oyatmaq cəhdini hiss edirik. Doğrudur o buna faktiki materiallara
ciddi və elmi yanaşma ilə yox,qələminin gücü ilə nail olmuşdur.
Təsvir etdiyi hadisələri bir yerdə “ ölümqabağı təcrübə”, digər yerdə
isə “ölüm qabağı fenomen” adlandırmışdır. Moudinin o biri dünyaya
baxışına gəldikdə isə O' yaşadığımız dünyanı tamaşa, xəyal
adlandıran Platonun ideyalarını qəbul edir. Onun fikrincə “biz
müəyyən mənada o biri dünyadan gələnlərik”.
Təəssüf ki, Moudinin kitabında heç bir xəstəlik tarixi əvvəldən
axıra qədər izlənmir. Müəllif yalnız pasientlərinin dediklərindən
ayrı-ayrı parçalar verir - bununla belə bu deyilənlər məlumat
xarakterlidir. Can verən adamların həyəcanları haqqında tam
təsəvvür əldə etmək üçün məlumat xarakterli hissələri nəzərdən
keçirək : onların əksəriyyəti K.İkskulun keçirdiyi hissləri
yaşamışlar. “Məndə gözəl hiss yarandı. Mən sakitlikdən,
rahatlıqdan, yüngüllükdən başqa heç nə hiss etmirdim - sadəcə
olaraq rahatlıq idi. Məni necə diriltməyə çalışdıqlarını görürdüm - bu
həqiqətən də qəribə idi. Mən çox da yuxanda deyildim, onlardan bir
az yuxanda dayanmışdım, yuxarıdan onlara baxırdım. Mən onlarla
danışmağa cəhd etsəm də heç kim məni eşitmirdi”. “Hər tərəfdən
insanlar qəza yerinə axışırdı. Onlar lap yaxınlaşanda mən yana
çəkilərək istədim ki, onların yolundan çıxım, ancaq onlar mənim
üstümdən keçirdilər”. “Mən heç nəyə toxuna bilmirdim, ətrafda
olanlarla ünsiyyət qura bilmirdim. Bu olduqca ağrılı təklik hissi tam
təcridlik duyğusu idi. Mən bilirdim ki, tam təkəm, özümlə tək
qalmışam”.Klinik ölüm vəziyyətində olanların hamısı eşidir və
görürlər. Bir qadının dediklərindən: “mən xəstəxanada idim, ancaq
həkimlər məndən baş açmırdılar. Həkimim məni aşağı
rentgenoloqun yanına göndərdi ki, ciyərlərimi rentgenə çəksinlər.
Əvvəlcə mənə yeridiləcək cihazı əlimdə yoxladılar, çünki, məndə
tibbi ləvazimatlara qarşı allergiya var- ancaq reaksiya olmadığından
cihazı yeritdilər. Lakin cihazı yeridən kimi ürəyim dayandı.
20
Mən rentgcnoloqun telefona yaxınlaşıb nömrə yığmasını eşitdim. O,
dedi: “Doktor Ceyms, mən sizin pasienti öldürdüm”. Ancaq mən
bilirdim ki, mən ölməmişəm. Mən tərpənmək, onlara işarə etmək
istəsəm də bacannadım: onlar məni reanimasiya etmək istədilər,
hətta nə edəcəklərini müzakirə etdiklərini də eşitdim. Mənə
toxunduqlarını duyurdum. “Avtomobil qəzasına düşən cavan oğlanı
ölmüş hesab etsələr də 0, hər şeyi eşidirdi: “Mən eşitdim ki, bir qadın
“o, artıq ölüb”dedi. Pasientlərin dediklərini şahid həkimlər təsdiq
edirlər. Bir həkimin dediklərindən: “xəstənin ürəyi dayandı - mən
hələ onun üzərində cərrahiyyə əməliyyatına başlamamışdım. Onun
göz bəbəkləri genişlənmişdi. Müəyyən vaxt onu həyata qaytarmaq
üçün çalışsaq da bir şey edə bilmədik. Onda mən 0 biri həkimə
dedim: “Gəl bir dəfə də yoxlayaq və bununla da qurtaraq”. Bu dəfə
ürək döyünməyə başladı. Sonradan xəstədən öldüyünü xatırlamasını
soruşdum, o, isə dedi ki, heç nə xatırlamır, yalnız mənim o biri
həkimə dediyim: “gəl bir dəfə də yoxlayaq və bununla da qurtaraq”
sözlərini xatırlayır.
Moudinin baxışlarını xristian kilsəsi qəbul etmir. Məsələn,
Rusiyada olan ieromonax Serafim (Rouz) Moudinin ölənlərin
ruhunu qarşılayan “parıldayan varlıq” haqqında fikirlərinə tənqidi
yanaşır. Onun fikrincə bu parıldayan varlıq Allah olmayıb, “ölüm
mələyi” maskasında olan, ölənləri dişləmək istəyən itdir. Moudinin
bu sadəlöhvlüyünü onun bu məsələ ilə bağlı xristian ədəbiyyatını
bilməməsi ilə izah edirdi. Bu itin məqsədi ölənləri qorxutmaqdır.
Moudidə bəzi intiharlar istisna olmaqla bütün can vermə halları
xoşdur: ölənin hansı dinə qulluq etməsi, mömin olub-olmaması əsas
deyildir. Nə üçün amerikalılarda axirət dünya görüntüləri ilə yaranan
qorxunun olmaması sualını o belə izah edir ki, müasir amerikalıların
görmələri onların komfortlu həyatları və əqidələri ilə
razılaşdırılır-bu da cəhənnəm və itin varlığına inam qarşısındakı
qorxunu rədd edir. Serafim eyni zamanda Qərbdə
21
yaşayanları həyat və ölüm problemlərinə ciddi yanaşmadıqlarına
görə tənqid edir. Serafım etiraf edir ki, xristianın qorxusu o dövrdə
yayıyan baxışlarla bağlı idi. Burada da qəribə heç nə yoxdur: həyat
dəyişir və onunla bərabər həyat və ölüm haqqında bağışlar da dəyişir.
Rəal həyatdakı humanizm axirət dünyası haqqında baxışlarda öz
əksini tapmışdır. “Ölündən sonra ruh” (1982) kitabında Serafım
yazır ki, müasir təcrübələrdə ölümə yaxın və ölümə oxşar
vəziyətlərdə “möcüzəli sağalma olsa” da heç kəs deyə bilməz ki, bu
adamlar səmada olmuşlar. Daha sonra o axirət dünyasına səyahəti
tənqid edir: bu təcrübələr bir neçə dəqiqəlik “ölüm” vaxtı ruhun
mövcudluğunu, onun sonrakı vəziyətini tam təsdiq etmir. Serafimin
Moudiyə qarşı mənfi münasibəti olduqca sadədir: bu təsvirlərdə
xristianlıq üçün əsas olanlar yoxdur: “Allahın böyüklüyü
qarşısındakı qorxu və ehtiram yoxdur”.
Amerikanın parapsixoloqlar cəmiyyətinin nümayəndələri
Karlis Osis və Erlander Xaraldson 1977-ci ildə “Ölüm anı” kitabını
dərc etdirdilər. Onlar özləri: “oradan” qayıdan adamlarla söhbət
etməmişlər, ancaq can verənlərin yanında olan, öz hisslərini danışan
Hindistan və amerikalı həkimlərdən məlumat toplamışlar. Onların
kitabı elmi əsərdir. Onlar etiraf edirdilər ki, əsas məqsədləri bu və y a
digər milli mədəniyyətə, bu və ya digər dinə məxsus olan adamların
can verərkən keçirdikləri hisslərinin fərqlərini aydınlaşdınnaq
istəmişlər. Nəticədə aydın olmuşdur ki, “dinin və mədəniyyətin
izləri” ölümqabağı keçirilən hisslərə xeyli təsir edir. Amerikalıların
əksəriyyəti bu vaxt böyük adamları, hindistanlılar isə dini surətləri
görmüşlər. Həm də heç bir xristian hind müqəddəslərini, heç bir
hindli isə İsa peyğəmbəri görməmişdir. Daha çox can verənlərin
qarşısında ölmüş doğmaları və ya onları “o biri dünya”ya çağıran
müqəddəslər dayanmışdır.
Tezliklə ABŞ-da bu mövzuda daha bir kitab çıxdı-bu psixiatr
Elizabet Kyubler Rossun “Ölüm yoxdur” kitabı idi. O
22
Dostları ilə paylaş: |