Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   27   28   29   30   31   32   33   34   ...   161

 
65
hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş 
Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o 
miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.  
Xosrov müəllim həmişəki kimi, sükut edirdi, amma birdən-birə tələbənin bütün 
bədənindən bir qorxu hissi keçdi: tələbəyə elə gəldi ki, Xosrov müəllim 
Qəbiristanlıq Idarəsinin yolunu indicə bu qəbir daşlarından soruşacaq... 
Qəbirlərin arası ilə dolaşdıqca, o saysız-hesabsız qəbir daşlarına həkk olunmuş 
qocaların, cavanların, uşaqların, qadınların, kişilərin, oğlanların, qızların şəkillərinə 
baxdıqca, tələbəyə elə gəlirdi ki, bütün dünya, əslində, bu cür soyuq şəkillərdən 
ibarətdir və özü də, yəni tələbə Murad İldırımlı da bu cür bir şəkildir və indi gedib 
Qəbiristanlıq Idarəsini tapmağının da, orada o yazıq Xədicə arvad üçün yer 
götürməyinin, məhəllə kişilərini, məhəllə arvadlarını sevindirməyinin də heç bir 
mənası yoxdur və ümumiyyətlə, o dəm tələbə üçün yalnız öz yaşayışı, yalnız öz 
hissləri, öz düşüncələri, öz iztirabları yox, bütün həyat tamam lazımsız bir şey 
görünürdü.  
Xosrov müəllimin uzun qara plaşının, tünd göy şalvarının, böyürlərinə səliqə ilə 
yamaq tikilmiş qara ayaqqabılarının, köhnə yaşıl şlyapasının içində indi o arıq 
vücud, elə bil, daha yox olub getmişdi, elə bil, o qara ayaqqıbılar, o tünd göy 
şalvarın adda-budda palçığa, toza-torpağa bulaşmış balaqları, o uzun qara plaş öz-
özünə hərəkət edirdi, onlar canlı insan əynində deyildilər, içəriləri tamam boş idi...  
Qəbiristanlıq müdirinin kabinetinin qarşısındakı balaca gözləmə otağında 
vaxtıyla, görünür, çox gözəl olmuş, amma daha yaşlaşmış, böyrəkləri xəstə olduğu 
üçün gözlərinin altı torba bağlamış bir qadın başını aşağı salıb makinada sürətlə 
yazırdı və makina dillərinin o sürətli səsi gəldikcə, içərisi boş o balaqlar, o 
ayaqqabılar, o plaş tələbə Murad İldırımlının təsəvvüründə eləcə bir sürətlə də 
qəbirlərin arasında dolaşmağa davam edirdi... Sonra tələbə tələsik sağ əlini ağzından 
çəkdi ki, baş barmağının dırnağını çeynəməsin.  
Xosrov müəllim özü isə plaş əynində, şlyapa başında gözləmə otağının lap 
küncündəki kürsüdə oturub əllərini dizlərinin üstündə birləşdirmişdi, hərdənbir 
barmaqlarını sındırırdı və qımıldanmadan gözlərini müdirin otağının içi pambıq 
doldurulmuş qəhvəyi meşin qapısına zilləmişdi (... Şirinin isə iri gözlərinin rəngi 
uzaq və əbədi bir keçmişdə qalmış o nigarançılığa qara bir rəng çəkmişdi...).  
Makinaçı qadın barmaqlarının sürətini dayandırmadan hərdənbir gözlərini 
makinadan çəkib Xosrov müəllimə baxırdı, sonra tələbəyə nəzər salırdı, təzədən 
başını çap elədiyi vərəqənin üzərinə əyirdi və onda makina dillərinin sürəti daha da 
artırdı, elə bir təəssürat yaranırdı ki, makinanın dilləri yalnız o ağ vərəqə dəymir, bu 
balaca gözləmə otağının bütün künc-bucağını döyəcləyir.  
Gözəl və cavan katibə qızın qarşısındakı taxta mizin üstündə cəmi bir dənə 
qıpqırmızı telefon var idi və o telefon tez-tez zəng çaldıqca katibə dəstəyi götürüb 
hələ yeniyetməlik cırlığını saxlamış səsiylə tutuquşu kimi üç kəlmədən ibarət cavab 
verirdi: 
– Yoldaş Qafarzadə yoxdur...  
– Yoldaş Qafarzadə yoxdur...  
– Yoldaş Qafarzadə yoxdur...  


 
66
Katibə qız telefon zənginin səsini azaltmışdı və o qırmızı aparat hər dəfə 
ciyildədikcə tələbəyə elə gəlirdi ki, zəng eləyən, yoldaş Qafarzadəni axtaran bayaq 
araları ilə dolaşdıqları o qəbir daşlarıdı... 
