Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

ziləri  isə  standartlaşdırılmış  qida  məhsuUan  istehsaledicilərinə 
çevriləcəkdir. 
Ancaq  həqiqi  mənada  şəhər  mühiti  özünün  artma  sərhədinə 
yaxınlaşır.  Bu  gün  şəhərlərin  əksəriyyəti  elə  yantmaz  fəaliyyət 
göstərir  ki,  sanki  iflas  həddinə  çatmışlar.  Salman  şəhərlər 
adamların düşməni olmuşlar. Hələ 10 il bundan əwəl Ümumdünya 
Səhiyyə  Təşkilatı  nəzərə  çatdırırdı  ki,  dünya  nüvə  müharibəsi 
təhlükəsindən  sonra  bəşəriyyət  üçün  ən  ciddi  problem  XXI 
yüzilliyin  əvvəllərində  şəhər  əhalisinin  çox  güclü  artması 
olacaqdır. 
Ən  iri  şəhərlərdə  elmi-texniki  tərəqqinin  və  sənayeləşdi- 
rilmənin  həm  müsbət,  həm  də  mənfi  tərəfləri  təzahür  edirdi. 
Antropogen amillərin yüksək konsentrasiyasma malik yeni ekoloji 
mühit  yaradılmışdır.  Atmosfer  havasının  çirklənməsi,  səs-küyün 
yüksək 
səviyyəsi, 
elektromaqnit 
şüalanması 
bilavasitə 
sənayeləşdirilmə  məhsuludur:  məhdud  ərazidə  müəssisələrin 
mərkəzləşdirilməsi, əhalinin yüksək sıxhğı, nüqrasiya prosesləri və 
s. məskunlaşmanın forması kimi urbanlaşma nəticəsidir. 
İnsanların sağlamlığı müəyyən dərəcədə həm təbiətin, həm də 
antropogen mühitin keyfiyyətindən asılıdır. 
Böyük  şəhərlər  şəraitində  təbii  komponentlərin  insana  təsiri 
zəifləmiş,  antropogen  amillərin  təsiri  isə  əksinə,  kəskin  dərəcədə 
güclənmişdir.  Çox  da  böyük  olmayan  ərazidə  əhalinin  böyük 
miqdarının  mərkəzləşməsi,  nəqliyyat  və  müxtəlif  müəssisələrin 
toplanması belə şəhərlərin təbiətə texnogen təsirinin mərkəzi hesab 
edilir.  Sənaye  müəssisələrinin  qaz  və  toz  tullantıları,  ətraf  su 
hövzələrinə  zərərli  suların  axım,  iri  şəhərin  kommunal  və  məişət 
tullantıları ətraf mühiti müxtəlif kimyəvi elementlərlə çirkləndirir. 
Sənaye  toz  və  tullantılarm  əksəriyyətində  olan  civə,  qurğuşun, 
kadmium, sink, mis, volfram, bis- mut və s. kimi elementlər təbii 
torpaqlarmdakmdan  yüz  min  və  on  minlərlə  yüksəkdir. 
Moqnitoqorsk  ətrafındakı  torpaqlarda  nikel  və  kobalt  10  dəfədən 
çox, Bratsk,  Novokuznetsk  və Krasnoyarskda isə ftor 10-30 dəfə 
artıqdır. 
Toksiki maddələr insan orqanizminə atmosfer  yolu  ilə daxil 
olur, çünki bir sutka ərzində insan 15 kq hava, 2,5 kq su 
102 


