da inamla bildirir ki, bədənin ölümü varlığın sonu demək deyildir.
Kitabda yazılır ki, klinik ölüm vəziyətində olan adamlar qonşu
otaqda və ya ayrı-ayrı yerdə olan predmet və hadisələr haqqında
ətraflı məlumat verə bilirlər.Bu hadisələrdən biri anadangəlmə kora
aiddir. Kor olmasına baxmayaraq pasient öldüyü otaqda nə olduğunu
görmüş, sonradan onu ətraflı təsvir etmişdir. Klinik ölüm
vəziyətindən çıxdıqdan sonra o yenidən əvvəlki kimi kor olmuşdur.
Belə nəticəyə gəlmək olar ki,klinik ölüm vaxtı görmə, düşünmə
bacarığı ruhun funksiyasıdır. Klinik ölüm halı yaşayanlardan yalnız
10 faizi keçirdikləri həyəcanını xatırlayırlar- bəzi tədqiqatçılarda bu
rəqəm 25, 40, hətta daha çox göstərilir. Sorğuda iştirak edən 2300
pasientdən yalnız 1400 pasient klinik ölüm vaxtı keçirdiyi hissləri
xatırlayır. Maraqlı odur ki, beş yaşlı uşaq və 75 yaşlı qoca eyni
həyəcan yaşamışlar- onlar bədəndən kənarda nə qədər çox qalsalar
onların həyəcanı bir o qədər aydın olur. Bədənin ölümünün varlığın
sonu olmadığını sübüt etmək üçün 0, ağır vəziyyətdə reanimasiya
şöbəsinə yerləşdirilən qadınla olan müsahibəni verir.Qadın nəfəs
almır və onun ürəyi dayanmışdır-qadın bədəndən ayrıldığını hiss
edir,o,yuxarıdan həkimləri seyr edir,öz bədənini görən qadında
qorxu yox,rahatlıq hissi olmuşdur.Bir az keçmiş qadın bədənə
qayıtdığını hiss edir.Bu kitabda olan faktların sensasiyalı
xarakterlərinə baxmayaraq onlar elmi ictimaiyyəti ruhun varlığına,
axirət dünyasının olmasına tam inandıra bilməmişdir. Amerikalı
alim E.Rodin klinik ölüm keçirən xəstələrin danışdıqları əsasında
axirət dünyası ilə bağlı qərarlar verməyi səhv hesab edir. Belə ki,bu
görmələr zəhərli psixozun müxtəlif növlərindən biridir. B.Siqel
isə,axirət görüntülərini narkotika- nın təsiri ilə yaranan
hallyustinasiya ilə müqayisə edir.
1978-ci ildə Ritçinin “Dünəndən qayıdış” kitabı çapdan çıxdı.
O, 1943-cü ildə başına gələn bir hadisəni qələmə almışdır. 20
yaşında universitetə hazırlaşarkən ağır xəstələnir. Həkimlər bir an
onun öldüyünü bildirirlər. Ruhu bədənindən
23
çıxır-bir müddət səyahət edəndən sonra balaca bir otağa gəlir.
Burada çarpayıda üstü örtülü cəsəd var-ruh bu bədənin ona məxsus
olduğunu duymadı. Otaqda işıq tədricən güclənir-bir an keçmiş
Ritçin ruhu içəridə kiminsə olduğunu hiss edir-sonra o İsa
peyğəmbəri görür. İsa öz məhəbbətini Ritçə bildirir-onun məhəbbəti
sonsuzdur,Ritç rahatlanır,sevinir və o qədər ləzzət hiss edir ki,bu
vəziyyətdən çıxmaq istəmir. Onun gözünün qabağından bütün həyatı
keçir. Burada hər şey var idi-o, hərəkət edən və danışan adamları
görür,hər şey sürətlə axır- bütün həyatını bir neçə dəqiqəyə görür.
Bədənə qayıdış ani olur. Ölümdən dərhal sonra baş verənləri anlama
başlayır- əvvəlcə öləndə kədər yaranır,o qayıtmaq istəyir,lakin
tezliklə bu hissi burada həmişəlik qalmaq istəyi əvəz edir. Ruh nuru
görəndən sonra isə ümumiyyətlə qayıtmaq istəmir.
K. İkskul “Çoxları üçün inanılmaz, ancaq həqiqətən baş
verənlər “ məqaləsində yazır ki, məni yerə sıxan ağırlıq hiss etdim,
lakin birdən hiss etdim ki, yüngülləşirəm. Mən gözlərimi açdım və
mənim yaddaşımda ən xırda detallarına qədər gördüklərim həkk
olunmuşdur. Gördüm ki, otağın ortasında tək dayanmışam: sağımda
həkimlər toplanmışdır - hamı çarpayıya baxırdı - mən axı orada
yoxam? Mən irəli gedib baxdım çarpayıda uzanan mən idim: mən öz
oxşarımı görəndə qeyri-adi hiss keçirdim: bu necə ola bilər? Mən
özümü burada hiss edirəm,eyni zamanda həm də oradayam.Özümə
toxunmaq istədim, sağ əlimlə solu tutmaq istəsəm də əlim boşa
getdi.Əlimi belimə qoymaq istəyəndə əlim əlim bədənimdən keçdi-
sanki boş məkandan keçirdi.Mən həkimi çağırdım, ancaq mənim
olduğum atmosfer mənim üçün əlverişli deyildir
-
0 mənim səsimi qəbul etmir və ötürmürdü, mən ətrafdakılardan
ayrı düşdüyümü hiss etdim, tək qalmışdım, qorxu məni bürüdü.
Birdən beynimə bir fikir gəldi: bəlkə mənim başıma bizim dildə
işlətdiyimiz “ölüm” hadisəsi gəlib
-
çarpayıda olan bədənimin görkəmi ölü görkəmi idi - bəlkə də bu
fikir ən son beynimə gəldi. Bizim anlayışda “ölüm” yox
24
olma , həyatın başa çatması anlayışları ilə sıx bağlıdır - bəs mən
öldüyümü necə düşünə bilərəm - axı bir an olsun belə huşumu
itirməmişdim, özümü canlı , hər şeyi eşidən, görən, dərk edən,
hərəkət etməyi bacaran , düşünən , danışan kimi hiss edirdim. Bu
vaxt mənim əqli bacarığım olduqca sürətlə işləyirdi.
1981-ci ildə Mixail Sabomun “ Ölüm haqqında xatirələr “
kitabı çapdan çıxdı. Sabom bir sıra tədqiqatlar aparmış, öz
pasientlərinin danışdıqlarını müqayisə etmişdi; söhbət yoxlanılması
mümkün olan faktlardan gedir. Klinik ölüm keçirənlərin hamısı
bildirir ki, bədəndən çıxdıqdan sonra sərbəst şəkildə hərəkət edə
bilirlər, ətrafda, qonşu otaqda baş verənləri görə və eşidə bilirlər.
Ruh həm də xeyli uzaqda baş verənləri də görə bilir: o doğmalarının
yaşadığı mənzili , başqa otaqlarda olanları görür . Sabom oradan
qayıdanların dediklərini əslində baş verənlərlə müqayisə etmək
istəmişdir - əksər hallarda üst-üstə düşmə heyran edicidir. Deməli
ruh həqiqətən də hər şeyi görmüşdür. Sabom 116 hadisə
araşdırmışdır: ölümdən sonrakı həyatı araşdıran digər tədqiqatçılar
kimi
0 da tədqiqatın əvvəlində ruhun varlığına inanmamışdır - ancaq
aparılan araşdırmalar onların baxışlarını dəyişdirmişdir- onlar öz
həyat tərzlərini belə dəyişmişlər. Faktiki olaraq sübut olunmuşdur
ki, bədənin ölümündən sonra insanın hansısa hissəsi yaşamaqda
davam edir. Bu hissə (ruh) bədənin yaşadığı dövrdə olduğu kimi
görür, eşidir, fikirləşir və hiss edir.
1977-ci ildə Betti Moltsun “ Mən əbədilik gördüm ” kitabı
çapdan çıxmışdır- o özünün keçirdiyi klinik ölümü təsvir etmişdir-
o, 27 yaşında olarkən bu halı yaşamış və 28 dəqiqə klinik ölüm
vəziyyətində olmuşdur. Klinik ölüm vaxtı o özünü cavan, sağlam və
xoşbəxt hiss etmişdir.
Bir sözlə qeyri-varlıq, hətta müvəqqəti də olsa belə yoxdur- bir
vəziyyətdən digər bir vəziyyətə keçid halı mövcuddur. Bu keçid tam
ağrısız, hiss olunmazdır. Bu vaxt
25
Dostları ilə paylaş: |