Ruh yalnız ölümqabağı bədəni tərk etmir - mistik səyahət
zamanı ruhun bədəni tərk etməsi haqqında çox danışılır. Müasir elm
də yoqaların bu təcrübəsini öyrənməyə çalışır. Ruhu bədəndən
müəyyən metodlardan istifadə etməklə çıxarmaq olar. Bu hadisədə
fizioloji amilin
olması
şübhəsizdir. Əks halda qorxu və ya çılğın sevinc vaxtı ani ölümü hər
hansı cuzi səbəbdən olan qəflətən ölumu nə ilə izah etmək olar?
Əlbətdə
bədən
bu
və
ya
digər
fiziki
səbəbdən
toxumalarda və orqanlarda olan
patoloji
dəyişiklikdən ölə bilər. Lakin həm də elə psixoloji amillər var ki,
onun fəaliyyəti ruhun bədəndən çixmasina və həyat funksiyalarinin
dayanmasina gətirib çixarir. Bu amil insan anadan olandan gizli
halda onunla yaşayır və hər hansi psixoloji təsir nəticəsində fəallaşır.
Ruh bədəndən arzunun təsiri altında güclü emosiya, neyrokimyəvi
proseslər nəticəsində, bəzən fiziki ölümün yaxınlaşması və ya onu
hiss etməklə ayrila bilər. “Ölümü çağırma-gələr” deyimində bir
həqiqət var. Psixikaya olan xarici təsiri də yaddan çıxarmaq olmaz.
Görünür bu amil qoca adamlarda daha hissiyatli olur,istənilən
böhranlı vəziyyətdə “işə düşür”. Qocalar cavanlara nisbətən xəstəliyi
və stresi ağır keçirirlər. Yer üzərində bildiyimiz həyat kimi ölüm də
mənasiz görünə bilər. Uşaq doğulur, onu tərbiyə edirlər, o isə bu
həyatda bir iş görməmiş ölür. Köməksiz qoca yaşayır, cavan isə yox.
Gəlin kəbin kəsiləndən dərhal sora ölür. Əsgər müharibədən
qayidandamaşinin altina düşüb həlak olur. Yalniz o vaxt bunların
mənası olur ki, bədənin ölümü şəxsiyyətin sonu olmur. Əsgərin
ölümü mənasiz və ədalətsiz ola bilər.Müharibədə hər cür
çətinliklərlə üzləşir, sevincsiz və çətin günlər yaşamışdir, yuxusuz
soyuq və nəmli torpaq, aclıq, yorğunluq, komandirlərin qışqırığı -
bütün bunları əsgər yaşamışdir. Əlbətdə yaxşı işlər də olmuşdur.
Yoldaşları ilə möhkəm dostluq, özü haqqinda fikirləşmədən axır
tikəsini belə yoldaşları ilə
497
bölüşdürmüşdür, həyatım təhlükə altinda qoyub, yaralıları alovun
içərisindən çıxarmışdır. Artıq müharibə qurtarmışdır,o əldən gedən
günləri qaytannağı- öz zövqü ilə yaşayıb həyatdan ləzzət almağı
planlaşdirir. Cavan, sevimli arvadının yanına tələsir, lakin... kənddə
tək qalıb qəm-qüssə içində yaşayan qadınlar çoxdur. Digər ləzzətli
əyləncələr də var, o isə hələ cavandır və uzun müharibə illərindən
sonra həyatdan zövq almağı planlaşdırır. Onu nə gözləyir? Həyatı
necə olacaq? Sevinclə və ümidlə vağzaldan evə doğru addımlayır və
birdən maşının altına düşür və ölür. Ölümqabağı xəstəlik yox idi.
Belə həyat, belə tale, belə ölüm- bunlar nəyə lazimdir? Hər şeyi bilən
Allahdır, o insanlara ölüm göndərir-həm də həmin adam üçün
əlverişli olanda bunu edir- çox vaxt bizlər bunu düzgün
qiymətləndirə bilmirik.
