234
Rentgenoqrafiyanın prinsipi nəyə əsaslanır?
A) Rentgen şüaları ilə NaOH-ın parçalanmasına
B) Rentgen şüaları ilə H
2
SO
4
-ün parçalanmasına
C) Rentgen şüaları ilə AgCl və ya AgBr-un parçalanmasına
D) Rentgen şüaları ilə H
2
O-nun parçalanmasına
E) Hamısı səhvdir
235
Şüa diaqnostikasına hansılar aiddir?
A) USM, Rentgen, Şüa-terapevtik metodlar
B) USM, KT, Qanın biokimyəvi analizləri
C) USM, Rentgen, MRT, KT, Radionuklid müayinələr,
Teploqramma, Exokardioqrafiya, Ssintiqrafiya,
Densitometriya
D) USM, Rentgen, EKQ, Elektroensefaloqrafiya
E) Hamısı düzdür
236
Rentgen borusunun quruluşu:
A) Rentgen borusu içərisi dolan anod və katoddan ibarət olan
şüşə borudur
B) Rentgen borusu içərisində radioaktiv maddə olan şüşə
borudur və üzəri qurğuşunlu metalla örtülüb
C) Rentgen borusu içərisi hava ilə dolu anod və katodlu şüşə
borudur
D) Rentgen borusu içərisi vakkuumlu, anod və katodlu şüşə
boru olub, üzəri qurğuşunlu lövhə ilə örtülü və pəncərəsi,
diafraqması olan borudur
E) Hamısı düzdür
237
Renrgenoskopiyanın prinsipi nəyə əsaslanır?
A) Müayinə olunan obyektin təsvirinin flyüoressensiyalı
ekranda alınmasıdır
B) Müayinə olunan obyektin təsvirinin Rentgen lenti üzərində
alınmasıdır
C) Müayinə olunan obyektin təsvirinin qurğuşunlu ekranda
alınmasıdır
D) Müayinə olunan obyektin təsvirinin foto kağız üzərində
alınmasıdır
E) Hamısı düzdür
238
USM aparatının əsas hansı hissələri var?
A) Əsas blok, monitor, idarəetmə paneli, ultrasəs probu -
başlığı (ötürücü - qəbuledici), videoprinter, videomaqnitofon
B) Rentgen borusu, monitor
C) Monitor, flyüoressensiyalı ekran, printer
D) Ksenon detektorlu Rentgen borusu, prob-başlıq, monitor,
printer
E) Hamısı düzdür
239
Doppleroqrafiya nədir ?
A) Doppleroqrafiya - Rentgenoskopiyanın bir növü olub,
hərəkətdə olan mühitləri və üzvləri öyrənir
B) Doppleroqrafiya - ultrasəs diaqnostikanın bir hissəsi olub,
hərəkətdə olan mühitləri Doppler effekti prinsipinə görə
öyrənir. Doppler effekti - hərəkət edən mühitin -qanın us
dalğalarının tezliyinin dəyişməsinin hərəkətsiz prob-başlıq
üzərindən qeyd edilməsidir
C) Doppleroqrafiya - elektrorentgenoqrafiyanın bir növü olub,
təsvirlərin selen yarımkeçirici üzərində alınmasıdır
D) Doppleroqrafiya - elektroensefaloqrafiyadır
E) Hamısı səhvdir
240
Doppleroqrafiya zamanı qanın rəngi nədən asılı olaraq
fərqlənir və hansı rənglərdə olur?
A) Qanın rəngi hərəkətsiz olan proba-qəbulediciyə doğru isə
qan qırmızı, qəbuledicidən-probdan əks istiqamətə isə göy
rəngdə görünür
B) Qanın rəngi qəbulediciyə doğru isə qan qırmızı,
qəbuledicidən - probdan əks istiqamətə isə yaşıl rəngdə
görünür
C) Qanın rəngi qəbulediciyə-proba istiqamətindən asılı
olmayaraq tək qırmızı rəngdə olur
D) Qanın rəngi qəbuledici - proba görə qırmızı və ağ rəngdə
olur
E) Hamısı səhvdir. Qanın rəngi qəbuledici - proba görə hərəkət
istiqamətindən asılı olmayaraq qırmızı rəngdə görünür
241
Radioizotop diaqnostika nədir və onun əsas metodu
hansıdır?
