor “Azərbaycanfilm”in kinoların-
da epizodik rollar oynasa da, çox maraq-
lı, yaddaqalan xarakterlər yaratmışdır. O,
“Zirvə” (Bələdçi), “Sən nə üçün yaşayır-
san?” (Balıqçı), “Nəsimi” (Teymurləng),
“Qatır Məmməd” (Halvaçı), “Tütək səsi”
(Qurban), “Arxadan vurulan zərbə” (Qurd
Cəbrayıl), “Uşaqlığın son gecəsi” (İş ic-
raçısı), və s. kinofilmlərində çəkilib. “Nə
yaxşı ki, Səməd Vurğun var...” sənədli
filmində Qacar rolunda “Vaqif”dən bir
parça ifa etmişdir.
Uzunillik səhnə yaradıcılığında əldə
etdiyi sənət nailiyyətlərinə, gənclərə örnək
olan zəngin irs yaratdığına görə Yusif Ab-
dulla oğlu Vəliyev 24 may 1960-cı ildə
Azərbaycan Respublikasının Əməkdar
artisti, 9 fevral 1979-cu ildə Xalq artisti
fəxri adları ilə təltif olunmuşdur.
1980-ci il martın 18-də vəfat edən bö-
yük sənətkar Bakıdakı yeni “Qurd qapısı”
qəbiristanlığında dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Burcəliyeva, Ş. Onun
möcüzəli sənət dünyası
[Mətn] /Ş.Burcəliyeva //
Mədəniyyət.- 2011.-30
mart.- S.11.
İki böyük sənətkarın ad
günüdür [Mətn] // Mərkəz.-
2011.- 19 mart.- S.11.
Məhərrəmova, T. Lenin
rolunu o qədər məharətlə
ifa edib ki…. [Mətn]
/T.Məhərrəmova //Kaspi.-
2010.-18 mart.- S. 15.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Aktyor