142
Büzüşmüş böyrək zamanı böyrək arteriyasının sütünunda
nə baş verir?
A) Böyüyür B) Kiçikləşir C) Dəyişmir, ancaq böyrək daxili
damarlarda daralma və deformasiya olur D) Uzanır
E) Deformasiyalaşır
143
Fallopi borularının- uşaqlıq borularının keçiriciliyi necə
yoxlanılır?
A) KT ilə B) MRT ilə C) Kontrastlı və ya havalı
histerosalpinqoqrafiya D) PET ilə E) USM ilə
144
Anadan yeni doğulmuş uşaqların ürək anatomiyasının
xüsusiyətləri hansıdır?
A) Sağ mədəciyin tutumu soldakından çoxdur B) Sol və sağ
mədəciklər ölçüləri bərabərdir C) Sol qulaqcıq sağdan daha
böyükdür D) Sol mədəcik ölçüləri qalan ürək kamerların
ölçüsündən çox böyükdür E) Ürəyin dairəvi forması olur
145
Kəskin naməlum səbəbli qarın ağrılarında hansı
müayinədən başlamaq lazımdır?
A) Rentgenoskopiya B) Ultrasəs müayinə C) Termoqrafiya
D) Kompyuter tomoqrafiya E) İcmal qarın rentgenoqrafiya
146
İlk növbədə pasiyentin- xəstənin hansı orqan və
toxumaları rentgen şüalanmasından qorunmalıdır?
A) Süd vəzləri B) Miokard C) Qalxanabənzər vəzi
D) Sümük iliyi və cinsiyyət vəzləri E) Dəri
147
Rentgen şüalandırıcı borusunda qurğuşun diafraqmaların
və müxtəlif qalınlıqda olan filtrlərin istifadəsinin səbəbi
nədir?
A) Şəklin keyfiyyətinə təsiri B) Ekspozisiya vaxtının
qısaldılması C) Rentgen şüalarının məhdudlaşdırılması
D) Düzdür: A), C) və E) E) "Yumşaq" şüaların udulması
(filtrdən keçməsi)
148
Haunsfild (Godfrey Newbold Hounsfield ) (vahid Н və ya
Hounsfield Units və ya HU) vahidi hansı müayinənin
göstərişidir?
A) USM B) Rentgen C) KT D) MRT E) PET
149
Hansı xəstəlik zamanı kəllə qapağı sümüklərində periostal
dəyişiklər müşahidə olunur?
A) Osteoma B) Osteosarkoma C) Eozinofil qranuloma
D) Ateroma E) Epidermoid
150
Bütün burun ətrafı ciblərinin vəziyyəti haqqında daha çox
məlumatı nə verir?
A) Yan çəkilmiş rentgenoqramma B) Burun-çənə
proyeksiyasının rentgenoqramması C) Düz çəkilmiş
rentgenoqramma D) Alın-burun proyeksiyasının düz
rentgenoqramması E) Yarımaksial çənə proyeksiyasının
açıq ağız ilə rentgenoqramması
151
Kəskin sinusitin xarakterik əlaməti hansıdır?
A) Cibin homogen kölgəliyi B) Cibin ölçülərinin
dəyişməsi
C) Cib formansıın dəyişməsi D) Cibdə-sinuslarda mayenin
horizontal səviyyəsi E) Cibdə divaryanaşı kölgəlik
152
Hansı hallarda KT müayinəsinin aparılması məsləhət
deyil?
A) Baş-beyin şişi olan xəstələr B) Yaşı 60-dan yuxarı olan
xəstələr C) Kəllə-beyin travması almış xəstələr D) İnsult
keçirmiş xəstələr E) Uşaqlar və hamilə qadınlar
153
London sxeması ilə sağ və sol ağ ağciyərlər neçə
seqmentdən ibarətdir?
A) Sağ ağ ciyər IX seqmentdən B) Sol ağ ciyər VII
seqmentdən C) Sağ ağ ciyər X seqmentdən
D) Düzgün cavab: C) və E) E) Sol ağ ciyər VIII seqmentdən
154
Ağciyərdə patoloji kölgəliyin lokalizasiyasını necə müəyyən
etmək olar?
A) Ağciyər zonalarına görə B) Paylara görə
C) Seqmentlərə görə D) Qabırğa arası sahələrə görə
E) Plevral yarıqlara görə
155
Ağciyərin pnevmoniya və vərəminin differensial
rentgenodiaqnostikasında hansı əlamət əsas sayılmır?
A) Ocaqlı kölgəliklərin olması B) Dinamikası
C) Lokalizasiya D) Zədənin həcmi E) Boşluqların olması
156
Xroniki hematogen-disseminasiyalı ağciyər vərəmi adətən
nə ilə xarakterizə olunur?
A) I, II, VI – seqmentlərin müxtəlif ölçülü və intensivlikli,
səpələnmiş ocaqlı kölgəliyi və məhdud xəttvari fibrozla
B) Yerləşməsi geyri müəyyəndir C) İki tərəfli total
zədələnmə ilə D) Orta pay zədələnməsi ilə
E) Aşağı pay zədələnməsi ilə
157
Divararalığı xəstəliklərinin şüa-diaqnostikası nəyə
əsaslanır?
A) Lokalizasiya, forma, patomorfoloji substrakt və
kirəcləşmələr B) Forma C) Ölçülər D) Lokalizasiya
E)Kirəcləşmələr
158
Aspirasion pnevmoniyada ağciyərin hansı hissəsi daha çox
zədələnir?
A) Payların arxa seqmentləri B) Orta C) Orta və yuxarı
D) Aşağı və arxa E) Yuxarı
159
Ağciyərin aspergilloması nədir və harada yerləşir?
A) Adenoma olub genişlənmiş bronxda yerləşir
B) Periferik xərçəng olub təzə kavernada yerləşir
C) Mərkəzi xərçəng olub Ağciyərin parenximasında yerləşir
D) Göbələk xəstəliyi olub adətən ağciyərin istənilən
boşluğunda yerləşir E) Bütün cavablar səhvdir
160
Nazik bağırsağın enteroimaləsinin digər rentgenoloji
müayinə metodlarından üstünlüyü nədir?
A) Fəsad vermir B) Əks göstərişi yoxdur C) Daralma
sahələrinin və dartılmaların aşkar olunmasına imkan verir və
müayinə müddəti qısalır D) Funksional pozulmaların
öyrənilməsinə imkan verir E) Bariumun bağırsaqda
hərəkətinin müddətini təyin etməyə imkan verir
161
Senker divertikulu – farinqoözofageal divertikul hansı
üzvdə və hansı divarda əmələ gəlir?
A) Yemək borusunun arxa və yan divarında B) 12 barmaq
bağırsağın ön və yan divarında C) Udlağın yemək borusuna
keçidində arxa divarda D) Mədənin arxa divarında
E) Nazik bağırsağın arxa divarında
162
Mədə yarasının düz-əsas əlamətləri hansılardır?
A) Sadə taxça simptomu,2 və ya 3 konturlu taxça
konusvari,trapezvari və ya relyef taxçalar
B) İltihabi yara valı, müxtəlif yara –çapıq deformasiyaları
C) Dolma defekti
D) Düzdür: A) və B)
E) Hipersekresiya,hipertrofiya,hipermotorika,göstərici barmaq
simptomu,lokal spazm,evakuasiyanın ləngiməsi
163
Mədədə ölçüsü 3 sm-dən çox olan, 10 sm-dən çox məsafədə
yerini dəyişən və qeyri-düzgün dairəvi formalı əsasən
solitar dolma defekti hansı xəstəliyin xarakterik
əlamətidir?
A) Bezoar B) Qeyri-epitelial şiş C) Polip
D) Ayaqcılı polip E) Polipoz xərçəng