uyğun olaraq quşa və heyvana keçirdi. Məsələn, hələ son vaxtlara
qədər hindli tayfası olan tlaskalanlar belə güman edirdilər ki,
xeyirxah adamlar, ruhlar gözəl oxuyan quşlara keçir,kasıbların
ruhlan isə milçəyə,böcəyə və bu kimi canlılara keçir. Bəzən ruhun
keçəcəyi obyekt onun var - dövlətindən yox, qocalığından asılı
olurdu. Hindli tayfası olan insanlara görə qoçaq döyüşçünün ruhu
gözəl quşa keçir və o dadlı meyvələr yeyirdi. Qorxaqların ruhu isə
sürünənlərə keçirdi. Bu cür baxış digər Amerika tayfalarında və bəzi
Afrika tayfalarında olmuşdur.
Qeyd
etdiyimiz
kimi
bəzi
ölənin
ruhu
bitkilərə
keçirdi.Koreyalıların baxışlarına görə taun xəstəliyindən və ya yolda
ölənlərin,doğuş vaxtı ölən qadınların ruhları ağaclarda özlərinə
sığınacaq tapırdılar. Bu ruhlara donuz əti,un məmulatları və şərab
gətirirdilər. Bütün gətirilən nümunələrdə ölən adamın ruhunun
keçməsi sərbəst olur, necə deyərlər hara keçmək lazım olduğun ruh
özü müəyyənləşdirir.Ancaq elələri də olur ki, ruhu özbaşına
buraxmır,ona rəhbərlik edir,onu öz marağına uyğun olaraq
istiqamətləndirir.Hindli tayfası olan takullilərdə (Şimali Amerika)
hələ XIX əsrin sonuna qədər cadugar can verən və ya artıq ölmüş
adamın sinəsinin üstünə əllərini qoyaraq onun ruhunu heyvanın
bədəninə “keçirirdi”.Daha sonra əllərini qohumların başına sürtür və
üfürürdü.Bu yolla ölənin ilk varisinin doğulmasını canlandırır,ona
ictimai status verir- di.Əksər miflərdə ruhun insandan insana və ya
heyvana keçməsi ilə bağlı taleyüklü məsələ iki - üç nəsil izlənilir.Ən
əsası isə ruhun son taleyi naməlum qalırdı.bu proses əbədi olaraq
davam edir,yoxsa hardasa dayanır və ruh ölür.Görünür bu miflərin
və dini inamların yaradıcıları bu məsələ ətrafında ətraflı
düşünmüşlər.Ruhun bədəndən bədənə keçməsi ideyası daha çox
inkişafını Hindistanın dini ideyalarında:inkarnasiya haqqında
brahmanizm, buddizm və hinduizm təlivlərində tapmışdır. Ancaq bu
təlim birdən yaranmamışdır. Ilk əvvəl Hindistan yarımadasının
sakinləri inanırdılar ki, adam bir həyat
481
yaşayır və o əcdadlarının ölkəsinə köçməklə başa çatır. Sonralar o
ruhun başqa forma alması ilə zənginləşdirildi. Brahmanizmə görə,
insan öləndən sonra onun ruhu başqa maddi bədənə keçir. Bu ruhun
hara keçməsi adamların bu həyatdakı davranışından asılıdır.
Cəmiyyətdəki qaydalara əməl edənin ruhu başqa adama keçir -
qaydaları pozanların ruhu isə heyvana keçir. Brahmanlar həm də
günah kateqoriyası da müəyyən etmişdirlər, bunun əsasında insan
əvəz alırdı; hər hansı fikir günahına görə adamların cəmiyyətdəki
ictimai mövqeyi aşağı salınmır, gözlə olan günaha görə adamın ruhu
heyvana keçirdi,əməldə olan günahın müqabilində o cansız
predmetə çevrilirdi. Yenidən dağılma ideyasının gücə minməsi və
milyonların inamına çevrilməsi üçün minifəlsəfı əsas verir- dilər.bu
hər bir adamın əməllərinə uyğun müəyyənləşdirilirdi - yaxşı qul və
ya hər hansı heyvan kimi dağılmasına səbəb olurdu. Budda təlimi də
ruhun bədəndən bədənə keçməsi ideyasını qəbul etmişdir. Ruhun
keçməsini onlar okeana bənzədirdilər. Bir - birinin ardınca sahilə
çırpılan dalğa, onların fikrincə doğuma işarə idi - bu vaxt sahildə
yaranan köpük bədənə keçən ruh kimi qəbul edilirdi.
