bir görüş adamları daha da ciddiləşdirir.Kədər etiraz hissi yarada
bilər və insanda həmişə nəyi isə düzəltmək istəyi olur. Yaxın adam
öləndə siz ağlayırsınız,özünüzü köməksiz hiss cdirsiniz,günahkar
sayırsınız,heç bir kömək göstərmədiyinizə görə qəmlənirsiniz.Siz
təksiniz-bu sizin kədərinizin ən çətin tərəfidir. Kədərin ilk
mərhələsi-sarsıntı,hissiyyatsızlıqdır.İtkini dərk etmək belə mümkün
deyildir.Zəruri olan hər şey avtomatik edilir.Yuxu yoxdur,iştahanız
pozulub,hər şey mənasız görünür,ətrafınızda sanki bir boşluq
yaranıb.Ancaq əmin olun ki,rəhmətə gedən yaxınınız sizin bu qədər
kədərlənməyinizi istəmir. Çalışın onun ruhuna dua edəsiniz-bu həm
ona,həm də sizə lazımdır. Onunla axirət dünyasında görüşəcəyinizə
ümid edin. Vaxt keçəcək və emosional tarazlığınız tədricən bərpa
olunacaqdır. Bir-iki günü tam ölən adama həsr edin, onu gözünüzün
qabağında canlandırın, onunla söhbət cdin-bundan sonra
kədərlənsəniz də dua edin, ancaq gündəlik işinizə qayıdın, adamlarla
ünsiyyət yariaVJm,’ heç vaxt tənhalığa qapılmayın. Bəzən keçirilən
hissləri-
almaq kömək
edir.Yazmaqla siz olanları bir də yaşasanız da bununla belə
kədərinizi azaltmış olursunuz.Əvvəllər dünyasını dəyişən
doğmalarla
vidalaşmağın
özündə
dərin
bir
müdriklik
olmuşdur.Adamlar öz hisslərini gizlətmirdilər, ağlayırdılar, ölənin
cəsədi evdə saxlanılır,bütün gecəni onunla qalırdılar. Dəfndə iştirak
edənlər
müəyyən
mənada
bu
kədəri
yüngülləşdirməyə
çalışırdılar.Düzdür bu gün də dəfn mərasimləri keçirilir,ancaq
müasir həyat tərzi bu mərasimə də təsir edir.Cənazənin ətrafına
toplaşan qadınlar növbə ilə ağı deyirlər-hər yerin özünəməxsus adəti
var.Bəzi
yerlərdə
ağlaşma
vaxtı
qadınlar
növbə
ilə
“dif’deyirlənsağlarm adlarını çəkməklə onları ölənin ruhuna
yalvardırlar.Qarayazı
bölgəsinin
Ağləhlə
kəndində
dəfn
mərasimində qadınların ağlaşmasının öz qəribəliyi var.Burada sanki
bəhsə girirlər.Ancaq burada da həyatın təbii dəyişikliyi hiss
olunmaqdadır-“dir deyib ağlayan qadının mobil telefonuna zəng
gəlir-qadın qoynundan telefonu
503
tapıb çıxarana qədər mərasim iştirakçıları,rəhmətə gedən ölünün
ruhu bir “Yanıq Kərəmiyə” qulaq asır-zəng Moskva- dandır-qadın
telefon qulağında xeyli ağlayır,xəttin o başında olanın adını çəkib
onu ölənə yalvardır,oturan qadınlar da ona qoşulur-birdən qadın
hamıya”sakit durun” deyib telefonu diktafona qoyur-ölünü
Moskvadan ağlamağa başlayırlar...
Dünyasını dəyişən sizin üçün ölməyib,onun ruhu sizinlədir və
sizin haqqınızda düşünür.Ruh sizin lap yanınızdadır,o sizinlə
vidalaşmaq istəyir -hər biriniz dəfnlə bağlı bütün qaydalara riayət
edin.Rəhmətə gedənin paltarlarını evdə saxlamayın,onu məscidə
verin-bu paltarlar,ölənin şəxsi əşyaları da onunla birlikdə bu evi tərk
etməlidir.Bu biganəlik və ya eqoizm deyildir.Öləni unutmaq olmaz,
əksinə onu həmişə yaddaşınızda saxlayın.Qəbir üstə baş çəkməyi
unutmayın.Bəli 0 öldüiAncaq ölən o yox,onun bədənidino isə
yaşayır,o da bizim kimi yaşayır,sadəcə olaraq başqa varlıq şəklində
mövcuddur.O sizin yanınıza gəlir,sizə baxır.Onun halı yaxşıdır,siz
ağlayanda, ondan ötrü kədərlənəndə o bunu anlamır,bu hal onu
incidir.Onların yaşayış tərzi bizim həyatımızdan yaxşıdır.Əgər siz
onunla üz-üzə dayanıb danışa bilsəydiniz və ondan yenidən bədəninə
qayıtmağı xahiş etsəydiniz 0 heç vaxt buna razı olmazdı...Bax
belə,istədiyiniz qədər ağlayın...
