Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə18/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   14   15   16   17   18   19   20   21   ...   167

ancaq  alət  öz-özünə  çala  bilməz.  Ruh  beynin  funksiyası  deyildir, 

beyin isə ruhun alətidir. 

Son illər tibb elmi də ölümdən sonra həyatın varlığı faktı ilə 

razılaşır-bununla belə hələ də bu faktı qəbul etmək istəməyənlərin 

sayı çoxdur. Söhbət etdiyimiz hər on nəfərdən az qala alti-yeddisi 

“mən  bütün  bunlara  inanmıram”  deyir.  Nə  üçün  onlar  deyilənlərə 

sona qədər qulaq asmadan bizim sözümüzü yarımçıq kəsirlər? Yeni 

paltar almaq haqqında düşünür, balaca ailə münaqişəsi, işdə yaranan 

anlaşılmazlıqdan narahat olur, ancaq öz ölümü haqqında düşünmək 

arzusu, vaxtı yoxdur. Axı bu heç də az əhəmiyyət daşıyan məsələ 

deyildir.  Ölümlə  onun  bağlılığının  ,  arzularının,  nəyəsə  can 

atmağının, ümumiyyətlə hər şeyin sonu gəlir, yoxsa hansısa mühüm 

dəyişiklik baş verir, əvvəlki həyatdan ciddi fərqlənən hadisələr baş 

verir?  Bu  da  əsas  deyil.  Əgər  ruh  mövcuddursa,  deməli  Allah  da 

vardır, bu inam isə onu qəbul etməyə bizi vadar edir ki, bu dünyada 

biz tək deyilik, hər şeyə qadir olan, qüdrətli və sevən Allah var- o 

bizim qayğımıza qalır, bizim dayağımız, nurumuz və sevincimizdir. 

Kim  bütün  bunları  görür  və  başa  düşürsə  dərhal  həyatın  mənasım 

anlayır,  çox  şey  onun  üçün  aydın  olur.  İnam  adamalrı  yaxşı  və 

xoşbət edir, xırda , lazımsız qorxular yox olur, rahatlıq və məhəbbət 

dünaysı  yaranır.  Çoxları  özlərini  əmin  edə  bilmir.  Onlar  bu inamı 

rədd edir, onun varlığına şübhə ilə yanaşırlar: bu gün də “elə şey ola 

bilməz”  deyənlərin  həyatı  acılı-ağrılı  keçir.  Doğrudan  bu  cür 

düşünənlərə  yazığım  gəlir:  onlar  qarşılarındakı  xəzinəni  hiss 

etmirlər, görmürlər, ondan yan keçirlər. Bəlkə sənə hədiyyə olunan, 

səni xoşbəxt edəcək bu xəzinəni görüb götürəsən-axı bu səni xoşbəxt 

edəcəkdir. Sənə mane olan, səni bu addımı almağa qoymayan nədir? 

İndi artıq “inanmaq” lazım gəlmir, sadəcə olaraq tənbəllik etmədən 

baxmaq kifayətdir, bir az fikirləşsəniz, bu da bəs edər, bax onda dərk 

etmə-inanma-  mütləq  gələcək-axı  insan  bütün  ömrü  boyu  yaşayıb 

ölə bilər və elə də nədən məhrum olduğunu dərk etməz. Nə üçün? İlk 

53 



növbədə ona görə ki, bütün yeni, səmərəli, sizi öz dünyagörüşünüzə 

nəzər  salmağa  vadar  edər  hər  şeyi  yavaş-  yavaş,  çətinliklə  qəbul 

edirsiniz. Yeni olan inamsızlıq yaradır, bəzən bu yeniyə qarşı sizdə 

düşmənçilik hissi olur. Adamlar köhnə olana vərdiş etmişlər, vərdiş 

olunanlar tanışdır və təhlükəsizdir, onu qorumaq lazımdır. Yenidən 

ehtiyat  edən  şüur  onu  özünə  yaxın  buraxmaq  istəmir.  Yenini 

gönnürlər, hi.ss etmirlər, görəndə isə yan keçirlər və bir daha onu 

xatırlamırlar, görüb hiss etməmək insana xasdır. 

Belə bir rəvayət var: bir nəfər hər gün Allaha yalvarır ki, ona 

kömək  etsin,  onun  da  çoxlu  pulu  olsun.  Bu  adamın  yalvarışından 

cana doyan Allah mələklərdən birinə tapşırır ki, kişi işdən qayıdanda 

həmişə keçdiyi köıpünün ortasına bir kisə qızıl qoysun... Kişi işdən 

evə qayıdır, ürəyində yenə kasıbçılığından şikayətlənib Allaha dua 

edir ki, ona var-dövlət yetirsin. Körpünün başında qəflətən dayanır 

və  “görəsən  korlar  köıpünü  necə  keçirlər?”  deyə  fikirləşir.  O 

gözlərini yumub körpünü keçməyə başlayır və ona göndərilən qızılla 

dolu torbanın da yanından keçir... Hər bir din yarananda adamları 

düşünməyə,  başa  düşməyə  çağırır  -  “qulaq  eşitmək  üçün  verilib  ” 

deyilsə də adamlar istənilən yeniyə qarşı inamsızIq göstərirlər. İnsan 

təfəkkürü  biz  düşündüyümüzdən  də  mühavizəkar  və  tənbəldir. 

