Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

zəhməti, iradəsi, zəkası, onlann əlləri ilə yaradılıbdır». 
Nazirlər Kabinetinin 20l3-ci ilin doqquz ayının sosial- iqtisadi 
inkişafının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham 
Əliyev  demişdir  ki,  istənilən  dövlətdə  iqtisadi  islahatın  uğurları 
təkcə ölkənin malik olduğu təbii-bioloji ehtiyatlarla deyil, həm də 
cəmiyyətin  tətbiq  olunan  yeniliklərə  adekvat  reaksiyası  ilə 
sərtləşir. 
Azərbaycanda  son  illər  yeni  dövrün  gerçəklikləri  nəzərə 
alınmaqla həyata keçirilən iqtisadi islahatlar da  məhz bu realhğa 
söykənərək  cəmiyyətdəki  yeniliklərin  mahiyyətindən  irəli 
gəlmişdir.  Uğurla  gerçəkləşdirilən  yeni  neft  strategiyasının 
2013-cü  ildən  daha  yüksək  uğurlara  yol  açması,  respublikamızın 
regionda yüksək inkişaf mərhələsinə qədəm qoyması ümumi daxili 
məhsulun  artım  tempi,  büdcə  gəlirlərinin  ildən-  ilə  əhəmiyyətli 
dərəcədə 
çoxalması 
iqtisadi 
sektorda 
islahatların 
genişləndirilməsinə, 
sosial-mədəni 
modernləşməyə 
imkan 
yaratmışdır.  Regional  inkişaf  proqramı  uğurla  icra  olunur,  yeni 
mərhələnin  səciyyəvi  cəhətlərindən  biri  də  regionlarda  tarazh  və 
rəqabət qabiliyyətli iqtisadiyyatın inkişaf istiqamətlərinin və sabit 
inkişafı  üçün  qeyri-neft  sektorunun  daha  da  gücləndirilməsi,  bu 
sahədə  liberallaşma  prosesinin  dərinləş-  dirilməsidir.  Bu  mənada 
dövlətin  respublika  bölgələrində  inkişafının  istiqamətlərini 
genişləndirmək, 
qeyri-neft 
sektorunu, 
sahibkarlığı 
milli 
iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. 
Dövlət  başçısının  uğurla  həyata  keçirdiyi  strategiya 
nəticəsində Azərbaycan dünyamn ən sürətli inkişaf edən və bütün 
sahələrdə yeniləşən dövlətlərdən biri kimi tamnır. Ölkə Prezidenti 
Nazirlər  Kabinetinin  2013-ci  ilin  doqquz  aymda  sosial-  iqtisadi 
inkişafının  yekunlanna  həsr  olunmuş  iclasında  bildirmişdir: 
“Region inkişaf proqranu uğurla icra edilir”. 
Tarazlı inkişafın rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı ilə 
əlaqədar  olaraq  müstəqil  Azərbaycan  qısa  müddətdə  dövlət  və 
hökumətin  uğurlu  siyasəti  sayəsində  sürətlə  inkişaf  etmişdir. 
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yoxsulluq həd 
126 


dinin  azaldılması,  iş  yerlərinin  açılması,  beynəlxalq  aləmə 
inteqrasiya sahəsində mühüm nailiyyətlər qazamimışdır. Bunların 
əsası Cmummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, indi 
də  onun  layiqli  davamçısı  olan  dövlət  başçısı  tərəfindən  uğurla 
inkişaf  etdirilir.  «Əsrin  müqaviləsi»ndən  daxil  olan  gəlirdən 
ayrılan  sərmayə  qeyri-neft  sektorunun  inkişafına,  sənaye 
əhəmiyyətli  təbii  sərvətlərin  mənimsənilməsinə,  əhalinin  sosial 
vəziyyətinin  yaxşılaşmasına  yönəldilir.  Respublikanın  iqtisadi 
inkişafı,  əhalinin  sosial  vəziyyətinin  yaxşılaşması  uğurla  davam 
edir. 
2013-cü  ildə  ümumi  daxili  məhsulun  38,6%,-i  o  cümlədən, 
sənaye istehsahnın nisbətən 40% artması, son illərdə təxminən 620 
min  yeni  iş  yerinin  yaradılması,  yoxsulluq  həddinin  9%  aşağı 
salınması, 
əhalinin 
əməkhaqqının, 
pensiya 
təminatının 
nəzərəçarpacaq  dərəcədə  artırılması  ölkə  prezidentinin  apardığı 
iqtisadi,  sosial,  geosiyasi  siyasətinin  uğurlu  nəticəsidir.  Bu 
siyasətin davam etdirilməsinin ən mühüm və etibarlı əsası dövlətin 
qarşıya  qoyduğu  böyük  əhəmiyyətli  vəzifələrdən  biri  qeyri-neft 
sektorunun  inkişaf  etdirilməsidir.  Bundan  irəli  gələn  problem 
ölkədə  iqtisadi  inkişafın  yüksəldilməsi,  maddi-texniki  bazanın 
möhkəmləndirilməsi 
əsasında 
ərzaq 
məhsulları 
bolluğu 
yaradılması,  aqrar-sənayenin  inkişafını  təmin  edən  kənd 
təsərrüfatının  inkişaf  etdirilməsidir.  Azərbaycan  Respublikasında 
bu  sahənin  inkişaf  etdirilməsinin  təbii-iqtisadi  əsasını  torpaq,  su 
sərvətləri və onlardan səmərəli istifadə təşkil edir. Torpaq maddi 
nemətlərin  əvəzedilməz  mənbəyi,  insanlann,  bütün  canlıların 
məskunlaşma,  yaşayış  və  törəmə  ərazisi,  onların  qarşılıqh 
inkişafını  nizamlayan  ekoloji  mühitin  beşiyi,  kənd  təsərrüfatının 
inkişafında əsas istehsal vasitəsidir. 
Planetimizdə mövcud olan heç bir təbii sərvət torpaq qədər 
iqtisadi,  ekoloji,  bioloji  əhəmiyyətə  malik  deyildir.  İstehsal  və 
istifadə  proseslərində  məskunlaşma  yerini  dəyişməyən  torpaq 
kəmiyyətini,  həcmini  həmişə  sabit  saxlayır.  Lakin  ondan 
israfçılıqla,  səmərəsiz  istifadə  edildikdə,  keyfiyyətini  itirir, 
istifadəsi səmərəsiz olur. 
Su həyat mənbəyidir, yerin geoloji tarixində həyatın, 
127 