və  1,5  kq  qida  qəbul  edir,  eyni  zamanda,  nəfəsalma  zamam 
kimyəvi  elementlər  orqanizm  tərəfindən  daha  intensiv  udulur. 
Beləliklə,  sənaye  mərkəzləri  əhalisinin  xəstəliklərinin  30%-i 
atmosferin  zəhərlənməsi  nəticəsində  baş  verir.  Şəhərlərdə 
sənayenin  müxtəlif  sahələrinin,  xüsusilə  kimyanm  inkişafı  ilə 
əlaqədar atmosferə daha çox zərərli maddələr tullanır. 
XDC-XX əsrin əvvəlində qara tüstü Avropa və  Amerikanın 
bir  çox  şəhərlərini  bürüdü.  Sənaye  inqilabınm  avanqardı  olan 
Britaniya  havamn  çirklənməsi  üzrə  birinci  yer  tutdu.  London 
özünün  qalın  dumanı  ilə  məşhur  oldu,  bir  çox  şəhərlərin  ömür 
yolunu  qısaltdı.  Lakin  sənayeləşmənin  ilkin  dövründə  havanın 
çirklənməsinin  sağlamhğa  təsiri  hələ  müəyyən  edilməmişdir, 
bunun  da  səbəbi  o  dövrdə  sanitariya  şəraitinin  və  qidanın 
yaxşılaşması nəticəsində infeksion xəstəliklərdən ölüm amili aşağı 
idi,  bu  isə  bir  növ  çirklənmənin  gətirdiyi  zərəri  heçə  endirirdi. 
Ancaq  1943-cü  ildə  Los-Ancelesin  əhahsi  havada  qıcıqlandırıcı 
olan  açıq  mavi  tüstüdən  şikayət  etməyə  başladı.  Ekspertlər  onu 
kükürd  qazının  olması  ilə  izah  etdilər.  Bu  maddənin  sənaye 
tullantısımn qarşısı alınsa da şəhər üzərində tüstü yenə də təzahür 
edirdi.  Tədqiqatlar  göstərdi  ki,  benzin  buxarında  olan  karbonlar 
başqa çirkləndiricilərlə qarşıhqh təsir nəticəsində günəş şüalarmm 
təsiri altında yeni birləşmələr əmələ gətirir. İnzibati orqanlar bunun 
da qarşısım almaq üçün benzin anbarlarından qazm çıxmasını ləğv 
də  bildilər,  lakin  şəhər  üzərində  tüstü  yenə  də  özünü  göstərirdi. 
Aydın oldu ki, havanı çirkləndirən avtomaşınlardır. Beləliklə fo- 
tokimyəvi  oksidləşdiricilər  -  ozon  birləşmələrinin  müxtəlif 
maddələrlə qarşıhqh təsiri alınma aşkar oldu. 
«Smoq»  termini  (avtomaşınları,  müəssisələrin,  kimyəvi 
maddələrin  birlikdə  qatı  duman)  ilk  dəfə  Los-Anceles  üzərində 
asılan buluda şamil edilmişdir. Avtomaşmlann sayının artması ilə 
əlaqədar  belə  buludlar  digər  şəhərlər  üzərində  də  müşahidə 
edilməyə başladı. 
Hazırda  qazın  buraxılması  üzrə  avtomaşınlar  birinci  yerdə 
durur. Onlar hava çirkləndiricilərinin demək olar ki, yarısım təşkil 
edirlər. Əsas zərərverici karbon oksididir, ancaq insan 
103 


orqanizminə  təsir  edənlərin  içərisində  karbon  qazı,  azot  oksi- 
dləridir. 
Rusiyada nəqliyyatın tullantısı  üzrə Moskva, Bakı,  Ukrayna 
qabaqcıl  yerdədir  (ildə  801  min  t.,  Peterburqda  -  244  min  t., 
Krasnodarda isə 150 min t). 
Azot oksidi rütubətli səthlə kontakt zamam turşuları, onlar da 
nitrit və nitratları əmələ gətirir. Turşular kimi, onun törəmələri də 
selikli  qişaya,  xüsusilə  nəfəs  borusunun  dərin  şöbələrinə 
qıcıqlandırıcı təsir göstərir, bu da tənəffüsün reflektor pozulmasına 
və ağ ciyərlərin şişməsinə gətirib çıxarır. 
Bundan  başqa,  nitrat  və  nitritlər  oksiqemoqlobini  meta- 
qemoqloblinə çevirir, beləliklə oksigen çatmazlığı baş verir. 
Çirkləndirici  mənbələr  içərisində  avtomaşınlar  insan 
sağlamlığma  mənfi  təsir  göstərir,  onlar  10-25%  xəstəliyin 
səbəbkarıdır. Lakin kükürd oksidləri və müxtəlif xırda hissəciklər 
(his  qarışığı,  kül,  toz,  asbest  lifləri  və  s.)  daha  çox  xəstəliklərə 
səbəb olur. Onlar atmosferə elektrik stansiyalarından, zavodlardan 
və yaşayış evlərindən daxil olur. Fotokimyəvi smoq yay aylannda 
daha  sıx  olur,  bunun  Norilskidə  (ildə  2,4  mln.t),  xırda  bərk 
hissəciklərinin  asbet  şəhərində  (ildə  240  min  t) olması  müşahidə 
edilmişdir.  Subut  olunmuşdur  ki,  kükürd  oksi-  dinin  yüksək 
konsentrasiyası  xroniki  respirator  və  ürək-damar  xəstəliklərini 
dərinləşdirir.  Bütün  ölkələrdə  respirator  xəstəlikləri  daha  tez-tez 
müşahidə  edilir.  Yuxarı  tənəffüs  orqanlarının  katar  xəstəliyi  bu 
dövrədək  ən  geniş  yayılmış  xəstəlikdir.  Belə  ki,  bu  xəstəlikdən 
ziyan çəkənlər iri şəhərlərdə daha çoxdur. Havanın çirklənməsinin 
mənfi təsiri haqqmda ahnan məlumatlar koronar xəstəliklərdən baş 
verən ölüm hadisəsini də təsdiq edir. Ekstremal çirklənmə zamanı 
belə  hadisələr  daha  çox  müşahidə  olunur.  Bunun  səbəbi  isə 
tənəffüsün çətinləşdiyi zaman ürəyə olan yükün artmasıdır. Digər 
səbəb karbon oksi- dinin ürəyə mənfi təsiridir. 
Atmosfer havasının çirklənməsinin genetik təbiətli xəstəliyin 
artması  ilə  bağlı  olması  aşkara  çıxarılmışdır,  bu  zaman 
anadangəlmə qüsurun inkişaf səviyyəsi sənaye şəhərləri şəraitində 
nəinki çirklənmənin intensivliyindən, həmçinin atmosfer 
104 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə