61
Pedjet deformasiya edici osteodistrofiyası zamanı xal-xal
lopa şəkilli lokalizasiya hansı sümüyə xarakterikdir?
A) Çanaq sümüyü B) Qabırqalar C) Kəllə qapağı sümükləri---
(zəncinin qıvrım başı, ya pambıqlı baş) D) Fəqərələr
E) Uzun borulu sümüklər
62
Osteoblastoklastoma (giqantoma) adətən harada
lokalizasiya olunur?
A) Apofiz B) Epifiz C) Diafiz D) Metaepifiz E) Metafiz
63
Əsasən skeletin hansı hissəsi aseptik nekroza məruz qalır?
A) Apofizlər B) Oynaqların çuxurları C) Oynaqların başları
D) Qısa sümüklərin metafizləri E) Uzun sümüklərin
metafizləri
64
Bexterev və Forestye xəstəliklərinin differensasiyası:
A) Forestye xəstəliyi yaşlılarda əvvəl döş fəqərələrindən
başlayan ankilozlaşan hiperostozdur.Bexterev xəstəliyi isə
gənc yaşda kişilərdə olur və əvvəl sakroileit, sonra isə
ankilozlaşan spondiloartirit şəklində özünü göstərir.və sonda
onurğa bambuk ağacına bənzəyir. B) Forestye xəstəliyi
gənclərdə olur. C) Bexterev xəstəliyi əvvəl döş fəqərələrini
zədələyir və qocalarda rast gəlir. D) Forestye xəstəliyi əvvəl
articulasio sakroielitdən başlayır və gənc kişilərdə rast gəlinir.
E) Onurğa hər iki xəstəlikdə nalbənd ağacına oxşayır.
65
Böyrək distopiyasında və nefroptozda əsas differensial
diaqnostik simptom nədir?
A) Böyrək arteriya çıxığının yerləşməsinin səviyyəsi
B) Böyrək ölçüləri C) Sidik axarının uzunluğu və böyrək
arteriyasının qarın aortasından və ya qalça arteriyasından
başladığı yer D) Böyrək ləyəni yerləşməsi səviyyəsi
E) Sidik axarının uzunluğu
66
Nefroptoz zamanı əsasən hansı üsullardan istifadə olunur?
A) Retroqrad pieloqrafiya B) Şaquli vəziyyətində USM
C) Ekskretor uroqrafiya – vertikal və üfüqi halda və Valsalva
sınağı ilə USM-lə D) MRT E) İcmal rentgenoqrafiya
67
Uroqrammada böyrək ləyəni və kasaların genişlənməsi,
parenximanın atrofiyası, dalğalı lateral konturu ilə
ölçülərin böyüməsi, fəaliyətin isə aşağı olması və ya tam
izlənməməsi: bunlar hansı xəstəliyin əlamətləridir?
A) Böyrək şişi B) Solitar sist C) Nefroptoz
D) Xroniki pielonefrit E) Hidronefroz
68
Böyrək polikistozu zamanı böyrəkdə hansı dəyişikliklər
baş verir?
A) Böyrəyin polisiklik konturlarla böyüməsi , deformasiyası
və parenximada çox saylı defektlər B) Böyrək ölçülərin
azalması
C) Böyrək ölçülərin azalması və deformasiyası D) Böyrəyin
deformasiyası E) Böyrək ölçülərinin böyüməsi
69
USM müayinəsində "Qarlı fırtına" simptomu nə zaman
patoqnomonik sayılır?
A) İnkişafdan qalmış hamiləliklərdə B) Böyük ölçülü
retroxorional hemtomalarda C) Beçəxor zamanı
D) Anembrioniyada E) Uşaqlıq adenomasında
70
Sidik axarı mənfəzinin yırtığı necə adlanır və harada rast
gəlinir?
A) Zülmət çənbəri - sidik axarının ləyəndən başladığı yerdə
B) Ureterosele, ya şəffafləq çənbəri, ya "kobra başı"-sidik
axarının intramural hissəsində. C) Şəffaflıq çənbəri - sidik
axarının xarici qalça damarları ilə sıxıldığı yerdə D) Ormond
xəstəliyi və periuretral fibroz-sidik—axarının aorta ilə sixildığı
yerdə E) Gürzə başı və sidik kisəsinin divarı
71
Prostat vəzinin böyük həcmdə xoşxassəli törəmələri nəcə
vizuallaşır?
A) Prostat vəzinin normal toxuması fonunda aydın hüduları
olan hiperexogen törəmə kimi B) Zəif exogenliyi olan,
exosiqnalların bərabər paylanması ilə müşayiət olan və əksər
hallarda sidik kissəsinin divarini sıxıb sanki onun içərisində
yalançı dolma defekti yaradan kürəvari törəmə kimi
C) Anexoqen törəmə D) Vəzi toxumasının quruluşuna
nisbətən izoexogen qeyri-düzgün oval formalı E) Öz paycıqlı
quruluşunu saxlayan, yüksək exogenli, kəskin böyümüş vəzi
72
Qialin membran sindromuna aid olan ilkin əlamət
hansıdır?
A) Ödem sindromu B) Ağciyərlərin üfürülməsi C) Damar
şəklinin güclənməsi D) Damar şəklinin zəiflənməsi E)
Ocaqlıq kölgələr
73
“Türk qılıncı” sindromu və ya "Yataqan ilan" simptomu
hansı anomaliyada rast gəlinir?
A) Sağ ağciyər venaların aşağı boş venaya anomal drenajı
B) Ağciyər venaların natamam anomal drenajı C) Sağ
ağciyər venaların yuxarı boş venaya anomal drenaji D)
Qulaqcıqarası çəpərin defekti E) Sol mədəcik-sağ qulaqcığın
əlaqəsi
74
Anadan yeni doğulmuş uşaqlarda icmal qarın boşluğunun
müayinəsini nə ilə dəqiqləşdirmək olar?
A) Rentgenoskopiya B) Rentgenoqrafiya C) Ultrasəs
D) Magnit-rezonans üsulu E) Rentgen kontrast müayinəsi
75
Mekonial keçməməzliyinin əsas simptomu nədir?
A)
"
Sabun köpüyü" simptomu B) Mədənin qaz qovuğunun
böyüməsi C) Bağırsaq ilgəklərində Kloyber kasaları və
alaqapıların olması D) Bağırsaq ilgəklərində horizontal
səviyyələrs E) Qarın boşluğunun kalsifikasiyası
76
Uşaqlarda dirsək oynaq nahiyəsində daha çox rast gəlinən
sınıqlar hansıdır?
A) Dirsək çıxıntısının sınığı B) Kondilusüstü sınığlar
C) Mil sümüyün başının sınığı D) Bazu sümüyün distal
metafizinin sınığı E) Dirsək sümüyün tac çıxıntısının sınığı
77
Kefalohematoma nədir?
A) Kefalohematoma-kəllə sümüklərinin xoşxassəli şişidir
B) Kefalohematoma-doğuş travması olub,başın aponevroz və
sümüküstlüyüaltı hissəsinə qansızmasıdır və bəzən çatla
müşahidə olunur C) Kefalohematoma-meninqoseledir
D) Kefalohematoma-kəllənin üz sümüklərində olur
78
Pozitron-emission tomoqrafiya KT və MRT-dən nə ilə
fərqlənir?
A) KT və MRT kimi üzvlərin topoqrafiyası,anatomiyası və
patomorfoloji strukturunu öyrənir.
B) Müxtəlif radioaktiv preparatlardan istifadə edərək,
toxumalarda qlükoza tərkibli metobalik dəyişiklikləri
öyrənərək,üzvlərin funksional aktivliyini təyin edir
C) PET müayinəsində maqnit sahəsindən istifadə edilir
D) PET müayinəsində ultrasəsdən istifadə edilir
E) PET müayinəsi ilə ən çox irinli xəstəliklər öyrənir
79
Hansı müayinə metodu skelet sümüklərində metastazların
erkən aşkar olunmasında daha yararlıdır?
A) MRT B) KT C) Rentgenoqrafiya
D) Osteossintiqrafiya E) Osteodensitometriya
Dostları ilə paylaş: |