A) Radioizotop diaqnostika radiofarmaçevtik preparatların
orqanizmə yeridilməsilə orqan və sistemlərin xəstəliklərini
öyrənən bir müasir metoddur
B) Radioizotop diaqnostikanın əsas metodu radiometriyadır
C) Radiometriya orqanizmə yeridilmiş radionuklidlərin
şüalanmasının reqistrasiyası - qeydiyyatıdır
D) Radioizotop diaqnostikasında ən çox işlənən radioizotop
birləşmələr aşağıdakılardır: a)
99m
T, b)
131
J, c)
51
Cr, d)
32
P, e)
57
Co və s.
E) Hamısı düzdür.
242
Tənəffüs sisteminin şüa diaqnostikası metodları
hansılardır?
A) Rentgenoskopiya, rentgenoqrafiya, xətti tomoqrafiya,
bronxoqrafiya, larinqoqrafiya, KT, MRT, angiopulmo-
noqrafiya, USM
B) Rentgen, USM, KT, MRT, bronxoqrafiya, angiopul-
monoqrafiya, spirometriya
C) Rentgen, USM, KT, MRT, angiopulmonoqrafiya,
auskultasiya, perkussiya
D) Rentgen, USM, KT, MRT, spirometriya, bronxoskopiya
E) Rentgen, USM, KT, MRT, auskultasiya, kimoqrafiya,
elektrorentgenoqrafiya
243
Krupoz pnevmoniyanın başqa adları, stadiyaları, şüa-
diaqnostikası:
A) Pay pnevmoniyası, pnevmoplevrit, fibrinoz pnevmoniya,
seqmentar pnevmoniya, 4 mərhələli olub: a) ekssudasiya -
hiperemiya; b) qırmızı qara ciyərləşmə; c) Boş qara
ciyərləşmə;
d) Sorulma - bərpa dövründən ibarətdir. Şüa diaqnostikası bu
4 mərhələyə uyğun olub, müxtəlif rentgenoloji əlamətlərlə
ayırd edilir.
B) Krupoz pnevmoniya, ya pnevmoplevrit, ya pay
pnevmoniyası 2 mərhələli olub, hiperemiya və sorulma
stadiyalarından ibarətdir
C) Krupoz pnevmoniya, ya kazeoz pnevmoniya 3 mərhələli
olub, qırmızı və boz qaraciyərləşmə və absesləşmə dövrlərinə
bölünür. Şüa diaqnostikası mərhələlərə uyğun olaraq müxtəlif
əlamətlərlə qeyd edilir
D) Krupoz pnevmoniya, ya xroniki pnevmoniya kəskin və
xroniki olmaqla paycıqda olur və 5 günə sorulur, rentgen
diaqnostikası bir payın atelektazı ilə seçilir
E) Krupoz pnevmoniya, ya Frid-lender pnevmoniyası 1
mərhələli olub, rentgenoloji olaraq hər iki ağ ciyəri tutur və
hər iki ağ ciyərdə ocaqlı kölgəliklər görünür
244
Şüanın təsiri neçə vasitə ilə olur?
A) Kontakt, distansion, boşluqdaxili, toxumadaxili - 4 vasitə
B) Kontakt, applikasiya - 2 vasitə
C) Distansion, kontakt, applikasiya - 3 vasitə
D) Boşluqdaxili, braxiterapiya - 2 vasitə
E) Toxumadaxili - 1 vasitə
245
Aşağıdakılardan hansı rentgen şüalarını xarakterizə edir ?
A) Elektron selidir B) Kvant selidir C) Neytronlardır
D) Pi – mezonlardır E) α hissəciklərdir
246
Hansı doza rentgen ilə ölçülür?
A) Ekvivalent B) Daxil olunmuş C) İonizasiyalı D) Bioloji
E) Ekspozision
247
Kompüter tomoqrafiyası (KT) zamanı hansı
detektorlardan istifadə olunur?
A) Ancaq ksenon detektorlardan B) Gücləndirilmiş rentgen
ekranlardan C) Ancaq yarımkeçirici elementlərdən D) Adi
rentgen ekranlardan E) Yarımkeçirici element və ksenon
detektorlardan
248
KT müayinə metodunda hansı şüalardan istifadə olunur?
A) Qamma şüalarından B) Rentgen şüalarından C)
İnfraqırmızı şüalardan D) Alfa şüalarından E) Pozitron
şüalanma enerjisindən
Dostları ilə paylaş: |