filosofların artıq güman etdikləri şüur vəziyyətidir. Mütəxəssislər
belə bir fakta diqqət yetirmişlər ki,uşaqlar (5 yaşa qədər) ölümə təbii
yanaşırlar,yəni sadəcə olaraq onu qəbul etmirlər. Bu bir növ
anadangəlmə müdriklikdir,bizi əhatə edən dünyaya tam müvafiq
olan bir müdriklikdir. Yalnız sonradan bizim tərbiyənin təsiri altında
uşaqlar bu müdriklikdən uzaqlaşırlar,ölüm haqqında qorxu ilə
müşaiyət olunan səhv baxışlar əldə edirlər. Görünür bu təbiət
müdrikliyinə təkcə uşaqlar yox,həm də heyvanlar malikdirlər. Onlar
özləri üçün dəqiq bilirlər ki,ölüm-Yerdə həyat prosesinin,həyatm
dəyişməsinin təbii və labüd həlqəsidir. Naturalist Ejen Marenin
müşahidəsi buna əyani sübutdur: Cənubi Afrika babuinin balasını
müalicə etmək üçün ondan ayırırlar-naturalistlər onu xilas etməyə
cəhd edənə qədər ana fasiləsiz bağırmışdır-bu üç gün davam
etmişdir. Bala meymunu xilas etmək mümkün olmur. Meyidi anaya
qaytarandan sonra “o cəsədə yaxmlaşır,o meymunların dilində
əzizləmə kimi səslənən səslər çıxarır və ona iki dəfə əli ilə toxunur.
Sonra o sifətini balanın belinə yaxınlaşdırır,dodaqları ilə onun
dərisinə toxunur. Birdən o qalxıb bir neçə dəfə qışqırır və sonra
küncə çəkilir,sakitcə Günəşin altında oturur və balanın cəsədinə heç
bir maraq göstərmir.” Bir məsələni qeyd edək ki,hal-hazırki
vəziyyətdə ölümü müəyyən etmək mümkün deyildir. Heç bir
ənənəvi əlamətlər mütləq şəkildə etibarlı sayıla bilməz-tarixdə bizi,
hətta bir neçə əlamətə etibar etmək labüd olaraq səhvə gətirib
çıxarmışdır: bu da sağların həyatında ölümdən də qorxulu hadisəyə
səbəb olmuşdur. Həyatdan ölümə keçid demək olar ki,sezilməzdir
və həyat hər dəfə öz sərhədlərinin yerini dəyişdiyindən aydın olur
ki,ölümün müxtəlif mərhələləri var və onların əksəriyyəti (bəlkə də
hamısı) geriyə dönəndir. Ölüm nə isə tamamlanmayan bir
şeydir,daha çox müvəqqəti nasazlığı xatırladır. Uşaqlarda ölüm
vəziyyətinə anadangəlmə reaksiya qeydə alınmamışdır,əksinə onlar
özlərini elə aparırlar ki,sanki ümumiyyətlə ölüm yoxdur. Harada
yaşamaqlarından asılı
olmayaraq
onlar
həyat
predmetinə,
qarşılıqlı
fəaliyyət
bacarığına,daha çox diqqət yetirirlər-son tədqiqatlar göstərir ki,onlar
düz edirlər. Mən daha çox əmin oluram ki,biologiya
nöqteyi-nəzərindən istənilən səviyyədə həyat və ölüm arasında fərq
qoymaq mənasızdır.
Ölümə olan münasibəti keçirilən dəfn mərasimləri açıq
göstərir-burada həyat və ölümün bütün fəlsəfəsi əks olunur.
Xabenşteyn yazır ki,”heç bir insan qrupu yoxdur ki,-nə qədər
primitiv və sivil vəziyyətdə olmasından asılı olmayaraq -ölənin
cəsədinə qarşı biganə olsun,onun üzərində hər hansı mərasim
keçirməsin”. Qərbi Afrikada aşantlar torpağı qazıb meyidi orada
dəfn edirlənonu sol böyrü üstə,əllərini başının altına qoyurlar.Şimali
Avstraliyadakı tivi tayfası meyidi torpağa basdırır,üstünə çoxlu
torpaq yığırlar və torpağı dəfn rəqsləri ilə bərkidirlər. Cənubi
Afrikadakı bavendalar meyidi öz evində qoyub qapını
bağlayırlar,başqa yerlərdə isə ölü üçün xüsusi evlər tikirlər.
