nəfər olmuşdur: onların hamısı dağdan yıxılmış və ölüm təhlükəsi ilə
üz-üzə qalmışdırlanməlum olur ki,onların hamısı eyni hissləri
yaşamışlar.Onların bütün həyəcanlan,yaşadıqları anlar bir-birinin
ardınca gələn üç dövrə bölünür.Əvvəlcə onlar təhlükədən qaçmağa
cəhd etmişlər.O baş verənlərə müqavimət göstərməyə çalışır - ancaq
bu nəticəsiz olur.Eyni zamanda sanki nəsə adama bu təhlükədən
sovuşmağa kömək edir.Sonra ikinci dövr
başlanır,yıxılan
dərk edir
ki,müqavimət
göstərməyin heç bir əhəmiyyəti yoxdur.O,azad olunmuş kimi olur -
onun fikirləri artıq
baş verənlərlə məşğul
deyildir.O,yaxınlaşan ölüm təhlükəsindən başqa hər şey haqqında
düşünür.Alpinistlərdən biri demişdir ki,bu vaxt “balaca”dilxorçuluq
yaşadı və hətta baş verənlərə mücərrəd maraq yarandı. Gül məl i
faktlar da məlumdunsıldırımlı qayadan yıxılan uşaq təzə aldığı
bıçağı itirməmək üçün narahatlıq hiss etmişdir.Bərk geden maşın
qəzaya uğrayarkən maşından kənara düşən tələbə öz paltosunun
cırılmasmdan narahat olmuşdur - eyni zamanda öz futbol komandası
üçün həyəcanlanmışdır.Üçüncü dövrdə artıq ölümə yaxınlaşanların
həyatları gözlərinin qabağından kino lenti kimi keçir.Bir kilometrlik
hündürlükdən yıxılan paraşütçü danışır ki,əvvəlcə o qışqırmış,sonra
başa düşmüşdür ki,ölüb və həyat qurtarıb. ’’Bütün keçmiş həyatım
gözlərimin qarşısından keçdi.Mən anamın sifətini, evimizi,
oxuduğum məktəbi,dostlarımı gördüm.” Qeoloq Heym özünü yeddi
yaşlı uşaq kimi görmüş,dördüncü sinifdə olan müəlliminin yanında
dayanmışdır.” Mən həyatımı yenidən oynayırdım.Bu səhnəyə
qoyulan tamaşa idi.” Keçmiş həyatın xatırlanmasından sonra daha
bir dövr başlayır- bu qeyri-adi mistik vəziyyətdir: hər bir dövr bir və
ya bir neçə saniyə davam edir. Bununla belə mistik vəziyyət hər bir
adamda özünü fərqli təzahür etdirir.Yıxılan alpinist hiss edir ki,
“bədəni daşlara çırpılıb sınır, formasız hala düşür, lakin onun şüuru
bu
fiziki
zədələrə
reaksiya
vermir
və
onunla
heç
maraqlanmır”.Heym bu araşdırmaları aparandan
14
sonra belə qənaətə gəlmişdir ki, ölüm olduqca xoş olan bir hissdir.
Qəribədir ki, xəstəlikdən ölənlər də demək olar ki, bu dövrləri
(keçmiş həyatın kinofilm kimi gözlərinin qabağından keçməsindən
başqa) yaşayırlar. Ağır xəstəliyə düçar olan, artıq can verən iki yüz
xəstə ilə aparılan sorğudan sonra Elizabet Kyubler - Ross insanın
ölümə münasibətinin beş mərhələsini ayırmışdır. Əvvəlcə onun
mümkünlüyünün qətiyyətlə rədd edilməsi, sonra xəstə həyəcanlanır
ki, nə üçün məhz o sağalmaz xəstəliyə tutulmuşdur. Bundan sonra
qorxu və depresiya mərhələsi gəlir. Axırda qorxu dəf ediləndən
sonra doğmalarının köməyi ilə rahatlıq və sakitlik tapır. Bunlar
yalnız maraqlı faktlar deyildir. Bu onu göstərir ki, praktiki olaraq
bütün adamlarda həyatdan klinik ölümə keçid eyni bir senari
əsasında gedir. Deməli həyatın bu dövrü insanın inkişafında olan
sərbəst bir mərhələdir. Bundan başqa bu cür nəticələr demək olar ki,
tam sağlam olan adamlarda da qeydə alınmışdır- onlarda can
vermənin həmin mərhələsi suni səkildə yaradılmışdır.
Həyat və ölüm problemi şübhəsiz ki, bəşəriyyətin mühüm
problemlərindən biridir.Min illər ərzində insanlar nə üçün öldükləri,
ondan qaçmağın mümkünlüyü və ölməzlik əldə etmək məsələləri
üzərində düşünmüşlər. Bu düşüncələrin məhsulu miflər və dini
təlimlər formasında bizim günlərə gəlib çatmışdır.Bu düşüncələrin
əsas mövzusu ikidir: birincisi - insanın fiziki ölümü, ikincisi -
insanın və ya onun ruhunun hansısa' başqa dünyada yaşamasının
davam etməsi imkanı olmuşdur. Bir tərəfdən insanın ölümü göz
qabağında idi və heç bir şübhə doğurmurdu. Ancaq digər tərəfdən -
adamlar heç cür qəbul edə bilmirdilər ki, insan neçə illər yaşayır və
birdən olmur, belə ki, o artıq ölür.Dünya mədəniyyətinin qədim
abidəsi olan “ Gilqameş haqqında dastan da ölüm haqqında belə
yazılır: “ Mənim şəhərimdə adamlar ölür, bu kədərlidir! Adamlar
ölür, adamın ürəyi ağrıyır. Mən divardan boylanıb çayda üzən
cəsədləri görürəm. Bəs mən? Məni də bu tale
15
gözləyir? Bəli. Məni də bu cür tale gözləyir! “ Adamlar əbədi həyat
arzulamışlar. Belə bir mif yaranmışdır ki, nə vaxtsa yerdə ölüm
olmamışdır, adamlar xoşbəxt , dinclik, firavanlıq şəraitində
yaşamışlar, sonra Allahın qarşısında günah işlətdilər və ölümə
məhkum oldular. Bu cür mif İncildə də var. Bu mifin başqa variantı
afrikalı eve xalqlarında da olmuşdur.Adamların ölümünə səbəb Yer
üzərindəki ilk kişinin arvadının onun sözünə baxmayıb göyə daş
atması oldu. Nəticədə göylərə səs ucaldı və oradan insanların ölümə
məhkum olduğunu bildirən səs gəldi. Ölümün yaranması ilə bağlı
başqa rəvayətlər də var. Məsələn, Banka adasındakı melaneziya
tayfası və yeni Qebridlər belə hesab edirlər ki, adamlar vaxtilə
ölmürdülər, ancaq ilan və krab kimi dərilərini atır, yenidən
cavanlaşırdılar. Ancaq bir dəfə dərisini atan qadını oğlu tanımır:
oğluna yazığı gələn qadın yenidən dərini geyinir və o vaxtdan
adamlar daha dərilərini atmır və ölürlər.
Adamların ölməsinin başqa bir səbəbi kimi Yer kürəsində
adamların çoxalmasını göstərirlər. Məsələn, qədim Hindistan
miflərində deyilir ki, adamalarda nəsil yarandı və onlar bütün Yer
üzərini bürüdülər. Bu hal Yer üçün ağırlıq etdi və o hər şeyi yaradan
Brahma Allahına müraciət etdi. Bundan sonra Brahma qara - qırmızı
paltarlı qadın formasında ölüm yaratdı və ona bütün canlı varlığı
öldürməyi tapşırdı. Filippin arxipelağındakı ən böyük adalardan olan
Lusondakı xalqların mifində adamların ölümünün səbəbi də bu mifə
uyğun izah olunur. Adamlar qocalırdı, çoxları nəinki işləyə bilmir,
heç hərəkət də edə bilmirdilər, ancaq ölmək istəmirdilər. Qocaların
sayı getdikcə artırdı. Onda Allah suların səviyyəsini qaldırdı, yalnız
dağların zirvəsi qaldı: yalnız cavanlar bu zirvəyə qalxıb sağ qala
bildilər. Bu su basmadan sonra xəstəliklər yarandı: adamlar
qocalanda bu xəstəlikdən ölürdülər. Uzaq keçmişdə adamların ölməz
olması ilə bağlı təsəvvürlərlə yanaşı belə bir inam da mövcud
olmuşdur ki. Yer kürəsində adamların ölmədiyi ölkə var. Cənubi
Amerikada yaşayan tupi
16
Dostları ilə paylaş: |