Bütün dövrlərdə adamlar əbədi həyatı arzulamışlar,bu gün də
arzulayırlar.Çoxları bu vaxt elmə və elmi-texniki tərəqqiyə ümid
edirlər.Söhbət
cəsədin
çürüməsinin
qabağını
almaqdan
gedir-ehtimal edilir ki,bədəni -273 dərəcə dondurmaqla onun
çürüməsinin qabağını almaq olar və sonradan bu bədəni yenidən
diriltmək mümkün olar.İmkanh adamlar bədənlərini dondurmaqla
vaxtı 50-100 il uzatmaq istəyirlər-onlar güman edirlər ki,bu vaxta
qədər elm inkişaf edəcək və onların düçar olduqları xəstəlikləri
müalicə etməkdə aciz olan elm həmin vaxta qədər bu xəstəlikləri
müalicə etmək yolunu tapacaqlar və bununla da onların bədənlərini
diriltmək mümkün
504
olacaqdır.Ancaq bir çox nüfuzlu alimlər bu ümidlərin özünü
doğrultmayacağmı qətiyyətlə bildirsələr də adamlar hələ də ümid
edirlər.Bəşəriyyəti gələcəkdə gözləyən problemlərlə bağlı yapon
alimlərinin kollektiv məruzələrində deyilir ki,2020-ci ildə “ölməzlik
formulu" irəli sürüləcəkdir.Bəlkə də bu kitabı oxuyanlardan
kimlərsə əbədi olmasa da (axı təbiətdə əbədi heç nə yoxdur) ən azı
150-200 il yaçayacaqlar.Yəqin ki,onda insanlar real həyata daha çox
bağlanacaqlar-yaponlarm bu fikrini tənqid etmək fikrim yoxdur-hər
halda vaxt sınaqdan keçmək üçün əlverişlidir.
Ölüm haqqında elm-gənc elmdir,lakin o artıq canvermə prosesi
və ölümün özü ilə bağlı yeni anlayışları irəli sürmüşdür. Canvermə
vaxtı şəxsiyyətin hansısa hissəsi reallığın yeni şəraitinə keçir və
şüurlu olaraq mövcudluğunu davam ctdirir.İnsanın ruhu və bədəni
var.Yer şəraitində onlar birləşmişlər və bir yerdə yaşayırlar,onlar
ayrılmazdırlar. Bədənin ölümündən sonra ruh axirət dünyasında
yaşamağı davam etdirir.Ruh bədəndən kənarda olanda da Yer
şəraitində dolaşa bilər.Hal-hazırda bu fakt obyektiv elm tərəfindən
təsdiq olunmuşdur.Müxləlif ölkələrin elmi-tədqiqat institutları
ruhun bədəndən kənar həyal şəraitini öyrənirlər.Ruh bədənə maddi
həyatda yaşamaq üçün yox,öz fəaliyyəti üçün ehtiyac duyur : ruh
bədənsiz də yaşaya bilər.Başqa bir sual doğur : bədən ruhsuz yaşaya
bilərıni?Təbiətdə mövcudluğun hansısa aşağı səviyyəsi ruhsuz
mümkündür-- lakin şüurlu insan həyatı ruhsuz ola bilməz.Ölüm
vaxtı ölüm bədənə daxil olana qədər ruh onu tərk edir.Ruh çıxandan
sonra bədən hərəkətsiz olur və həyat əlamətlərini itirir,ancaq ruh
bədənə yenidən qayıdanda insan dirilir,bütün həyat funksiyaları
bərpa olunur.Hər halda ruh bədəni tərk etdikdən sonra müəyyən vaxt
ərzində bədən potensial yaşamaq imkanını saxlayır.Ölüm “an"
deyifkeçid prosesidir,müəyyən vaxt aparır və hansısa müddət
ərzində ruhun bədənə qayıtması və burada öz həyatını davam
etdirməsi mümkündür.Bədən və ruh ayrı-ayrı mövcud olan
müddətdə
505
ətraf aləmlə bədən yox,ruh əlaqə saxlayır və yaşayır.Əgər bədən və
ruh ayrı düşdükləri vaxt müxtəlif yerlərdə olmuşlarsa həyata qayıdan
adam
bədənin
yox,ruhunun
olduğu
şəraiti,onun
başına
gələnləri,ruhun şahid olduğu hadisələri təsvir edir.Bu vaxt ərzində
onun bədəni heç nə görmür,eşitmir və qavramır.Görünür beyin bu
vaxt işləməmiş, ən azı ətraf aləmlə heç bir əlaqəyə girməmiş və hətta