Filippində onu xüsusi kərpiclərdən tikirlər. Livan maronitləri bu evi
daşdan tikirlər, Madaqaskarda parça və sümikdən istifadə olunur.
Anqolalı ovimbundlar meyidi mağaraya aparırlar. Hindistandakı dağ
tayfaları meyidi sıldırımlı qayanın başına qoyurlar. Santa-sinlər
meyidi maralın dərisinin içinə tikib ağacdan asırlar. Ağac az olan
Assamada xüsusi taxta meydança tikirlər. Ümumiyyətlə ağac
olmayan Tibetdə “hava dəfni” həyata keçirirlər. Bədəni hissələrə
parçalayırlar,əti sümükdən ayırırlar,sümüyü balaca doğrayırlar,
onları qarışdırır,ora arpa da əlavə edib şeypur səsinə uçub gələn
quşları yedizdirirlər. Monqolustanda qartal yuvası köçəri monqolun
qəbri olur,əgər “tək və təmiz yerdə qoyulan cəsədi”yırtıcılar
dağıdırsa bu yaxşı əlamət hesab olunur. Bəzi yerlərdə öz ölülərini
yeyirlər və belə hesab edirlər ki,meyid soyuq torpaqdansa dostunun
mədəsində daha yaxşı uyuyar. Yeni Uelsdə aborigenlər öləni asta
odda qızardırlar-onu xüsusi qalalarda yandırır,bu vaxt hay-küylə
mərasim keçirirlər. Başqa yerlərdə öz evində və ya krematoriyalarda
böyük qablarda
12
yandırırlar. Qanqa sahilində xüsusi daş platformalar qururlar,burada
hindlilər meyidi yuyur,ona yağ sürtür,dəfn ocağı yandırırlar. Elə də
olur ki,odun əvəzinə sudan istifadə edirlər. Şərqi Tibetdə meyidə
ağır yük bağlayıb suya atırlar,qədim Skandinaviyada varlı ölüləri
çayın axarına atırdılar. Bəzən qalığı hissələrə parçalayırlar. Sakit
okeandakı Samosiredə bədəni yerin altındakı sərdabəyə
qoyur,kəlləni,qafa tasını umada (vaza şəkilli qabda) toıpağın üstünə
qoyurlar. Asmatlar öz evlərində həm dostlarının,həm də
düşmənlərinin kəlləsini bəzək kimi saxlayırlar. Cənubi Uelsdə
aborigenlər öləni ya düz sol böyrü üstə uzatmaqla,ya bükülü
vəziyyətdə,ya şaquli vəziyyətdə qoyaraq dəfn edirlər,üstünə çör-çöp
yığırlar. Malayalılar müvəqqəti dəfn mərasimi keçirirlər. Cənubi
Hindistanda kotalar bütün bədəni kremləyir,yalnız beyinə
toxunmurlar.Dəfn mərasimi bir az keçəndən sonra həyata
keçirilir.Onlar əmin olurlar ki,ruh başqa bədənə keçməyə qərar
verib.Bu mərasimlər arasindakı vaxtda ölənləri öz aralarında hiss
edirlər.Kota icmalarında dəfnə qədər o öz ictimai ruhunu
saxlayır.Əgər onun arvadı onun klinik ölümündən sonra dəfnə qədər
hamilə olardısa onda ölən uşağın atası hesab olunur,onun adını
daşıyır,var-dövlətinə sahib olurdu.Onların cəmiyyəti bizdən fərqli
olaraq ölüm və qota arasındakı fərqi nəzərə alırdı.Bu sadalanan dəfn
mərasimlərini əks etdirən həyat və ölüm fəlsəfəsinə gəldikdə isə o
hər yerdə və həmişə belə bir labüd faktdan, belə bir inamdan çıxış
edir ki,ölüm özlüyündə son deyi İdir,yalnız yeni vəziyyətə
keçid,tədrici inkişafın növbəti mərhələsidir.Ölüm təhlükəsi ilə
üzləşən adamların ən bariz ölümqabağı vəziyyətləri gözlənilmədən
yaranır.Bu cür hadisələrin təhlili aparalmışdır.
İsveç geoloqu Albert Heym belə bir addım atmışdır - bu
təcrübəni aparmağa tale onu məcbur etmişdir: 1962-ci ildə o Alp
qayalarından yıxılmış və bütün bunları özündən keçirmişdir.Bu ona
xilas olan xoşbəxtləri axtarıb tapmağa və onlarla təcrübə mübadiləsi
aparmağa məcbur etmişdir.Onlar 30
13
Dostları ilə paylaş: |