101
Mielomanın çoxsaylı ocaqlı forması zamanı daha çox hansı
sümüklər zədəyə məruz qalır?
A) Bütün cavablar düzgündür B) Çanaq sümükləri C)
Kəllə sümükləri
D) Qabırğalar E) Fəqərələr
102
Deformasiyaedici artroz harada ən çox rast gəlinir?
A) Dirsək oynaqlar B) Mil-bilək oynaqlar C) Bud-çanaq və
diz oynaqları D) Bud-çanaq oynaqlar E) Çiyin oynaqlar
103
Ankilozlaşan spondiloartritdə (Ştryümpel-Meri-Bexterev
xəstəliyi) əvvəlcə hansı oynaqlar zədələnir?
A) Xırda əl və ayaq oynaqları B) İri oynaqları
C) Fəqərəarası oynaqları D) Oma-qalça birləşmələri-
oynaqları E) Çənə-gicgah oynaqları
104
Bud-çanaq oynağında bud sümüyünün anadangəlmə
çıxıqlarında hansı simptom daha əsasdır?
A) Bud sümüyü başının sümükləşmə nöqtəsinin 5-ci ayın
axrında belə görünməməsi B) Bud sümüyünün başının
dislokasiyası - yerdəyişməsi nəticəsində oynaq səthlərinin
uyğunsuzluğu C) Şenton xəttinin pozulması D) "Göz yaşı"
fiqurasının itməsi E) Sirkə kasası damının sürüşkənliyi -
mailliyi
105
Oynağın sümük ankilozuna nə xarakterikdir?
A) Sümük tircik və ya atmalarının bir oynaq səthindən o
birisinə keçməsi və birləşməsi B) Rentgenoqrammada
oynaqların sümük uclarının konturlarının görünməməsi C)
Kənar osteofitlərinin olması D) Subxondral skleroz E)
Rentgen oynaq yarığın olmaması
106
Böyrək ölçülərinin azalması, kasa-ləyən sisteminin
deformasiyası, kiçik kasalar konturlarının qeyri-dəqiq
olması, böyrək qabıq maddəsinin kiçik damarlarının
obliterasiyası – hansı xəstəliyə xarakterikdir?
A) Polisistoz B) Böyrək büzüşməsi C) Böyrək
hipoplaziyası D) Böyrək vərəmi E) Böyrək şişi
107
KT zamanı normada böyrəküstü vəzi hansı şəkildə
görünür?
A) Qeyri-homogen girdə şəkilli törəmə B) Böyrəyin yuxarı
ucunda ön-iç tərəfdə müxtəlif formada, əsasən üçbucaq, V, Y
və s. formada C) İzodens dəqiq kapsulu böyrək
parenximasına uyğun törəmə D) Böyrəyin yuxarı və lateral
sahəlir yanında hiperdens strukturlu törəmə E) Böyrək yuxarı
ucunu üst qatını örtən hipodens törəmə
108
Kiçik yaşlı uşaqlarda bronxit zamanı nəfəz çatışmamazlığı
daha tez rast gəlinir, nəinki pnevmoniyalarda, bunun
səbəbi nədir?
A) Bronxit məhdudlaşmış prosesdir B) Obstruksiyası qoşulur
C) Bronxit pnevmoniya ilə birləşir D) Bronxitlərdə əsas
bronxlar zədələnir E) Kiçik uşaqlarda bronxit həmişə
yayılmış vəziyyətdə olur
109
Qida borusunun müayinəsində uşaqlarda əsas işlənən
rentgen kontrast preparatı hansıdır?
A) Qazlı maye B) Neyon preparat ( qastroqrafin) və 1
yaşdan yuxarı duru barium sulfat C) İkiyodlu sudaərilmiş
preparat D) Üçyodlu sudaərilmiş preparat E) Barium
məhlulu
110
Pilorostenoz və pilorospazma şübhə olan uşaqların
müayinəyə hazırlanması necə olur?
A) Acqarnına B) Yedizdirildikdən sonra C) İmalə
olunduqdan sonra D) 3-4 gün müddətində uşağın 1 kq
çəkisinə 2,5%- li 4 damcı pipolfen, ya aminazin təyinindən
sonra E) Acqarına,ya mədə boşaldıqdan sonra soyuq otaqda
mədəyə zond salınmaqla
111
Pediatriyada bağırsaq invaqinasiyasının 90%-nı nə təşkil
edir?
A) Çəmbər-çəmbər B) Qalça-qalça C) Qalça-qalça-çəmbər
D) Heç biri E) İleosekal (qalça-kor bağırsaq)
112
Uşaqlarda uzun borulu sümüklərin hansı sınıqlarına daha
çox rast gəlinir?
A) Oynaqdaxili sınıqlar B) İri qəlpəli sınıqlar
C) Sümüküstlüyüaltı sınıqlar və epifizeoliz D) Patoloji
sınıqlar
E) Xırda qəlpəli sınıqlar
113
Uçan ulduz quyruğu ("kometa") artefektı hansı zamanda
USM-də köməklik göstərir?
A) Polisistoz B) Öd-daşlı xəstəliyi C) Bağırsaq divertikulu
D) Mədəaltı vəzin xərçəngi E) Appendisit
114
Dozimetr ya Rentgenometr nədir?
A) Elektrik cəryanının gücünü ölçən cihazdır.
B) Müqaviməti ölçən cihazdır. C) Tezliyi ölçən cihazdır.
D) İonlaşdırıcı şüaların dozasının miqdarını, ya gücünü təyin
edən cihazdır. E) Gərginliyi ölçən cihazdır
115
Radiometriya nədir və nəyi öyrənir?
A) Radioaktiv şüalanmanın ayrı-ayrı hissəciklərinin,ya
kvantlarının qeydə alınmasına Radiometriya, ya radioaktiv
şüalanmanın sayğacı deyilir B) İş yerlərinin radioaktiv
çirklənməsini öyrənir C) Laboratoriyada bioloji mühitin
radioaktivliyini öyrənir D) Kliniki-insan orqanizminin
bütün radioaktivliyi,onun bir hissəsi, ya orqan və
toxumalarının radioaktivliyini öyrənir E) Hamısı düzdür
116
Şüalanma zamanı xəstələrə göstərilən təxirə salınmaz
tədbirlər hansılardır?
A) Şüalanmanın dayandırılması B) Xəstənin şüalanma
zonasından çıxarılması C) Dəri və selikli qişaların
təmizlənməsi,dezaktivasiya D) Radioaktiv maddələrin
orqanizimdən çıxmasını sürətləndirmək,onların sorulma
sürətini azaltmaq E) Hamısı düzdür
117
Hansı doza rentgen ilə ölçülür?
A) Ekspozision B) Ekvivalent C) İonizasiyalı
D) Daxil olunmuş E) Bioloji
118
Ultrasəs nədir və ultrasəs diaqnostikası hansı prinsipə
əsaslanır?
A) Ultrasəs rentgen şüalarıdır və müxtəlif toxumalardan
müxtəlif keçmə,udulma və əks edilmə qabiliyyətinə malikdir.
B) Ultrasəs maqnit selindən ibarətdir. C) Ultrasəs -
radiodalğasıdır. D) Ultrasəs tezliyi 20000 Hersdən yuxarı
olan səs dalğaları olub diaqnostik təyinatı- sıxlığı fərqli olan 2
mühitdən keçdikdə onun udulması,əks edilməsi və yayılması
prinsipinə əsaslanır. E) Ultrasəs infraqırmızı şüalara aid
olub ionlaşma qabiliyyətinə malikdir.
119
Sağlam insanların tibbi rentgenoloji yoxlama və elmi
təcrübələr zamanı illik şüalanma dozası neçədən yüksək
olmamalıdır?
A) 4.0 mZv B) 1.0 mZv C) 2.0 mZv D) 0.5 mZv
E) 5.0 mZv
120
Hansı xəstəliklər zamanı kəllə rentgenoqrammasında
kirəcləşmə daha çox xarakterikdir?
A) Eozinofil adenoma B) Qulaq xolesteatoması
C) III mədəciyin dibinin qlioması D) Kraniofaringioma
E) Xromofob adenoma
121
USM zamanı qalxanvari vəzinin sist əlaməti hansıdır?
A) Qeyri-dəqiq konturlu qeyri-düzgün girdəvari forma
B) Dəqiq konturlu düzgün girdəvari forma
C) Qeyri-dəqiq konturlu düzgün girdəvari forma
D) Dəqiq konturlu qeyri-düzgün girdəvari forma
E) Müxtəlif əlamətlər olur