dəyişikliyi baş verir: keçmişin acılı, pis tərəfləri az-az xatırlanır,
gələcək daha sakitliklə, rahatçılıqla qəbul olunur,ajiotaj yox olur,
adam indi və burada olmağına qeyri-adi yanaşmağa başlayır. Adi,
bayağı hesab olunan və həyat əhəmiyyətli hadisələrə münasibət
kəskin şəkildə dəyişir. İnsanlar ətrafdaki gündəlik predmetlərdə yeni
məna və gözəllik aşkar edirlər. Gözəl və adi arasındakı sərhəd yox
olur. Əvvəllər böyük inadkarliqla can atılan, onun üçün kifayət
qədər enerji və vaxt sərf olunan dəyərlər artıq çox da əhəmiyyət kəsb
etmir. Hakimiyyətə can atmağa, var-dövlət hərisliyinə artıq uşaqlıq,
şıltaqlıq kimi baxırlar və mənəvi korluq əlaməti kimi qəbul olunur.
Ən dərin müdriklik məişət sadəliyində aşkar olunur. Real olmayan
ambisiyaların azalması barişqanlıq bacarığının artması ilə müşayiət
olunur. Klinik ölüm təcrübəsini tam və yaxşı mənimsəyənlərdə
yaranan digər dəyişiklik onlarda fəlsəfəyə, dinə və mistikaya
maraqlarının artmasında özünü göstərir. Yeni mənəvi hisslər adətən
kosmik və ya panteistik xarakter daşımağa başlayır. Fərd insan
həyatındakı çoxlu yeni mənəvi dəyişiklikləri gömıək bacarığı
qazanır, reallıqdaki gündəlik hadisələrin arxasındakı mənəvi
yaradıcı qüvvənin olmasını hiss edir. Çoxlarında Şərq və ya qədim
dinlərə və fəlsəsəyə güclü maraq yaranır. Bəzilərində bu maraq
təmiz intellektual forma alır, digərlərində- mənəvi praktika ilə
sistematik məşğul olmağa dərin meyllə bağlanır. Ayrı-ayrı adamlar
müqəddəs yazılarda və digər sarkal mətnlərdə istifadə olunan
universal dini simvolları və metaforları, o cümlədən müəyyən
mürəkkəb esseni başa düşməkdə özlərində yeni bacarıq hiss edirlər.
Əgər ölüm və həyata qayıtmaq həyacanı kosmik vəhdət həyacanı ilə
müşaiət olunursa onda adamlar adətən özlərini və dünyanı ilahi
oyunda iştirak edən mənəvi enerji kimi, gündəlik reallığı isə öz
əsasında müqəddəs olan kimi qəbul etməyə başlayırlar.
Bəşər sivilizasiyasının başlanğıcında yaranan ölüm, özməzlik, ruh,
axirət dünyası haqqında baxışlar bizim günlərə
488
qədər yaşamışdır: insanlar məhz bu baxışlarla XXI əsrə daxil
olmuşlar. Ruh haqqında baxışların köməyi ilə insanların (o cümlədən
heyvanların və bitkilərin) nə üçün yaşadığını aydınlaşdırmaq
mümkün ölmüşdür. Bu cür izah on min illər ərzində insanları qane
etmişdir. İbtidai insanların əbədi həyat haqqında ideyasım
əsaslandırmaq üçün ruh haqqında baxışlar lap yerinə düşürdü: bəli
bədən ölür, bu aydındır, axı nə isə qalır. Adamlar ölümün hər şeyin
sona çatması kimi qəbul etmək fikri ilə razılaşmırlar. Bəlkə də buna
görə bu məsələlər dünyanın demək olar ki, bütün xalqlarının dinində
və mifalogiyasında öz əksini tapmışdır. Eyni zamanda hələ qədim
dövrlərdə əbədi həyat ideyasına şübhə ilə yanaşanlar və hətta onu
rədd edənlər də olmuşdur. Qədim Misir əbədi abidəsi hesab olunan “
Afristin mahnısında” naməlum müəllif yazir: Qədim dövrlərdən üzü
bəri bədən yox olur və hər şey keçir. Hökmdarlar öz piramidalarında
uyuyurlar, mumiyalar və ruhlar öz qəbirlərində dəfn olunublar.