bütün  canlıların  yaranmasında  fəal  iştirak  edən  elementdir. 
Aristotel təlimində göstərilən 4 əsas elementdən (od, hava, torpaq, 
su) biridir. Yer kürəsinin 71%-i sudan ibarətdir. Bunun yalmz 2%-i 
şirin  sudur.  Yerin  üstündə,  təkində  olan  elementlərin  əksəriyyəti 
okean,  dəniz  suyunda  həll  olunmuş  halda  mövcuddur.  Bütün  su 
mənbələri (çaylar, göllər, dənizlər, okeanlar) insanların yaşayışım 
təmin  edən  mineral  xammal,  bioloji  aləmlə  zəngin  olan  maddi 
nemətlər,  tükənməz  enerji,  ərzaq  mənbəyidir.  Eyni  zamanda,  su 
heyvanları  və  bitkilərdən  ibarət  bioloji  kütlə  ilə  zəngin  olan 
dənizlər,  okeanlar,  çaylar,  göllər  insanların  tükənməz  qida 
mənbəyi, sənayenin, texniki tərəqqinin, dəniz nəqliyyatının hərəkət 
obyektidir. 
Mülayim-isti  qurşaqda  yerləşən  Azərbaycan  mənfi  su 
balansına  malikdir.  Adambaşına,  ərazi  vahidinə  (1  kvadrat 
kilometr) düşən su ehtiyatına görə qonşu ölkələrdən 2,53 dəfə geri 
qalır. Respublikanın malik olduğu 31 milyard kubmetr ümumi su 
ehtiyatının 12 milyard kubmetri öz sərhəddi daxilində formalaşır, 
qalan hissəsi isə onun ərazisinə kənardan - Gürcüstan, Ermənistan 
və Dağıstandan axıb gələn tranzit çayların payına düşür. 
Azərbaycan  Respublikası  daxilində  istifadə,  edilən  suyun 
miqdan özünün sahib olduğu su ehtiyatından 1,6-1,7 dəfə çoxdur. 
Azərbaycan ərazisində su ehtiyatı qeyri-bərabər paylanmışdır. Belə 
ki,  suya  az  tələbat  olan  dağlıq  rayonlarda  -  dəmyə  əkinçiliyi 
zonasında su ehtiyatı daha çoxdur, suya daha çox su tələbat olan 
suvarma  əkinçiliyinin  inkişaf  tapdığı  Aran  rayonlannda  isə  su 
ehtiyatı olduqca azdır. 
Buradan  belə  nəticə  çıxır  ki,  respublikada  qeyri-neft 
sektorunun, xüsusilə kənd təsərrüfatında ümumi gəlirin 75-80%-ni 
verən  suvarma  əkinçiliyinin  inkişafında  su  həlledici  əhəmiyyət 
kəsb  edir.  Kompleks  təbii  sərvət  olan,  məhdud  ehtiyata  malik 
sudan  səmərəli  istifadə  edilməsi,  su  mənbələrinin  zərərli 
tullantılardan  mühafizə  edilməsi,  indiki  şəraitdə  özəlləşdirilmiş 
torpaqla,  kənd  təsərrüfatı  sahələri  ilə  dövlət  səlahiyyətində 
saxlanılmış sudan istifadə arasında müvazinət  yaradılması dövlət 
siyasətinin əhəmiyyətli tərkib hissəsi olmahdır. 
128 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə