77
Kimya.Biologiya.Tibb
60
illiyi
PAŞA QƏLBİNUR
1952
MART
Paşa İsmayıl oğlu Musayev (Paşa
Qəlbinur) 1952-ci il mart ayıınn 30-da
Şəmkir rayonunun Çinarlı qəsəbəsində
qulluqçu ailəsində anadan olmuşdur. 1968-
ci ildə Müşfiq adına kənd orta məktəbini
qızıl medalla bitirmişdir. 1968-ci ildə
N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunun Müalicə-profilaktika
fakültəsinə daxil olmuşdur. 1975-ci ildə
təhsilini başa vurduqdan sonra 1975-1977-
ci illərdə Gəncə şəhər Göz Xəstəxanasında
və 1 saylı uşaq poliklinikasında həkim-
okulist işləmişdir. O, 1977-1978-ci illərdə
N.Nərimanov adına Tibb İnstitutunun göz
xəstəlikləri kafedrasında baş laborant ol-
muşdur.
1978-1981-ci illərdə İ.M.Seçenov adı-
na 1-ci Moskva Tibb İnstitutunun Göz
xəstəlikləri kafedrasının nəzdində əyani
aspiranturada təhsil almışdır. 1981-1988-
ci illərdə N.Nərimanov adına Tibb İnstitu-
tunun göz xəstəlikləri kafedrasında assis-
tent, həm də ictimai peşələr fakültəsində
dekan müavini işləmişdir. 1988-ci ildən
həmin kafedranın professoru, 1991-ci
ildən kafedra müdiridir.
Ədəbi fəaliyyətə 1978-ci ildə “Ul-
duz” jurnalının 4-cü sayında çap etdirdi-
yi “Xal”, “Ay gecəyə hicran sıxır”, “Mən
ilhamı gözlərimlə görmüşəm” şeirləri ilə
başlamışdır. “Gözlər” adlı ilk şeirini 13
yaşında ikən yazmışdır. Dövri mətbuatda
vaxtaşırı çıxış edir. “Gənclik” respublika
ədəbi birliyinin üzvüdür.
Paşa Qəlbinur tibb elminə dair yüzdən
çox elmi əsərin, on elmi kəşfin müəllifidir.
On mindən çox cərrahiyyə əməliyyatı
aparmış P.Qəlbinur Brüsseldə (Belçika)
51-ci Ümumdünya İxtiralar salonunda
“Brüssel Evrika 2002” sərgisində “Of-
talmologiyada yeni dərman prepara-
tı Aktirol”un kəşfı Böyük qızıl medala
və Belçika Maliyyə Nazirliyinin xüsusi
prizinə layiq görülmüşdür. 2002-ci ildə
onun rəhbərliyi altında bacısı Sevinc və
tələbəsi Olqa Stroyeva ilə birlikdə yeni
dərman preparatını hazırlamışdır.
P.Qəlbinur 1989-cu ildən Azərbaycan
Alimlər İttifaqı İdarə Heyətinin 1997-
ci ildən Amerika və Dünya Türk
Cümhuriyyətləri Oftalmoloji Birliyi-
nin idarə heyətinin üzvüdür. 1996-cı
ildən Azərbaycan üzrə Nobel İnforma-
siya Mərkəzinin nəzdində Fiziologiya
bölməsinin ekspertidir. 2001-ci ildə Dün-
ya Türk Cümhuriyyətləri Oftalmoloji Bir-
liyi Bilimsəl qurumunun həmsədri seçil-
mişdir.
1999-cu ildə Yusif Məmmədəliyev
adına mükafata, 2000-ci ildə “İman”
izzət və iltifat diplomuna layiq görül-
müşdür. ABŞ-ın Biblioqrafiya İnstitutun-
da keçirilən “2000 alim və intellektual”
seçimində “İlin adamı” mükafatına layiq
görülmüşdür. 1996-cı ildən “Araz” ali
ədəbi mükafatın laureatıdır.
Aybəniz Əliyevanın 1996-cı ildə yaz-
dığı “Paşa Qəlbinur”, A.Məmmədovun
1999-cu ildə yazdığı “Qəlbinur poeziyası
XXI əsrin astanasında” kitabları ona həsr
edilmişdir. “ Paşa Qəlbinur-50” biblioqra-
fik məlumat kitabı hazırlanıb nəşr edilmiş-
dir. Dəfələrlə xarici ölkələrdə konfrans və
elmi simpoziumlarda olmuşdur. 2008-ci
ildən Dünya Azərbaycanlıları Konqresi-
nin həmsədridir.
Ə d ə b i y y a t
Ağlıma gələnlər başıma
gəldi [Mətn] /P.Qəlbinur. -
Bakı: Ozan, 2003.- 656 s.
Hacıyev, T. Qələmlə bıçağın
ünsiyyəti [Mətn] /T.Hacıyev
//Ədəbiyyat qəzeti.-2010.-26
noyabr.- S. 5-6.
Qəlbinur Paşa – 50
[Mətn]: metodik vəsait
/M.F.Axundov adına Milli
Kitabxana.- Bakı, 2002.
Paşa Qəlbinur [Mətn]:
biblioqrafik göstərici /tərt.
Elica Atalı.- Bakı: “Mars
Print”, 2005.- 401s.
Səmədli, V. Dağların
toyuna gedən şair [Mətn]
/V.Səmədli //Təzadlar.-
2010.-30 sentyabr.- S.15.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
30
Həkim
78
Musiqi.Opera.Balet
65
illiyi
ŞƏFİQƏ EYVAZOVA
1947
MART
Şəfiqə Alxas qızı Eyvazova 1947-
ci il mart ayının 9-da Bakıda anadan
olmuşdur.
O, 1971- ci ildə Azərbaycan Dövlət
Konservatoriyasını bitirmişdir.
Şəfiqə xanım 1963-1976-cı illərdə
Azərbaycan Teleradio Verilişləri Şir-
kətinin Xalq Çalğı Alətləri Orkestri və
Ə.Dadaşovun rəhbərlik etdiyi ansamb-
lın solisti olmuşdur.
Şəfiqə xanım 1965-ci ildən solo
konsertlərlə çıxış etmişdir. Onun re-
pertuarına “Rast”, “Cahargah”, “Ra-
hab”, “Şur”, “Şüştər” və s. muğam-
lar, Azərbaycan və xarici ölkə
bəstəkarlarının əsərləri daxildir.
Şəfiqə Eyvazova SSRİ xalqlarının
folklor musiqisi festivalında (1978-
Bişkek; 1979-Moskva), musiqişü-
nasların Beynəlxalq simpoziumunda
(1987-Səmərqənd), eləcə də YUNES-
KO xətti ilə ABŞ-da keçirilən “Şərq
xalqlarının musiqi folkloru” festivalın-
da (1988, A.Qasımov və R.Quliyevlə
birgə) iştirak etmişdir.
O, 1967-ci ildən A.Zeynallı adı-
na Azərbaycan Dövlət Musiqi
Məktəbində müəllim kimi çalışır.
Ş.Eyvazova həmçinin 1974-cü ildən
Bakı Musiqi Akademiyasında dərs de-
yir. Azərbaycan Milli Konservatoriya-
sının professorudur.
O, bir çox xarici ölkələrdə (ABŞ,
İsveçrə, Almaniya, Fransa, Polşa, Bel-
çika, İtaliya, Əfqanıstan və s.) qas-
trolda olmuşdur. Ş.Eyvazova 2003-cü
ildən Türkiyənin “Tekfen-Kara Dəniz”
simfonik orkestrinin solistidir. Onun
ifasında “Şur”, “Şüştər”, “Rahab”
və bir çox muğamların lent yazıları
Azərbaycan Radiosu və Televiziyası-
nın Qızıl Fondunda saxlanılır.
2000-ci ildə “Azərbaycan Xalq ar-
tisti” adına layiq görülmüşdür.
Ə d ə b i y y a t
Eyvazova Ş. Kamana 5-ci
sim lazımdırmı? [Mətn]:
[Xalq artisti Şəfiqə Eyva-
zova ilə söhbət] /Şəfiqə
Eyvazova; söhbəti apardı
Q.Ulduzə //Ekspress.-
2009.- 24 may.- S.31.
Eyvazova Şəfiqə Alxas qızı
[Mətn] //Azərbaycan Qadını
Ensiklopediyası.- Bakı,
2002.- S.92.
Özü də kaman kimi [Mətn]:
[görkəmli kaman ustası
Ş.Eyvazova haqqın¬da] //
Dəyişikliklərə cəsarəti çatan
xanımlar.- Bakı, 2008.-
S.97-98.
Şəfiqə Eyvazova: ustad
sənətkarlarımız [Mətn] //
Mədəni-maarif.- 2007.-
№8.- S.45.
İ n t e r n e t d ə
www.adam.az
www.mugam.musigi-dunya.
az
9
Kamança ifaçısı