olan şeyləri belə qəbul edib qeydə almamışdır. Bədənin başına
gələnlər insanın yaddaşında heç bir iz qoymamışdır. Yaddaş
pozğunluğu da az olmuşdur - klinik ölümün davam etməsi vaxtına
uyğun yaddaşdan son hadisələr qismən pozula bilər - yaddaşda
ruhun başına gələnlər həkk olunur. Ruhun bədənə yenidən daxil
olması heç də həmişə alınmır-hansısa həyat əhəmiyyətli orqanın
dağılması ilə birləşməsi qeyri-mümkün olur. Reanimasiya cəhdi
adətən ilk dəqiqələrdə uğurlu olur-həyat funksiyası sönəndən sonra
bir iki dəqiqə keçmiş toxumaların struktur dağılması başlayır.
Düzdür daha uzun müddətdən sonra da ruhun bədənlə birləşməsi
faktları çoxdur. Müqəddəs kitablarda belə dirilmə ilə bağlı
məlumatlar verilir. Bu məsələlərə kitabda kifayət qədər yer vennəyə
cəhd etmişəm-gəldiyim əsas qənaət odur ki, müasir elm bədənin
ölümündən sonra həyatın davam etməsi faktı haqqında artıq
danışmağa başlamışdır. Bədənin ölümündən sonra ruh başqa
mövcudluq halına keçir və orada yaşamağa davam edir. Deməli bizə
məlum olan maddi aləmdən başqa digər reallıq da mövcuddur, biz
burada yaşadığımızdan əlimiz o dünyaya çatmır. Bu başqa aləmdə
də həyat var-lakin onun haqqında əlimizdə olan məlumatlar bir az
çoxdur. Bütün dinlər, böyük əql sahiblərini öyrədirlər ki, kainatda
insan əqlindən üstün olan ən əhatəli, geniş əql də mövcuddur. Biz
əmin olduq ki, ölüm iki dünyanı keçilməz sədlə ayırmır. Bu divarda
qapı var və bu qapı kip örtülməyib. Ölüm yalnız bir dünyadan
digərinə keçiddir. Biz bilirik ki, ölən adamın artıq “orada”
yaşayanların ruhları bizə baş çəkirlər. Son illər daha çox adamlar
axirət ilə bağlı şəxsi təcrübə əldə edirlər. Hər birimiz
506
üçün elmin bu sahədəki uğuru istənilən digər elmi-texniki
tərəqqidən qiymətlidir-daha çox adam axirət dünyasının varlığına
inanmağa başlamışdır. Əlbəttə, heç də hamı bu yeni kəşfləri dərk
etmir. Hətta elə də olmuşdur ki, bu cür söhbətlər edənləri, öz başına
gələn hadisələri danışanları məcburən psixatrik yoxlamadan
keçirmişlər. Lakin yaşadıqları həyacanı, keçirdikləri hissləri onlar
heç vaxt unutmurlar. Ölümün yeni tərzdə anlaşılması adamların
xarakterini və həyat tərzini dəyişdimaişdir. “Bu mənim həyatımda
böyük hadisə idi”. “Mən həyatımda nə etmişəm? Bundan sonra
başqa cür yaşamalıyam”, insanlar biləndə ki,axirət dünyasında həyat
davam edir, onda ölümdən daha qorxmurlar. Kiçik həyacanlar yox
olur, həyat ciddiləşir, də/vhləşir,mənən yetkinləşir, həyat enerjisi,
yaşamaq istəyi güclənir. İnsanların gördükləri İşıq adamların
həyatına daxil olub onları dəyişdirir. O maddinin mənəvi üzərində
hökmranlıq etdiyi vaxt gəlmişdir. Adama elə gəlir ki, ruh küncə
sıxışdınhb və bizim planetdə şər zəfər çalıb. Belə bir məqamda elm
də qəflətən özündə cəsarət tapıb bəyan etdi ki, bütün maddi olanlar
müvəqqətidir, mənəvi, ruhi olanlar isə əbədidir. Həmişə olduğu kimi
indi də hər birimizə seçim etmək imkanı verilmişdir. Bəli bu gün
həyat və ölüm haqqında, yaranmışlar və yaradan haqqında. Tanrının
hər birimizin daxilində olması haqqında ideyası dirçəlişi baş verir.