Hərdən telefonla nəsə deyirdilər, katibə qız hiss olunan bir ciddi-cəhdlə 
deyilənləri blaknota yazırdı və belə vaxtlarda makinaçı qadın katibə qıza baxırdı, 
güclə seziləcək bir təbəssümlə (istehza idi? paxıllıq idi? xəbislik idi? ya nə idi?) 
gülümsəyirdi.  
Bu gözəl və cavan katibə qız hər dəfə Qafarzadənin familini çəkəndə Xosrov 
müəllim gözlərini müdirin meşin qapısından çəkib telefona baxırdı, sonra yenə 
gözlərini o qəhvəyi meşin qapıya zilləyirdi.  
O telefonun qıpqırmızı rəngi elə bil ki, nəyə görəsə o meşin qapı ilə, makinanın 
o yeknəsəq səsiylə, Xosrov müəllimin cınqırını çəkmədən kürsüdə oturub gözlərini 
müdirin qapısına dikməyi ilə, ümumiyyətlə, bu balaca gözləmə otağının döşəməsinə 
sərilmiş köhnə xalça ilə də, tutqun boz rəngli divarları və eləcə də boz rəngli taxta 
tavanı ilə də gözə çarpan, istər-istəməz, diqqəti cəlb edən bir təzad təşkil edirdi.  
Müdir içəridə yox idi. Bayaq gəlib kabinetinə girməyi ilə təzədən çıxıb getməyi 
bir oldu və tələbə ilə Xosrov müəllim macal tapıb müdirin yanına gedə bilmədilər. 
Indi müdirin qayıdıb gəlməyini gözləyirdilər, vaxt isə gedirdi və yazıq Xədicə 
arvadın həyətinə, küçə qapısının ağzına toplaşmış məhəllə kişiləri, Xədicə arvadın 
evində vurnuxan məhəllə arvadları yəqin Qəbiristanlıq Idarəsinin yox, tələbə ilə 
Xosrov müəllimin qarasına deyinə-deyinə onların yolunu gözləyirdi.  
Tələbə döşəməyə salınmış o köhnə xalçaya baxırdı və ona elə gəlirdi ki, bu 
xalça illərdən bəri dəfn olunmağa aparılan meyitlərin (özü də kimsəsiz meyitlərin...) 
üstünə salınıb, beləcə süzülüb, köhnəlib və indi daha yararsız olduğu üçün gətirilib 
bura salınıb və tələbə ayaqlarının altındakı o xalçada bir lırtlıq hiss etdi, elə bil ki, 
bayaq Xədicə arvadın göyümtül adyala sərilmiş cansız qılçı indi bu xalçanın altında 
idi və ümumiyyətlə, tələbə Murad İldırımlı üçün bu balaca gözləmə otağındakı 
bütün əşyalarda bir qəbir soyuqluğu var idi, hətta o makinaçı qadın da, o cavan 
katibə qız da, hərdən elə bil ki, oturub makinada nəsə yazan, telefon zənglərinə 
cavab verən meyitlər idi, bir azdan yenə də gedib Tülkü Gəldi Qəbiristanlığındakı 
qəbirlərində uzanacaqdılar...  
Xosrov müəllimin barmaqları hərdən bərk şaqqıldayırdı və həmin anlarda tələbə 
Murad İldırımlı o nazik, uzun tüklü və qırışlı barmaqlara baxırdı – bu barmaqlar 
özləri də döşəməyə salınmış bu köhnə xalça kimi, tabutdan, meyitdən, qəbirdən 
xəbər verirdi.  
Tələbənin ürəyi qısılırdı.  
Tələbə başa düşürdü ki, onun yerinə bir başqası olsaydı, güman ki, bu qədər 
oturub müdiri gözləməyəcəkdi, Qəbiristanlıq Idarəsində kimisə tapıb danışacaqdı, 
bazarlaşacaqdı və yazıq Xədicə arvad üçün bir yer düzəldəcəkdi; tələbə isə 
Qəbiristanlıq Idarəsində heç kimlə danışa bilmədi, kimə yaxınlaşırdısa: «–
Bilmirəm... Bilmirəm...» – deyib heç üzünə də baxmırdılar. Xosrov müəllim isə 
sükutla yalnız tələbəni müşayiət edirdi, ağzını açıb bir kəlmə söz demirdi və belə 
anlarda tələbə birdən-birə daxilən Xosrov müəllimə qarşı qəzəblənib coşurdu, bu 
yaşlı adamın beləcə kölgə kimi dolaşmağına, əfəlliyinə hirslənirdi, amma qəribə idi, 
Xosrov müəllimdə tələbənin hələ özü üçün ayırd edə bilmədiyi nəsə elə bir cəhət 
vardı ki, ona uzun müddət hirslənmək mümkün deyildi və tələbənin içini dolduran o 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə