bədəndən ayrılan ruhun taleyi ilə bağlı hələlik yekdil fikir yoxdur.
Bundan başqa aydın olmuşdur ki, dünya dinləri arasında ruhun
təbiəti, onun mənşəyi, onun axirət dünyasına düşməsi yolu və
vasitələri, o biri dünyada ruhun həyatı haqqında vahid fikir yoxdur.
Axirət dünyası, xüsusən də cənnət və cəhənnəmin quruluşu
haqqında da vahid fikir yoxdur. Qiyamət günü onun vaxtı ilə bağlı
söylənən fikirlər bir- birindən çox fərqlənir. Az və ya çox inkişaf
etmiş hər bir dinin ruh haqqında, onun xassələri və “o biri
dünyadakı” yeri haqqında öz təsəvvürləri vardır. Bu baxışların
palitrası qeyri- adi dərəcədə rəngarəngdir. Bu da hətta ən mühüm
adamı belə hər bir dinin yalnız öz baxışlarının düzgünlüyü haqqında
dediklərinə şübhə ilə yanaşmağa vadar edir. Doğurda da əgər ruh
haqqında baxışlar bu qədər çoxdursa, həm də bu baxışlar nəinki
ziddiyyətli, həm də bir-birini istisna edirsə, onda həqiqət haradadır?
Tarixi inkişaf gedişində, cəmiyyət quruluşunun yetkinləş- məsi
və mürəkkəbləşməsi ilə təbiət və cəmiyyət haqqında biliklərin
toplanması, mədəniyyətin səviyyəsinin yüksəlməsi ilə ruh və onun
bu, xüsusən də “o biri dünyadakı” həyatı haqqında anlayış daha da
mürəkkəbləşmişdir. Sadə miflər, nağıllar və dini təsəvvürlər daha
yetkin, bu günün təhsil səviyyəsinə müvafiq olan baxışlarla əvəz
olunmuşdur. Hal-hazırda ruh haqqında yeni baxışların reallığına
inandırmaq üçün yeni-yeni fikirlər söylənir. Son vaxtlar din ruh və
axirət dünyası haqqında danışan alimləri müdafiə edir, elmin
nüfuzuna söykənməyə cəhd göstərir. Mifologiya və din tarixi üzrə
araşdırmalar aparmayan alimlər də bu məsələ ilə bağlı fikir
söyləməyə başlamışlar. Doğrudur onların baxışlarında ziddiyyətlər
var, çox vaxt onlar adamları çaşdırırlar - ancaq söylənən hər bir
fikirdə bir yenilik olduğunu etiraf etmək lazımdır.
Cənnət haqqında deyilən xoş fikirlərə baxmayaraq. Yer
həyatının əbədi qayğısı və gözəl həyata keçidi üçün müvəqqəti
dayanacaq kimi təqdim olunmasına baxmayaraq adamlar bu
491
həyatdan getməyə çox da tələsmirlər, qayğısız, firavan “o biri
dünyaya” can atmırlar. Bu da təsadüfi deyildir: təbii həyat sevərlik,
düşüncə və ehtiyatlılıq qalib gəlir - bəlkə də “o biri dünyada” hər şey
yaxşıdır, ancaq bura çətin, ağır olsa da etibarlıdır, realdır. Bundan
başqa adamlar din xadimlərinin dedikləri və əməlləri arasındakı
ziddiyyətləri görürlər. Yer üzərindəki heç bir dinin aradan qaldıra
bilmədiyi ədalətsizliyi və qəddarlığı seyr edirlər; dinin əql
üzərindəki hakimiyyətinin yaşı minillikləri keçsə də adamlar
dinlərin bir-birinə olan nifrətini, onların arasındakı fikir ayrılığını,
din xadimlərinin yaxşı, hətta firavan yaşadıqlarının şahidi olurlar.
