yalnız təbii olmayıb,həm də labüddür.Ancaq ölümü yadda saxlamaq
və onun haqqında fikirləşmək ondan qorxmaq demək
deyildir.Yetkin və layiqli insan həyatı üçün ölümü unutmamaq vacib
şərtdir.HəIə vaxtilə qədim Romada adamları “ölümü yadda saxla”
deyə öyrədirdilər.Xristian müəllimləri ölüm haqqında daha aydın
danışırlar:”Ölüm haqqında düşüncələr bütün digər əməllərdən daha
vacibdir,o adamları zəhmətə öyrədir,kədəri səbirlə qarşılamağa
vərdiş etdirir”.Hətta müdrik bir kəlamda deyilir ki,”hər gününüzü
elə yaşayın ki,sanki o sizin həyatınızda sonuncu gündür”.Ölüm
haqqında düşünməməyə cəhd etməklə biz ondan daha çox
qorxuruq.Keçən əsrdə hökmranlıq edən materialist fəlsəfə təsdiq
edirdi
ki,ölüm
qorxusu
ümumiyyətlə
olmamalıdır.Onlar
deyirdilər;”Ölümdən qorxmaym.Təbii olan heç nə qorxulu ola
bilməz”Nüfuzlu kəlamdır ancaq heç kəsi inandınnaq mümkün
deyildir.Dinlər öyrədir ki,ölüm qorxusu təbii və zəruridir.Biz bu
həyatda yalnız ləzzət almaq üçün yaşamırıq.Əlbəttə Allah istəyir
ki,adamlar bu həyatdan zövq alsınlar və bunun üçün onlara hər şey
verir.Bundan başqa Allah hər kəsə hər hansı həyat vəzifəsi də
verir-bizim gücümüzdən və bacarığımızdan asılı olaraq bu vəzifə
böyük və ya kiçik ola bilər.Bu həyatda biz Allahın tövsiyyə etdikləri
işlərlə məşğul olmalıyıq.Həyat bizə lazım olan və faydalı işlər
görmək üçün verilmişdir və onu qorumağımız vacibdir.İnsanların
hamısı ölümdən qorxurlar.Adətən heç nəyi təhlil etmədən
aydınlaşdırmadan sadəcə olaraq qorxuruq.Doğrusu biz nədən
qorxuruq?Bəlkə ölümün gətirdiyi fiziki əzablardan qorxuruq?
Həyatın son mərhələsində bədən ağrıları çoxalır,ancaq bu ölüm
ağrıları deyil,bu bədənə aid olan ağrılardır.Can vermək özlüyündə
ağrısız və hiss olunmaz bir prosesdir.Bundan başqa hətta ağrılar olsa
da ölən vaxtı onlar yox olurlar.Xəstəliklərin bütün əlamətləri yox
olur,qorxulu anı keçəndən sonra insan mövcudluğun yeni şəraitində
yaşamağa başlayır.Biz boşluqdan ,qeyri-varlıqdan,”mən daha
olmayacağamdan”, yuxu görməsi
101
olmayan dərin yuxudan və daha oyanmamaqdan qorxuruq? Bəlkə də
qeyri-varlıq haqqında fikir bizi qorxudur,ancaq daha çox nə isə
başqa şeydən qorxuruq.Heç nə dərk etməmək və heç nə hiss
etməmək-bu sanki yuxudur və özlüyündə qorxulu deyildir.Bundan
başqa biz artıq bilirik ki,insan axirət dünyasına keçəndə şüur adətən
itmir,hətta itsə də bu ani olur.Ölən adam əvvəlki kimi;fasilə
vermədən vermədən dərk etməkdə və hiss etməkdə davam edir.Ölən
adamda kədər hiss ola bilər;o yaxınlarını, doğmalarını, təbiəti,bütün
sevdiyi insanları tərk etdiyinə görə kədərlənə bilər,ancaq təəssüf və
kədər ölüm qorxusu deyildir,0 başqa hissdir.Biz indi bilirik ki, keçid
qorxulu deyildir və “orada”həyatın başlaması da qorxulu
deyildir.təklik yoxdur, kömək var,ilk qavrama adama xoş
gəlir.Ancaq ruhun yekun taleyi adamın özünə məlum olmur.Allahm
mənimlə bağlı son qərarı mənə məlum deyildir və heç nəyə əmin
olmaq olmaz.Biz hamımız günaha batmışıq”əməllərimiz arxamızca
gəlir” və hamının taleyi müxtəlif olacaqdır.Biz bilmirik,ancaq bizdə
belə hiss var ki,ölümdən sonra bizi nə isə yaxşı olmaya bir şey
gözləyə bilər və biz özümüz bunu dəyişdirə bilmirik.
