Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   33   34   35   36   37   38   39   40   ...   65

onun  ekvivalentlərinə  həm  sol,  həm  də  sağ  sütunlar  üçün  həyat 
kəmiyyətilə  təbiətdən  istifadə  arasında  asılılıq  haqqında  anlayış 
verir.  Sağ  hissənin  göstəricilərinin  artmlması  təsiretmənin  ifadə 
olunmuş hesabına əldə edilə bilər; bu təsir etmə, sol hissənin hər üç 
və ya bir pozisiyasına müəyyən ola bilər, yəni (1) əlavə resurslann 
cəlb  edilməsi,  (2)  götürülmənin  artırılması  və  (3)  resurs  qənaəti. 
Optimal həllin seçilməsi həm resurs şəraiti, həm də sosial ölçülərlə 
həyata keçirilir. 
4.5 Ekoloji təminatın iqtisadi effekti 
Ekoloji  tələbat  iqtisadi  qiymətəmələgəlmənin  strukturu, 
beynəlxalq münasibətlərə hərtərəfli təsir göstərir. 
Liberal  ekoloji  normalar  ciddi  normalara  malik  ölkələrdən 
investorları  cəlb  edə  bilər,  ancaq  son  nəticədə  bu,  ölkənin  həm 
xammal,  həm  də  depozit  resurslara  görə  resurs  əlavəsinə  çevirə 
bilər. 
Resurs  funksiyalarının  münaqişəsi  zamanı  ekoloji  tələbat 
sosial  cəhətdən daha nüfuzlu  funksiya mənafeyinə ziddiyyətlərin 
həllinə imkan yaradır. Belə ki, Keniyada ovçuluq ekoloji turizmin 
gəliri hesabına tamamilə ləğv edilmişdir. 
Maddi  istehsalla  əlaqədar  olmayan,  lakin  insanın  özünün 
fiziki  və  mənəvi  inkişafına  lazım  olan  funksiyalar  resursların 
tükənməsinə deyil, əksinə, onların qorunmasına xidmət edir. 
Əks  təqdirdə  resurs  tamamilə  maddi  istehsal  dairəsindən 
defisitliyi, estetik və dərkedilmə ləyaqətinə görə çıxanhr. 
Qlobastika. 
Qlobastika  -  müasir  dövrün  qlobal  problemləri 
(təbii  elmi  və  ictimai)  haqqında  təlimdir.  Qlobastikanın  inkişafı 
bəşəriyyətin  «geoloji  qüvvə»  kimi  (V.İ.Vemadskiyə  görə)  vahid 
ümumplanet  törəməsi  olması  ilə  əlaqədar  mümkün  olmuşdur. 
Qlobastika  siyasi,  müəyyən  dərəcədə  tətbiqi  aspekt  məzmununa 
malikdir. 
Hazırda  bütün  ölkələr  və  xalqlar  Yer  kürəsi  planetimizin 
taleyilə bağhdır. Ona görə də planetdə həyat mühitinin pisləşməsi 
bütün  dövlətləri  əhatə  edir.  Hər  cür  geniş  qarşıdurma  təbiət  və 
adamlar  üçün,  eləcə  də  təcavüzkar  ölkə  üçün  ölüm  deməkdir. 
Əmələ gələn ziddiyyətləri hərbi yolla həll etmək qlobal 
114 