Buddizmin şimal qanadı olan lamaizmdə ruha münasibətin
necə olmasını “Tibetlilərin olü kitabında” tanış olmaq mümkündür.
Onların fikrincə məhşəri keçə bilən ruh cənnətə yola düşmür, o
yenidən dünyaya gəlmək yolu tutur. Ruh dünyaya gəlmək üçün hər
hansı qadını seçməkdə azaddır - o hansı bədənlə yenidən dünyaya
gəlmsini də özü müəyyən edir. Qautama Budda bir neçə dəfə
doğulmuşdur. 549-cu ildə sonuncudan əvvəl yenidən doğulmuşdur -
səma Allahının bədənində dünyaya gəlmişdir. Allahlar ona təklif
etmişdirlər ki, 0 yüksək cənnətə nirvanaya keçsin - ancaq Qautama
insanlar kömək etmək üçün yenidən insan bədənində doğulmağı
qərara aldı. Qautama harada və kimin bədənində doğulmağı düşündü
və dünyanın mərkəzi hesab olunan Hindistanın şimalını seçdi: o
yuxarıdan hansı qadından doğulacağını müşahidə etməyə
482
başladı - yerdə hakimin arvadının bədənini seçdi. Qeyri adi
gözəlliyinə görə onu Mayya (hüsnkar) adlandırırdılar. Ancaq özünə
ata seçmədi, belə qərara aldı ki, özü öz atası olsun. Bir dəfə Mayya
bağda ağacın altında yatanda o qadının bədəninə girdi - sol tərəfdən
ağ fıl formasında daxil oldu - Mayya hamilə oldu və vaxtında uşaq
dünyaya gəldi. Əgər buddizmin əsas hissəsində ruhun bədəndən
bədənə keçməsi heç nə ilə əsaslandırılmırsa - buna sadəcə olaraq
inanmaq lazımdır - lamaizmdə bu keçməni sübut edən xeyli dəlillər
gətirilir.
Ruhun bədəndən bədənə keçməsi haqqında təsəvvürlər yalnız
bütpərəstlərdə yox, həm də monoteist dinlərdə olmuşdur. Talmutun
bəzi traktatlarında ruhun bədəndən bədənə keçməsi bəyan edilir.
Yəhudilərə görə - “gil - qul” təlimi - Adəmin ruhu Davidə keçib,
sonra o yəhudi xalqının xilaskarı olacaq məsihaya keçəcəkdir.
Talmudda bildirilir ki, ölən adamın ruhu yalnız insana keçmir, həm
də heyvana, quşa, sürünənlərə keçə bilər. Yəhudiyə təmiz olmayan
yemək verənin ruhu yarpağa keçir, külək onu müxtəlif tərəflərə
qovur - bu yəhudilərə hörmət tələb edən inamdır. Bu gün yəhudi
ilahiyyatçıları Talmuudda olan ruhun bədəndən bədənə keçməsi
ideyasını təkrar etmir və şərh etmirlər. Xristianlıq ilkin dövrlərdə
ruhun bədəndən bədənə keçməsi ideyasını nəinki qəbul etmir, əksinə
bununla mübarizə aparırdılar. Lakin sonradan ilahiyyatçı filosof
Origenin təlimi ilə bu məsələ xılstianlığa gətirildi. Lakin kilsə
Origenə qarşı kəskin mövqedə dayanmış və 553-cü ildə Origen və
tərəfdərları kilsə tərəfindən lənətlənmişdir. Manilikdən ruhun
bədəndən bədənə keçməsi ideyası qəbul olundu. Maninin təliminə
görə günahı olanın ruhu heyvana keçir. Onlar ruhun bitkiyə
keçməsinə də inanırdılar. Xristian kilsəsi bu təlimi yeretik elan
etmişdir.
Ruhun bədəndən bədənə keçməsi ideyası vaxtaşırı təkcə din
xadimlərinin yox, həm də dövlət xadimlərinin diqqətini cəlb edir.
XX əsrin 20-40- cı illərinə alhıan dövlətinin başçısı Adolf Şiklqruber
(Hitler) mistik təlimlərin təsiri altında okkulist
483
Dostları ilə paylaş: |