Deyəsən insan cəmiyyətinin həyatında yeni dövrə qədəm qoymuşuq.
Bu gün əlimizdə olan faktları ümumiləşdirərək belə nəticəyə
gəlmək ola.i- ki, bütün bunlar ya qəddarcasına olan yalandır, ya da
axirət dünyasını real olmasına sübutdur. Çox vaxt təsdiq, sübut
praktikadan götürülür. Əlbəttə biz əlimizdə olan faktlara biganə
yanaşıb onun elmi sübutu olmadığını bəhanə edərək onu təhlil
etmədən kənara da ata bilərik, onu əhəmiyyəti olmayan hadisələr
siyahısına salmaq da mümkündür. Ancaq bu hadisəni yaşayanlar,
onun şahidi olanlar üçün o həmişə əhəmiyyət kəsb edəcəkdir, ikinci
dünya müharibəsi vaxtı kəşfiyyatçı zabit olmuş, aktyor Maykl
Bentayn həm də ekstrasensdir - o axirət
507
dünyasından aldığı xəbərlər haqqında məlumat verir. Bundan başqa
o 1980-ci ildə İranda olan amerikalı əsirlərin azad olmasını
əvvəlcədən xəbər vennişdir. Bentayn yazır ki, çoxsaylı şəxsi
təcrübəsi ölümdən sonra həyatın davam etməsini sübut edir - bütün
bunları elmi nöqteyi - nəzərdən qəbul etmək də çətin deyildir -
sadəcə olaraq bütün bunları qəbul etmək istəyi olmalıdır. “ Hər şey
olduqca sadədir. Enerjini məvh etmək olmaz - bu elmi faktdır -
burada çətin heç nə yoxdur ”. Bu əminliyin əksinə olan mənəvi, ruhi
məsələlər haqqında heç bir təsəvvürü yoxdur - bu məsələ insan yaşa
dolduqca onun üçün olduqca mühüm əhəmiyyət kəsb edir - bir çox
alimlər bu məsələ ilə bağlı ciddi söhbətdən qaçmağa üstünlük
verirlər. Məsələ onda deyil ki, fövqəltəbii dünyanın qəribəlikləri ilə
tanışlıq bizdə hər şeyə inam yaradacaqdır. Məsələ belə deyildir -
bəzən adamlar arzuladıqlarını gerçəklik kimi qəbul etmişlər. Əgər
diqqətlə bax.saq istənilən qeyri - adi hadisədə müəyyən fantastik
şərhi aşkar etmək olar.
Mediumlar tərəfindən qəbul olunan xəbərlər ölümdən sonra
həyatın davam etdiyini sübut edir. Ancaq digər ehtimallar da vardır,
onları ilk növbədə aradan qaldırmaq vacibdir. Mediumlar arasında
da yalançılar var, həm də onlar heç də həmişə bunu şüurlu etmirlər.
Çox vaxt onlar jestlərin dilini incəliyinə kimi bilir, psixologiyadan
baş çıxarırlar. Mediumlar öz şəxsi hələ lazımınca istifadəsini
tapmayan şüurlarından gələn siqnalların intutiv olaraq qəbul edə
bilirlər və soma səhv olaraq belə hesab edirlər ki, bu məlumatlar
xarici mənbələrdən gəlir - məsələn,bunları axirət dünyasındakı
ruhların verdiyini elan edirlər. Ancaq məsələ heç də həmişə bunda
deyildir - düzdür skeptiklər belə hesab edirlər ki, məsələ həmişə
bundadır. Mediumlar öz inamlarından, əminliklərindən çıxış edərək
öz vərdişlərini izah edirlər - bir çox alimlər də fövqəltəbii hadisələri
qəbul etmirlər, çünki bu onların dünyasını mənzərəsi ilə bağlı
təsəvvürlərinə uyğun gəlmir. Sözün həqiqi mənasında istedadlı
mediumlar azdırlar. Ancaq
508
elə hadisələr də vardır ki, onda biz məlumatları elə mənbələrdən
alırıq ki, bu mümkün olan haqqında təsəvvürlərimizdən kənardan
gəlir. Bu o deməkdir ki,bacarıqlı mediumlar səma ilə əlaqə yarada
bilir? Bu məsələ ilə bağlı ümumi fikir söyləməkdə hələlik çətinlik
çəkirik.Bəziləri bu suala birmənalı “hə” cavabı verir,digərləri isə
buna şübhə ilə yanaşırlar. Ölülərin səsi olmur,ancaq belə hesab
edirlər ki, onların əsli var və ona görə də onların maddi aləmlə
əlaqəsi mümkündür.Axirət dünyası ilə əlaqə ya mediumlar vasitəsi
ilə,ya da birdən,hissiyatlı adamların özləri tərəfindən həyata
keçirilir.Axirət dünyası,ruh haqqında fikirlər yalnız təəssüratlara
söykənə bilməz. Fövqəltəbii olanları yoxlamaq çətindir,ancaq
inanmaq İstərdik ki,bu tezliklə mümkün olacaqdır. Bəşər tarixində
inanılmaz olanlar sonradan hamının qavradığı adi hadisəyə
çevrilmişdir- bu fikri təsdiq edən kifayət qədər məlumatlar
vardır.İnsanlarda ölümdən sonrakı həyatla bağlı inadkarlıqla deyilən
fikirlər daha çoxdur-bunun reallığına inanmaq istəyənlər də az
deyildirlər.Biz hamımız çox yaşamaq,bu həyatdan sonra da yaşamaq
istəyirik,ona görə də belə əhval-ruhiyyə ilə məsələyə soyuqqanlı
yanaşa bilmirik.Nə üçün biz şübhə etməkdə və inanmaqda çətinlik
çəkirik?Kimsə deyə bilər ki, bu müdafıyə mexanizmidir.Biz
fikirləşmək istəmirik ki,nə vaxtsa yaşamağımız başa çatacaqdır.Bəs
çaşqınlığa inanmağın nə mənası var?Bizim dünyanın böyük
hissəsi-gözəl arxitekturadan dinə qədər,incəsənət əsərlərindən qanlı
müharibələrə qədər-ona əsaslanır.Əgər biz sadəcə olaraq təkamülə
uğrayan maşınıqsa- bülün bu yalanlar kimə lazımdırVMümkün olan
ikinci variant:bəlkə biz doğrudan da bədən yox,həm də ölməz
ruhdan təşkil olunmuşuq-hər birimiz bunu intuitiv olaraq hiss
edirik.Əgər reinkamasiya həqiqətdirsə-yalnız onda bu həyatda
dözdüklərimiz əzablara görə peşiman olmaq lazım gəlmir- deməli
biz dəfələrlə artıq səmada olmuşuq.Bəlkə də buna görə bizdə olan
inam bu qədər güclüdür?Ona görə ki,biz bilirik ki,bunlar
doğrudur?Bəlkə buna görə intuitiv olaraq hiss edirik
509
ki, əbədi yaşayacağıq?Ruhun əbədi olması haqqında inandırıcı
hadisələr çox olmuşdur.Ancaq bununla belə insan əqlinin gücünü də
unutmaq lazım deyil-bu əql çox şeyə qadirdir.Bəlkə də biz həmişə
əqlin gördüklərini və intuitiv ali biliyin harada olduğunu anlamağa
can atacağıq.Elm bəyan edir ki,bütün realhq-əqlin məhsuludur.Bəlkə
də ölümdən sonra da bu baş verir-əql yeni reallıq yaradır,biz bütün
diqqətimizi onun üzərində cəmləşdiririk,bura və indiyə diqqət
yetirmirik.Əgər bütün bunlar illyuziyadırsa biz ona da hazır olmalı
və vaxtımızın gəlməsini gözləməliyik.Əgər səma ilə bağlı arzularla
yaşayırıqsa onda istədiyimiz nədir?Əgər inadkarlıqla onların
olmadığını bildiririksə onda nə qazanırıq?Əgər axirət dünyasının
varlığım inkar edib bu gümanları qəbul etmiriksə onda bu cür
yaşamaq bizə nə verəcəkdir?Şübhəsiz ki,bu məsələ ilə bağlı konkret
fikir söyləməzdən əvvəl özümüzün danışılan məsələ haqqında
biliklərimizə nəzər salmağımız daha yaxşı olardı.
Bəlkə də çoxlarınız deyilən fikirləri qəbul etməyəcəksiniz, orada
olan ziddiyyətli baxışlar sizi çaşdıracaq-hətta buradakı bir çox
fikirlərin ateist ruhda olduğunu deyənlər də tapılacaqdır.Yəqin
ki,kimlərsə burada özü üçün maraqlı olan fikirlər tapacaqdır.Ən azı
axirət dünyası,ölüm,ölməzlik,nıh kimi əbədi problemlə bağlı sizin öz
baxışlarınız forma- laşacaqdır.Insan üçün həqiqəti ağıllı varlıq kimi
özünü dərk etməkdən vacib heç nə yoxdur.İnsan Məbədə gedən yolu
tapmalıdır,ancaq
çaşqınlıq
yox,həqiqət
məbədinə
tərəf
getməlidir.Həqiqəti isə axtarmaq asan məsələ deyildir-burada yalnız
əql kömək edə bilər;hər kəs hara getdiyini bilməlidir.Heç vaxt
kor-koranə getməyin,başmızı qaldırıb şux yerişlə irəliləməyə
çahşın-haray salan istəyinizə qarşı biganə olmaym.Əql ürəklə
hannoniyada olanda daha böyük uğurlara imza atmaq mümkündür.
01üm,ölməzlik,əbədi həyat məsələləri lap çoxdan məni narahat
edirdi.Lakin bu məsələ ilə bağlı fikirlərimi kağıza
510
köçürməyə cəsarət elmirdi m. Hər şeyi İctimai televiziyanın
“Ovqat”verlişi dəyişdi.İstedadlı jurnalist,mənəvi dəyərlərin layiqli
təbliğatçısı Səyyarə xanım Səyyafın İslam Universitetinin rektoru
Hacı Sabirlə apardığı dialoq, verlişdə qoyulan məsələlər vaxt
azlığından bir çox məsələrin tam izah olunmaması məni də bu
məsələ ilə bağlı söz deməyə təhrik etdi. İnanıram ki,nə vaxtsa Hacı
Sabirlə birlikdə Səyyarə xanımın qonağı olub bu məsələlərlə bağlı
ətraflı fikir mübadiləsi aparacağıq.İnsan fikirləşdiklərini dildə ifadə
etməkdə, dediklərini yazıya köçürməkdə çətinlik çəkir -əminəm ki.
Səyyarə xanımın qonağı olanda deyəcəklərim yazdıqlarımdan çox
olacaqdır.
Vaxtilə Leonardo da Vinçi keçirdiyi zəngin və məhsuldar həyata
yekun vurub dcmişdir:”Mən elə fikirləşirdim ki, yaşayıram, ancaq
mən ölməyə hazırlaşmışam”.Həyatımda bu yaxınlarda keçirdiyim
depresiyanı, həyatın məni sınağa çəkmək üçün üzləşdirdiyi
çətinlikləri, vaxtilə buraxdığım səhvlərə görə yaşadığım böhranı
xatırlayıb bu cümləni yazdığım an mənə gələn bir zəng həyatımda
kəskin dəyişiklik etdi:indi Leonardonun fikrini belə ifadə edərdim;
”Mən fikirləşirdim ki, mən ölürəm, ancaq mən hələ indi yaşamağa
başlayıram”.
MUNDƏRICAT
ON SOZ ....................................................................................... 3
ÖLÜM MÖHTƏŞƏM BİR YALANDIR ................................ 65
İNSAN HƏYATININ ÖLÜMQABAĞI DURUMU ............. 140
ÖLÜM ANI YAŞANANLAR —
İZAH OLUNMASI ÇƏTİN OLAN MÖCÜZƏDİR ........... 230
ÖLÜMDƏN SONRAKI HƏYAT .......................................... 334
NƏTİCƏ .................................................................................. 486
Çapa imzalanmışdır: 26.11.2009.
Kağız formatı 60x84'/le-
Çap vərəqi 30. Sifariş 135.
Qiyməti müqavilə ilə.
Dostları ilə paylaş: |