217
Oynağın sümük ankilozuna nə xarakterikdir?
A) Rentgenoqrammada oynaqların sümük uclarının
konturlarının görünməməsi
B) Subxondral skleroz
C) Sümük tirciklərinin bir oynaq səthindən o birisinin ucuna
keçməsi
D) Rentgen oynaq yarığın olmaması
E) Kənar osteofitlərin olması
218
USM zamanı böyrək polisistozunun fərqli əlaməti
hansıdır?
A) Böyrək qabaq maddəsinin nazikləşməsi
B) Böyrək ölçülərinin kiçilməsi
C) Böyrəyin kasa-ləyən sistemini deformasiya edən hər iki
böyrəkdə çoxsaylı su törəmələri
D) Çoxsaylı su törəmələrinin mövcudluğu
E) Böyrək ölçülərinin böyüməsi
219
Qara ciyərin seqmentlərinin sayı neçədir?
A) 5
B) 4
C) 9
D) 8
E) 6
220
Aortanın koarktasiyası nə deməkdir?
A) Aorta divarının anevrizması
B) Aorta qövsünün genişlənməsi
C) Aorta qapaqlarının çatışmazlığı
D) Enən aortanın başlanğıc hissəsinin lokal daralması
E) Aortanın anadangəlmə uzanması
221
Transabdominal USM zamanı uşaqlıq boruları necə
vizualizasiya olunur?
A) Hiperexogen boruşəkilli strukturlar kimi
B) İzoexogen boruşəkilli strukturlar şəklində
C) Hipoexogen boruşəkilli strukturlar kimi
D) Anexogen boruşəkilli strukturlar görüntüsündə
E) Normada uşaqlıq boruları vizualizasiya edilmir
222
USM-də embrionun hərəkət aktivliyi ilk olaraq adətən
hansı həftədən başlayır?
A) 8 həftədən
B) 6 həftədən
C) 16 həftədən
D) 12 həftədən
E) 4 həftədən
223
Prenatal USM zamanı dölün ağız boşluğundan və burun-
udlaqdan inkişaf edən patoloji törəməsi nə cür adlanır?
A) Dakriosistosele
B) Epiqnatus
C) Epikantus
D) Makroqlossiya
E) Probosçis
224
Süd dişlərinin adları: hansı tamdır?
A) Dentes canini, Dentes premolares, Dentes molares
B) Dentes insisivi, Dentes canini, Dentes premolares, Dentes
molares
C) Dentes insisivi, Dentes premolares
D) Dentes premolares, Dentes molares
E) Dentes insisivi
225
Süd dişlərinin formulu:
A) 2012/2102
2012/2102
B) 2231/1322
2231/1322
C) 2345/5432
2345/5432
D) 5432/2345
5432/2345
E) 3232/2323
3232/2323
226
Daimi dişlərin formulu:
A) 3212/2123
3212/2123
B) 2323/3232
2323/3232
C) 2222/2222
2222/2222
D) 2322/2232
2322/2232
E) 1234/4321
1234/4321
227
Hansı düzdür?
A) 18 17 16 15 14 13 12 11 / 21 22 23 24 25 26 27 28
48 47 46 45 44 43 42 41 / 31 32 33 34 35 36 37 38
B) 48 47 46 45 44 43 42 41 / 31 32 33 34 35 36 37 38
18 17 16 15 14 13 12 11 / 21 22 23 24 25 26 27 28
C) 48 47 46 45 44 43 42 41 / 31 32 33 34 35 36 37 38
48 47 46 45 44 43 42 41 / 21 22 23 24 25 26 27 28
D) 31 32 33 34 35 36 37 38 / 41 42 43 44 45 46 47 48
21 22 23 24 25 26 27 28 / 41 42 43 44 45 46 47 48
E) 21 22 23 24 25 26 27 28 / 41 42 43 44 45 46 47 48
31 32 33 34 35 36 37 38 / 11 12 13 14 15 16 17 18
228
Çıxıq nədir ?
A) Çıxıq ankilozdur
B) Çıxıq sinostozdur
C) Çıxıq oynaq səthlərinin uyğunsuzluğu olub, oynaq başının
oynaq çuxurunda olmamasıdır
D) Çıxıq oynaq səthlərinin uyğun olmasıdır
E) Çıxıq oynaq səthlərinin sürüşmısidir
229
Sınıq nədir ?
A) Sınıq çatdır
B) Sınıq bir kortikal qatın tamlığının pozulmasıdır
C) Sınıq sümüyün tamlığının qismən pozulmasıdır
D) Sınıq sümüyün tamlığının tam pozulması olub,
patoqnomonik əlaməti şəffaf sınıq xəttinin olmasıdır ki, bu da
FRACTURA adlanır
E) Sınıq sümüyün əyilməsi olub, FRACTURA adlanır
230
Aşağıdakılar hansı xəstəliyin əlamətidir?
Qozbellilik, braslet, təsbeh, yastıçanaq, qurbağa qarnı,
ətrafların əyilməsi, süd dişlərinin gec çıxması, çəkməçi -
qıfabənzər döş qəfəsi, toyuq döş qəfəsi, olimpik - kubvari
baş
A) Vərəm
B) Revmatizm
C) Sümük əmələ gəlməsinin pozulması - təkmil olmayan
osteogenez
D) Dishondroplaziya
E) Raxit
231
Dişlərin rentgenoqrafiyası zamanı xəstənin aldığı doza:
A) 1,0 Ber
B) 2,0 Ber
C) 3,0 Ber
D) 4,0 Ber
E) 5,0 Ber
232
Radioloji kabinetlərdə fərdi qoruyucu vasitələr
hansılardır?
A) Adi eynəklər, əlcəklər, önlüklər, qadınlar üçün qısa donlar
B) Alüminiumdan düzəldilmiş eynəklər, əlcəklər, önlüklər,
qadınlar üçün qısa donlar
C) Misdən düzəldilmiş əlcəklər, önlüklər, qadınlar üçün qısa
donlar
D) Qurğuşunlu rezindən düzəldilmiş əlcəklər, önlüklər,
qadınlar üçün qısa donlar, qurğuşunlu eynəklər
233
Rentgen şüalarından qorunma vasitələri neçə cürdür və
hansılardır?
A) Stasionar və ictimai olmaqla: qurğuşunlu əlcəklər, önlüklər,
donlar, eynəklər
B) Stasionar və fərdi olmaqla: qurğuşunlu əlcəklər, önlüklər,
donlar, eynəklər, fərdi dozimetrlər, barıtlı divarlar, qurğuşun
lövhəli qapılar, pəncərələr və s.
C) Kollektiv olmaqla ümumi qoruyucu vasitələr: qurğuşunlu
köynəklər, şalvarlar, günəş eynəkləri və s.
D) Fərdi olmaqla qurğuşunlu pəncərələr və qapılar
E) Hamısı düzdür