Müqəddəslərdən biri yazırdı:”Bu vaxt naməlum gələcəklə
bağlı qorxunun olmaması və Allah qorxusunun olmaması qəribə
olardı.Allah qorxusu olacaq,bu xeyirlidi və lazımdi.Bu bədəndən
çıxmağa hazırlaşan ruhun təmizlənməsinə kömək edir.” Ancaq
Allah qorxusu da təlaşlı ölüm qorxusu deyildir- adamlar son
məqamda Allahdan sakit və rahat ölüm arzulayırlar.Adamlar
müxtəlif cür ölürlər-ölüm asan və çox çətin ola bilər.Pak,saf adamlar
rahat öldükləri halda, günahkarlar,pis əməl sahibləri əzabla
dünyalarını dəyişirlər. Mömin adamlarda inam və ümid,günah
sahiblərində isə qorxu yə təlaş var:pis adamlar ölümə hazır olmurlar
və o yaxınlaşanda onlar bərk qorxuya düşürlər.Kəndlilər öz
torpaqlarında rahat ölürlər.Onlar zəhmət çəkmişlər,başqalarma
kömək etmişlər, uşaq böyütmüşlər,dinsizlərin onları yollarından
azdırmasma
102
imkan verməmişlər. Hər hansı günah iş görəndə isə onu təkrar
etməməyə çalışmışlar. Onlar bu həyatda mənasız ömür
sürmədiklərinə əmin olmuşlar.Çox vaxt öz həyatlarını ləzzətə həsr
etməyib, bütün həyatlarını elmə sərf edənlər də rahat ölürlər.Yaxşı
ömür
sürənlər,başqalarının
qayğısına
qalanlar
ölümün
yaxınlaşdığını hiss edərkən qorxmurlar və onu sakit qarşılayırlar.Öz
həyatın maddi fıravanlığın axtarışına həsr edənlər,şan-şöhrət
və
ləzzət dalınca qaçanlar,Allahı
unudanlar,ona ibadət ctməyənlər,öz ruhlarını qayğısına qalmayanlar
xoşbəxt ola bilmirlər.Onların ətrafı boş olur,heç kəs onları həqiqi
məhəbbətlə scvmirlər.Onları qabaqda nə gözlədiyini düşünmək belə
qorxuludur.Ölüm ayağında olanda bu adamların gözlərinin qabağına
qorxulu görüntülər gəlir.Volter ölümündən qabaq çox əziyyət
çəkmişdir,o şikayətlənirdi ki, “Allah və adamlar məni atmışlar” və
Allaha müraciət edib “daha yarım il ömür istəmişdir” və bacardığı
hər işi edəcəyini vəd edirdi.Ölən Taleyran da dəhşətli mənzərə
görmüş və ağrıdan əzab çəkərək “Ey Allah, mən əzab çəkirəm”
demişdir.Bütün dinlər ölüm yaxınlaşanda Allahdan bağışlanmalarım
xahiş etməyi insanlara tövsiyyə etmişlər.İnsan uçurumun başına
çatanda Allahdan bağışlanmasını istəməklə ruhunu əzabdan
qurtanmş olur və onun taleyini yaxşılaşdırır.Dinlərdə deyilir ki,hər
birimiz axirət dünyasına keçərkən pis ruhlarla qarşılaşıb hesabat
verməli oluruq.Qorxulu görkəm almış şeytan günahkarı qorxuda
bilər və o tam ümüdsizliyə qapılmaqla tam şeytanın hakimiyyəti
altına düşmüş olur.Bu vaxt belə ölən günah işlədən Allahdan kömək
istəyə bilər,o unutmamalıdır ki,onun ruhunu taleyini pis ruhlar
yox,Allah müəyyən edir.Bəzi müqəddəs yazılarda deyilir ki,pis
ruhlar parlaq sifətə girməklə öləni inandıra bilərlər ki,hər şey yaxşı
olacaq və tövbə etməyin yeri yoxdur.Axirət dünyasını dərk edən hər
bir adamda sevinc hissi olur.Onların əksəriyyəti geri qayıtdıqdan
sonra özlərini təhlükəsiz hiss etmişlər və həyatlarında heç nə
dəyişməmişlər.Ancaq asan keçid hələ
103
Dostları ilə paylaş: |