Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə53/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

əvvəlcədən  aradan  qaldınlmasınm  əsas  yoUanndan  biri  yeraltı, 
yerüstü  sərvətlərdən  səmərəli  istifadə  edilməsi,  bunun  əsasında 
iqtisadiyyatm  dinamik  inkişafının  təmin  edilməsidir.  Yeni 
islahatlar  dövründə  yeraltı  xammal  ehtiyatlarmdan  istifadə 
edilməsi mexanizmi təkmilləşməlidir. Bunun əsas məzmunu ilkin
təkrar xammal ehtiyatlarımn istifadə edilməsinə görə haqq ödənişi 
şəraitində istismar, emal, istifadə proseslərində itkiləri minimuma 
endirməklə, ətraf mühitə dəyən zərəri məhdudlaşdırmaqdır. Belə 
tədbir  torpaq,  su  sərvətlərindən  istifadə  proseslərində  daha  artıq 
səmərə verir. 
Bir çox ölkələrdə, o cümlədən Avropa Ölkələrində, məsələn, 
Böyük  Britaniya,  Almaniyada  torpaqlardan  istifadəyə  görə 
lisenziyanı yerli təşkilatlar verir ki, bu da regionda iqtisadi inkişafı, 
ətraf  mühitin  mühafizəsini  təmin  edir  və  müvafiq  məhsullar 
istehsalınm  təşkili  və  planlaşdırılması  işlərinin  səmərəliliyini 
artırır.  Torpaqların  istifadəyə  verilməsi  təkcə  onların  kənd 
təsərrüfatımn,  qeyri-istehsal  sahələrinin  inkişaf  etdirilməsi 
məqsədinə  xidmət  etmir.  Elm  və  texniki  tərəqqiyə  əsaslanan  elə 
sənaye  sahələri,  xüsusilə  qeyri  ənənəvi  energetika,  kimya 
müəssisələri  fəaliyyətdədir  ki,  onların  tullantılarının  açıq  havada 
yığılması ekoloji təhlükə və təxribat mənbəyi kimi yolverilməzdir. 
Belə  müəssisələrdən  Sumqayıt  şəhərindəki  Orqsintez,  Sintetik 
Kauçuk,  Superfosfat  zavodlarını,  Gəncə  Alüminium  Oksidi 
Kombinatını 
göstərmək 
olar. 
Sənaye 
müəssisələrinin 
tuUantılannm haradasa yığılmasının, istifadəsinin, basdırılmasımn 
iqtisadi,  ekoloji  proseslərinin  təhlili,  müvafiq  hüquqi  şəxslərə 
həvalə  edilməlidir  ki,  bunu  da  dövlətin  müvafiq  təşkilatları, 
məsələn.  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  Respublika 
Nazirlər  Kabinetinin  əlaqədar  şöbəsi,  Dövlət  Torpaq  və 
Xəritəçəkmə Komitəsi təmin etməlidir. 
İndi Rusiya Federasiyası kimi elə ölkələr var ki, onlar ətraf 
mühit  üçün  son  dərəcə  zərərli  olan  tullantıların  öz  ərazilərində 
basdırılmasını gəlir mənbəyinə çeviriblər. ABŞ və Fransa zərərli 
tullantılann,  xüsusilə  reaktiv  elementlərin  basdmlması-  m 
«ticarət»in  bir  növünə  çevirmiş  və  bunun  öz  ərazilərində  həyata 
keçirilməsini lisenziya ilə yerinə yetirirlər. ABŞ belə bir 
162 


təklif  irəli  sürmüşdür  ki,  hansı  ştat  radioaktiv  tullantılann  öz 
ərazisində basdnrılmasına razılıq verərsə, həmin ştat bir dəfəlik 10 
mln. dollar, basdırılma dövrü başa çatana qədər isə hər il 1 mln. 
dollara sahib ola bilər. Torpaqdan, sudan istifadəyə görə lisenziya 
verilməsi  Almaniyada  daha  çox  yayılıb.  Bu  üsul  İsveçrədə 
heyvanların,  meşə,  su  sərvətlərinin  istifadəsi,  mühafizəsi 
məqsədilə  daha  geniş  tətbiq  edilir  və  bu,  dövlətin,  müvafiq 
təşkilatların nəzarəti altında həyata keçirilir. 
Ətraf  mühitə  intensiv  təsir  edən  amillərin  öyrənilməsində 
material,  əmək,  maliyyə,  enerji,  tullantı,  istilik  tutumlu 
metallurgiya,  kimya-metallurgiya,  polimetal,  mineral-tikinti 
materiallarının  istismarı  təmayüllərinin  müəyyən  edilməsində 
lisenziya daha əhəmiyyətlidir. Bir sıra hallarda faydah qazıntılann 
kompleks istifadəsinə xidmət edən bu və ya digər sərvət növünün 
təcrid  edilmiş  halda  istifadəsi  nəzərə  alınmır.  Lakin  müxtəlif 
təmayüllü sərvətlər sistemində onun istismar və emalını imzalayır. 
Bütün  bunları  məhsuldar  qüvvələr,  istehsal  vasitələri  üzərində 
müxtəlif mülkiyyət formaları mövcud olan və bazar iqtisadiyyatı 
şəraitində  inkişaf  edən  Azərbaycan  Respublikasına  şamil  etmək 
məqsədə uyğundur. 
Onu da qeyd etmək lazımdır ki, coğrafi mövqeyinə, ərazisinin 
təbii  müxtəlifliyinə,  xüsusilə  geoloji,  səth  quruluşuna  görə 
Azərbaycan Respublikası bir çox ölkələrdən fərqlidir. Bu fərqlər 
aşağıdakılardan ibarətdir: a) Azərbaycan Respublikasının məhdud 
ərazisinin  60  faizini  dağlar  təşkil  edir,  faydalı  qazıntılann  əksər 
hissəsi  də  burada,  ekoloji  təsirə  davamsız  sahələrdə  yerləşir;  b) 
Müasir  dövrdə  elmi-texniki  tərəqqi,  sənaye  və  beynəlxalq 
əhəmiyyətinə,  potensial  dəyərinə  görə  res-  publikamn  mineral 
xammal ehtiyatmda əsas yeri yanacaq- enerji ehtiyatlan təşkil edir 
ki,  bunlann  da  90  faizi  ekoloji  baxımdan  ekstremal  təbii  şəraitə 
malik  Xəzər  dənizində  yerləşir;  c)  Ərazinin  təbii-təsərrüfat 
baxıımndan,  əhali  məskunlaşmasından,  təbii  sərvətlərin 
mənimsənilməsindən,  relyef  quruluşundan  asıh  olaraq,  bütün 
sənaye  istehsal  tullantılanmn  «anbarlaşdırılması»,  saxlamiması, 
basdırılması üçün şərait yoxdur. Burada radioaktiv maddələrin nə 
dəniz akvatoriya 
163 


sında, nə də quruda basdırılmasından bəhs etməyə dəyməz. 
Yuxanda deyilənlərdən belə nəticəyə  gəlmək olar ki, təbiəti 
mühafizə tədbirlərinin mexanikləşdirilməsini əsasən iki mərhələdə 
aparmaq məqsədə uyğundur: 
a)
 
təbii sərvətlərin, xüsusilə sənaye xammallarının ekspertiza 
əsasında regional təmayüldə istifadəsinin təşkili
b)
 
ətraf  mühitin  mühafizəsi  üzrə  ekspertiza  etmək  əsasında 
təbii sərvətlərdən regional istiqamətdə kompleks istifadə etməklə 
iqtisadi-ekoloji səmərəliliyin həyata keçirilməsi. 
Burada  təbii  sərvətlərdən  səmərəli  istifadə  prosesində 
müəssisəyə, ətraf mühitə təsir edən antropogen, texnogen amillər 
və  onların  qarşısının  alınması  tədbirləri  də  nəzərdə  tutulur  və 
istehsal planına daxil edilir. 
Beləliklə, təbii ehtiyat və xammaldan kompleks istifadəyə və 
fəaliyyətinə  görə  müəssisələrlə  müqavilə  bağlamaq  hüququ 
olmalıdır.  Sumqayıt  Alüminium,  Azərbaycan  Boru  yayma 
zavodları,  Gəncə  Gil  Torpaq  Kombinatı,  Daşsalahlı  Bentonit 
Mədəni  bu  kinü  müəssisələrin  sahiblərinin  aldıqları  sənədlərə 
uyğun  müvafiq  normativ  qaydalar  daxilində  ilkin,  təkrar 
xammalların  kompleks  istifadəsini,  təbiəti  mühafizə  tədbirlərini 
elmi-texniki əsaslar səviyyəsində aparmalan vacibdir. 
Təbiəti  mühafizə  tədbirlərinin,  ekoloji  mühitin  tarazlı 
inkişafında  təbiətlə  istehsal,  onlarla  da  əhali  arasında  olan 
iqtisadi-ekoloji  siyasətin  hansı  səviyyədə  həyata  keçirilməsində 
yerli şəraitə uyğun müəyyən fərqlər ortaya çıxır. Bu o deməkdir ki, 
kompleks  əhəmiyyətli  konstruktiv  xammallardan,  məsələn, 
yanacaq - enerji, metallurgiya, polimetal sərvətlərindən elə istifadə 
edilməlidir  ki,  praktiki  olaraq,  təbiəti  mühafizə  siyasətində  əldə 
edilən iqtisadi-ekoloji səmərə fərdi deyil, ümumi ictimai miqyasda 
dəyərli olsun. 
Odur  ki,  təbii  sərvətlərdən  istifadə  və  təbiəti  mühafizə 
siyasətinin tərkib hissəsi olmaqla onların həyata keçirilməsi dövlət 
milli  regional  və  yerli  qanunverici  təşkilatları  ekoloji  sistemdə 
canlı aləmə dəyən zərərin müəyyən edilməsi zəruri şərt kimi qəbul 
edilməlidir. Beləliklə, hasilat, istismar, emal proseslərində yaranan 
itkilərin ətraf mühitə verdiyi zərərin 
164 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə