Dirilmə problemi ilə bağlı Qaitidə olan zombilərdən də
danışmaq yerinə düşərdi. Mütəxəsislər belə hesab edirdilər ki, zombi
praktikası Qaitiyə vudu kahinləri tərəfindən Daqomedən
gətirilmişdir. Adı adamın zombiyə çevrilməsi mərasimi iki
mərhələdən ibarətdir. Birinci mərhələdə adamı həyatdan məhrum
edirlər, ikincidə isə onu həyata qaytarırlar. Adamı zəhərləmək yolu
ilə öldürürlər: onun yeməyinə güclü zəhər qatırlar - yemək balıqdan
hazırlanır; zəhərin əsəbi iHic etmək təsiri var, onun gücü sianist
koliomdan 500 dəfə güclüdür. Zəhər bədənə düşən kimi adamın
nəfəsi kəsilir, gözləri şüşələşir, bədəni göyərir- bundan sonra həmin
adam klinik ölüm vəziyyətinə düşür. Bu vaxt adətən ölən adamı dəfn
edirlər. Bir neçə gündən sonra onu qəbirdən oğurlayırlar və onu
dirildirlər. Ancaq bu adamın özünü dərk etməsi dəyişir: o özünü
şəxsiyyət kimi tam və ya qismən dərk edə bilmir, öz “mən”ini dərk
etmir. Belecə o zombiyə çevrilir, başqalarının iradəsini sözsüz
yerinə yetirir. Zombini “mənasız olaraq qabağa baxan” kimi təsvir
edirlər. Zombini çətin iş üçün hazırladıqlarına görə fiziki cəhətdən
sağlam adamdan seçirlər. Ondan əsasən şəkər plantasiyalarında
istifadə edirlər. Bu heç vaxt müqavimət göstərməyən quldur, belə ki,
o öz qulluğunu dərk etmir. Əlbəttə hər kəs zombi olmaqdan qorxur,
ona görə də dəfn vaxtı müxtəlif vasitələrdən istifadə edirlər ki, onları
zombiyə çevirməsinlər. Bunu baxmayaraq zombiyə çevinnək
praktikası hələ də qalır. Avstraliya aborigenləri də buna oxşar işlər
görürlər. Avropa etnoqraflarmın yazdığı kimi, cadugarlar nəzərdə
tutduqları adamı oğurlayırlar. Cadugar adamı sol böyrü üstə uzadır,
onun ürəyinə iti çubuq və yeni itilənmiş sümük yeridir. Ürək
dayanana qədər o gözləyir- adam ölür və ruhu onun bədənini tərk
edir. Bu vaxt cadugar meydin bədənini diriltməyə başlayır. O, öz
qurbanım yalnız diriltmir, həm də zombi kimi ona təlqim edir ki, o
öz əvvəlki həyatını unutsun: istədiyinə nail olandan sonra cadugar
onu evə buraxır. Həmin
44
adam nə baş verdiyini anlamır, yeriyən bədənə çevrilir, həyat ondan
sanki uzaqlaşır.
Qədim Çində də həyata qaytarma bacarığı olmuşdur-onlar
“kuatsi" metodundan istifadə edirlər: bioloji fəal nöqtələri masaj
etməklə buna nail olmuşlar. Şamanlar da həyata qaytarmaq
metodundan istifadə etmişlər. Xantlarda şaman üzü üstə ölənin
yanında uzanırdı- belecə üç gün qalırdı. Bu vaxt şaman və öləndən
başqa evdə heç kəs olmamalı idi. Bundan sonra ölən dirilir və
şamanla birlikdə evdən çıxırdı. Lakin bu heç də həmişə alınmırdı.
Dirilmə mümkün olmayanda şaman bu faktı belə izah edirdi:
“Kellox- Torun onu öz yanma apardı”. Onu da qeyd edək ki, bəzən
dirilmə uzun müddət keçdikdən sonra baş tuturdu. Bütün bunları
şübhə etməyə əsas yoxdur: müxtəlif xalqlarda, müxtəlif
kontinentlərdə və müxtəlif vaxtlarda olmuş dirilmə faktları haqqında
məlumatları inanmamaq olmur. Aydındır ki, bu gün bizim üçün
qaranlıq qalan bilik və bacarıqlar qədim dövr insanları üçün aydın
olmuşdur. Lakin heç də hər şeyin unudulmadığını təsdiq edən
məlumatlar da vardır: 1935-ci ildə Taynurda bir fakt qeydə
alınmışdır- bu məlumatı Basilov “Ruhların seçim etdikləri”
kitabında verir. Bir şaman ölmüş qızı diribmişdir: qız qalxıb oturdu,
onun gözləri dumanlı idi. Şaman onun sifətinə üfürdü, qızın sifəti
ağardı və gözləri parıldadı. Qız qalxıb ocağa yaxın oturdu.
Hindastanda olan tədqiqatçı Tibet manastrından birində olmuş,
dirilmə faktlarını qeydə almışdır. “Rlanqa” adlanan bu mərasimdə
məqsəd ölənin həyalının yenidən davam etdirilməsinə təkan vermək
yox, ölmüş adamın ruhuna axirət dünyasına getməkdə kömək etmək
olmuşdur. Bütün bu fikirlər bizlər üçün, tamam başqa dünyagörüşün
təsirindən tərbiyə alanlar üçün nəyinki dərk edilməyən, hətta
mənasız görünən bir şeydir. Təbii olan sual da yarana bilər ki, əgər
bir adam onsuz da dəfn ediləcəksə, o, həyata qayıtmırsa, onu
diriltməyin nə mənası var. Praktiki olaraq bütün xalqlarda adamları
axirət dünyasına
45
hazırlamaq mərasimi vardır. Tibetlilərin “Ölülər kitabı”nda bu sirr
təsvir olunur. Kitab VIII əsrdə yazılsa da, ora daha əvvəlki dövrün,
Tibetə buddizmin gəlişindən əvvəlki dövrün ənənələri salınmışdır.
Biz bu kitabın adını demək xatirinə yada salmadıq. Məsələ ondadır
ki, klassik ölüm yaşayanların keçirdikləri hisslər bu kitabda təsvir
olunan məlumatlara uyğun gəlir. Daha konkret desək müasir
kitablarda və “Ölülər kitabı”nda bədənin ölümündən sonrakı ölünün
ilk anmdakı hisslərinin təsviri üst- üstə düşür. Yəqin ki, misirlilərdə
də “Ölülər kitabı”nın olmasını bilirsiniz. Bu kitab tibetlilərin
kitablarından da qədimdir. Müasir ölümqabağı təcrübəni öyrənən
alimlər tibetlilərin kitabına nisbətən misirlilərin kitabından daha az
istifadə edirlər. Məsələ ondadır ki, misirlilərin “Ölülər kitabı” sanki
başqa dildə yazılıb. Burada yazılır ki, ölümdən sonra ruh böyük
dəyişdiklərdən keçir və çoxlu “allahlarla” rastlaşır. Lakin bu kitabda
şərhin canlı ənənəsi yoxdur, bunsuz isə müasir oxucu bir çox
simvolların mənasını güman edə bilərlər. Bu kitaba görə ölülər
növbə ilə yarpaq, qızıl, şahin, insan, ayaqlı ilan, timsah, vağqusu,
şanagüllə çiçəyi fonnasına düşür, müxtilif “allahları” və axirətdə
olan varlıqlarla - dörd müqəddəs meymun, it başlı müxtəlif allahları,
çaqqal, meymun, quşlar və s. görüşürlər. Bəlkə də bu kitab da
bədəndən çıxmaq təcrübəsinə əsaslanır. Lakin burada da illyuziyalı
görüntülər çoxdur. Bu olduqca prinsipial məsədir, axı illyuziya və
reallıq- bir-birinə əks olan şeylərdir. Hər birimizi doğrudan da
olmuş, reallıq maraqlandırır. Əks halda bizi əhatə edən dünya
haqqında obyektiv məlumat əldə edə bilmərik. Ona görə də bu
problemlə bağlı istər müxləlif xalqların qədim mənbələrində, istərsə
də müasir məlumatlarında olan faktlari mütləq yoxlamalı, süzgəcdən
keçirməliyik. Ona görə də “o biri dünyadan” gələnlərin əksəriyyəti
gördüklərini təsvir etməkdə çətinlik çəkillər. Onların əksəriyyəti o
biri dünyada olan dördölçülü ölçülərdən danışırlar- hətta çoxölçülü
də ola bilər - burada məlumatlar sözsüz, dilsiz verilir. Bu gün
təbiətlə və
46
Dostları ilə paylaş: |