Adamların  əksəriyyəti  hər  gün  gündəlik  qayğılarla  yaşayır-çörək 

pulu qazanmağı, ailəni dolandırmağı düşünür, eyni zamanda əyləncə 

haqqında düşünür, vaxt qalanda isə onu necə yola verməyi fikirləşir. 

Kiminsə fikirləşməyə vaxtı yoxdur. Kimlərsə düşünməkdən qorxur. 

Belə  də  adamlar  ölüm  gələnə  kimi  yaşayırlar,  o  gələndə  isə  artıq 

düşünmək gec olur. Əgər hər hansı yeni ümumi qəbul olanlara zidd 

olursa  ona şübhə  ilə  yanaşırlar. Mücərrəd  olanların  qəbul  edilməsi 

daha  çətin  olur.  İntellekt  cəhətdən  zəif  inkişaf  edənlər  üçün 

mücərrədi  dərk  etmək  çox  çətindir,  o  yalnız  hiss  orqanları  ilə 

qavradıqlarını qəbul edir və qabağa getmir, unudur ki, təbiətdə baş 

verənlərin heç də hamısını hiss 

54 



orqanları qavraya bilmir. Kopimikin və Nyutonun kəşfləri göstərdi 

ki,  Yer  fırlanır,  o  bir  yerdə  dayanmır,  Günəş  yox  Yer  Günəşin 

ətrafında  fırlanır.  Ancaq  çoxları  bu  fikri  uzun  müddət  qəbul  edə 

bilmirdi. Adamlar, o cümlədən astronomlar öz gözləri ilə Günəşin 

çıxdığını və batdığını görürdülər, o Yerin ətrafında hərəkət edirdi. 

Yer isə ayaqlarımızın altında sakitcə dayanmışdır. Bu günlərdə buna 

oxşar hadisələr baş verir. Alimlər , bioloqlar və tibb işçiləri sübut 

edirlər ki, bədənin ölümündən sonra həyat davam edir, adamlar, o 

cümlədən  həkimlər  görəndə  ki,  insan  daha  nəfəs  almır,  hərəkət 

etmir,  bütün  həyat  əlamətləri  artıq  yox  olmuşdur,  belə  nəticə 

çıxarırlar ki, adam tam ölmüşdür : onlar hiss orqanlarımızın qəbul 

edə bilmədikləri ətrafında düşünmürlər. Yeniyə qəribə və həqiqətə 

oxşamayan kimi baxırlar. Bütün yeni olanları qəbul etməyən və ona 

düşmən  kimi  baxan  iki  tip  adamlar  var:  onlardan  biri  az  biliklə 

özlərindən  razı  gəzirlər.  Ciddi  elmlərlə  onlar  tanış  deyillər.  “Mən 

artıq bunu bilirəm” , onlar yalnız maddi olanları bilirlər, həm də onu 

səthi  bilirlər.  Digərləri  sərbəst  düşünməkdən  qorxurlar,  yaxşı 

bildiklərindən, maddi olanlardan, gündəlik müşahidə etdiklərindən 

ayrıla  bilmirlər.  Onların  psixologiyasını  Moris  Semyuel  “siz 

bütpərəstsiniz” əsərində yaxşı təsvir edir: “Düşünən adamın Allahı 

görməsi üçün teleskopa, mikroskopa ehtiyacı yoxdur.” Həyatın özü 

göstərdiyi  möcüzələrlə  dərk  edən  adamı  heyrətləndirir.  Həyatın 

onlar  üçün  maddi  hala  düşdüyü  adamlar  heç  yaxt  varlığın  böyük 

sirlərinə  can  atmırlar,  heç  nə  başa  düşmürlər.  Vulqar  təbiəti  ilə 

adamlar ətrafda baş verənləri dərk etdiklərini düşünürlər- o  maşın 

sürür, telefondan istifadə edir, ona elə gəlir ki, 0 vəhşidən müdrikdir. 

Əslində  o həmin  vəhşidən də  səfehdir,  öz  məhdudluğunu  görmür. 

Öz  ürəyində  Allahın  olmadığını  fikirləşən  axmaq  heç  nəyə 

təəccüblənməyən küçə axmağıdır, kim təəccüblənə bilmirsə o Allahı 

tanımır.  Məhdud  adamlara  vərdiş  etdikləri  şəraitdə  yaşamaq 

asandır-yəni  düşünməyə,  hər  şeyə,  yenidən  nəzər  salmağa  vadar 

edir. Yəni 

55 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə