80
KT müayinə metodunda əsasən hansı şüalardan istifadə
olunur?
A) İnfraqırmızı şüalardan B) Rentgen şüalarından
C) Alfa şüalarından D) Pozitron şüalanma enerjisindən
E) Qamma şüalarından
81
Kompyuter tomoqrafiya digital rentgenoqrafiyadan nə ilə
fərqlənir?
1. KT-zamanı üzvlərin aksial kəsikləri-skannerləri alınır.
2. Rentgenoloji müayinə zamanı şüalanma KT müayinəsindən
10 dəfə artıq olur.
3. KT zamanı eyni vaxtda rentgen borusu və detektorlar xəstə
ətrafında hərəkət edir.
4. KT zamanı kontrast maddə istifadə olunmur.
5. KT-də rentgenə görə daha kiçik ölçülü patoloji ocaqlar daha
dəqiq aşkarlanır.
A) 1,2,4,5 B) 3,4 C) 1,3,5 D) 1,4,5 E) 3,4,5
82
Kəllənin yaş xüsusiyyəti hansıdır?
A) Tikişlərin vəziyyəti B) Kəllə qapağın eni C) Damar
şırımlarının şəkli D) Barmaq basıqlarının inkişafı dərəcəsi
E) Sinusların inkişafı
83
Hidrosefaliyanın yaranmasının əsas səbəbi nədir?
A) Bütün sadalanan düzdür B) Anadangəlmə hal
C) İltihabi proseslər D) Beyin şişi E) Zədələr
84
Adenoidlərin rentgenoloji əlamətlərinə nə aiddir?
A) Ağız-qırtlaq hissəsində əlavə kölgəlik B) Udlaq-qırtlaq
hissəsində əlavə kölgəlik C) Burun boşluğunda əlavə kölgəlik
D) Burun-udlaq hissəsində əlavə kölgəlik E) Ağız-udlaq
hissəsində əlavə kölgəlik
85
Nə döş qəfəsi orqanlarının normal kontrastlı
rentgenoqramması sayılır?
A) Traxeyanın şəffaflığı fonunda heç bir fəqərənin
görünməməsi
B) Mədənin qaz qovuğunun görünməsi C) Traxeyanın
bifurkasiyasının və baş bronxların görünməsi D) Yuxarı üç-
dörd döş fəqərələrinin traxeya şəffaflığının fonunda görünməsi
E) Ürəyin fonunda bütün döş fəqərələrin gürünməsi
86
Ağciyərin tam atelektazının xarakterik əlamətləri
hansılardır?
A) Ağciyərin homogen,intensiv kölgələri B) Divararalığı
üzvlərinin atelektaz olan tərəfə çəkilməsi C) Diafraqma
kümbəzinin yuxarı qalxması D) Qabırğaarası sahənin
daralması E) Hamısı düzdür
87
İlkin vərəm kompleksi üçün nə xarakterdir?
A) Ağciyərin kavernası B) Payın kölgəliyi C) İki tərəfli
ocaqlı dəyişiklər D) Bir tərəfdə ağciyərin spesifik iltihabi
fokusu, limfangit və ağciyər kökündə limfatik vəzilərin
böyüməsi
E) Quru plevrit
88
Klebsiellyoz pnevmoniyasına nə işarə verir?
A) Payın kiçilməsi B) İnfiltrasiya C) Payın böyüməsi
D) Hissəli kölgəlik E) Plevrit
89
Barium məhlulu və əlavə yapışqanlıq maddəsi ilə qida
borusunun rentgenoloji müayinəsi nə zaman faydalı ola
bilər?
A) Udma aktının pozulması B) Kardiyanın axalaziyası
zamanı
C) Divertikullar zamanı D) Damarların varikoz
genişlənməsi zamanı E) Retrokardial nahiyənin
(seqmentin) xərçəngi zamanı
90
“Döş mədəsi”ndə qida borusu necə olur?
A) Genişlənir B) Girintili-çıxıntılı C) Ştoporvari
(propkaazan) - qida borusu D) Deformasiyaya məruz qalır
E) Qısa olur
91
Mədə konturlarından kənara çıxan üçqat taxça, mədənin
çapıqlı deformasiyası nəyə xarakterikdir?
A) İnfiltrativ xora xərçəngi B) Bezoar C) Kəskin xora
D) Divertikul E) Penetrasiya edici xora
92
Mədənin hansı rezeksiyasından sonra adətən anastomozun
peptik xorasına rast gəlinir?
A) Bilrot-I şişə görə B) Hamısı düzgündür C) Bilrot-III
xoraya görə D) Bilrot-I xoraya görə E) Bilrot-II
rezeksiyasından sonra
93
Öd daşlarının USM-də görüntüləri:
A) Dəqiq konturlu exoneqativ görüntü B) Qeyri-dəqiq
konturlu exoneqativ görüntü C) Dəqiq konturlu hiperdens,
exopozitiv törəmə, distal hissədə akustik kölgəliklə
D) Dəqiq konturlu hipodens törəmə,arxası ilə akustik kölgəlik
E) Dəqiq konturlu hiperdens törəmə,5mm-dən az ölçülü,
akustik kölgəliklə
94
Mexaniki bağırsaq keçməməzliyinin bütün növləri üçün
Mekonial keçməməzlikdən başqa ümumi rentgenoloji
əlamət hansıdır?
A) Bağırsaqda mayenin üfüqi səviyyələri və üstündə hava-
Kloyber kasaları və tağlar B) Qarın nahiyəsində sərbəst qaz
C) Mədə-bağırsaq traktının topoqrafiyasının pozulması
D) Meteorizm əlamətləri E) Qarın nahiyəsində sərbəst maye
95
Sol qulaqcığın atriomeqaliyası nə vaxt müşahidə olunur?
A) Mitral qapaqların çatışmazlığında B) Fallo tetradasında
C) Qulaqcıqlararası arakəsmə deffektində D) Miokarditdə
E) “Zireh ürəy”ində
96
Aortal stenozun ilkin əlaməti
A) Aorta genişlənir B) Sol mədəcik genişlənir C) Sol
qulaqcıq kiçilir D) Ağciyər arteriyaları kiçilir E) Sağ
mədəcik kiçilir
97
Bilək sümüklərinin ən çox rast gələn travmaları hansıdır?
A) Üçkənarlı sümüyün sınığı B) Ayparayabənzər sümüyün
sınığı C) Periayparabənzər əl çıxığı D) Başlı sümüyün
sınığı
E) Qayığabənzər sümüyün sınığı
98
Hematogen osteomielitin erkən rentgenoloji əlaməti
hansıdır?
A) Periostal reaksiyası B) Fistulun olması C) Osteoskleroz
D) Kortikal qatın xırda ocaqlı destruksiyası E) Yanaşı
yumşaq toxumaların dəyişməsi
99
Uzun borulu sümüklərin əsasən hansı hissəsində sümük-
qığırdaq ekzostozlar inkişaf edir?
A) Diafiz B) Metadiafiz C) Metafiz D) Apofiz E) Epifiz
100
Hansı bədxassəli sümük şişlərində patoloji sümükyaranma
müşəhidə olunur?
A) Osteolitik metastaz B) Yuinq sarkoması C) Prostat vəzi
xərçənginin metastazlarında D) Mielom xəstəliyi
E) Osteogen sarkoma