Onların başına nə gəlir? Heç kəs oradan qayıtmayıb, orada nələr baş
verdiyini danışan yoxdur! Oranın narahatlığı ilə yaşamaq lazım
deyildir. Normal həyatı burada yaşamaq lazımdır, ölüm günü gələnə
qədər yaxşı anlar yaşa: kimin ürəyi döyünmürsə o heç nə eşitmir,
şikayət, göz yaşları heç kəsi qəbirdən xilas etmir. Yaxşı, şən və
sevincli günlər yaşa, heç kəs özü ilə ora heç nə apannır. Gedənlərdən
heç biri hələ qayıtmayıb. Məhz bu mifik eposda o dövrün dini
baxışlarına zidd olan baxışlar səslənir - bu mədəniyyət tarixində ilk
mövcud ideyalara qarşı çıxan baxış olmuşdur. Bu əks ideya sadəlöhv
fonnada olsa da ən əsası qəbirdə olacaq xoş anları gözləməkdənsə bu
həyatda sevinməyə çağırış eşidilir, “sükut dünyasına” səyahətə
gündəlik hazırlıqdansa müəllif həyatın real dəyərlərinə diqqət yetirir.
Bizə gəlib çatan digər yeretik qədim Misir əsərində-“Rəhmətə gedən
hökmdar Antexanın evindən arfalı müğənninin mahnısı” - deyilir ki,
“hələ heç kəs ordan qatıtmamışdır və ölülərin nə istədiklərini
deməmişdir.” Şərqşünaslar bir mənalı qeyd edirlər ki, qədim
489
şərq adamında Yer həyatına meyl güclü olmuşdur və onlar ölümü
mənfi hadisə kimi qəbul edirlər. “Təəssüflənən adamın söhbəti”
əsərində yaşamağı bacarmayanlar üçün dinin təsəlliverici
illyuziyaları tənqid olunur. İnsanda dini baxışların və həyatın
başlanğıcının ziddiyətliyi bu əsərin əsas məzmununu təşkil edir.
Babilistan ədəbi abidələrində də ölüm, axirət dünyası ilə bağlı
fikirlər vardır.”Ağanın öz qulu ilə söhbəti”ndə qul deyir ki, Allaha
qurban vermək səfehlikdir, Allahın bu qurbanlar hesabına insanlara
kömək edəcəyini düşünmək avamlıqdır. Axirət dünyasına inananlar
yaxşı olar ki, təpənin üstünə qalxıb şəhərin xarabalıqlarını seyr etsin,
orada olan böyük və balaca kəllələri seyr etsin, xeyir və şər
hökmdarlarını seçsin. Bu mümkün deyildir, ölüm onları
bərabərləşdirmişdir.
“Axirət
dünyası
ruh
haqqında materialist baxışların
inkişaf
etdirilməsində Demokrit, Epikür, Lukretsi Karın təlimləri böyük rol
oynamışdır. Bu təlimlərə görə ruh atomlardan təşkil olunmuşdur və
insanın ölümündən sonra bu atomlar parçalanır. Epikür sübut edir ki,
insanın ölümlə heç bir əlaqəsi yoxdur. Belə ki, biz mövcud olanda
ölüm yoxdur, ölüm gələndə isə biz artıq olmuruq. Beləliklə ölümün
nə yaşayanlarla, nə da ölənlərlə əlaqəsi yoxdur.” Qədim dövrlərdə
əbədi həyat və ruh probleminə materialist baxış XX əsrdə elmi əsas
kəşb etdi. Bu problemlə bağlı elmi və dini toqquşma daha da
kəskinləşmişdir. Son vaxtlar ilahiyyatçı alimlər belə bir fikir
söyləyirlər ki, müasir elm real obyekt kimi ruhu öyrənməyə
yaxınlaşır, eyni zamanda onun bədənlə əlaqəsini araşdırmağa
başlamışdır. Dünyanın müxtəlif xalqlarının ruh və axirət dünyası
haqqında mifoloji və dini baxışları ilə tanış olduqda müəyyən
çaşqınlıq yaranır. Maraqlıdır ki, heç də bütün dinlər ruhun əbədi
olmasını, axirət dünyasının varlığını birmənalı şəkildə qəbul
etmirlər. Həm də heç də bütün dinlər insanda yalnız bir ruhun olması
ilə kifayətlənmirlər - bəziləri insanda bir neçə ruhun varlığından
danışırlar. İnsan öləndən sonra
490
Dostları ilə paylaş: |