Bəlkə də buna görə adamlarda əbədi həyata, axirət dünyasının
reallığına inam getdikcə azalır. Bir məsələni də qeyd edək ki, axirət
dünyasının, xüsusən də cənnətin varlığına inam çox vaxt sadəlövh
arzu və günahsız nağıl olmuşdur. O özündə insan cəmiyyəti üçün
dəhşətli təhlükəni gizlədə bilər. Qədim dövrlərdə adamların cənnətə
olan inamlarından öz xeyri üçün faydalanırdılar - şəxsi var-dövlət və
adamlar üzərində böyük hakimiyyət - çox olmuşdur. Bu gün də
adamların cənnətlə bağlı inamlarından öz siyasi və iqtisadi
məqsədləri üçün istifadə etmək istəyənlər çoxdur. Müxtəlif terror
aktları həyata keçirənlər bu məqsədlə istifadə etdikləri adamları
inandırırlar ki, onlar bu işi Allah yolunda həyata keçirdiklərindən
şəhid hesab olunurlar və onların “o dünyadakı” yerləri cən-
nətdir.çoxları cənnətə düşmək üçün könüllü şəkildə özlərini qurban
vennəyə belə hazırdılar, lakin onlar unudurlar ki, hətta dində də
intihar günah iş hesab olunur. Axirət dünyasına və ruhun əbədi
həyatına inanan yapon hərbi komandanlığı amerikalıların gəmilərini
vurmaq üçün xüsusi kamikadzelər hazırlamışdırlar. 1978-ci ildə
axirət dünyasının və cənnətin ləzzətini yaşamaq üçün 900 adam
özünü öldürmüşdür. 1993-cü ildə FTB əməkdaşlarının hücumu
zamanı xüsusi dini sektora mənsub olan 80 nəfər könüllü şəkildə
cənnətə düşməyə qərar vemıişlər. 1994-cü ildə “Günəş məbədi”
sektasının 48 üzvü
492
Alp dağlarında özlərini yandırmışlar. 1997-ci ildə “Səma darvazası”
sektasında olan 39 nəfər o biri dünyaya düşmək üçün özlərini
öldürmüşlər - onlar güman edirdilər ki, onları aparmaq üçün o biri
dünyadan mütləq kosmik gəmi gələcəkdir.
Adamların əksəriyyəti az və ya çox uzanan xəstəlikdən
sonra dünyalarını dəyişirlər. Tədricən sönən insanın düşünməyə,
başa düşməyə və necəsə hazırlaşmağa vaxtı olur. Lakin ölüm
qəflətən də gələ bilər - məsələn, avtomobil qəzası və ya kəskin ürək
tutması ilə əlaqədar olaraq adam vaxtından əvvəl, qəflətən
aramızdan gedə bilər. Allaha və ruhun ölməzliyinə inananlar
gözlənilməz ölümdən qorxurlar və ya daha dəqiq desək, daha çox
ölümdən yox, ruhun tövbə etmədən, dua etmədən, Allahla
barışmadan ruhun bədəndən çıxmasından qorxurlar. Bütün
dövrlərdə hər bir din rəhmətə gedənin şəriət qaydası ilə yola salmağa
xüsusi diqqət vermişdir, insanın ölümqabağı vəziyyəti və onun ölüm
anı bütün olan həyəcanlardan, hisslərdən ən vacibidir. Ölüm insan
üçün ən əsas imtahandır: insanın dünyagörüşünün ölümü necə qəbul
etməsindən asılı olaraq o ölümü asan və sevinclə qarşılaya bilər.
Allaha, axirət dünyasının varlığına inananlar və ya onlar haqqında
ciddi düşünənlər adətən asan ölürlər. İnanmayanlar üçün ölüm
olduqca qorxulu olur. İnamı olmayanlar qəflətən olan ölümə
üstünlük verirlər. “Əgər ölmək lazımdırsa yaxşı olar ki, qəflətən,
həm də yuxuda adam dünyasını dəyişsin” - deyə onlar qərar
vcrirlər.Onlar əzabsız, fikirsiz heç nə hiss etmədən ölmək
istəyiıiər-var idi və yoxdur. Bunu 0 adam istəyir ki, ölüm haqqında
heç nə bilmir və ölümdən qorxur. Bunu arzulamaq böyük səhvdir,
bu cür ölüm - fikirsiz, heç bir hiss, duyğu olmadan olan ölümü heç
kəs ala bilməz. Ölümdə fiziki əzab yoxdur, ancaq qorxu və çətin
qavrama qalır, çünki ölümdə şüur itmir, şəxsiyyətin yox olması baş
vermir. Hətta adam yuxuda ölsə də, heç nə hiss etmədən dünyasını
dəyişsə də o birdən özünü qəribə şəraitdə hiss edəcək, qaçmaq
istədiyi fikirlər və duyğularla təkbaşına
493
Dostları ilə paylaş: |