Yaşar Əhmədov AzərHətəmov
ruhlandır məni. Kosmosa aidliyimi, insan ruhunun qüdrətini
anlamaqda mənə kömək et. Müəllim, məni öz içimdə ruhi insan,
alicənab və nəcib insan yaratmağa ruhlandır”.
*
belə bir formada böyük pedaqoqun müəllim adım daşıyan
bütün insanlara müraciətidir, çağırışıdır.
-
Hər bir müəllim təlim - tərbiyə prosesinin keyfiyyətini ən
optimal səviyyəyə qaldırmalıdır.
-
Optimal səviyyə multikultur təhsilin tələbidir.
-
Ş.A.Amonaşvili deyir ki, təbiət qanunlan və kainatın sirləri
haqqında müasir biliklərin mənəviyyatsız, rəhmsiz insana
verilməsi cəmiyyət üçün təhlükəlidir.
-
Müasir texnologiyalar mənəviyyatsızlann əlində təhlükəli
alətdir - ona görə də uşaqlann təlim-tərbiyəsində mənəviyyat
məsələsi, bədənlə ruhun vahid tərbiyəsi ön planda durmalıdır.
-
Uşaqlar fiziki aləmin və ilahi aləmin qanunlarına
yiyələnməlidirlər.
-
Təhsil gərək ağlın inkişaf etdirilməsinə, insansevərlik
hissinin, hər cür pozitiv emosional-psixoloji halların inkişaf
etdirilməsinə yönəldilsin.
-
Belə yönəldilmə sadəcə qanunlar şəklində təlqin
edilməməlidir, onun dəyəri uşaqlann daxili potensialının, hiss və
duyğuiannın ayıldılması formasında olmasındadır.
-
Uşaq öz mənəvi dünyasına nüfuz etməyi (refleksiya), daxili
“göz”ü ilə özünə baxmağı öyrənməlidir;
*
bütövlükdə, təhsil prosesi “boş torbanın doldurulması”
prosesinə bənzəməməlidir;
*
çünki təlim-tərbiyə uşağın başının doldurulması deyildir,
uşağm ürəyi “təmizlənməli, genişləmnəli və işıqlanmalıdır”.
-
Humanist pedaqogikanın klassiklərinin təhsildə görmək
istədikləri vacib məqam da məhz budur.
-
Analitik psixologiyanın görkəmli nümayəndəsi Karl Qustav
Yunq insanın formalaşmasında refleksiyaya önəm veıərək deyir:
400
Multikulturalizm - fəlsəfi lüğət
*
ürəyin biliyini kitablardan və müəllimlərin danışığından
əldə etmək olmaz, o qara torpaqda cücərib boy atan toxum kimi
bizim içərimizdə yetişir;
*
təhsilin məqsədi nəticə olaraq işləyib pul qazanmaq yox,
təhsilin məqsədi həyatın özü olmalıdır.
-
İnsan biliyinin sonsuz inkişafına inanan filosof, şair Seneka
demişdir;
*
”Əfsuslar olsun ki, biz həyat üçün yox, məktəb üçün
oxuyuruq”.
-
Görkəmli pedaqoqlar deyirlər:
*
bilik müdrikliyə, müdriklik isə insanın xasiyyətinə
çevrilməyincə təhsil dəyərsiz proses hesab olunur;
*
yox, əgər təhsil transformasiyaedici xüsusiyyət daşıyarsa,
belə təhsil sayəsində həyatda sülh, əmin-amanlıq, qarşılıqlı
anlaşma və əməkdaşlıq ən yüksək səviyyədə bərqərar olar.
-
Təhsilə multikultur yanaşma:
*
insanlann müxtəlif etnik mədəniyyətlərə yiyələnməsi,
tolerantlıq, fərqli şəraitlərə adaptasiya, dialoqa girmək bacanğı -
yaradır;
*
fərdlərin özlərini tanımalanna, həyata pozitiv köklən-
mələrinə, fraqmentar düşüncə sahibi olmaqdansa, totalitar zəkaya
sahib olmağın üstünlüklərini anlamağa, fərqlər axtar- maqdansa
hər şeydə oxşarlıqlar görməyə istiqamətlənməyə - kömək edir.
-
Düzgün qurulmuş təhsil sistemi dünyada sülhün bərqərar
olmasımn rəhnidir.
-
Multikulturalizmin həyatda, sözün həqiqi mənasında,
uğurla və keyfiyyətlə addımlaması, məhz təhsilin insanı
transformasiyaedici xüsusiyyəti ilə, yəni humanist pedaqogikanın
prinsipləri ilə bağlıdır,
-
Böyük pedaqoqların təhsildən gözlədikləri əsas nəticə:
*
insanm azadlığı məsələsi idi;
*
həqiqi təhsil insanı azad insan edİr, tamahdan, kin-
küdurətdən və digər eqoistik impulslardan xilas edir;
401
Yaşar Əhmədov Azər Hətəmov
*
belə azadlıq insanın daxilindəki mərifət toxumundan
cücərir.
-
Şərq əxlaqında mərifət insamn azadlıq əldə etməsi, qəflət
yuxusundan ayılması, kamilləşməsi yolunun qayəsini - təşkil
edirdi.
-
Bəşəriyyətin böyük müəllimləri sırasında duran dahi
Nəsiminin insanlara xitabı belə səslənir:
Ey özündən bixəbər qafil, oyan!
Həqdən olma yadü həm batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mərifətdən nəsnə qıl hasil, oyan!
-
Hər mədəniyyət gözəldir, mədəniyyətlərin dialoqu daha
gözəldir.
-
Hər xalq möhtəşəmdir, xalqlann birliyi daha möhtəşəmdir.
-
Bir dövlətin, bir millətin əmin-amanlığı və rifahı vacibdir.
-
Yer planetinin və onu məskunlaşdıran bütün millətlərin
rifahı, sülh şəraitində yaşayıb yaratması və çiçəklənməsi
zəruridir, möhtəşəmdir və gözəldir.
-
Mədəniyyətin differensiyasmda dil, irq, din, sənət, siyasi-
mədəni qurumlar və s. kimi oxşar nümunələrindən biri, sistem
quran səbəb kimi, konkret etnik birliyi digərinə münasibətdə
təşkilatlandıran güc olaraq meydana çıxır:
*
məsələn, N.Vısotskaya görə “multikulturalizm və ya
mədəni müxtəliflik” çoxsaylı mədəni qruplann, fərqli milli
mənsubiyyətlərin, dinlərin və s. göstərən cəmiyyətin təyinidir”.
-
Hər bir insan istənilən hər hansı bir mühitdə müəyyən milli
- mənəvi dəyərlər sistemi çərçivəsində formalaşır.
-
Lakin başqa bir şəraitə düşəndə, həmin şərait - mühitlə bu
insan arasında ziddiyyətlər meydana çıxır.
-
Məhz belə insanın digər ona yabançı olan mədəni - mənəvi
mühitə uyğunlaşması onun ənənəvi, milli - mənəvi kökündən
uzaqlaşması ilə formalaşır.
402
Dostları ilə paylaş: |