Rəy verənlər:
f.e.d. prof. Ş.M.Məmmədov
f.e.n. dos. E.S.Kərimov
f.e.n. dos. S.İ.QuIiyeva
Redaktor.
f.e.d. prof Ə.M.Tağıyev
Yaşar Paşa oğlu Əhmədov. Ölüm də bir fəlsəfədir.
Bakı, 2009.
Ölüm və ölməzlik, axirət dünyasının varlığı problemi hamını düşündürür.
Çoxları elə düşünür ki,bədənin fiziki ölümü ilə həyat başa çatır. Bu doğrudanmı
belədir? Ruhun ölməzliyini,axirət dünyasının varlığını necə sübut etmək olar?
Ümumiyyətlə birbaşa dəlifsübut lazımdır? Bütün dünya bir bütöv,tamdır,orada
təsadüfi heç nə yoxdur. Bunu heç vaxt unutmayın və “Ulu tanrının sizi əllərinin
üstündə aparmasına mane olmayın”. Ölümün öyrənilməsinin psixi prosesləri dərk
etmək üçün böyük əhəmiyyəti var. Ölüm həyəcanı və ölüm prosesi ilə yaxından
tanış olmadan dini, mistikanı, şamanizmi,mifologiyanı başa düşmək çətindir.
Müxtəlif mistik baxışlara görə ölüm həyəcanı və ya ölüm təhlükəsi yaşayan və
həyata qayıdan adamları iki dəfə doğulanlar adlandırırlar. Ölümə toxunma- bu
simvolik c‘ • o'a bilər və ya həqiqətən də baş verə bilər; məsələn, bədbəxt hadisə
nəticəsində adam klinik ölüm yaşaya bilər-ona olan münasibəti dəyişir. Beləcə
insanın ölümqabağı keçirdiyi həyəcan,ölüm anı və ölümdən sonrakı taleyi ilə bağlı
kitabda faktlara əsasən deyilən fikirlər oxucular üçün maraqlıdır. Ölüm
naməlumluq qorxusundan xilas ola bilməyənlər onları narahat edən bir çox
suallara cavab tapa biləcəklər.
Kitab ölümün sirlərini açmaq istəyənlər,bu fenomi dərk etməyə cəhd edənlər
üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-440-32-9
© Yaşar Əhmədov,2009
ON SOZ
Həyat və ölüm insan varlığının əsasını təşkil edən anlayışlardır.
Onlar həyatı yalnız iki nöqtə ilə - başlanğıc və son -
məhdudlaşdırmır, həm də ona hansısa dramatik məna verir. İnsan
üçün ayrılan bir neçə onilliklər ərzində o qədər işlər görmək lazım
gəlir ki,onu fikirləşəndə adam yerindəcə donub qalır. Ancaq heç
təsadüfi deyil ki,parapsixoloqlar, ok- kultistlər,həm də sadəcə olaraq
möminlər,inananların hamısı belə güman edirlər ki,həyatın başlıca
yekunu ölümə çatmaq olmalıdır. Bu nə deməkdir? Uşaq vaxtından
qocalana qədər adamlar özlərini “ölməz” hiss edirlər.Doğrudan da
heç kəs özünün ölüm vəziyyətini,xüsusilə də canvermə həyacanını
təsəvvür edə bilməz. Nə yuxu,nə narkoz,nə də keflilik bunun üçün
kifayət edəcək nümunə ola bilməz. Əgər siz möhkəm iradəli
materialistsinizsə, onda buna etiraz edə bilərsiniz.: ’’Ölümdən sonra
heç nə yoxdur və ola bilməz.” Bu cür baxışla mübahisə etmək çətin
olsa da, “bu yazılanlar sizin üçün deyil, onu kənara qoyun” demək
olar. Ölümdən sonra ruhun yaşamağına inananlara isə inamla deyə
bilərik ki,ölümdən sonra həyat var və bizim hər birimiz nə vaxtsa bu
həddə daxil olacağıq. Ölüm də həyat kimi universaldır-o hər yerdə
var. Hər bir hadisə,hər bir predmet,hər bir varlıq özündə ölümün
rüşeymini gəzdirir. Beşikdə uzanmış körpə artıq ölümə məhkum
olunan varlıqdır. Ölüm yatağında olan qoca özündə həyatın bir
hissəsini sax- layır-əksliklər beləcə mübarizə aparırlar,işıq və
qaranlığın oyunundan bütöv dünya beləcə yaranır.
İnsana səhv etmək,yanılmaq xasdır. Çoxları elə güman
edirlər ki,həyat haqqında hər şey bilməsələr də,hər halda çox şey
bilirlər. Bu səhvdir! Əslində həyat insana öz mahiyyətinin yüzdə
birini göstərir. O universaldır,ona görə də bütün yaradıl-
mışlara-bakteriyadan tutmuş biosferaya qədər hamısına daxil olur.
Həyat öz axrı ilə sanki insana tez ötüb keçməsini sübut
edir. Lakin həyatda elə şeylər var ki,bu onu tamamlayınbu inam və
ümiddir. Dini inam məsələsi -hər bir adamın şəxsi məsələsidir. Bir
çox dinlər bədənin ölümünə xüsusi münasibətləri ilə fərqlənirlər-bu
Yer həyatının sonu və axirət dünyasının başlanğıcıdır.İnsanın Yer
həyatındakı yolu onun axirətdəki vəziyyətini müəyyənləşdirir.
Ölməzliyə olan ümid-insanın həyatını həqiqi mənada dərk
edilmiş,başa düşülmüş edir. Bəs biz ən əsas olanı xatırlayırıqmı?
Ölməzlik mövcud olmaq deyil,insana Allahın bəxş etdiyi
hədiyyədir. Bizim hər birimiz bütün həyatımız boyu bu hədiyyənin
sizlərə lazım olub- olmamasını qərarlaşdırırıq. Biz burada elmin
müxtəlif sahələrinə-bir tərəfdən parapsixologiyaya, spirtizmə,
psixometriyaya, digər tərəfdən, reanimatologiyaya, psixologiya,
reabitologiya, valeologiyaya, üçüncü tərəfdən ekzegetikaya,
doqmatikaya, qiletikaya ... -aid olan məsələlərə toxunuruq. Müxtəlif
insani və fövqəlhissi idrak sahələrinə aid olan bu nəhəng elm
körpüsü insanın həyat və ölümlə barışdıracaq xeyirxah bir məqsədə
xidmət edir.
Ölüm və ölməzlik məsələsi hər kəsi,xüsusi ilə də yetkinlik
və ahıl yaşlarında olanları narahat edir. Çoxları, demək olar ki,
əksəriyyət belə hesab edir ki,fiziki bədənin ölümü ilə həyat başa
çatır. Daha çox savadlı adamlar çaşırlar, belə Ki, onlar mübariz
materializm əsasında təhsil almışlar. Onlar üçün görünməyən ,hiss
edilməyən,toxunulması mümkün olmayan ,ölçülməyən heç nə
yoxdur.
Təəssüf
ki,vəzifələrinə
ətraf
aləmin
obyektiv
qanunauyğunluğunu dərk etmək daxil olan akademiklər də məhdud
mühakimə yürüdürlər. Onların adları və titulları ilə başqaları alimin
nüfuzuna isnad edərək Öz savadsızlıqlarını ört basdır edirlər. Bütün
dünya tam,vahiddir, o vahid fikir,plan əsasında yaradılmış və vahid
qanunla idarə olunur. Orada təsadüfi heç nə yoxdur. Orada hər
şeyin,fildən tutmuş virusa qədər öz vəzifəsi var və vahid zəncirin
mühüm həlqələridirlər. Ruhun ölməzliyini və axirət dünyasının
varlığını necə sübut etmək olar? Onların birbaşa sübutu yoxdur,belə
ki, o dünyadan hələ