Yerdə insan üçün həyat ruhun formalaşması və onun əbədi
həyata gedən yolunu tapmaq üçün zəruridir. Bu bizim çaşıb
qaldığımız suala cavab verir və möminlərin tez ölməsini, günahi
olan adamın uzun ömürlü olmasını izah edir-Allah günahı olanlara
vaxt verir ki, onlar başa düşüb öz yollarini dəyişsinlər; eyni zamanda
bizim üçün məqsədsiz və lazımsız görünən elmlərlə qaranliq qalan
məsələlərə aydınlıq gətirir. Vacib olan bizdəki qabiliyyət və bacarıq
yox, ondan necə istifadə etməyimizdir. Unutmayın ki, fiziki ölümün
baş verməsinin daxili vaxt və zamani vardir. Ölümün öz daxili
səbəbləri vardır; xarici amillər- xəstəliklər və bədbəxt
hadisələr-insanı ölümə o vaxt aparır ki, artıq sonrakı yaşayışın ruh
üçün mənası olmur. Bizim həyat və ölüm vaxtımız Allahın əlindədir.
Ölüm saatı çox vaxt insanin mənəvi missiyasi ilə bagiı olur. Mömin
adam bəzən ölmək istəyir, bunun üçün Allaha dua edib yalvarır,
ancaq Allah onu bundan sonra da yaşada bilər. Bəziləri fikirləşir ki,
əgər ölüm haqqinda düşünmək xeyirlidirsə, bəs onda Allah niyə
ölümü əvvəlcədən görməyimizə imkan
498
vermir. Müqəddəs kitablarda yazılır ki, bu da bizim xilasımız üçün
olduqca vacibdir. “Əgər insan əvvəlcədən ölümü bilsə onda
qarışıq,qanunsuz həyat keçirər və sona yaxın tövbə etməklə işini
bitmiş hesab edər. Uzun müddətli günaha vərdiş etmək günahi
insanın ikinci təbiətinə çevirə bilərdi və onu sonra düzəltmək qeyri
mümkün olardı.”
Ölümü əvvəlcədən görnıək bizə verilməsə də onu əvvəlcədən
hiss edənlər çox olmuşdur. Əvvəlcədən hiss etmə qorxu deyildir,
onlar bir-birinə əks olanlardir. Tövbə etməyənlər də, Allahı
tanımayanlarda ölüm qorxusu olur və onlar hətta ölə bilmirlər. Onlar
üçün ölüm bildiklərinin və sevdiklərinin hamısını itirməkdir-onlar
ondan qorxur və onu istəmirlər, ölümü əvvəlcədən hiss etmək
onlarda az-az hallarda olur. Bəlkə də onlar ölümdən sonra nəyinsə
yaxşı olmayacağını əvvəlcədən hiss edir və qorxurlar,ancaq ölümün
yaxınlaşdığını hiss etmirlər. Əksinə lap axıra qədər onlar ölümün
yaxınlaşmasının aşkar əlamətlərini hiss etmirlər. Mömin adamlar isə
ölümün yaxınlaşdığını hiss edirlər. Onlar ölümdən qorxmurlar,onu
sakitcə gözləyirlər, hətta bəzən onun gəlişini tələsdirirlər-ölümü
təbii və normal qarşılıyırlar-sanki, gündüz işlərindən yorulan adam
bərk yuxuya getmək istəyir. Onun ölümü yuxuya getmək kimi sakit
və asan olur.
Uşaqların
ölümü
ilə
bağlı
çoxlu
kitablar
dərc
olunmuşdur-burada bir sira müşahidələr təsvir olunmuş və alimlər
onu qiymətləndirməyə cəhd edirlər. Alimlərin, psixiatrların fikrincə
uşaq bilir ki, o öləcək, ancaq bunu ağılları ilə yox, ürəkləri ilə
duyurlar. Onlar ölüm haqqinda qorxmadan danışırlar və onların
ölümü çox qisa olur.Uşaq nə qədər balaca olursa o bir o qədər çox
bilir. İki yaşin- dan yuxarı olan uşaqlar ağir xəstəliyə düçar olanda
mənən daha yetkin olurlar, sanki bir anda böyüyürlər. Uşaqların
ölümünü müşahidə edən həkimlər, tibb bacıları deyirlər ki,
499
Dostları ilə paylaş: |