79
Musiqi.Opera.Balet
85
illiyi
MSTİSLAV ROSTROPOVİÇ
1927-2007
MART
Mstislav Leapoldoviç Rostropoviç
1927-ci il mart ayının 27-də Bakıda
musiqiçi ailəsində anadan olmuşdur.
O, 4 yaşında violonçel və pianoda ifa
etməyi öyrənib, 8 yaşında isə ilk dəfə
tamaşaçılar qarşısında çıxış etmişdir.
M. Rostropoviçin 9 yaşı olan-
da onun ailəsi Bakıdan Moskvaya
köçmüşdür. 1943-cü ildə o Moskva
Dövlət Konservatoriyasına daxil ol-
muşdur. Müharibədən sonrakı illərdə
M.Rostropoviç ən məşhur sovet
musiqiçilərindən biri olmuşdur.
1969-cu ildə Mstislav Leapoldoviç
yazıçı Aleksandr Soljenitsını müdafiə
etdiyinə görə hakimiyyətin təqibinə
məruz qalmış – 70-ci illərin sonun-
da həyat yoldaşı Qalina Vişnevski ilə
birlikdə SSRİ-dən sürgün edilib və
sovet vətəndaşlığından məhrum edil-
mişdir.
M.Rostropoviç 1962-ci ildə dirijor
kimi debütünü etmişdir. Kamera musi-
qiçisi və pianist kimi bir sıra ansamb-
llarda çıxış etmişdir. 1977-ci ildən
Vaşinqton Milli Simfonik Orkestrinin
rəhbəri və baş dirijoru olmuş və 17 il
bu orkestrə rəhbərlik etmiş, müxtəlif
konsert proqramları ilə dünyanın bir
çox ölkəsində çıxış etmişdir.
O, məşhur dirijor və violonçel ifa-
çısı olmaqla yanaşı, ictimai xadim,
insanların hüquq və mənəvi azadlıq-
larının müdafiəçisi kimi tanınmışdır.
M.Rostropoviç xeyriyyəçilik tədbirləri
ilə də məşhurlaşmışdır. O, uşaqlara
tibbi yardım göstərən “Vişnevskaya-
Rostropoviç Xeyriyyəçilik Fondu”nun
prezidenti olmuşdur.
Maestro dünyaya göz açdığı
Azərbaycanın musiqi həyatında da fəal
iştirak etmişdir. Musiqiçi hər il Bakıya
gəlir və tələbələr üçün master-klaslar
verirdi, xəstə uşaqların, musiqiçilərin
və qaçqınların dəstəyi üçün xeyriyyə
aksiyaları keçirirdi. Azərbaycana qarşı
xidmətlərinə görə Rostropoviç ölkənin
bir neçə ali mükafatları ilə təltif edi-
lib. Mstislav Rostropoviç 1998-ci il
13 iyunda “Şöhrət” ordeni, 2002-ci il
mart ayında “İstiqlal” ordeni, 2007-ci
il 28 martında isə “Heydər Əliyev” or-
deni ilə təltif edilmişdir.
SSRİ Xalq artisti Rostropoviç bir
çox ölkələrin mükafatlarına da layiq
görülmüşdür. M.Rostropoviç dünya-
nın 50-dən artıq universitetinin fəxri
doktoru, dövlət və beynəlxalq müka-
fatları laureatı adına layiq görülmüş-
dür. Həmyerlimiz 22 dəfə Qremmi
mükafatına layiq görülüb. O, həmçinin
Yaponiya, Böyük Britaniya, Fransa,
Amerika Birləşmiş Ştatları da daxil
olmaqla 44 dövlətin ordenini almışdır.
Dünya şöhrətli musiqiçi, məşhur
violonçel ustası Mstislav Rostropoviç
27 aprel 2007-ci il aprel ayının 27-də
Moskvada vəfat etmişdir.
Ə d ə b i y y a t
Allahverdiyeva, A.
Rostropoviçlər kimdir?
[Mətn] /A.Allahverdiyeva
//Respublika.- 2001.- 2
noyabr.
Kərimova, K. Bir-birinə
layiq ata və oğul [Mətn]
/K.Kərimova // Xalq qəzeti.-
2001.- 28 fevral.
Mstislav Rostropoviç
[Mətn]: Bir ürəyin iki par-
çası: 75 illiyi münasibətilə
//Azərbaycan.- 2002.- 23
mart.- S.3.
Şərif, A. Mstislav Rostropo-
viçin 80 illiyinə ithaf olunur
[Mətn] /A.Şərif //525-ci
qəzet.- 2007.-7 aprel. -S.20.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
27
Dirijor
80
Teatr.Kino.Estrada.Sirk
85
illiyi
NODAR ŞAŞIQOĞLU
1927
MART
Nodar Şaşıqoğlu İzzətoviç 1927-ci
il mart ayının 13-də Batumi şəhərində
anadan olub. Milliyyətcə acardır.
Orta təhsilini Tbilisidə almışdı.
Tale ona aktyorluq istedadı bəxş et-
mişdi. Bəlkə də bu istedad ona dayı-
sı, Azərbaycan teatrının ulduzlarından
biri, aktyor Ülvi Rəcəbdən keçmişdi.
Nodar Şaşıqoğlu 1950-ci ildə Mosk-
va Teatr Məktəbini bitirmiş, Leninqrad
Akademik Dram Teatrında işləmişdir.
O illərdə Nodar bir çox tamaşalarda,
o cümlədən, “Nikbin faciə” tamaşa-
sında Aleksey (V.Vişnevski), “Sevil-
ya ulduzu”nda Sanço Ortis (Lope de
Veqa), “Mariya Tüdor”da Cilberti
(V.Hüqo) rollarında oynamışdır.
N.Şaşıqoğlunun kino yaradıcılığı
Azərbaycanın adı ilə bağlıdır. O, ilk
olaraq öz doğma Acariyasında yox, bu
gün özünün doğma vətəni adlandırdı-
ğı Azərbaycanda teatr və kino aktyoru
kimi tanınmışdır.
Nodar müəllimin yaradıcılıq bi-
oqrafiyası həm də Rusiya ilə bağlı
olmuşdur. O, Sankt-Peterburq, Mosk-
va teatrlarında çalışmışdır. Amma
“Azərbaycanfilm” kinostudiyasının
dəvəti ilə mütəmadi olaraq filmlərə
çəkilmişdir.
O, 1955-ci ildə Tofiq Tağızadə
“Uzaq sahillərdə” filmini çəkərkən
Sovet İttifaqı Qəhrəmanı Mehdi
Hüseynzadə roluna aktyor Nodar
Şaşıqoğlunu dəvət edir. Nodar Şaşı-
qoğlunu ilk dəfə kino üçün kəşf edən
rejissor Tofiq Tağızadə sonralar bu
seçimində yanılmadığına əmin olmuş-
du. Mehdi bizim kinomuzun çox uğur-
lu qəhrəmanlarındandır. Onun filmdə
ifası isə Nodar Şaşıqoğluna əsl şöhrət
qazandırdı.
1961-ci ildə ekranlara çıxan
“Səhər” filmində ona Əzizbəyovun
rolu həvalə edilmişdi. O, bu rolu da
özünəməxsus şəkildə ifa etmişdi.
“Leyli və Məcnun” filminə onu
rejissor Lətif Səfərov dəvət etmişdi.
Məcnun rolunu yaratmaq aktyordan
güclü istedad, səriştə tələb edirdi. No-
dar Qeysin (Məcnun) rolunu oynama-
ğa ilkin olaraq ehtiyat etsə də, sonradan
rolun bütün çalarlarını mənimsədi və
Məcnunu məharətlə yaratdı. Məcnun
onun ifasında əsl aşiq, öz qəlbini, ru-
hunu Leyliyə vermiş divanədir.
N. Şaşıqoğlunun yaradıcılığı dövlət
tərəfindən yüksək qiymətləndirilib.
Dəfələrlə müxtəlif təltiflər, mükafat-
lar alıb. O, 1983-cü ildə Azərbaycanın
Xalq artisti fəxri adına layiq görül-
müşdür.
Azərbaycanın Xalq artisti Nodar
Şaşıqoğlu 2007-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı
ilə Azərbaycan Respublikasının ən
yüksək mükafatı - “Şöhrət” ordeni ilə
təltif olunmuşdur.
Ə d ə b i y y a t
Kinomuzun canlı əfsanəsi
Nodar Şaşıqoğlu [Mətn]:
“Vaxtilə Azərbaycanda
çəkilməyimə qadağa qo-
yulmuşdu” /müsah. apardı
Samir //Həftə içi.- 2009.- 11-
13 aprel.- S.7.
Aytək. Nodar Şaşıqoğlunun
doğum gününə [Mətn]:
[Azərbaycan Dövlət Rus
Dram Teatrının aktyoru
Nodar Şaşıqoğlu haqqında]
/Aytək //Mədəniyyət.- 2009.-
1 aprel.- S.10.
Дадашева, А. Юбилей
популярного актера
[Текст]: [80-летие
народного артиста
России и Азербайджана
Нодара Шашыгоглу]
/А.Дадашева //Бакинский
рабочий.- 2007.- 29
марта.- С.4.
Распоряжение
Президента
Азербайджанской
Республики о награждении
орденом “Слава”
Н.Шашыгоглы [Текст]
//Бакинский рабочий.-
2007.- 13 марта.- С.1.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azeriart.net
13
Aktyor