cinayət  aksiyası  olar.  Cəmiyyət  yalnız  qarşılıqlı  yardım  və 
qarşılıqlı  anlaşma  yolu  ilə  irəliləməlidir.  Onu  da  dərk  etmək 
lazımdır ki, hər bir xalq özünün xüsusi həyat mühitini yaradır və 
müstəqildir.  Ona  görə  də  suverenlik  vahid  iqtisadi  məkanı  inkar 
etmir, o da öz növbəsində, siyasi və individum suverenliyini rədd 
etmir.  Bu  vəziyyət  orqanizmdəki  orqanlara  oxşardır:  onlar 
müstəqildir,  xüsusi  hüceyrələrdən  təşkil  olunmuşdur,  ancaq 
bir-birindən  asılıdır  və  əsəb  və  humoral  əlaqələrlə  öz  aralannda 
bağhdır. 
4.6. Sosial mühit ekoloji mədəniyyətin 
formalaşma amilidir 
Sosial  mühit  -  insan  həyatmın  sosial-psixoloji  və  sosial 
iqtisadi mühitinin məcmusudur. Sosial mühit miqdarı əlverişliliyi 
müsbət və mənfi streslər nisbəti ilə ifadə olunur. 
Sosial-psixoloji  mühit  -  insanlar  arasında  xarici  iqtisadi 
münasibətlərin məcmusu olub, dünyanın dərk edilməsinin rahatlıq 
dərəcəsini,  bir-birinə  diqqət  meyannı  əhatə  edən  göstəriciləri, 
qarşıhqlı  hörmət  və  ya  hörmətsizliyi,  ümumi  işə  marağı  və  ya 
laqeydliyi, milli münasibətləri, zövqlərin və səylərin yekdilliyi və 
fərqini, sosial-psixoloji göstərişlərin ümumi kompleksini və s. əks 
etdirir.  Sosial-psixoloji  mühit  anlayışına  dünyagörüşünün  dini, 
ekoloji və s. cəhətləri, kollektiv üzvlərinin ümumi və fərqli mühiti 
daxildir. Sosial- psixoloji mühit ierarxik olaraq ən kiçik qruplardan 
qlobal bəşəri birliyə qədər meydana çıxa bilər. 
Sosial-iqtisadi  mfiÜt  -  insanlar  arasmda,  onlann  özlərilə 
yaratdıqları  maddi  və  mədəni  dəyərlər  arasındakı  münasibətləri 
əhatə  edir.  Eyni  zamanda,  sosial-psixoloji,  sosial,  demoqrafik, 
milli-mədəni,  etnik,  iqtisadi  və  s.  yaxın  elementləri  özünə  daxil 
edir.  Sosial-iqtisadi  mühit  anlayışma  nüfuz  və  moda  hadisələri, 
sabahkı  günə  inam,  iqtisadi  təminat  dərəcəsi,  şəxsiyyətin 
konstitusiya  və  ənənə  azadlığı  və  s.  daxildir.  İnsamn  təbii 
resurslara münasibəti xüsusi yer tutur. 
Təsərrüfat  dövriyyəsinə  cəlb  edilərək,  onlar  təbii  məzmunu 
itirir, sosial-iqtisadi mühitin elementi kimi çıxış edir. 
115 


Ekoloji və ya xarici mühit özünü ancaq canlı orqanizmlərə və 
ya canlımn iştirak etdiyi obyektlərə əlavə kimi göstərir. Ona görə 
də  müəssisənin  və  ya  texnoloji  xəttin  ekoloji  mühiti  haqqında 
danışmaq  olmaz  (əgər  bu  törəmələrin  tərkibində  insanlar  və  ya 
canlı orqanizmlər nəzərdə tutulmursa). 
Son əsrlərdə bütün dünyada ekoloji bilik və bacarığın ərazi və 
dövlətlərin  sosial-iqtisadi  inkişafının  müvəffəqiyyətlə  davam 
etdirilməsində, bütövlükdə insamn həyatı üçün əhəmiyyətin dərk 
edilməsində rolu inkaredilməzdir. Bütün bəşəriyyətin taleyüklü və 
qlobal  məsələlərini  həll  etmək  üçün  təkcə  alimlərin  və 
təcrübi-ekoloqların  səyi  kifayət  etmir.  Bu  işə  bütün  dünya 
ictimaiyyəti  qarışmalı,  dünyamn  bütün  dövlətlərinin  hökumətləri 
və BMT sözdə deyil, əsl mənada ekoloji təminatın reallaşmasında 
həlledici rol oynamalıdır. 
Yeni,  mədəni  inkişafın  ekoloji  təmayülü  insanın  yaşadığı 
sosial mühitin dəyişilməsində mühüm əhəmiyyət kəsb edir, bu da 
əsaslı  sivilizasiya  dəyərlərinə  dönüş  mənasında  -  azad  əməyə, 
normal, dəyişməz, ətraf mühitin əlverişsiz təzyiqinə davamlı, sakit 
və layiqli həyata qayıtmaq deməkdir. 
Öz  növbəsində,  ekologiyalaşdırılmış  sosial  mühitdə  təbiətin 
mühafizəsi problemləri ictimai şüurda ilk planda durur, ona görə də 
bu  mühit  cəmiyyətin  yeni  üzvlərinin  tərbiyə  və  təhsili  prosesinə 
əlverişli  təsir  göstərir  və  göstərməyə  borcludur;  gənc  nəsildə 
davamlı ekoloji baxış və adətlər insanın təbiətlə ahəngliyinin əldə 
edilməsinə istiqamətlənməlidir. 
116 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə